Azərbaycan Respublikasının fiziki coğrafiyası

4. Kür-Araz və Xəzər sahilində neft-qaz yataqların zəngin olmasının səbəbi:
A) çayların gətirdiyi alluvial süxurlar
B) səthin vulkanik süxurlarla örtülü olması
C) iqlimin isti və quru keçməsi
D) səthin çökmə mənşəli süxurlarla örtülü olması
E) ekzogen proseslərin zəif olması

12. Naxçıvanda buludsuzluğun hökmran olması nəticələnir:
A) İllik temperatur amplitudası cüzi olur.
B) Qış mülayim, yay sərin keçir.
C) Ekzogen proseslər zəif olur.
D) Düz radiasiyanın kəmiyyəti böyük olur.
E) Səpələnən radiasiyanın kəmiyyəti böyük olur.

17. Görkəmli Azərbaycan səyyahı H.Z.Şirvaninin səyahət etdiyi regionlar:
A) Qərbi Asiya, Şimali Amerika
B) Şimali Afrika, Şimali Asiya
C) Şimali Afrika, Cənub-Şərgi Asiya
D) Cənubi Asiya, Şimali Avropa
E) Cənub-qərbi Asiya, Cənub-şərqi Afrika

20. Lənkəran düzənliyində il ərzində buludlu günlərin sayının çox olmasının nəticəsi:
A) Düz radiasiyanın qiyməti böyük olur.
B) Qış ayları quru və şaxtalı keçir.
C) Səthin əks olunan radiasiyasının qiyməti artır.
D) Səpələnən radiasiyanın kəmiyyəti üstün olur.
E) İllik temperatur amplitudasının qiyməti böyük olur.

28. Kiçik Qafqaz dağlarında filiz faydalı qazıntıların zəngin olmasının səbəbi:
A) mütləq hündürlüyün aşağı olması
B) səthin püskürülmüş süxurlarla ortülü olması
C) Tetis okeanının dibinin qalxması
D) səthin maqmatik süxurlarla örtülü olması
E) ekzogen proseslərin zəif olması

36. Azərbaycanın şimal-şərqində relyef amplitudasının böyük olması nəticələnir:
A) Çayların sürəti zəif, dərəsi enli olur.
B) Ən yuxarı və ən aşağı məntəqələr arasında temperatur fərqi az olur.
C) Ekzogen proseslər zəif olur.
D) Çayların düşməsi böyük, meylliyi çox olur.
E) Bitki və heyvanat aləmi zəif olur.

44. Azərbaycanın düzənlik ərazilərində yeraltı suların səthə yaxın yerləşməsi nəticələnir:
A) Səhra və yarımsəhra landşaftı formalaşır.
B) Qrunt sularının səviyyəsi düşür.
C) Meşə landşaftı məhv olur.
D) İntrazonal landşaft yaranır.
E) Mümkün buxarlanmanın qiyməti çoxalır.

52. Kür-Araz ovalığında suvarmanın düzgün aparılmaması nəticələnir:
A) Mədəni bitkilərin məhsuldarlığı artır.
B) Endogen proseslər zəifləyir.
C) Mineral bulaqların yaranması sürətlənir.
D) Ərazinin şoranlaşması artır.
E) Şirin sulu göllərin yaranması üçün şərait yaranır.

75. Dag-meşə landşaftı ilə əhatələnmişdir
A) Sarısu               B) Candar            C) Böyuk Alagöl
D) Tufan               E) Göygöl

89. Yarımsəhra və çöl landşaftı geniş yer tutur.
A) Böyük Qafqaz               B) Kiçik Qafqaz
C) Lənkəran                        D) Kür-Araz      
E) Zaqatala-Lahıc

118. Bakıdan şimal-şərq, cənub-şərq və cənub-qərb istiqamətlərində yerləşən şəhərləri müvafiq ardıcıllıqla düzün:
A) Dehli, Sinqapur, Pariş
B) Astana, Bombey, Qahirə
C) Alma-Ata, Mexiko, Sidney
D) Madrid, Rio-de-Janeyro, Ufa
E) Həştərxan, Riqa, London

126. Bakıdan cənub-qərb, şimal-şərq, cənub-şərq istiqamətlərində yerləşən şəhərləri müvafiq ardıcıllıqla düzün:
A) Sidney, Həştərxan, Mexiko
B) Rio-de-Janeyro, Novosibirsk, Sinqapur
C) London, İrkutsk, Roma
D) Tehran, Pekin, Dehli
E) Ankara, Varşava, Berlin

132. Lənkəran ovalığında yayılmış iqlim tipi:
A) yayı quraq keçən mülayim-isti
B) qışı soyuq keçən mülayim-isti
C) qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi
D) yayı quraq keçən dağ-soyuq iqlim
E) yagıntıları bərabər paylanan dağ soyuq iqlim

133. Azərbaycandan cənub-qərb istiqamətində yerləşən ölkələri müəyyən edin.
A) Hindistan, Avstraliya İttifaqı, Laos
B) Misir, Əlcəzair, Braziliya   
C) İtaliya, Fransa, Kanada
D) ABŞ, Böyük Britaniya, Polşa
E) Səudiyyə Ərəbistanı, Filippin, CAR

144. Naxçıvanın düzənlik hissəsində yayılmış iqlim tipi.
A) qışı soyuq keçən yarımsəhra və quru çöl
B) qışı quraq keçən dağ soyuq
C) qışı quraq keçən mülayim-isti
D) bərabər rütubətli mülayim-isti
E) yayı rütubətli keçən yarımsəhra və quru çöl

145. Respubilkamızda dağ-mədən sənayesi inkişaf etmişdir
A) Ağdaşda           B) Qubada           C) Dəvəçidə     
D) Yardımlıda       E) Daşkəsəndə

150. Azərbaycandan  şimal-qərb istiqamətdə yerləşən ölkələr qrupu:
A) Braziliya, Meksika, Misir
B) Polşa, Norveç, Kanada
C) Ukrayna, Yaponiya, Hindistan
D) Liviya, İran, Özbəkistan
E) Avstraliya İttifaqı, CAR, ABŞ

156. Heç bir xarici ölkə ilə həmsərhəd olmayan iqtisadi rayon:
A) Quba-Xaçmaz               B) Lənkəran-Astara    
C) Şəki-Zaqatala                                D) Gəncə-Qazax     
E) Dağlıq Şirvan

157. Samur-Dəvəçi ovalığında yayılmış iqlim tipi:
A) qışı mülayim keçən yarımsəhra və quru çöl
B) qışı soyuq keçən mülayim isti
C) qışı quraq keçən dağ-soyuq
D) yagıntıların bərabər paylanan mülayim-isti
E) qışı soyuq keçən yarımsəhra və quru çöl

164. Azərbaycandan cənub-qərb, cənub-şərq və şimal-qərb istiqamətlərində yerləşən ölkələri müvafiq ardıcıllıqla düzün:
A) Əfqanstan, Səudiyyə Ərəbistanı, CAR
B) Misir, Hindistan, Norveç
C) Avstraliya İttifaqı, Kipr, Laos
D) CAR, İsveç Çexiya
E) Polşa, Misir, Vyetnam

0 şərh