Şüa diaqnostikasının ümumi test sualları

1) Rentgenoqrammanın geometrik qeyri-dəqiqliyi aşağıdakılardan hansından asılı deyil?

A) Pasiyent-plyonka məsafəsindən

B) Fokus-plyonka məsafəsindən

C) Fokus ləkəsinin ölçülərindən

D) Çəkiliş zamanı pasiyentin hərəkətindən

E) Fokus-plyonka və pasiyent-plyonka məsafələrdən

 

2) Şəklin böyüdülməsi necə əldə edilir?

A) Fokus-obyekt məsafəsinin artırılması ilə

B) Fokus-plyonka məsafəsinin artırılması ilə

C) Fokus ləkəsinin ölçülərinin artması ilə

D) Heç biri düzgün deyil

E) Obyekt-plyonka məsafəsinin artması ilə

 

3) Rentgen şüalanmanın sahəsi harada yerləşir?

A) Radiodalğalar və maqnit sahəsi arasında

B) Ultrabənövşəyi və maqnit sahəsi arasında

C) Radiodalğalar və infraqırmızı şüalar arasında

D) Ultrabənövşəyi və qamma-şüalanma arasında

E) İnfraqırmızı və ultrabənövşəyi şüalanma arasında

 

4) Rentgen şüalanmanın hansı xüsusiyyətləri onun bioloji tərkibini müəyyən edir?

A) Daxil olma qabiliyyətini

B) Cavabların hamısı  düzgündür

C) Şüa yayılmasının sürətini

D) Bioloji toxumalarda istiqamətinin dəyişməsini

E) Atomların ionizasiyalaşma qabiliyyətini

 

5) Təbii radiasiya fonunun illik dozası nə qədərdir?

A) 100 Ber

B) 10 Ber

C) 0.001 Ber

D) 0.1 Ber

E) 1 Ber

 

6) Hansı toxuma ionizasiya şüalanmasına qarşı daha həssasdır?

A) Epitel toxuması

B) Qanyaradıcı toxuma

C) Əzələ toxuması

D) Miokard

E) Dəri 

 

7) Sİ sistemində ekvivalent dozanın vahidi nədir?

A) Ber

B) Qrey

C) Rentgen

D) Zivert

E) Rad

 

8) Zivert vahidi nəyə bərabərdir?

A) 100 Rad

B) 100 mlR

C) 10 Ber

D) 0.1 Qrey

E) 1 Rentgen

 

9) Sİ sistemində qəbul olunmuş dozanın vahidi nədir?

A) Ber

B) Qrey (Qr)

C) Rad

D) Zivert (Z)

E) Rentgen (R)

 

10) Bir Qrey nəyə bərabərdir?

A) 10.000 Rad

B) 1.000 Rad

C) 100 Rad

D) 10 Rad

E) 0,1 Rad

  

11) Hansı doza rentgen ilə ölçülür?

A) Ekspozision

B) Ekvivalent

C) İonizasiyalı

D) Daxil olunmuş

E) Bioloji

 

12) Xətti tomoqrafiyada seçilmiş təbəqənin qalınlığı nə ilə təyin olunur?

A) Heç bir cavab düzgün deyil

B) Ştanqanın hərəkətinin sürəti ilə

C) Yuxarıda verilənlərin hamısı ilə

D) Rentgen şüalanmanın verilmiş bucağının hərəkəti ilə

E) Rentgen generatorunun şüalanma gərginliyinin böyüklüyü ilə

 

13) Kompyuter tomoqrafiyası (KT) zamanı hansı detektorlardan istifadə olunur?

A) Ancaq yarımkeçirici elementlərdən

B) Ancaq ksenon detektorlardan

C) Gücləndirilmiş rentgen ekranlardan

D) Yarımkeçirici element və ksenon detektorlardan

E) Adi rentgen ekranlardan

 

14) Rentgenoqrafiyanın hansı növləri rəqəmli (digital) rentgenoqrafiyaya aid edilir?

A) Lyuminessent ekranın yaddaşa saxlaması rentgenoqrafiyası

B) Rəqəmsal-analoqlu dəyişdirici rentgenoqrafiyası

C) Eksponir selen lövhəciyinin elektrik siqnallarının çəkilməsi rentgenoqrafiyası

D) Analoq-rəqəmsal dəyişdirici rentgenoqrafiyası

E) Cavabların hamısı

 

15) Kompüter tomoqrafiyasında "güclənmə" üsulu nə ilə bağlıdır?

A) Verilən cavabların hamısı düzgündür

B) Obyektin nazik təbəqələrin şəklinin alınması ilə

C) Rentgen şüavericinin çəkilən obyekt ətrafında fırlanma sürəti ilə

D) Rentgen kontrast maddənin daxilə vurulması şərti ilə tomoqrafiya edilməsinin

E) Rentgen şəklin generatorunun gərginliyinin yüksəlməsi ilə

 

16) Həkim rentgenoloqun iş vaxtı neçə faiz təşkil etməlidir?

A) İş vaxtının 80 %-ini

B) İş vaxtının 100 %-ini

C) İş vaxtının 40 %-ini

D) İş vaxtının 50 %-ini

E) İş vaxtının 60 %-ini

 

17) İlk növbədə pasiyentin hansı orqan və toxumaları rentgen şüalanmadan qorunmalıdır?

A) Süd vəzləri

B) Miokard

C) Qalxanabənzər vəzi

D) Sümük iliyi və cinsiyyət vəzləri

E) Dəri

 

18) Rentgen kabinetindən istifadə icazəsini kim (nə) verir?

A) Texniki pasport

B) Polis

C) Sanitar pasport

D) Administratorluq

E) Rentgen şöbəsinin müdiri

 

19) Yaşayış binalarında rentgen kabineti yerləşdirmək olarmı?

A) Zirzəmidə qurmaq olar

B) Yox

C) Yaxşı təchiz olunmuş qoruma şəraitində olar

D) Polis icazə versə, olar

E) Olar

 

20) Rentgen kabinetinin şöbə müdiri həkim-rentgenoloqun hansı yükümlülüyünü görür?

A) Həkim-rentgenoloqun iş yükümlülüyü administrasiya tərəfindən təyin olunur

B) Həkim-rentgenoloqun tam iş yükümlülüyünü təmin edir

C) Həkim-rentgenoloqun natamam iş yükümlülüyünü təmin edir

D) Həkim-rentgenoloqun iş yükümlülüyünün 50 %-ni təmin edir

E) Həkim-rentgenoloqun tam iş yükümlülüyünü təmin etmir

0 şərh