Ümumi immunologiya 3

101) Ləngimə tipli allergik reaksiyalarda hansı ola bilməz?

A) Zərdabın köməkliyi ilə allergiyanın passiv keçməsi
B) Hüceyrələrin vasitəsi ilə allergiyanın passiv keçməsi
C) Həssaslaşmış orqanizmin toxuma kulturasına allergenin toksiki effekti
D) Limfositlərlə infiltrasiya
E) Mononuklear infiltrasiya

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.82

102) Həssaslaşma fazası necə səciyyələləndirilir?

A) Sadalananların hamısı
B) Anticisim əmələgəlmə prosesləri
C) Qeyri-antigen qıcıqlandırıcılara qarşı reseptorların hissiyyatının artması
D) Həssaslaşmış orqanizmin orqan və toxumalarının spesifik allergeni birləşdirmək qabiliyyətinin artması
E) Sadalananların heç biri

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.74

103) İnsanda İgE sinfi anticisimlərinin məhsulları nədən asılıdır?

A) Genetik faktorlardan
B) Sadalananların hamısından
C) Allergenin xassələrindən
D) Allergenin dozasından
E) Adyuvantın effektindən

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva " Klinik immunologiya " 2007 -ci il, səh.112

104) İnsanda aktiv həssaslaşmanın minimal davametmə müddəti nə qədərdir?

A) 24 saat
B) 2-3 saat
C) 7-8 gün
D) 4 gün
E) 30-50 gün

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.48

105) Passiv həssaslaşmanın minimal davametmə müddəti nə qədərdir?

A) 30-50 gün
B) 24 saat
C) 2-3 saat
D) 7-8 gün
E) 4 gün

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.48

106) İnsanda aktiv həssaslaşmanın optimal müddəti nə qədərdir?

A) 7-8 gün
B) 30-50 gün
C) 4 gün
D) 24 saat
E) 3 il

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.48

107) Həssaslaşmış orqanizmə allergenin daxil olmasının yolları hansıdır?

A) Dəridaxili allergenin daxil olması
B) Sadalananların hamısı
C) Allergen aerozolu ilə inqalyasiya
D) Yaraya allergenin düşməsi
E) Enteral yol

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva " Klinik immunologiya " 2007 -ci il, səh.249

108) Reagin anticisimlərinin əmələgəlməsini törədə bilən allergenlər hansıdır?

A) Zərdab
B) Kif göbələklərinin sporları
C) Bitki tozcuğu, epidermal substansiya
D) Sadalananların hamısı
E) Difteriya anatoksini

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.80

109) Reagin mexanizmi hansı xəstəliklərin əsasında durur?

A) Zərdab xəstəliyinin
B) Kontakt dermatitin
C) Atopik bronxial astmanın
D) Sadalananların heç birinin
E) Ekzogen allergik alveolitin

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467

110) Böyüklərdə atopik xəstəliklər zamanı daha çox rast gəlinən həssaslaşma yolları hansıdır?

A) Enteral
B) Dərialtı
C) İnqalyasiya
D) Sadalananların hamısı
E) Venadaxili

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva " Klinik immunologiya " 2007 -ci il, səh.249

111) Bunlardan hansı "şok" orqan və toxuması ola bilməz?

A) Qan hüceyrələri
B) Sümük toxuması
C) Sümük və sinir toxuması
D) Dəri
E) Sinir toxuması

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502

112) Aşağıdaklardan immunoloji reagin hansıdır?

A) İgA
B) İgG2
C) İgG1
D) İgG
E) İgE

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il. səh.112

113) Aşağıdakılardan hansı "reagin" termininin sinonimidir?

A) Həssaslaşmış-dəri anticismi
B) Homositotrop anticisim
C) Anafilaktik anticisim(əkscisim)
D) Sadalananların heç biri
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.79

114) Hansının membranında İgE reseptorları olur?

A) Monositlərin
B) Sadalananların hamısının
C) Bazofillərin, tosqun hüceyrələrin, limfositlərin
D) Sadalananların heç birinin
E) Eritrositlərin

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva " Klinik immunologiya " 2007 -ci il, səh.112

115) İgE maksimal miqdarı hansı yaşda olmur?

A) 4 yaşına qədər
B) Sadalananların hamısında
C) 12-14 yaş
D) 5-6 yaşda
E) 20-40 yaş

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.90

116) Periferik qanda T-limfositlərin normada miqdarı(%) nə qədərdir?

A) 30-60 %
B) 20-40 %
C) 55-75 %
D) 10-20 %
E) 80-90 %

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.61

117) Periferik qanda B-limfositlərin normada miqdarı (%) nə qədərdir?

A) 60-80 %
B) 30 %
C) 80-90 %
D) 40-60 %
E) 10-20 %

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.75

118) Tosqun hüceyrələr hansı reseptora malikdir?

A) Fab-fraqmentinə İgM
B) Fc-fraqmentinə İgE
C) Fab-fraqmentinə İgE
D) Fab-fraqmentinə İgG
E) Fc-fraqmentinə İgM

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.70

119) Tosqun hüceyrələr qeyri-immunoloji yolla hansı agentin təsiri nəticəsində deqranulyasiya edə bilməz?

A) Polikaleon aminlərin
B) Sadalananların hamısı
C) Rentgenkontrast maddələrin
D) Allergen-İgE kompleksinin
E) Opiatların

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.70

120) Anafilaktik reaksiyanın əsasında nə durur?

A) Zədələnmiş hüceyrə öz-özlüyündə antigen komponenti daşıyır,yəni allergendir və bunun sayəsində anticisimlə reaksiya verir.
B) Sadalananların heç biri
C) Sadalananların hamısı
D) Qanda allergen-anticisim kompleksi əmələ gələrək,onların şok toxumalarında fiksasiyası
E) Orqanizmin orqan,toxuma və hüceyrələrində fiksə edən anticisimlərlə allergenin reaksiyası

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502

121) İmmunoqlobulin İgE hansı yaşda maksimal miqdarda olur?

A) Sadalananların heç birində
B) 5-6 yaşda
C) 4 yaşına qədər
D) Sadalananların hamısında
E) 12-14 yaşda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.90

122) Reaginlər hansı fiziki-kimyəvi xüsusiyyətlərə malikdir?

A) Dondurulduqda immunoloji xüsusiyyətlərini saxlayır
B) 24 saatdan yuxarı otaq temperaturunda immunoloji xüsusiyyətlərin saxlanması
C) Təkrar dondurulduqda immunoloji xüsusiyyətlərini saxlayır
D) Xarici mühit faktorlarına davamlılıq
E) Termostabildir

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il. səh.320

123) İgE sintez edən hüceyrələr harada ola bilməz?

A) Beyin toxumasında
B) Badamcıqlarda
C) Tənəffüs yollarının selikli qişasında
D) Dərialtı limfa düyünlərində
E) Adenoid toxumasında

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il. səh.112

124) Məişət allergenləri kimyəvi tərkibinə görə necə bölünür?

A) Karbohidratlar
B) Zülal-karbohidrat kompleksi
C) Yağlar
D) Zülallar
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410

125) Epidermal allergenlərə hansı aiddir?

A) Yumurta
B) Dermatofaqoides
C) At kəpəyi
D) Sadalananların hamısı
E) Kitabxana tozu

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410

126) Epidermal allergenlərə hansı aiddir?

A) Sadalananların hamısı
B) Ocaq tozcuğu
C) Dermatofaqoides
D) Pişik tükü
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410

127) At kəpəyindən allergen hansı çarpaz allergen xüsusiyyətlərinə malikdir?

A) Tetanus əleyhinə serumla
B) Sadalananların hamısı
C) Yastıq tükü allergeni ilə
D) Ev tozu allergeni ilə
E) Çinar tozcuğu allergeni ilə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410

128) Bunlarda hansı daha çox heyvan mənşəli qida allergenidir?

A) Balıq
B) Sadalananların heç biri
C) Sadalananların hamısı
D) Toyuq əti
E) Mal əti

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407

129) Bunlardan hansı daha çox bitki mənşəli qida allergenidir?

A) Alma
B) Armud
C) Kartof
D) Heyva
E) Kök

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407

130) Taxıl bitkilərindən hansına daha çox allergiya ola bilər?

A) Qarabaşaq
B) Mərci
C) Vələmir
D) Qarğıdalı
E) Buğdaya

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407

131) Hansı aşağı molekulalı allergenə aiddir?

A) Sadalananların heç biri
B) Sadalananların hamısı
C) Xrom
D) Nikel
E) Kobalt

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406

132) İnfeksion ekzoallergenlərə hansı aiddir?

A) Dərman
B) Sadalananların heç biri
C) Epidermal
D) Helmintlər
E) Qida

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il , səh.249

133) Aspergil cinsindən olan göbələyə həssaslaşma zamanı bronxial astmanın kəskinləşməsi nə vaxt olur?

A) Dekabrdan marta qədər
B) Apreldən maya qədər
C) Maydan avqusta qədər
D) Sentyabrdan oktyabra qədər
E) Mayda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.413

134) İgE üçün yüksəkaffinli reseptorlar harada yerləşir?

A) Neytrofillərdə
B) Eozinofil və monositlərdə
C) Limfosit və trombositlərdə
D) Tosqun hüceyrələr və bazofillərdə
E) Makrofaqlarda

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il. səh.112

135) IgE üçün aşağı affinli reseptorlar harada yerləşir?

A) Makrofaqlarda
B) Sadalananların hamısında
C) Sadalananların heç birində
D) Limfositlərdə,monositlərdə,trombositlərdə,eozinofillərdə
E) Tosqun hüceyrə və bazofillərdə

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il. səh.112

136) Allergiyanın mediatorlarının təsnifatına hansı qrup daxildir?

A) Humoral mediatorlar
B) Sadalananların heç biri
C) Mövcud mediatorlar
D) Toksiki mediatorlar
E) Nukleokinetik mediatorlar

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.320

137) Bazofil və tosqun hüceyrələrdə hansı mediatorlar mövcuddur?

A) Sadalananların hamısı
B) Histamin
C) Trombositləri aktivləşdirən faktor(TAF)
D) Leykotrien C4, D4, E4
E) Eozinofil hemotaksis faktor(EXF)

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il,səh.113

138) Allergik reaksiyalarda tosqun hüceyrələr və bazofillərdə allergiyanın hansı mediatorları əmələ gəlir?

A) Asetilxolin
B) Histamin
C) Leykotrien C4, D4, E4
D) Serotonin
E) Sadalananların hamısı

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il , səh.65

139) Allergik reaksiyalarda histaminin rolu nədən ibarətdir?

A) Damar keçiriciliyini aşağı salmaq və saya əzələnin boşalma qabiliyyəti
B) Damar keçiriciliyini artırmaq və saya əzələni yığmaq qabiliyyəti
C) Allergik reaksiya zonasında II sıra hüceyrə-hədəfi cəlb etmək qabiliyyəti
D) Sadalananların hamısı
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.302

140) Histamin reseptorlarının neçə tipi vardır?

A) 5 tipi
B) 2 tipi
C) 1 tipi
D) 4 tipi
E) 3 tipi

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.302

141) Qeyri-spesifik bronxial hiperreaktivliyi aşağıdakılardan hansı törədir?

A) Asetilxolin
B) Serotonin
C) İnterleykin -1
D) İnterleykin -2
E) Trombositləri aktivləşdirən faktor(TAF)

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.302

142) Orqanizmdə prostoqlandinin sintezi aşağıdakılardan hansını tormozlandırır?

A) Kalsiumlu kanalların blokatorları
B) Asetilsalisil turşusu, pirazolon,indometasin və digər qeyri-steroid iltihabəleyhinə dərmanlar
C) H2 antihistamin dərmanları
D) Sadalananların hamısı
E) H1 antihistamin dərmanları

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г,стр.197

143) Klassik yolla komplement sisteminin aktivasiyası nədən başlayır?

A) C3
B) C1
C) C2
D) C4
E) C3C4

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il,54

144) Alternativ yolla komplement sisteminin aktivasiyası nədən başlayır?

A) C2
B) C1
C) C3
D) C4
E) C1C2

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il, səh.55

145) Aşağıdakılardan hansı anafilatoksinə aiddir?

A) C3a
B) C4
C) C3C4
D) C2
E) C1

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.54

146) İgG aşkar etmək üçün hansı laborator üsuldan istifadə olunur?

A) Histaminin spesifik azad olması üsulu
B) Bərk mühitdə presipitasiya üsulu
C) NGT (nitro-göy-tetrazol)
D) Sadalananların hamısı
E) Tosqun hüceyrələrin destruksiyası testi

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.38

147) B-asılı G-şərtlənən reaksiyalar necə formalaşır?

A) İrsi idiopatik angionevrotik ödem zamanı
B) Kəskin allergik övrə və Kvinke angionevrotik ödem zamanı
C) Tozcuq etiologiyalı rinokonyuktival sindrom zamanı
D) Anafilaktik şok zamanı
E) Zərdab xəstəlikləri zamanı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.76

148) B-asılı G-şərtlənən reaksiyalar necə formalaşır?

A) Dərman anafilaktik şok zamanı
B) Artyusabənzər dərman infiltratı zamanı
C) Kvinke allergik angionevrotik ödem zamanı
D) İrsi idiopatik angionevrotik ödem zamanı
E) Kəskin allergik övrə zamanı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.76

149) Zərdab xəstəliklərinin patogenezində hansı anticisim iştirak edir?

A) IgM
B) IgE
C) IgG
D) IgA
E) IgG 4

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.153

150) Zərdab xəstəliyi zamanı komplement sisteminin aktivasiyası üçün hansı faktor əsas dır?

A) Ig molekulunun aqreqasiyası
B) Sadalananların hamısı
C) İmmunkomplekslərin əmələ gəlməsi
D) Properdin
E) C1 ingibitorunun ləngiməsi

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.153
 

0 şərh