Ümumi immunologiya 7

301) Damcılı dəri sınağı hansı xəstələrə tətbiq olunur?

A) Bütün xəstələrə
B) Bakterial allergiyası olan xəstələrə
C) Sadalananların heç birinə
D) İnfeksion allergiyalı xəstələrə
E) Yüksək dərəcədə sensibilizasiyası olan xəstələrə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.413

302) İynə testi hansı diaqnostika üçün tətbiq olunur?

A) Bakterial allergiya
B) Övrə
C) Göbələk allergiyası
D) Sadalananların hamısı
E) Məişət allergiyası

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410

303) İynə testi hansı diaqnostika üçün tətbiq olunmur?

A) Sadalananların heç biri
B) Məişət allergiyası
C) Tozcuq allergiyası
D) Bakterial allergiya
E) Epidermal allergiya

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412

304) Xəstədə eyni vaxtda dəri skarifikasiya testini optimal neçə allergenlə qoymaq olar?

A) 18-20 allergenlə
B) Allergenlərin sayının əhəmiyyəti yoxdur
C) 3-4 allergenlə
D) 20-25 allergenlə
E) 10-12 allergenlə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416

305) Qeyri-bakterial allergenlərlə dəridaxili testlər zamanı allergen hansı miqdarda vurulur?

A) 0,02 ml
B) 0,002 ml
C) 0,1 ml
D) 0,001 ml
E) 0,01 ml

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.420

306) Qeyri-bakterial allergenlərlə dəridaxili testlərin nəticələrini nə vaxt bilmək olar?

A) 10 dəqiqədən sonra
B) 30 dəqiqədən sonra
C) 20 dəqiqədən sonra
D) 60 dəqiqədən sonra
E) 5 dəqiqədən sonra

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.420

307) Dəri allergik sınaqları hansı xəstələrdə qoyulur?

A) Xroniki tonzilliti olan
B) Kollagenozlu
C) Xroniki riniti olan
D) Hər hansı xəstəliyə
E) Xroniki böyrək çatışmazlığı olan

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.418

308) Dəri sınağının qoyulmasına əks göstəriş nə vaxt hesab olunur?

A) Sadalananların hamısında
B) Allergik xəstəliyin kəskinləşməsində
C) Allergik xəstəliyin remissiyasında
D) Xroniki rinitin mötədil kliniki təzahüründə
E) Atopik dermatitin remissiyasında

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.417

309) Bunlardan hansı üçün dəri testi əks göstəriş deyil?

A) Burnun polipozunda
B) Qaraciyərin dekompensə olan xəstəliyində
C) Sadalananların hamısında
D) Ürəyin dekompensə olan xəstəliyində
E) Aktiv vərəmdə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.417

310) Hansı halda qeyri-bakterial allergenlə reaksiya(skarifikasiya) müsbət(++) hesab olunur?

A) Hiperemiyanın diametri 2 mm olduqda
B) Suluğun diametri 1 mm olduqda
C) Hiperemiyanın diametri 10 mm olduqda
D) Suluğun diametri 10 mm olduqda
E) Hiperemiya zonalı,suluğun diametri 5 mm olduqda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416

311) Qeyri-bakterial allergenlə dəridaxili test zamanı reaksiya nə zaman şiddətli müsbət(+++) sayılır?

A) Suluğun diametri 4 mm olduqda
B) Limfanqaitli suluğun diametri > 20 mm olduqda
C) Limfanqaitli suluğun diametri < 20 mm olduqda
D) Suluğun diametri 10 mm olduqda
E) Hiperemiya zonalı,suluğun diametri 15-20 mm olduqda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416

312) Dəri sınağı nə zaman yalançı mənfi sayılır?

A) T-kontrol müsbət,histamin müsbət, allergenlə mənfi
B) T-kontrol müsbət, histamin müsbət,allergenlə müsbət
C) T-kontrol mənfi, histamin müsbət,allergenlə müsbət
D) T-kontrol mənfi, histamin mənfi,allergenlə mənfi
E) T-kontrol müsbət, histamin mənfi, allergenlə mənfi

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416

313) Dəri sınağı nə zaman yalançı müsbət sayılır?

A) T-kontrol mənfi, histamin mənfi, allergenlə müsbət
B) T-kontrol müsbət, histamin mənfi, allergenlə mənfi
C) T-kontrol müsbət, histamin müsbət, allergenlə müsbət
D) T-kontrol mənfi, histamin mənfi, allergenlə mənfi
E) T-kontrol mənfi, histamin müsbət, allergenlə müsbət

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416

314) Hansı halda provakasion allergik testlər tətbiq olunur?

A) Allergiyaya anamnezdə nəticələr olmadıqda
B) Mənfi anamnez və mənfi dəri sınağı
C) Hər hansı xəstəlikdə
D) Mənfi anamnez zamanı müsbət dəri sınağı aldıqda
E) Müsbət anamnez nəticələri olduqda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416

315) Bunlardan hansının diaqnostikası üçün provakasion nazal test aparılır?

A) Tozcuq allergiyası
B) Dərman allergiyası
C) Bakterial allergiya
D) Qida allergiyası
E) Göbələk allergiyası

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.141

316) Konyunktival testlərin aparılması üçün tozcuq allergeni hansı qatılıqda tətbiq edilir?

A) 4 dəfə durulaşdırılmış
B) 5 dəfə durulaşdırılmış
C) Tam allergen
D) 10 dəfə durulaşdırılmış
E) 2 dəfə durulaşdırılmış

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406

317) Bunlardan hansının diaqnostikasında provokasion nazal test tətbiq edilir?

A) Qida allergiyasının
B) Bakterial allergiyanın
C) Göbələk allergiyasının
D) Dərman allergiyasının
E) Məişət allergiyasının

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410

318) Provakasion nazal testlər nə zaman aparılır?

A) İstənilən vaxtda
B) Allergik rinitin kəskinləşməsi zamanı
C) Bronxial astmanın kəskinləşməsi zamanı
D) Vazomotor rinitin kəskinləşməsi zamanı
E) Kliniki remissiya dövründə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416

319) Provakasion inqalyasiya testi bunlardan hansının spesifik diaqnostikası üçün tətbiq edilir?

A) Tozcuq allergik konyuktiviti
B) Atopik dermatit
C) Tozcuq allergik riniti
D) Sadalananların hamısı
E) Tozcuq bronxial astması

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.421

320) Məişət allergenləri ilə provakasion inqalyasiya testini nə zaman aparmaq olar?

A) Tozcuq bronxial astmasının kəskinləşmə dövründə
B) Bronxial astmanın kəskinləşmə dövründə
C) Xəstəliyin remissiya fazasında
D) İstənilən vaxtda
E) Bronxial astmanın mötədil kliniki təzahürü zamanı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.421

321) Bronxospazmın koeffisientinin hansı qiymətində provakasion inqalyasiya testi müsbət hesab edilir?

A) >20 %
B) > 25 %
C) > 5 %
D) > 10 %
E) > 15 %

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.421

322) Leykositlərin təbii emiqrasiyasının ləngimə testi (LTELT) nə üçün aparılır?

A) Göbələk allergiyasını aşkar etmək üçün
B) Sadalananların hamısı
C) Dərman allergiyası zamanı səbəbkar medikamenti dəqiqləşdirmək üçün
D) Epidermal allergiyanı aşkar etmək üçün
E) Bakterial allergiyanı aşkar etmək üçün

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.179

323) Leykositlərin təbii emiqrasiyasının ləngimə testinin (LTELT) aparıldığı gün hansından imtina edilməlidir?

A) Yalnız inqalyasiyadan
B) Yalnız simpatomimetiki
C) Yalnız qlükokortikosteroidlərdən
D) Yalnız antihistamin preparatlarından
E) Bütün dərmanlardan

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.179

324) Leykositlərin təbii emiqrasiyasının ləngimə testi (LTELT) penisillinlə hansı dozada aparılır?

A) 1000 mkq 1 ml-də
B) 100 mkq 1 ml-də
C) 1 mkq 1 ml-də
D) Əhəmiyyəti yoxdur
E) 10 mkq 1 ml-də

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.179

325) Leykositlərin təbii emiqrasiyasının ləngimə testinin (LTELT) aparılması üçün analgini hansı dozada götürmək lazımdır?

A) 10 000 mkq\ml
B) 1000 mkq\ml
C) 100 mkq\ml
D) 10 mkq\ml
E) 1 mkq\ml

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.179

326) Emiqrasiya indeksinin hansı qiymətində leykositlərin təbii emiqrasiyasının ləngimə testi (LTELT) müsbət sayılır?

A) > 10 %
B) > 30 %
C) >20 %
D) > 5 %
E) > 25 %

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.179

327) Tartrazin testi nə zaman göstərişdir?

A) Sulfopreparatlara dözülməzlik zamanı
B) Balığa allergiya zamanı
C) Aspirinə dözülməzlik zamanı
D) Kökə allergiya zamanı
E) Tozcuğa allergiya zamanı

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.114

328) Tartrazin testi nə zaman əks göstərişdir?

A) "Fanta" içkisinə dözülməzlik zamanı
B) Şokalada dözülməzlik zamanı
C) Kofeyə dözülməzlik zamanı
D) Qırmızı tomata dözülməzlik zamanı
E) Kəskin övrə olan xəstədə

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.114

329) Tartrazin testi nə zaman aparılmır?

A) Biseptol qəbul etdikdə
B) Tetrasiklin qəbul etdikdə
C) Sadalananların hamısı
D) Linkomisin qəbul etdikdə
E) Aspirin qəbul etdikdə

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.114

330) Aspirin bronxial astmasının kəskinləşməsinin profilaktikasında bunlardan hansı tamamilə dayandırılmalıdır?

A) Sadalananların hamısı
B) Dibazol
C) Aspirin və tərkibində aspirin olan preparatlar
D) Sulfopreparatlar
E) Papaverin

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.485

331) Pollinozu hansı bitkilərin tozcuğu daha çox törədir?

A) Süni tozlanan bitkilərin
B) Sadalananların hamısının
C) Küləklə tozlanan bitkilərin
D) Həşaratla tozlanan bitkilərin
E) Çarpaz tozlanan bitkilərin

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

332) Tozcuq sensibilizasiyası allergik reaksiyanın hansı tipinin formalaşmasına gətirib çıxarır?

A) B-asılı G-qlobulin tipi
B) B-asılı E-qlobulin tipi
C) Sadalananların hamısı
D) T-asılı tipi
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.528

333) Pollinoz zamanı allergik anticisim bilavasitə hansına aiddir?

A) IgM
B) IgG
C) IgE, qismən IgG
D) IgG,IgA
E) IgA

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

334) Pollinoz zamanı allergik anticisim harada yerləşən hüceyrə-hədəfə fiksə olur?

A) Mədə-bağırsaq traktında
B) Sadalananların hamısı
C) Dəridə
D) Xırda qan damarlarının yaxınlığında
E) Konyuktivanın və respirator aparatın selikli qişasında

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

335) Pollinoz zamanı burun-udlağın selikli qişasında formalaşan allergik iltihabın əsas mediatoru hansıdır?

A) Polipeptid B
B) Serotonin
C) Asetilxolin
D) Sadalananların heç biri
E) Histamin

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

336) Tozcuq allergik konyuktiviti nə zaman kəskinləşir?

A) Yalnız rütubətli havada
B) İlin soyuq vaxtında
C) İlboyu
D) Yaz-yay fəslində
E) Qızmar istidə

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173

337) Tozcuq allergik konyuktiviti nə zaman kəskinləşir?

A) Rütubətli-isti havada
B) Günəşli- küləkli havada
C) Metereoloji vəziyyətdən asılı olmayaraq
D) Yağışlı-soyuq havada
E) İlboyu

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173

338) Tozcuq allergik konyuktiviti üçün nə səciyyəvidir?

A) Konyuktivanın qarışıq iltihabı
B) Konyuktivanın proliferativ iltihabı
C) Konyuktivanın irinli iltihabı
D) Sadalananların heç biri
E) Konyuktivanın allergik iltihabı

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173

339) Pollinoz zamanı burnun sinus artımı hansı xarakteri daşıyır?

A) Allergik xarakter
B) Sadalananların heç biri
C) Toksiki xarakter
D) İrinli xarakter
E) Neyrosirkulyar xarakter

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

340) Tozcuq bronxial astması nə zaman kəskinləşir?

A) İlin soyuq vaxtında
B) İlboyu
C) Küləkli havada
D) Yaz-yay fəslində
E) İlin istənilən vaxtında, yalnız ifrat soyuma olduqda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.,467

341) Pollinoz üçün hansı dərman allergiyasına uyğunluq xarakterdir?

A) Aspirinə və pirazolon törəmələrinə
B) Bitki mənşəli dərmanlara
C) Fenotiazin sırası preparatlarına
D) Sadalananların hamısına
E) Sulfanilamid preparatlarına

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

342) Tozcuq bronxial astması zamanı allergenin tamamilə eliminasiyası zamanı nə baş verir?

A) İl ərzində gizli bronxospazm bir qədər saxlanılır
B) Bütün funksional göstəricilərin dəyişiklikləri tamamilə normal olur
C) Obstruktiv və restriktiv tip üzrə ventilyasiyanın pozulması saxlanılır
D) Yarımil ərzində bronxospazmın qabarıqlığı saxlanılır
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.469

343) Tozcuq bronxial astması bunlardan hansına çox vaxt uyğun gəlir?

A) Rinit, konyuktivit
B) Allergik kontakt dermatit
C) Sadalananların hamısı
D) Allergik qastrit
E) Miqren

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467

344) Tozcuq bronxial astması hansı qida allergiyasına çox vaxt uyğun gəlir?

A) Südə
B) Yumurtaya
C) Sadalananların hamısına
D) Balığa
E) Bitki mənşəli məhsullara

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407

345) Pollinoz zamanı hansı qida allergiyası daha çox xarakterdir?

A) Şokolad
B) Yumurta
C) Süd
D) Pendir
E) Qoz

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

346) Pollinoz zamanı hansı dərman allergiyası ehtimal olunur?

A) Sulfanilamid preparatları
B) Streptomisin
C) Ampisillin
D) Aptek çobanyastığına
E) Penisillin

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

347) Pollinoz zamanı allergik reaksiya hansının yerli tətbiqi zamanı ehtimal olunur?

A) Lanolin kremi
B) Uşaq kremi
C) Sadalananların hamısı
D) Vazelin
E) Tərkibində kalendula olan krem

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

348) Pollinoz zamanı allergik reaksiya hansının istifadəsi zamanı ehtimal olunur?

A) Hamam sabunu
B) Uşaq sabunu
C) Sadalananların hamısı
D) Çobanyastığı şampunu
E) Yumurtalı şampun

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

349) Pollinozlu xəstəyə soyuqdəymə zamanı hansı tövsiyə olunmur?

A) Aspirin
B) Analgin
C) Bal
D) Parasetamol
E) Dimedrol

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

0 şərh