Ümumi immunologiya 14

651) Zaditenin tətbiqinin optimal müddəti nə qədərdir?

A) 2 həftə
B) 2 ay
C) 1 il
D) 1 ay
E) 6 ay

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423

652) Bunlardan hansı daha qabarıq iltihab əleyhinə, allergiya əleyhinə təsirə malikdir?

A) Zirtek
B) Fenistil
C) Tayled
D) İntal
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423

653) Xəstələrə nə zaman tayledi təyin etmək olar?

A) Bronxlarda iltihab prosesinin kliniki təzahürü ilə bronxial astma olduqda
B) Sadalananların hamısında
C) Sadalananların heç birində
D) Kəskin boğulma pristupunda
E) Astmatik halda

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423

654) Terapiyanın bazis preparatı kimi intal və tayleddən nə zaman istifadə olunur?

A) Bronxial astmanın profilaktikası zamanı
B) Yüngül gedişatlı bronxial astma zamanı
C) Ağır gedişatlı bronxial astma zamanı
D) Yüngül və orta-ağır gedişatlı bronxial astma zamanı
E) Orta ağırlıqda bronxial astma zamanı

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423

655) Tayled hansı formada istifadə olunur?

A) Burun üçün damcı
B) Sirop
C) İnqalyasiya üçün aerozol
D) Həb
E) İynə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423

656) Hansı rejim tayledin istifadəsi üçün məqsədəuyğundur?

A) Sutkada iki dəfə
B) Həftəlik fasilə ilə 3 gün tsikli üzrə sutkada bir dəfə
C) Həftədə bir dəfə
D) İlkin mərhələdə sutkada 4 dəfə,sonra ikiqat qəbula keçmək
E) Sutkada bir dəfə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423

657) Tayledin tətbiqinin optimal müddəti hansıdır?

A) 3-4 ay
B) 1,5 ay
C) 2 həftə
D) 2 ay
E) 1 ay

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

658) Tayledin tətbiqi zamanı hansı yan təsirlər olur?

A) Ağızda acılıq
B) Aqranulositoz
C) Diareya
D) Dəridə və selikli qişada hemorragik səpgi
E) Eritema

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

659) Spesifik immunoterapiya nə zaman geniş istifadə olunur?

A) Epidermal allergiya zamanı
B) Bakterial allergiya zamanı
C) Göbələk allergiyası zamanı
D) Qida allergiyası zamanı
E) Pollinoz zamanı

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545

660) Qida allergiyasının əsas spesifik metodu hansıdır?

A) Sadalananların heç biri
B) Oral hiposensibilizasiya
C) Parenteral hiposensibilizasiya
D) Eliminasiya
E) Sadalananların hamısı

Ədəbiyyat: Хаитов Р.М. «Иммунология» 2006 г., стр.188

661) Atopik xəstəliklərin spesifik terapiyasının daha radikal metodu hansıdır?

A) Allergenlərin tam eliminasiyası
B) Allergenlərin qismən eliminasiyası
C) Sadalananların heç biri
D) Sadalananların hamısı
E) Spesifik immunoterapiya

Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.186

662) Atopik xəstəliklər zamanı allergenlərin qeyri-tam eliminasiyası hansı ilə əlaqədardır?

A) Sadalananların hamısı ilə
B) Yaş ilə
C) Endokrin xəstəliklər ilə
D) Genetik faktorlarla
E) Allergenlərin növü ilə

Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.186

663) Spesifik immunoterapiya nə zaman aparılır?

A) Allergenlə kontaktı kəsmək mümkün olmadıqda atopik xəstəliklər zamanı
B) Sadalananların hamısında
C) İnfeksion-allergik xəstəliklər zamanı
D) Bütün allergik xəstəliklər zamanı
E) Atopik xəstəliklər zamanı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545

664) Spesifik immunoterapiyanı kim aparır?

A) Allerqoloq-immunoloq
B) Otorinolarinqoloq
C) Ailə həkimi
D) Sadalananların hər biri
E) Terapevt

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545

665) Atopik bronxial astma zamanı nə zaman spesifik immunoterapiya aparılır?

A) Xəstəliyin allergik mexanizmi aparıcı rol oynayırsa
B) Spesifik diaqnostikanın dəqiq nəticələri olduqda
C) Sadalananların hamısında
D) Əsas xəstəliyin qabarıq kəskinləşməsi olmadıqda
E) Əsas xəstəliyin kəskinləşməsi başladıqda

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

666) Pollinoz zamanı spesifik immunoterapiya hansına əksgöstəriş deyil?

A) Kəskinləşmə mərhələsində xroniki infeksiyaya
B) Autoimmun xəstəliklərə
C) Ürək-damar çatışmazlığına
D) Hamiləliyə
E) Xroniki böyrək çatışmazlığına

Ədəbiyyat: Дранник Г.Н. «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

667) Dermatophagoides gənəsinə qarşı allergiyadan törənən atopik bronxial astmanın müalicəsi necə aparılır?

A) Yazda
B) Payızda
C) Yayda
D) Qışda
E) İlboyu

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

668) Allergen yeridilərkən yerli reaksiya zamanı nə etmək lazımdır?

A) İynə vurulan yerə yod sürtülür
B) Venadaxili 0,1 % adrenalin vurulur
C) İynə vurulan yerə buz qoyulur
D) Əzələdaxili qlükokortikosteroid vurulur
E) İynə vurulan yerə sarğı qoyulur

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.519

669) Bunlardan hansı paraproteinləri xarakterizə etmir?

A) Strukturca homogen immunoqlobulindir
B) Monoklonal immunoqlobulinlərdir
C) Anticisim aktivliyinə malik olmayan,şiş plazmatik hüceyrələr klonundan sintez olunur
D) Mielom zülalıdır
E) M-proteindir

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.338

670) Çoxlu mieloma sadalanan laborator tədqiqat göstəricilərindən hansı ilə müşayiət olunmur?

A) Retikulositoz
B) Sadalananların hamısı
C) EÇS-nin artması
D) Bens-Cons zülalı
E) M-qradient

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.338

671) Xəstələrin immunoloji müayinəsinin dinamikası necə həyata keçir?

A) Xəstə klinikaya daxil olarkən bir dəfə müayinə kimi
B) Dinamikada immunotrop terapiyanın istifadəsi zamanı
C) Xəstənin ikiqat müayinəsi kimi
D) Xəstəlik müddətində immunoloji monitorinq kimi
E) Xəstəlikdən sonra immunoloji monitorinq kimi

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.

672) İlkin immundefisit halının səbəbi hansıdır?

A) Xroniki böyrək çatışmazlığı
B) Xroniki böyrək çatışmazlığı, fermentlərin defisiti
C) Xroniki böyrək çatışmazlığı, embriogenez defektləri
D) Genetik pozulma, xroniki böyrək çatışmazlığı
E) Genetik pozulma, fermentlərin defisiti,embriogenez defektləri

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il.,səh.170

673) B-hüceyrə tipli ilkin immundefisit infeksiyası necə olur?

A) Bakterial, parazitar
B) Virus
C) Yalnız parazitar
D) Yalnız bakterial
E) Göbələk

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il., səh.170

674) B-hüceyrə tipi üzrə ilkin immundefisitlərin birinci kliniki əlamətləri nə zaman təzahür edir?

A) Doğulduqdan 4-6 aydan sonra
B) Doğulduqdan iki il sonra
C) Gənclik dövründə
D) Doğulduqdan bir aydan sonra
E) Yeniyetmə dövründə

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva"Klinik immunologiya" 2007-ci il., səh.170

675) B-hüceyrə tipi üzrə ilkin immundefisit zamanı hansı səviyyədə immun sistemin defekti olur?

A) Mieloid sütun hüceyrə
B) Dalaq
C) Sümük iliyi
D) Pre-B-hüceyrə
E) Timus

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il., səh.170

676) B-hüceyrə immundefisiti zamanı patogenetik əsaslandırılmış terapiya hansıdır?

A) Timik hormonların yeridilməsi
B) Antibiotiklərin yeridilməsi
C) Timusun transplantasiyası
D) Dalağın transplantasiyası
E) İmmunoqlobulinlərin yeridilməsi

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.170

677) T-hüceyrə immunitetinin ilkin immundefisiti zamanı hansı infeksiya daha çox rast gəlinir?

A) Bakterial infeksiya, parazitar infeksiya
B) Bakterial infeksiya
C) Bakterial infeksiya, virus infeksiyası
D) Bakterial infeksiya, göbələk infeksiyası
E) Parazitar infeksiya, virus infeksiyası,göbələk infeksiyası

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.170

678) İlkin T-hüceyrə immundefisitinin bunlardan hansı kliniki markeri deyil?

A) Timusun hipoplaziyası
B) Qalxanabənzər ətraf vəzilərin patologiyası
C) Residivlənən virus infeksiyası
D) Residivlənən piogen infeksiya
E) Sadalananların hamısı

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.170

679) Faqositozun deffekti zamanı daha çox hansına rast gəlinir?

A) Parazitar infeksiya
B) Virus infeksiyası
C) Yalnız bakterial infeksiya
D) Bakterial infeksiya, göbələk infeksiyası
E) Yalnız göbələk infeksiyası

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.307

680) Faqositar sistemin ilkin defekti na zaman təzahür edir?

A) Gənclik dövründə
B) Yeniyetmə dövründə
C) Doğulduğu gündən
D) 2 yaşından
E) Doğulduqdan 4-6 aydan sonra

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.307

681) Faqositar hüceyrələtin defektinin kliniki markeri hansıdır?

A) Dalağın hiperplaziyası
B) Qaraciyərin hipoplaziyası
C) Xroniki qranulematoz dəri və dərialtı yağ hüceyrələrinin zədələnməsi
D) Sadalananların hamısı
E) Timusun hipoplaziyası

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.307

682) T-hüceyrənin ilkin immundefisiti üçün hansı xarakterdir?

A) Mieloperoksidaza defisiti
B) Sadalananların heç biri
C) Adenozindezaminaza defisiti ; alkalin-fosfotaza defisiti
D) Qlükoza-6-fosfatdehidrogenaza defisiti
E) Sadalananların hamısı

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.170

683) Faqositar sistemin ilkin defisiti üçün hansı xarakterdir?

A) Nukleozidfosforilaza defisiti
B) Mieloperoksidaza defisiti ; qlükoza-6-fosfatdehidrogenaza defisiti
C) Adenozindezaminaza defisiti
D) Sadalananların heç biri
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.307

684) Komplement sisteminin defekti zamanı hansına daha çox rast gəlinir?

A) Sadalananların heç birinə
B) Parazitar infeksiyaya
C) Virus infeksiyasına
D) Sadalananların hamısına
E) Göbələk infeksiyasına ; bakterial infeksiyaya

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.308

685) Komplement sisteminin defisiti bilavasitə necə təzahür edir?

A) Sadalananların hamısı ilə
B) Limfoproliferativ sindromla
C) Sadalananların heç biri ilə
D) Autoimmun sindromla ; infeksion sindromla
E) Allergik sindromla

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.308

686) Job sindromu ( hiperimmunoqlobulinemiya E) hansının pozulmasının markeridir?

A) T- və B- hüceyrə immunitetinin
B) B-limfositlərin funksiyasının
C) Faqositoz sisteminin funksiyasının
D) T-limfositlərin funksiyasının
E) Komplement sisteminin funksiyasının

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.179

687) Lui-Bar sindromu (ataksiya-teleangiektaziya) hansının markeridir?

A) B-limfositlərin immundefisiti
B) Komplement sisteminin ilkin immundefisiti
C) T-limfositlərin immundefisiti
D) Faqositoz sisteminin defekti
E) İmmunitetin T- və B-sisteminin kombinə olmuş defisiti

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.176

688) Bunlardan hansı ikincili immundefisitlərin səbəbi deyil?

A) İmmunsupressiv terapiya
B) Xroniki infeksiya
C) Xromosom pozulmaları
D) Sadalananların hamısı
E) Onkoloji xəstəliklər

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.185

689) Nə zaman ikincili immundefisitlər kliniki təzahür edir?

A) Doğulduqdan sonra ilk günlərdə
B) 1 yaşından
C) Doğulduqdan 4-6 aydan sonra
D) Müxtəlif vaxtlarda
E) 2 yaşından

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.185

690) İkincili immundefisit halının infeksion sindromu üzrə təhlükə qrupuna hansı xəstələr aiddir?

A) Sadalananların hamısı
B) Bronxların, ağciyərlərin, dərinin, tez-tez KRVİ, qastroenteropatiyanın, meningitin, sepsisin bakterial infeksiyaları olan
C) Sistem Qırmızı Qurdeşənəyi , trombositopeniya, sklerodermiya, dağınıq skleroz,qeyri-spesifik xoralı koliti olan
D) Limfomalı, limfosarkomalı, limfoqranulematoz, Xockin xəstəliyi,Kapoşi sarkoması olan
E) Neyrodermit, psoriaz, atopiya, bronxial astması olan

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.,166

691) B-hüceyrə tipli immundefisitlərin müalicəsi zamanı hansı tövsiyə olunmur?

A) G-qlobulin
B) Eritrositlərin infuziyası, G-qlobulin
C) Hiperimmun g-qlobulin
D) Timus preparatları, hiperimmun g-qlobulin
E) Eritrositlərin infuziyası, timus preparatları

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.166

692) T-hüceyrə tipli immundefisitlər zamanı hansı tövsiyə olunmur?

A) Timus preparatları
B) Adenozindezaminaza
C) G-qlobulin, timus preparatları
D) Adenozindezaminaza, leykositlərin infuziyası
E) G-qlobulin, leykositlərin infuziyası

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.152

693) Faqositoz sisteminin immundefisiti zamanı hansı tövsiyə olunur?

A) Sadalananların hamısı
B) Dondurulmuş plazma
C) Eritrositlərin infuziyası
D) G-qlobulin
E) Timus preparatları

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.155

694) İkincili immundefisit halı üçün hansı xarakterdir?

A) Cinslə ilişikli
B) Anamnezdə qeyri-xoş ekzogen təsirlərə göstəriş
C) Anamnezdə xoş ekzogen təsirlərə göstəriş
D) Fermentlərin defisiti
E) İmmun orqanların morfoloji defekti

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.166

695) Qazanılmış immundefisit hansıdır?

A) T-hüceyrə leykozu
B) Məxmərək
C) Qızılca
D) Qrip
E) İnsanın immundefisit virusu (HİV)

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.166

696) İnsanın immun çatışmazlıq virusu hansıdır?

A) DNT-dən və bir neçə kodlaşdırılmış zülaldan ibarət sadə quruluşlu virus
B) RNT,DNT, daxili və xarici qişadan ibarət mürəkkəb quruluşlu virus
C) RNT və zülali qişadan ibarət sadə quruluşlu virus
D) 2 molekul RNT-dən, daxili zülal və xarici qlikolipoprotein qişasından ibarət mürəkkəb quruluşlu virus
E) 2 molekul RNT-dən ibarət, zülali qişalı sadə virus

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.193

697) İnsanın immun çatışmazlıq virusu (HİV) hansı fəsiləyə aiddir?

A) Paramiksoviruslar, lentiviruslar yarımfəsiləsinə
B) Retroviruslar (Retroviridae), onkoviruslar yarımfəsiləsinə
C) Retroviruslar (Retroviridae), rotaviruslar tipinə
D) Paramiksoviruslar (Paramyxoviridae), PC-viruslar cinsinə
E) Retroviruslar, lentiviruslar yarımfəsiləsinə

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il., səh.193

698) İnsanın immun çatışmazlıq virusunun ( HİV) struktur zülalları hansıdır?

A) Sadalananların heç biri
B) gp 30; p52
C) gp 160; p55
D) gp 120; gp 41 və gp 110; gp 36
E) Sadalananların hamısı

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.200

699) İnsanın immun çatışmazlıq virusu HİV-1 və HİV-2 zülalların hansı antigen spesifikliyinə görə fərqlənir?

A) Sadalananlarınheç biri
B) Env
C) LTR
D) Gag
E) Pol

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.198

700) İnsanın immun çatışmazlıq virusunun ( HİV) reproduksiyası necə həyata keçir?

A) Viruslar spesifik hüceyrə reseptorlarına yapışır və hüceyrəyə daxil olur. Virusun "Soyunma" prosesində virus RNT azad olur ki, ribosomlarla birləşir.Virus poliprotein-sələfi sintez olunur ki, hüceyrə fermentləri ilə struktur virus zülallarına parçalanır
B) Viruslar hüceyrəyə keçir, onların "soyunma"sı sitoplazmada başlayır və nüvədə başa çatır."Soyunma"nın son məhsulu DNT-dir.Transkripsiya məhsulu virus zülalları üçün m-RNT-dir.
C) Viruslar spesifik hüceyrə reseptoruna yapışır və hüceyrəyə daxil olur."Soyunma" prosesində virus RNT azad olur, virusun əks transkriptazası funksiyaya başlayır, virus DNT əmələ gəlir ki, xromosomun DNT-si ilə inteqrasiya edir.Provirusun genomunun aktivasiyası zamanı virus zülallarının əmələ gəlməsi ilə transkripsiya və translyasiya prosesləri başlayır.
D) Viruslar hüceyrəyə daxil olur, genomun 1 sapını transkripsiya edir və virus zülalları üçün m-RNT kimi funksiya göstərir.
E) Viruslar spesifik hüceyrə reseptoruna yapışır və hüceyrəyə daxil olur.Transkripsiya məhsulu virus zülalları üçün m-RNT-dir.

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.148
 

0 şərh