Ümumi immunologiya 16

751) Fosfodiesterazanın blokadası hesabına sAMF səviyyəsinin artmasını hansı törədir?

A) α-aqonistlər
B) Kalsium blokatorları
C) Sadalananların hamısı
D) Ksantin törəmələri
E) ß-aqonistlər

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109

752) Tozcuq allergiyası zamanı xəstələrdə nə zaman kliniki təzahürlər qeyd olunur?

A) Həşaratlar dişlədikdə
B) Allergik bitkilərin tozlanma dövründə
C) Yaz fəslində
D) Ev tozu ilə kontakt zamanı
E) İlboyu

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

753) Məişət allergiyasının nə zaman kliniki təzahürləri mümkündür?

A) Sitrus meyvələri qəbul edərkən
B) Mənzildə təmir zamanı
C) Heyvanlarla kontakt zamanı
D) Bitkilərin tozlanma dövründə
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.410

754) Penisillinə allergiyası olan xəstələrə hansını təyin etmək olmaz?

A) Rifampisin
B) Gentamisin
C) Linkomisin
D) Sadalananların hamısını
E) Ampioks

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.446

755) Analginə allergiyası olan xəstələrə hansını təyin etmək olmaz?

A) Teofedrin
B) Teotard
C) Sadalananların hamısını
D) Teofillin
E) Retafil

Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.433

756) Etazola allergiyası olan xəstələrdə hansına allergik reaksiya ola bilər?

A) Sadalananların hamısına
B) Sitramona
C) Aspirinə
D) Analginə
E) Novokainə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433

757) Qeyri-infeksion allergenlərlə dəri sınağı nə zaman aparılır?

A) Kəskinləşmənin sakitləşən dövründə
B) Heç vaxt
C) İstənilən vaxtda
D) Sabit remissiya dövründə
E) Allergik xəstəliyin kəskinləşmə dövründə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.406

758) Dəridaxili sınağın qoyulması zamanı mənfi reaksiyanın kontrolu aparılırmı?

A) Aparılması heç də vacib deyildir
B) Aparmaq lazım deyildir
C) Yalnız müsbət reaksiya olduqdan sonra aparılır
D) Göstəriş olduqda aparırlar
E) Mütləq aparılır

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.420

759) Skarifikasiya testi aparılarkən reaksiya nə zaman mənfi hesab olunur?

A) Ölçüsü kontrolda olduğu kimidirsə
B) Hiperemiya > 1 mm olduqda
C) hiperemiya > 2 mm olduqda
D) Hiperemiya sahəsi 1 mm olduqda
E) Suluq 1 mm olduqda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.418

760) Dəri testi zamanı kəskinləşmənin olmaması üçün hansı vacibdir?

A) Xəstəliyin kəskinləşməsi olmadıqda müayinəni aparmaq
B) Allergeni aradan qaldırmaq
C) Sadalananların hamısı
D) Dərini düzgün təmizləmək
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.418

761) Qeyri-bakterial allergenlərlə dəri sınağının aparılmasının diaqnostik əhəmiyyəti nədədir?

A) Bütün hallarda əhəmiyyətlidir
B) Səbəbkar allergendən şübhələnməyə imkan verir
C) Sensibilizasiyanın spektri haqqında məlumat vermir
D) Səbəbkar allergeni aşkar etməyə imkan verir
E) Heç bir məlumat vermir

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.418

762) Bakterial allergenlərlə dəri sınağını nə zaman aparmaq olar?

A) Kəskinləşmə dövründə
B) İstənilən vaxt
C) Qarışıq infeksiyalar zamanı
D) Remissiya dövründə
E) Yalnız müsbət cavab aldıqda

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.412

763) Provakasion allergik testləri nə zaman aparmaq olar?

A) Yalnız virus infeksiyasına şübhə olduqda
B) Yalnız müsbət cavab aldıqda
C) İstənilən vaxt
D) Allergik xəstəliyin kəskinləşməsi zamanı
E) Allergik xəstəliyin remissiya fazasında

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421

764) Tozcuq allergenləri ilə provakasion inqalyasiya testini nə zaman aparmaq olar?

A) Tozlanma dövründə
B) İlboyu
C) İstənilən vaxt
D) Tozcuqlu fəslin sonunda
E) Yalnız yazda

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421

765) Medikamentlərlə provakasion testini kim apara bilər?

A) Yalnız həkim-allerqoloq
B) Həkim-terapevt
C) Həkim-hematoloq
D) İstənilən müalicə profilli həkimlər
E) Həkim-otolarinqoloq

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.416

766) Allerqoloji klinikada spesifik diaqnostikanın laborator metodunun rolu nədədir?

A) Birinci dərəcəli əhəmiyyətə malikdir
B) Diaqnostikanın əlavə üsuludur
C) Elmi əhəmiyyətə malikdir
D) Diaqnostik əhəmiyyəti yoxdur
E) Cüzi əhəmiyyətə malikdir

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.416

767) Spesifik IgE və ya IgG anticisminin immunferment analizi ilə təyininin
prinsipi nədədir?

A) Sadalananların hamısı
B) Ümumi IgE və ya IgG anticisminin təyinində
C) Sadalananların Heç biri
D) Anti-IgE və ya anti-IgG anticisminin nişanlanmış ferment vasitəsi ilə spesifik IgE və ya IgG anticisminin təyinində
E) Radioaktiv-nişanlanmış anti-IgE və ya anti-IgG anticismi vasitəsi ilə spesifik IgE və ya IgG anticisminin təyinində

Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.75

768) Qeyri-bakterial allergenlərlə dəri sınağının qoyulmasının əhəmiyyəti nədədir?

A) SİT aparılmasını dayandırmağa imkan verir
B) Bu halda dəri sınağının qoyulması əhəmiyyətsizdir
C) SİT haqqında məsələni həll etməyə imkan verir
D) SİT(Spesifik İmmun Terapiya) aparılması üçün allergeni seçməyə imkan verir
E) SİT haqqında məsələni həll etməyə imkan vermir

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545

769) Histaminin spesifik azad olması testi nə ilə nəticələnir?

A) Allergiyalı xəstələrin qan serumunda histaminin səviyyəsinin müəyyən olunması ilə
B) Spesifik allergenin təsirinə cavab olaraq histaminin səviyyəsinin müəyyən edilməsi ilə
C) Sadalananların hec biri ilə
D) Spesifik allergenin təsirinə cavab olaraq xəstənin deqranulyasiya olmuş bazofil leykositlərinin müəyyən olunması ilə
E) Spesifik allergen stimuluna cavab olaraq xəstələrin IgE-həssaslaşmış bazofillərindən azad olmuş histamininin təyini ilə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423

770) Spesifik anticismin immunferment metodu ilə təyininin radioimmun üsuldan fərqi nədədir?

A) Qiyməti ucuzdur
B) Sadalananların hamısında
C) Xüsusi radioloji avadanlıq tələb etmir
D) Üstünlüyü yoxdur
E) İşi yerinə yetirmək üçün çox sadədir

Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.75

771) Tozcuq rinitinin fəsli kəskinləşməsi zamanı hansını qəbul etmək məqsədəuyğun deyil?

A) Efedrin
B) Suprastin
C) Tavegil
D) Dimedrol
E) Rauvolfi preparatlarını

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533

772) Tozağacı, qızılağac, qoz ağacının tozcuğuna allergiya zamanı pollinozun kəskinləşməsi daha çox nə vaxt baş verir?

A) Fevral-martda
B) Avqust-sentyabrda
C) Aprel-mayda
D) İyun-iyulda
E) Oktyabr-noyabrda

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

773) Pollinoz zamanı allergenin tam eliminasiyası hansına təsir edir?

A) Patogenezin patofizioloji mərhələsinə
B) Patogenezin immunoloji mərhələsinə
C) Patogenezin patokimyəvi mərhələsinə
D) Sadalananların hamısına
E) Sadalananların heç birinə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

774) Pollinozun klassik metodla spesifik immunterapiyası zamanı allergenin ekstraktı hansı yolla yeridilir?

A) İnqalyasiya ilə
B) Dərialtı
C) Oral yolla
D) Venadaxili
E) Applikasiya metodu ilə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

775) Pollinozun klassik metodla spesifik immunterapiyası zamanı allergenin ekstraktı nə zaman yeridilir?

A) Fəsil daxilində
B) Fəsildən öncə
C) Fəsildən sonra
D) İlboyu
E) Xəstəliyin fəslindən asılı olmayaraq

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

776) Pollinozun spesifik müalicəsi zamanı allergik reaksiya sindromuna hansı aiddir?

A) Rinit,konyuktivit
B) Səpgi
C) Arterial təzyiqin düşməsi
D) Allergen yeridilən yerdə suluq və eritema
E) Qızdırma

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

777) Tozcuq allergen ekstraktına allergik reaksiya sistemi üçün hansı xarakterdir?

A) Arterial təzyiqin qalxması
B) Heç bir reaksiya olmur
C) Arterial təzyiqin aşağı düşməsi
D) Normal arterial təzyiq
E) Tənəffüsün sürətlənməsi

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

778) Pollinozun qeyri-spesifik terapiya metodu hansıdır?

A) Allergenin tam eliminasiyası
B) Sadalananların hamısı
C) Sadalananların heç biri
D) Antihistamin preparatlarının təyini
E) Fəsil öncə immunterapiya

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

779) Bunlardan hansı qida allergeninə aid deyil?

A) Toyuq yumurtası
B) Kartof
C) Portağal
D) Balıq
E) İnək südü

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.407

780) Hansı şəxslər qida allergiyasının inkişafında risk qrupunu təşkil edir?

A) Ürək-damar xəstəlikləri olan şəxslər
B) Sadalananların hamısı
C) Mədə-bağırsaq traktının xroniki iltihab xəstəliyi olan şəxslər
D) Sadalananların heç biri
E) Tənəffüs orqanlarının xəstəlikləri olan şəxslər

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.413

781) Qida məhsuluna tez allergik reaksiyanın kliniki təzahürü hansı ola bilər?

A) Sadalananların heç biri
B) Sadalananların hamısı
C) Allergik reaksiya
D) Anafilaktoid reaksiyası
E) Anafilaktik reaksiya

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502

782) Hansı qida allergiyasının spesifik diaqnostikasına aid deyil?

A) Spesifik IgE anticisminin təyini
B) Allerqoloji anamnez
C) Leykopenik və trombositopenik testlər
D) Dəri, eliminasiya sınağı və provakasion test
E) Qida gündəliyinin qeydiyyatı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.416

783) Qida allergiyasını hansı imitasiya edə bilməz?

A) Qida məhsullarının psixogen dözülməzliyi
B) Yalançı qida allergiyası
C) Qida toksikoinfeksiyası
D) Mədə-bağırsaq traktının ferment sisteminin defektinin nəticəsi olaraq idiosinkraziya
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188

784) Yalançı qida allergiyası həqiqidən necə fərqləndirilir?

A) Kliniki təzahürü ilə
B) Kliniki təzahürü törədən mediatorlarla
C) Sadalananların heç biri
D) Sadalananların hamısı
E) İnkişaf mexanizmi ilə

Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.188

785) Bunlardan hansı histamini azad edən qida məhsulu deyil?

A) Çiyələk
B) Yumurta zülalı
C) Şokolad
D) Ət
E) Ananas

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188

786) Tərkibində çoxlu histamin olmayan qida məhsulu hansıdır?

A) Konservləşdirilmiş məhsullar
B) Şokolad
C) Tomat
D) Alma
E) Çiyələk

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188

787) Qida allergiyası zamanı spesifik terapiyanın daha effektiv növü hansıdır?

A) Sadalananların hamısı
B) Sadalananların heç biri
C) Peroral allergenlə spesifik immunterapiya
D) Parenteral tətbiq üçün allergenlərlə spesifik immunterapiya
E) Tam eliminasiyalı pəhriz

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188

788) Qida allergiyası zamanı qeyri-spesifik terapiyanın daha effektli növü hansının təyinatıdır?

A) Natrium-kromoqlikat per os
B) Qlükokortikosteroidlər
C) Antihistamin preparatları
D) Sadalananların hamısının
E) Ketotifen

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

789) Kəskinləşmə dövründə qida allergiyasının terapiyasına hansı daxildir?

A) Spesifik immunterapiyanın aparılması
B) Qeyri-spesifik immunterapiyanın aparılması
C) Sadalananların hamısı
D) Qida allergiyasının kliniki təzahürü olmayan xəstədə simptomatik terapiya
E) Allergenin mədə və bağırsağın yuyulması ilə kənarlaşdırılması

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188

790) Qida allergiyasının profilaktikasına hansı daxil deyil?

A) Hipoallergen pəhrizdən istifadə
B) İmmunoloji pozulmaların korreksiyası
C) Mədə-bağırsaq traktı xəstəliklərinin korreksiyası
D) İmmunoloji pozulmaların korreksiyası
E) Uşaqların uzun müddət döşlə qidalanması

Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.188

791) Düyünlü eritemanın elementləri necə müşahidə olunur?

A) Sürtünmə hissiyyatı ilə müşahidə olunur
B) Heç bir subyektiv hissiyyat yoxdur
C) Göynəmə ilə müşahidə olunur
D) Bərk gicişmə ilə müşahidə olunur
E) Güclü tərləmə ilə müşahidə olunur

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.132

792) Zərdab qızdırması üçün hansı daha tipikdir?

A) Sadalananların hamısı
B) Limfa düyünlərinin böyüməməsi
C) Sadalananların heç biri
D) Yalnız regionar limfa düyünlərinin böyüməsi
E) Polilimfadenopatiya

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.506

793) Zərdab xəstəliyinin yüngül kliniki variantında qlükokortikosteroidlər tətbiq olunurmu?

A) Orta dozada həblər tətbiq olunur
B) Kiçik dozada həblər tətbiq olunur
C) İstifadə olunmur
D) Parenteral tətbiq olunur
E) Venadaxili tətbiq edilir

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.506

794) Dərman preparatları ilə dəri testləri necə aparılır?

A) Yalnız qida allergiyası olan xəstələrdə aparılır
B) Hər hansı ixtisaslı həkimlərlə
C) Allergik xəstəliyi olan bütün xəstələrdə
D) Yalnız allerqoloqun ciddi göstərişi olduqda
E) Dərman allergiyası olan bütün xəstələrdə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.418

795) Medikamentlərlə provakasion testi hansı xəstələrdə aparırlar?

A) Dərman allergiyası olan xəstələrə ciddi göstəriş olduqda
B) Bronxial astmalı xəstələrdə
C) Yalnız allerqoloqun tövsiyə etdiyi xəstələrdə
D) Yalnız qida allergiyası olan xəstələrdə aparılır
E) Allergik xəstəlikləri olan bütün xəstələrdə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421

796) Assosasiya olmuş vaksin hansıdır?

A) AKDS
B) Tetanus anatoksini
C) Poliomielit əleyhinə
D) BSJ
E) Çiçək əleyhinə

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.320

797) Adi vaksinal proses üçün hansı xarakterdir?

A) Xroniki infeksiyanın kəskinləşməsi
B) İnterkurrent infeksiyanın birləşməsi
C) Sadalananların hamısı
D) Övrənin təzahür etməsi
E) Eynitipli,qısamüddətli reaksiyanın baş verməsi; diri vaksin üçün -spesifik

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.181

798) Allergik rinit zamanı yerli tətbiq olunan QKS(qlükokortikosteroid) nəyə səbəb ola bilər?

A) Tosqun hüceyrələrdən mediatorların azad olmasını ləngidə bilər və kəskin allergik rinitin simptomlarını aradan qaldıra bilər
B) Allergik iltihabı ( erkən və gecikmiş formasını) reduksiya edə bilər və allergik rinitin bütün simptomlarını aradan qaldıra bilər
C) Sadalananların heç biri
D) İltihabın gecikmiş fazasını və xroniki allergik rinitin simptomlarını ləngidə bilər
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533

799) Fəsli allergik rinitin yüngül və epizodik simptomlarının müalicəsi zamanı hansı tətbiq olunmur?

A) İntranazal qlükokortikosteroidlər
B) H1-histamin reseptorlarının sistemli tez təsir edən blokatorları
C) Natrium-kromqlikat
D) Yerli (intranazal antihistamin preparatları)
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533

800) Bunlardan hansı orta-ağır və ağır fəsli allergik rinitin müalicəsi üçün göstəriş deyil?

A) Sadalananların hamısı
B) Sistem antihistamin preparatları
C) İntranazal QKS(qlükokortikosteroid)
D) Yerli α-adrenomimetiklər(7-10 gündən az olmayaraq)
E) İpratropium bromid

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533

Oxşar məqalələr

 

0 şərh