Ümumi immunologiya 19

901) Allergenspesifik immunterapiyanın təsir xüsusiyyətlərinə hansı aid deyil?

A) Qeyri-əlverişli ətraf mühit faktorlarına orqanizmin rezistentliyinin artması
B) Allergenə toxuma həssaslığının azalması
C) Allergik iltihabın əlamətlərinin süstləşməsi
D) Sadalananların hamısı
E) Qeyri-spesifik toxuma hiperaktivliyinin azalması

Ədəbiyyat: Е.И. Соколов .«Клиническая иммунология и аллергология» 2003 г., стр.545

902) Antigen peptidi II sinif histouyğunlaşmanın əsas kompleksinin hansı molekulunda yerləşir?

A) Sadalananların hamısında
B) Endoplazmatik retikulumda
C) Endosomda
D) Nüvədə
E) Mitoxondridə

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il., səh.72

903) HİV-infeksiyasının B3 və C3 mərhələləri necə xarakterizə olunur?

A) CD4\CD8 hüceyrə fenotiplərinin nisbətinin 0,4-dən az olması
B) CD8 hüceyrələrinin miqdarının artması
C) CD4 hüceyrələrinin mütləq miqdarının 200-dən az olması
D) CD3 hüceyrələrinin miqdarının artması
E) CD 4 hüceyrələrinin nisbi miqdarının 10 %-dən az olması

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il., səh.198

904) LAD-1(Leucocyte adhesion deficiency) sindromu hansının defekti ilə səciyyələnir?

A) CD 18 molekulunun
B) CD80\86 molekulunun
C) CD 16 molekulunun
D) CD95 molekulunun
E) CD 54 molekulunun

Ədəbiyyat: Р.М.Хаитов, Г.А.Игнатьева, И.Г.Сидорович «Иммунология» 2000 г., стр.282

905) Sistem Qırmızı Qurdeşənəyinin xarakter kliniki əlamətləri hansıdır?

A) Sadalananların hamısı
B) Sadalananların heç biri
C) Skolioz
D) Stomatit
E) Dəri səpgiləri; arterit və ya artralgiya; nefrotik sindrom

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.240

906) Allergenspesifik immunterapiya nə zaman aparılır?

A) Penisillinə dərman allergiyası zamanı
B) Sadalananların heç birində
C) Qida allergiyası zamanı
D) Sadalananların hamısında
E) Tozcuq ,məişət ,göbələk, insekt allergiyası zamanı

Ədəbiyyat: Г.Н. Дранник .«Клиническая иммунология и аллергология» 2003 г,стр.545

907) II tip reaksiya üzrə inkişaf edən xəstəliklərə hansı aiddir?

A) Sadalananların hamısı
B) Sadalananların heç biri
C) Hemolitik anemiya
D) Pollinoz
E) Kontakt dermatiti

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il., səh.145

908) Tosqun hüceyrələrin tərkibində hansı var?

A) Qlütamin
B) Histamin, heparin, serotonin
C) Sadalananların hamısı
D) Sadalananların heç biri
E) Perforin

Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.26

909) Bronxial astmanın ilkin profilaktikasına hansı daxildir?

A) Hamilə qadınların hipoallergen qidalanması
B) Prenatal və postnatal dövrdə ananın siqaret çəkməməsi
C) Hamilə qadınlar üçün hipoallergen şərait
D) Sadalananların hamısı
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г,стр.485

910) Bunlardan hansı dərman allergiyasına aid deyil?

A) Analgin qəbul etdikdən sonra övrə
B) Sadalananların heç biri
C) Sadalananların hamısı
D) Medikament qəbulu fonunda qorxu reaksiyası
E) Məhlulu yeritdikdən sonra şok

Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г,стр.433

911) Birinci nəsil H1-antaqonistinə hansı aid deyil?

A) Feksofenadin
B) Sadalananların hamısı
C) Difenhidramin
D) Xlorofeniramin
E) Klemastin

Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г,стр.433

912) Allergenspesifik immunterapiyanın aparılması zamanı hansı sistem reaksiyası mümkündür?

A) Allergen yeridildikdən 12 saat sonra
B) Allergen yeridildikdən 1 həftə sonra
C) Allergen yeridildikdən 24 saat sonra
D) Bir qayda olaraq allergen yeridildikdən ilk 30 dəq.sonra həmin yerdən kənarda baş verən reaksiya
E) Allergen yeridildikdən 6 saat sonra

Ədəbiyyat: Г.Н. Дранник .«Клиническая иммунология и аллергология» 2003 г,стр.545

913) Çörc-Stros sindromu hansı əlamətlərlə xarakterizə olunmur?

A) Eozinofiliya (> 10 %)
B) Anamnezdə tənəffüsün çətinləşməsi epizodlarının olması və ya nəfəs verərkən fitli xırıltının eşidilməsi
C) Residivlənən bakterial-göbələk infeksiyası
D) Mono- və ya polineyropatiya
E) Ağciyər infiltratı

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.228

914) Çoxsaylı mieloma necə xarakterizə olur?

A) Sadalananların heç biri
B) Periferik limfoid orqanlarında lokalizasiya
C) Sadalananların hamısının olması
D) Bens-Cons zülalının , M-qradientin olması
E) Yalnız IgG səviyyəsinin artması

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.296

915) Toxuma histouyğunlaşmasının əsas kompleksinin məlum spesifikliyinin sayı nə qədərdir?

A) 200-dən çox
B) 20-dən çox
C) 300-dən çox
D) 2000-dən çox
E) 100-dən çox

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.72

916) Çediak-Xiqasi sindromu hansının zədələnməsi nəticəsində baş verir?

A) Faqositlərin
B) Komplement sisteminin
C) T-hüceyrənin
D) B-hüceyrənin
E) Sadalananların hamısının

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.179

917) Bunlardan hansı övrə üçün xarakterikdir?

A) Suluğun yerində hiperpiqmentasiyanın təzahürü
B) Sadalananların hamısı
C) Sadalananların heç biri
D) 2-3 sutka ərzində eritemanın saxlanmsı
E) Suluqların izsiz itməsi

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.148

918) Hansı preparat dərman-induksiyası Sistem Qırmızı Qurdeşənəyi sindromunu törətmir?

A) Probiotiklər
B) Antitireoid
C) Qızıl duzları
D) Antikonvulsantlar
E) Litium duzları

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.319

919) Tosqun hüceyrələrin deqranulyasiyası hansı müddət ərzində baş verir?

A) Saatlarla
B) Saniyələrlə
C) Günlərlə
D) Həftələrlə
E) Deqranulyasiya baş vermir

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.26

920) I tip reaksiya üzrə inkişaf edən xəstəliklərə hansı daxildir?

A) Pollinoz
B) Hemolitik anemiya
C) Düyünlü poliarterit
D) Sadalananların hamısı
E) Kontakt dermatit

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

921) II tip allergik reaksiyada hansı iştirak edir?

A) IgE -anticismi
B) IgG-anticismi
C) Sadalananların heç biri
D) T-hüceyrə reseptoru
E) Sadalananların hamısı

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il., səh.150

922) İnsanın toxuma uyuşanlığının əsas kompleksi nə vaxt kəşf edilmişdir?

A) XX əsrin II yarısında
B) XIX əsrin sonunda
C) XIX əsrin II yarısında
D) XIX əsrin I yarısında
E) XX əsrin I yarısında

Ədəbiyyat: Р.В.Петров..«Иммунология» 1987г., стр.160

923) Bronxial astmanın müalicəsində ən effektiv preparatlar hansı hesab olunur?

A) Kromonlardan
B) Sadalananların heç biri
C) İnqalyasion qlükokortikosteroidlər
D) İnqalyasion beta 2-aqonistləri
E) Sistemli qlükokortikosteroidlər

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.173

924) İrsi angionevrotik ödemin müalicəsi üçün qəbul edilən vasitə hansıdır?

A) Təzə və ya təzə dondurulmuş plazma ; Epsilon-aminokapron turşusu
B) 2-ci nəsil antihistamin preparatları
C) Sadalananların hamısı
D) Fermentlər
E) Sadalananların heç biri

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.190

925) Zərdab xəstəliyinin inkişafını hansı törətmir?

A) Sadalananların hamısı
B) Penisillin
C) Həzm fermentləri
D) Zərdablar
E) Vaksinlər

Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.105

926) Kif göbələyinə sensibilizasiyası olan xəstələrdə nə zaman kəskinləşmə baş verə bilər?

A) Sadalananların hamısında
B) Quru yerdə
C) Qarın əridiyi vaxtlarda, rütubətli yerdə
D) Şaxtada
E) Sadalananların heç birində

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164

927) Faqositozun ilkin defekti nə zaman təzahür edir?

A) Ahıl yaşlarında
B) Yeniyetmə dövründə
C) 2 yaşdan sonra
D) Doğulduqdan 4-6 aydan sonra
E) Doğulduqdan sonra ilk günlərdə

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.143

928) Komplement sisteminin defisitinin təzahürünə hansı daxildir?

A) Sadalananların heç biri
B) Limfoproliferativ sindrom
C) Sadalananların hamısı
D) Allergik sindrom
E) Autoimmun sindrom, infeksion sindrom

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.144

929) Bunlardan hansı HİV-infeksiyasının hədəf-hüceyrəsi deyil?

A) Qanyaradan sütun hüceyrələri, neyronlar
B) Dendrit hüceyrələri
C) T- və B- limfositlər
D) Eritrositlər
E) Monositar-makrofaqlar cərgəsi

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.193

930) Artyus fenomeni necə xarakterizə olunur?

A) Spesifik IgE iştirakı
B) Sadalananların hamısı ilə
C) Spesifik CD4+ klonlarının proliferasiyası
D) Sadalananların heç biri ilə
E) IgG iştirakı; komplement sisteminin cəlb olunması

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.145

931) Sistem Qırmızı Qurdeşənəyinin patogenezində hansı faktorlar əsas rol oynamır?

A) Antinuklear anticismin sintezinin estrogenlərlə stimulyasiyası
B) HLA-B7, HLA-DR2, HLA-DR3 antigenlərinin daha çox tipləşməsi
C) Sadalananların hamısı
D) Bakterial infeksiya
E) İrsiyyət

Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.126

932) Anafilaktoid reaksiyasının inkişaf xüsusiyyətlərinə hansı daxildir?

A) Arterial təzyiqin artması ola bilər
B) Preparatı təkrar vurduqda reaksiya baş verir
C) Sadalananların hamısı
D) Arterial təzyiqin azalması ola bilər
E) Qabaqcadan sensibilizasiya olduqda preparatın ilk qəbulunda reaksiyanın inkişafı

Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.502

933) Natrium-kromoqlikat hansı xüsusiyyətləri ilə səciyyələndirilir?

A) Metabolizə olur
B) Mədə-bağırsaq traktından absorbsiya olmur
C) Sadalananların hamısı ilə
D) Ödlə və sidiklə dəyişilmiş şəkildə çıxır
E) Yuxuya meyillik

Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.207

934) Təbii allergenlərin əksəriyyətinin molekulyar çəkisi nə qədərdir?

A) 150-200 kD
B) 1-3 kD
C) 10-70 kD
D) 250 kD
E) 200 kD

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164

935) HİV-infeksiyasının birinci mərhələsində mümkün olan xəstəliklər hansıdır?

A) Beynin limfoması
B) Limfoadenopatiya
C) Sadalananların hamısı
D) Dəri və selikli qişanın göbələklə zədələnməsi
E) Residivləşən pnevmoniya: 12 ay ərzində 2-dən çox epizodlar

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.193

936) Kimyəvi tərkibinə görə allergenlər hansına bölünürlər?

A) Zülallar, zülal-karbohidrat kompleksi
B) Sadalananların heç biri
C) Yağlar
D) Karbohidratlar
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164

937) Antigenlərin toxuma uyuşanlığının bütün dəsti üzrə 2 təsadüfü şəxs üçün uyğunluq ehtimalı nə qədərdir?

A) 1: 10.000
B) 1 : 1000
C) 1 : 100
D) 1 : 100.000
E) 1 : 1.000.000

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.95

938) Qeyri-infeksion allergenlərlə dəri testinin aparılması şərtləri hansıdır?

A) Trisiklik antidepressantların iştirakı
B) Histamin üçün H2-reseptorların blokatorlarının ləğv olunması
C) Histamin üçün H1-reseptorlarının blokatorlarının ləğv olunması
D) Qlükokortikosteroidlərin ləğv olunması
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164

939) Uzun müddət burnun tutulması və qeyri-spesifik hiperreaktivliyini hansı patfizioloji mexanizmlər törətmir?

A) Sadalananların hamısı
B) Seliyin sekresiyasının stimulyasiyası
C) Vazodilyatasiya
D) Allergik reaksiyanın gecikmiş fazasının nəticəsi
E) Sinir uclarının həssas stimulyasiyası

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173

940) İnfeksion allergenlərlə dəri testi hara qoyulur?

A) Saidin xarici səthində
B) Yalnız kürəkdə
C) Saidin daxili səthində
D) Çiyində
E) Bazunun daxili səthində

Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.418

941) Natrium-kromoqlikat və natrium-nedokromil nə zaman effektivdir?

A) Ağır bronxial astmada
B) Ağır bronxial astmanın profilaktikasında
C) Yüngül və orta-ağır bronxial astmada
D) Sadalananların heç birində
E) Sadalananların hamısında

Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

942) Toxuma uyuşanlığı genlərinin əsas kompleksi (HLA) hansıdır?

A) Ancaq transplantatın qopma reaksiyasına cavabdehdir
B) Qan qrupunu müəyyən edir
C) İmmun cavaba genetik nəzarəti həyata keçirir və immunkompetent hüceyrələrlə qarşılıqlı təsirdə olur
D) Sadalananların hamısı
E) Sadalananların heç biri

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.95

943) Angionevrotik ödem harada formalaşır?

A) Dərialtı hüceyrədə; selikaltı toxumada
B) Sadalananların hamısında
C) Epidermisdə
D) Sadalananların heç birində
E) Piy hüceyrəsində

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.190

944) Qeyri-infeksion allergenlərlə sınağı qoymazdan əvvəl dəri necə təmizlənir?

A) Qaynadılmış su
B) 70 % spirtlə
C) 3 %-li hidrogen-peroksid
D) Fizioloji məhlul
E) Efirlə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.418

945) HİV-infeksiyası zamanı hüceyrə latentliyi nədir?

A) Hüceyrədə RNT-virusunun olması
B) Hüceyrənin sitoplazmasında provirus DNT olması
C) Provirus DNT-nin DNT-hüceyrəyə inteqrasiyası
D) Sadalananların hamısı
E) Həssas hüceyrənin virus hissəciyi ilə latent yoluxması

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva. "Klinik immunologiya" 2007-ci il, səh.193

946) X-ilişikli Bruton tipli aqammaqlobulinemiya zamanı hansının defekti olur?

A) Pro-B-hüceyrə
B) Qeyri-yetkin B-hüceyrə
C) Pre-T-hüceyrə
D) Pre-B-hüceyrə
E) Sütun hüceyrə

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.135

947) IgE-hiperhəssaslıq mexanizmi hansı xəstəliklərin əsasını təşkil edir?

A) Sadalananların hamısı
B) Atopik dermatit, atopik bronxial astma
C) Ekzogen allergik alveolit
D) Kontakt dermatit
E) Zərdab xəstəliyi

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173

948) Monoklonal anticisimlərlə immun statusu qiymətləndirmək üçün hansı metoddan istifadə olunur?

A) Sitoflüorimetriya
B) Sadalananların hamısı
C) Aqqlütinasiya
D) Presipitasiya
E) Komplementin birləşmə reaksiyası

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.304

949) Allergeni vurduqdan sonra hansı müddət ərzində xəstəni müşahidə edirlər?

A) Allergeni vurduqdan 15 dəq sonra
B) Allergeni vurduqdan 10 dəq.sonra
C) Allergeni vurduqdan 20 dəq.sonra
D) Allergeni vurduqdan 25 dəq.sonra
E) Allergeni vurduqdan 30 dəqiqə sonra

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164

950) T-hüceyrə reseptorları hansını tanıyır?

A) Karbohidrat molekulalarını
B) Sərbəst zülalı
C) Sərbəst peptidi
D) Histouyuşanlığın əsas kompleksinin molekulları ilə əlaqəsi olan peptidləri
E) Sadalananların hamısını

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.84
 

0 şərh