Ümumi immunologiya 20

951) Histouyğunlaşmanın əsas kompleksi molekulaları hansı zəncirə malikdir?

A) 4 zəncirə
B) 1 polipeptid zəncirə
C) Sadalananların heç birinə
D) 3 zəncirə
E) 2 zəncirə

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.95

952) Viskott-Oldriç sindromu üçün hansı xarakterdir?

A) Residivlənən infeksiya, trombositopeniya, ekzema
B) Trombositoz
C) Sadalananların hamısı
D) Sadalananların heç biri
E) Ürək qüsuru

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.178

953) Sağlam yetkin şəxslərin serumunda IgE normal səviyyəsi (ED\ml) hansıdır?

A) 100,0 - 200,0
B) 50,0 - 150,0
C) 10,0 - 140,0
D) 120,0 - 250,0
E) < 130

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.68

954) Bronxial astmanın diaqnostikasında allergik status tədqiqata necə kömək edir?

A) Çox kömək edir
B) Allergik status heç bir rol oynamır
C) Mötədil kömək edir
D) Az kömək edir
E) Qismən kömək edir

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173

955) Bunlardan hansı allergik xəstəliyi olan xəstələrdə immunoloji çatışmazlığın əlamətlərinə aid olub, immunoloji müayinəyə göstəriş deyil?

A) Ağır atopik sindrom
B) Sadalananların hamısında
C) Yanaşı gedən infeksiya
D) Allergik xəstəliyin fəsli kəskinləşməsi
E) Ənənəvi terapiyanın kifayət qədər effektiv olmaması

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.197

956) Toll-bənzər reseptorlar (TLR-Toll Like Receptor) bunlardan hansını tanıyır?

A) Yadcinsli antigenləri
B) Sitokinləri
C) Sadalananların hamısını
D) İmmunkompleksləri
E) Patogenə xas molekula qrupunu

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр., 36

957) Aqammaqlobulinemiyanın müalicəsi zamanı hansı tövsiyə olunur?

A) Timus preparatları
B) Sadalananların heç biri
C) Sadalananların hamısı
D) Hiperimmun g-qlobulin, G-qlobulin
E) Eritrositlərin infuziyası

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.197

958) Sağlam cinsi yetişkən şəxslərin serumunda IgM normal səviyyəsi (q\l) hansıdır?

A) 0,5 - 8,0
B) 2,0 - 6,0
C) 0-2,0
D) 0,5 - 4,0
E) 5,0 - 12,0

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.252

959) Sağlam şəxslərin serumunda IgA normal səviyyəsi (q\l) hansıdır?

A) 8,0 - 14,0
B) 6,0 - 12,0
C) 0,9 - 4,5
D) 0,7 - 9,0
E) 3,0 - 8,0

Ədəbiyyat: Р.М. Хаитов. «Иммунология» 2006 г., стр.251

960) HİV-in provirus DNT-nin hüceyrə DNT-yə inteqrasiyası üçün vacib olan əsas fermentlər hansıdır?

A) İnteqraza, histondeasilaza 1
B) Sadalananların hamısı
C) Dönən transkriptaza
D) Fosfolipaza
E) Sadalananların heç biri

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.193

961) Faqositoz sisteminin immundefisitinin müalicəsi üçün hansı tətbiq oluna bilməz?

A) Leykokütlə
B) Taktivin
C) G-qlobulin
D) Timus preparatları
E) İmmunal

Ədəbiyyat: P.М.Хаитов «Иммунология» 2006 г., стр.143

962) Obstruktiv pozulmanı törətməyən faktorlara hansı daxildir?

A) Böyümüş limfa düyünləri
B) Yad cisim
C) Peribronxial iltihab
D) Şiş
E) Miokardit

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173

963) Spesifik immun cavabın əsas funksiyası hansıdır?

A) Faqositoz
B) Sadalananların hamısı
C) Pinositoz
D) Sadalananların heç biri
E) Anticisim məhsulu ; həssaslaşmış limfositlərin toplanması

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.126

964) Erkən yaşlarında "bronxial astma" diaqnozunun qoyulmasında daha etibarlı yanaşmaya aşağıdakılardan hansı daxildir?

A) Obstruksiyanın ölçülməsi
B) Sadalananların heç biri
C) Tənəffüs yollarının hiperreaktivliyi və obstruksiyasının ölçülməsi
D) Simptomların kliniki nəticələrinin xarakteristikası; müalicənin sınaq kursu
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173

965) Limfositlərin toxumaya miqrasiya istiqaməti (xominq) hansından asılı deyil?

A) Antigeni tanıyan reseptorların spesifikliyindən
B) Xemokin reseptorlarından
C) Xemotaksisdən
D) Adgeziya molekulalarından
E) Antigeni tanıyan reseptorların qeyri-spesifikliyindən

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.179

966) Supressor sitokinlərinə hansı aiddir?

A) İL-8
B) İL-10
C) İL-6
D) İL-3
E) İL-1

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.93

967) Timosit klonlarının mənfi seleksiyasını hansı həyata keçirir?

A) Dendrit hüceyrələri
B) Tosqun hüceyrələr
C) Sadalananların hamısı
D) Timus qabığının epitelial hüceyrələri
E) Makrofaqlar

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.84

968) Hansı aşkar olunarsa dispanser qeydiyyatı aparılır?

A) İFA metodu ilə HİV1 və HİV2-yə anticisim
B) İFA metodu ilə HİV1 və HİV2-yə anticisim, təsdiqləyici analizin yerinə yetirilməsi və CD4+ hüceyrələrinin sayının azalmasının aşkar olunması
C) İFA metodu ilə HİV1 və HİV2 -yə anticisim,PZR metodu ilə təsdiqləyici analizin aparılması və provirus DNT aşkar olunması
D) İFA metodu ilə HİV1 və HİV2-yə anticisim və immunblotda təsdiqləyici analiz
E) CD8+ hüceyrələrinin sayının artması aşkar olunduqda

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.193

969) Hansı tozcuq yüksək allergendir?

A) Çarpaz tozlanma
B) Həşaratlarla tozlanan bitkilər
C) Süni tozlanma
D) Küləklə tozlanan bitkilər
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164

970) Bakterial allergenlərlə dəri sınağı nə zaman aparılır?

A) Pollinozlu bütün xəstələrdə
B) Bakterial allergiyaya şübhə olduqda
C) Bronxial astması olan bütün xəstələrdə
D) Allergik dermatiti olan bütün xəstələrdə
E) Allergiyası olan bütün xəstələrdə mütləq aparılmalı

Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.418

971) Spesifik immun cavabın əsas funksiyası hansıdır?

A) Sadalananların hamısı
B) Sadalananların heç biri
C) Pinositoz
D) Faqositoz
E) Anticisim məhsulu ; həssaslaşmış limfositlərin toplanması

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.126

972) Qida allergiyasının müalicəsinin əsas metoduna hansı aiddir?

A) Sadalananların hamısı
B) Eliminasion pəhriz
C) Qlükokortikosteroidlər
D) Histamin reseptorlarının H1 blokatorları
E) Sadalananların heç biri

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188

973) Tozcuq rinokonyuktiviti üçün hansı xarakterdir?

A) Sadalananların hamısı
B) İlboyu gedişatı
C) Heyvanların epidermisi ilə kontakt zamanı epizodik kəskinləşmə
D) Fəsli gedişatı
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

974) Qanyaradan sütun hüceyrələrinin funksiyasına bunlardan hansı aid deyil?

A) Differensasiya
B) Miqrasiya
C) Resirkulyasiya
D) Faqositar aktivlik
E) Proliferasiya

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.24

975) Anadangəlmə immunitet necə xarakterizə edilir?

A) Sadalananların heç biri
B) Qeyri-spesifik immun cavabın əsasıdır
C) Yalnız erkən postnatal dövrdə orqanizmin müdafiəsini təmin edən immunitetdir
D) İnsanın həyatıboyu tam immun cavabın tərkib hissəsidir
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.18

976) Övrənin təzahür elementləri nə qədər qalır?

A) 72 saata qədər
B) 48 saata qədər
C) 36 saata qədər
D) 24 saata qədər
E) 12 saata qədər

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.190

977) İmmun sistemin qurulmasında əsas prinsip hansıdır?

A) Orqan-miqrasion
B) Orqan
C) Sirkulyator
D) Orqan-sirkulyator
E) Miqrasion

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.17

978) İrsi angionevrotik ödemin inkişaf mexanizminə hansı daxildir?

A) Serum IgA səviyyəsinin azalması
B) Sadalananların hamısı
C) C1-ingibitorunun defisiti
D) Komplementin C3- komponentinin defisiti
E) İL-1 sintezinin artması

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.190

979) Qlükokortikosteroidləri inqalyasiya yolu ilə tətbiq edərkən hansı xoşagəlməyən effektlər olur?

A) Sadalananların hamısı
B) Baş ağrıları
C) Ürəkbulanma
D) Sadalananların heç biri
E) Disfoniya , öskürək, ağız boşluğunda kandidoz

Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.195

980) Atopik bronxial astması olan uşaqların vaksinasiyası zamanı nəzərdə tutulan qaydalar hansıdır?

A) İnfeksion-allergik bronxial astmalı uşaqlar immunizə olunmur
B) Atopik bronxial astmalı uşaqlar immunizə olunmur
C) Yüngül və orta-ağır astmalı uşaqları, epidgöstərişə görə - ağır astmalı uşaqlar immunizə olunur
D) Sadalananların hamısı
E) Sadalananların heç biri

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173

981) Bunlardan hansı Sistem Qırmızı Qurdeşənəyinin xarakter laborator meyarı deyil?

A) Sadalananların hamısı
B) Revmatoid faktoru
C) Təbii 2-spirallı DNT-yə anticisim
D) Kardiolipinə anticisim
E) Nüvə əleyhinə anticisim

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.240

982) İnsanın qazanılmış immunçatışmazlıq sindromunu (QİÇS) hansı törədir?

A) Herpes -1 virusu
B) Herpes-2 virusu
C) İnsanın immundefisit virusu
D) 1,2 tipT-hüceyrə leykozu virusu
E) Sitomeqalovirus

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.193

983) Qlükokortikosteroidlərlə işlənmiş dəri örtüyünün sahəsi maksimal olaraq hansı ölçüdən artıq olmamalıdır?

A) Bədən səthinin 35 %
B) Bədən səthinin 30 %
C) Bədən səthinin 10 %
D) Bədən səthinin 20 %
E) Bədən səthinin 15 %

Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.195

984) İmmundominant peptid hansıdır?

A) Sadalananların heç biri
B) Antigenin spontan parçalanmasının son məhsulu
C) İmmunkompetent hüceyrələrin subpopulyasiyalarının markeri
D) İmmun cavabın verilməsi üçün spesifik siqnal
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.17

985) Qanın qaz tərkibinin əhəmiyyətli dəyişiklikləri nə zaman baş verir?

A) Bronxial astmanın ağır tutma zamanı
B) Sadalananların heç birində
C) Bronxial astmanın yüngül tutma zamanı
D) Sadalananların hamısında
E) Bronxial astmanın orta-ağır tutma zamanı

Ədəbiyyat: Р.М. Хаитов. «Иммунология» 2006 г., стр.173

986) Keçirilmiş hansı infeksiya Reyter sindromunun inkişafına səbəbdir?

A) Ureaplazmoz
B) Adenoviruslar
C) Sadalananların heç biri
D) Xlamidiozlar
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.202

987) Allergen spesifik immunterapiyanın aparılması zamanı hansı yerli reaksiya olur?

A) Allergen yeridildikdən 10 dəq. sonra çoxlu asqırma
B) Allergen yeridilən yerdə ödem, hiperemiya
C) Sadalananların hamısı
D) Allergen yeridildikdən 30 dəq. sonra generalizə olan övrə
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.545

988) Proiltihab sitokinlərinə hansı aiddir?

A) İL-2
B) İL-8
C) İL-1
D) İL-3
E) İL-4

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il, səh.93

989) Th1-hüceyrə nədən müdafiəni təmin edir?

A) Hüceyrədaxili patogenlərdən
B) Selikli qişa hüceyrələri ilə əlaqəsi olan patogenlərdən
C) Hüceyrəxarici patogenlərdən
D) Bütün patogenlərdən
E) Heç bir patogendən

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.84

990) X-ilişikli aqammaqlobulinemiya zamanı hansını təyin etmək məqsədəuyğundur?

A) Sümük iliyi preparatlarını
B) Sadalananların heç birini
C) Timik hormonları
D) Sadalananların hamısını
E) Antibiotikləri, immunoqlobulinləri

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.135

991) Hansı xəstəlikdə IgE yüksək miqdarda olur?

A) Sadalananların hamısında
B) Job xəstəliyi
C) Bruton xəstəliyi
D) Di-Corci sindromu
E) Xroniki qranulematoz xəstəliyi

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.179

992) Faqositozun defekti necə xarakterizə olur?

A) Bakterial, göbələk infeksiyaları ilə
B) Sadalananların hamısı
C) Virus infeksiyası ilə
D) Sadalananların heç biri
E) Parazitar infeksiya ilə

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.143

993) Komplement sisteminin defisitinin kliniki təzahürünə hansı aiddir?

A) Limfoproliferativ sindrom
B) Allergik sindrom
C) Yalnız autoimmun sindrom
D) Autoimmun sindrom ; infeksion sindrom
E) Yalnız infeksion sindrom

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г, стр.144

994) Atopik dermatitin differensial diaqnozu hansı xəstəliyin olmadığını nəzərdə tutur?

A) Övrə
B) Dermatofiliya və övrə
C) Allergik kontakt dermatit və övrə
D) Seboreya dermatiti və övrə
E) Seboreya dermatiti; allergik kontakt dermatit; dermatofitiya

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.186

995) Dəridaxili sınaq nə zaman orta dərəcədə müsbət hesab olunur?

A) Hiperemiya ilə əhatə olunan 9-15mm diametrində suluğun əmələ gəlməsi zamanı
B) Kontrolda olan ölçüdədəki kimi reaksiya zamanı
C) Hiperemiya , 16-20 mm diametrində suluğun əmələ gəlməsi zamanı
D) Hiperemiya, 20 mm diametrində suluğun əmələ gəlməsi zamanı
E) Hiperemiya, 4-8 mm diametrində suluğun əmələ gəlməsi zamanı

Ədəbiyyat: Г.Н. Дранник.«Клиническая иммунология и аллергология» 2003 г., стр.420

996) Anadangəlmə immunitetin hüceyrə aktivasiyası hansı reseptorların iştirakı ilə baş verir?

A) İmmunoqlobulin
B) Toll-bənzər reseptorlarla( TLR- Toll-Like Receptor)
C) Sadalananların hamısı
D) T-hüceyrələrin reseptorları(TCR- T-cell receptor)
E) Sadalananların heç biri

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.36

997) İkinci nəsil H1-blokatorların üstünlüyü nədədir?

A) Sadalananların hamısında
B) Digər tip reseptorlarla blokadası
C) Hematoensefalitik baryerdən keçməsi
D) Yüksək spesifiklik və H1-reseptorlarına çox oxşarlığı; tez təsir etməsi
E) Qısamüddətli təsir etməsi

Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.207

0 şərh