Nevrologiya 1
Nevrologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu. Əsasən bu sahələr əhatə olunur: Sinir sisteminin klinik anatomiya və fiziologiyası, Sinir sistemi xəstəliklərinin topik diaqnostikası. Sinir sisteminin degenerativ xəstəlikləri, Ekstrpiramid sisteminin zədələnməsi, Kognitiv pozulmalarla degenerativ xəstəliklər, Periferik sinir sisteminin xəstəlikləri, Masteniya və miastenik sindromlar, Vegetativ sinir sisteminin xəstəlikləri, Mərkəzi sinir sisteminin travmatik zədələnmələri, Neyroonkologiya, Təxirəsalınmaz vəziyyətlər, Psixonevrologiya. Somatonevrologiya, Pediatrik nevrologiya. Sinir sisteminin klinik anatomiya və fiziologiyası. Sinir sistemi xəstəliklərinin topik diaqnostikası.
1) Həqiqi astereoqnoz baş beynin hansı nahiyyəsinin zədələnməsində qeydə alınır?
A) Ənsə payının
B) Alın payının
C) Ara beynin
D) Təpə payının
E) Gicgah payının
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 189
2) Bazunun ikibaşlı əzələsi (m. bicipitis brachii) vətərindən alınan refleks onurğa beyninin hansı seqmentlər səviyyəsində qapanır?
A) C5-C8
B) C5-Th2
C) C7-C8
D) C5-C6
E) Th1-Th2
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 11
3) Motor afaziyası nə ilə təzahür olunur?
A) Pasient danışa bilir, lakın deyiləni anlamır
B) Pasient danışa bilmir, lakın deyiləni anlayır
C) Pasient deyiləni anlamır və danışa bilmir
D) Pasient danışa bilir, lakın nitqi disfonikdir
E) Əşyaların adını yada sala bilməməyi ilə əlaqədar olaraq pasientin nitqi çətinləşmişdir
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 195
4) Sensor afaziyası nə ilə təzahür olunur?
A) Pasient müraciət olunan nitqi anlamır və danışa bilmir
B) Pasient müraciət olunan nitqi anlamır, lakin öz nitqi adidir, onu idarə edə bilir
C) Pasient danışa bilir, lakın nitqi disfonikdir
D) Pasient müraciət olunan nitqi anlayır, lakin danışa bilmir
E) Pasient müraciət olunan nitqi anlamır, danışa bilir, lakin öz nitqi pozulub, onu idarə edə bilmir
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 198
5) Baş beynin hansı nahiyyəsinin zədələnməsi zamanı udmanın, fonasiyanın, nitqin pozulmaları, udlaq refleksinin itməsi, dilin atrofiyası və fibrilyasiyaları qeydə alınır?
A) Ara beynin
B) Uzunsov beynin
C) Hər iki daxili kapsulun
D) Orta beynin
E) Varoli körpüsünün
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 113
6) Aşağıda sadalanan sinirlərdən hansı boyun kələfinin şaxəsidir?
A) Kiçik ənsə siniri (n. occipitilis minor)
B) Qoltuq siniri (n. axillaris)
C) Mil siniri (n. radialis)
D) Əlavə sinir ( n. accessorius)
E) Orta sinir (n. medianus)
Ədəbiyyat: Sinir sistemi xəstəlikləri / Şirəliyeva R.K. - Bakı: Mütərcim, 2003, səh. 21
7) Aşağıda sadalanan sinirlərdən hansı bazu kələfinin şaxəsi deyil?
A) Diafraqma siniri (n. phrenicus)
B) Qoltuq siniri (n.axillaris)
C) Mil siniri (n. radialis)
D) Dirsək siniri (n.ulnaris)
E) Əzələ-dəri siniri (n. musculocutaneus)
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 87
8) Hemianopsiya, hemianesteziya, hemiataksiya və hemialgeziyanın yaranması baş beynin hansı nahiyyəsinin zədələnməsi üçün xasdır?
A) Qırmızı nüvənin (nucleus ruber)
B) Solğun kürənin (globus pallidus)
C) Quyruqlu nüvənin (nucleus caudatus)
D) Arxa mərkəzi qırışın(gyrus centralis posterior)
E) Görmə qabarının (thalamus opticus)
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 66
9) Aşağıda sadalanan sinirlərdən hansı bazu kələfinin şaxəsidir?
A) Kiçik ənsə siniri (n. occipitilis minor)
B) Böyük qulaq siniri (n. auricularis magnus)
C) Böyük ənsə siniri (n. occipitilis major)
D) Dirsək siniri (n. ulnaris)
E) Diafraqma siniri (n. phrenicus)
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 89
10) Aşağıda sadalanan sinirlərdən hansı bel kələfinin şaxəsidir?
A) Heç biri
B) Qamış siniri (n. tibialis)
C) Oturaq siniri (n. ischiadicus)
D) İncik siniri (n. peroneus)
E) Bud siniri (n. femoralis)
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 100(R-25)
11) Kauzalgik ağrı sindromu aşağıda sadalanan sinirlərin hansının zədələnməsi üçün səciyyəvidir?
A) Orta sinirin (n. medianus)
B) Qoltuq sinirinin (n.axillaris)
C) Əzələ-dəri sinirinin (n. musculocutaneus)
D) Qapayıcı sinirin(n. obturatorius)
E) Aşağı sağrı sinirinin (n. gluteus inferior)
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 97
12) Orta sinirin (n. medianus) zədələnməsi zamanı aşağıda sadalanan simptomlardan hansı qeydə alınır?
A) Əli yumruq kimi bükdükdə 5-ci, 4-ci və qismən 3-cü barmaqlar bükülmür
B) "Sallanan əl" əmələ gəlir
C) Əli yumruq kimi bükdükdə 1-ci, 2-ci və qismən 3-cü barmaqlar bükülmür
D) Əl "caynaqvari" vəziyyət alır
E) Əlin heç bir barmağı bükülmür
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 97
13) Oral avtomatizm reflekslərinin meydana çıxması hansı yolların (traktların) zədələnməsi nəticəsində baş verir?
A) Rubrospinal yolların
B) Pontoserebellyar yolların
C) Vestibulospinal yolların
D) Kortikospinal yolların
E) Kortikobulbar ( kortikonuklear) yolların
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 113-114
14) Görmə aqnoziyası baş beynin hansı nahiyyəsinin zədələnməsi nəticəsində yaranır?
A) Gicgah payının
B) Görmə qabarının
C) Ənsə payının
D) Alın payının
E) Təpə payının
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 201
15) Vidaci dəlik sindromu hansı sinirlərin zədələnmə simptomlarından ibarətdir?
A) Üz, dəhliz-eşitmə sinirlərinin
B) Üçlü, üz, dəhliz-eşitmə sinirlərinin
C) Azan, əlavə, dilaltı sinirlərin
D) Dil-udlaq, azan, əlavə sinirlərin
E) Dil-udlaq, azan, əlavə, dilaltı sinirlərin
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 173
16) Uzunsov beynin dorsolateral infarktı zamanı (Vallenberq-Zaxarçenko alternik sindromu) aşağıda sadalanan simptomlardan hansı müşahidə olunmur?
A) Daxili çəpgözlük
B) Ocaq tərəfdə Horner sindromu
C) Ocaq tərəfdə üzdə seqmentar tipli hissiyyatın pozulması
D) Başgicəllənmə, nistaqm, ataksiya
E) Ocaq tərəfdə yumşaq damağın və səs tellərinin iflici
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 153
17) Üfüqi baxışın parezi baş beynin aşağıda sadalananlardan hansı nahiyyəsinin zədələnməsi nəticəsində qeydə alına bilər?
A) Beyinciyin
B) Görmə qabarının
C) Alın payının
D) Uzunsov beynin
E) Gicgah payının
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 193
18) Baş beynin hansı nahiyyəsinin zədələnməsi nəticəsində sensor afaziya (Vernike afaziyası) yarana bilər?
A) Alın payının
B) Təpə payının
C) Ənsə payının
D) Gicgah payının
E) Uzunsov beynin
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 191
19) Baş beynin hansı nahiyyəsinin zədələnməsi nəticəsində motor afaziya (Broka afaziyası) yarana bilər?
A) Uzunsov beynin
B) Gicgah payının
C) Təpə payının
D) Ənsə payının
E) Alın payının
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 191
20) Vegetativ sinir sisteminin simpatik şöbəsinin onurğa beyninin yan buynuzlarından ibarət olan seqmentar aparatı hansı seqmentlər səviyyəsində yerləşir?
A) L2-S2
B) C8-L2
C) S2-S4
D) C1-C8
E) C5-Th2
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 217
21) Simpatik siliospinal mərkəz onurğa beyninin hansı seqmentlərinin yan buynuzlarında yerləşir?
A) C5-Th2
B) L1-L2
C) C8-Th1
D) C8-L2
E) C4-C5
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 255
22) Onurğa beyninin hansı seqmentlərində parasimpatik hüceyrələr vardır?
A) C8-D1
B) C1-C8
C) D1-D12
D) S3-S5
E) C8-L2
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 257
23) Sol yuxarı ətrafın mərkəzi iflici qeydə alındıqda patolojı ocaq harada yerləşir?
A) Sol ön mərkəzi qırışın orta hissəsində
B) Sağ daxili kapsulanın dizində
C) Sağ daxili kapsulanın arxa budunda
D) Sağ arxa qırışın orta hissəsində
E) Sağ ön mərkəzi qırışın orta hissəsində
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 90
24) Sağ aşağı ətrafda sadə parsial qıcolma tutması ( hərəki Cekson tutması) qeydə alındıqda patolojı ocaq harada yerləşir?
A) Sol arxa mərkəzi qırışın aşağı hissəsində
B) Sol ön mərkəzi qırışın aşağı hissəsində
C) Sol arxa mərkəzi qırışın yuxarı hissəsində
D) Sol ön mərkəzi qırışın yuxarı hissəsində
E) Sağ ön mərkəzi qırışın yuxarı hissəsində
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 91
25) Uzaqlaşdırıcı sinirin (n.abducens) zədələnməsi zamanı hansı əzələnin iflici yaranır?
A) Aşağı düz əzələnin
B) Xarici düz əzələnin
C) Yuxarı çəp əzələnin
D) Daxili düz əzələnin
E) Yuxarı düz əzələnin
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 127
26) Periferik hərəki neyronun zədələnməsi zamanı aşağıda sadalanan simptomlardan hansı müşahidə olunmur?
A) Əzələ atrofiyası
B) Patoloji reflekslər
C) Parez
D) Əzələ hipotoniyası
E) Dərin reflekslərin itməsi
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 80
27) Aşağıda sadalananlardan hansı düzgün deyil?
A) Blokabənzər sinirin nüvəsi orta beyində yerləşir
B) Həm səthi, həm də dərin hissiyyatı təmin edən aparıcı yollar üç neyrondan ibarətdir
C) Uzaqlaşdırıcı sinirin nüvəsi Varoli körpüsündə yerləşir
D) Uzaqlaşdırıcı sinirin zədələnməsi nəticəsində xarici çəpgözlük yarana bilir
E) Mərkəzi hərəki neyronun zədələnməsi nəticəsində əzələ hipertonusu yaranır
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 127
28) Bernard-Horner sindromuna hansı simptomlar daxildir?
A) Göz yarığının genişlənməsi, midriaz və ekzoftalm
B) Ptoz, xarici çəpgözlük və ekzoftalm
C) Ptoz, midriaz və ekzoftalm
D) Göz yarığının daralması, midriaz və enoftalm
E) Göz yarığının daralması, mioz və enoftalm
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 218
29) Binazal hemianopsiya aşağıda sadalanan hansı strukturların zədələnməsi zamanı meydana çıxır?
A) Görmə çarpazının (chiasma opticum) mərkəzi hissəsinin
B) Mahmız şırımlarının
C) Görmə traktlarının
D) Qrasiole dəstələrinin
E) Görmə çarpazının (chiasma opticum) xarici hissələrinin
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 137
30) Bitemporal hemianopsiya aşağıda sadalanan hansı strukturların zədələnməsi zamanı meydana çıxır?
A) Mahmız yarığının
B) Görmə traktının
C) Görmə çarpazının (chiasma opticum) xarici hissələrinin
D) Hər iki Qrasiole dəstəsinin
E) Görmə çarpazının (chiasma opticum) mərkəzi hissəsinin
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 225
31) Görmə traktının zədələnməsi zamanı hemianopsiyanın hansı növü meydana çıxır?
A) İpsilateral homonim hemianopsiya
B) Bitemporal hemianopsiya
C) Binazal hemianopsiya
D) İpsilateral kvadrant hemianopsiya
E) Kontralateral homonim hemianopsiya
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 228
32) Aşağıda sadalananlardan hansı strukturun zədələnməsi zamanı homonim hemianopsiyanın meydana çıxması qeydə alınmır?
A) Görmə çarpazının
B) Ənsə payının
C) Qrasiole dəstəsinin (radiatio optica)
D) Görmə qabarının
E) Görmə traktının
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 137
33) Baş beynin hansı nahiyyəsinin zədələnməsi zamanı yuxarıya doğru baxışın parezi və akkomodasiyanın pozulması meydana çıxır?
A) Varoli körpüsünün bazal hissəsinin
B) Uzunsov beynin
C) Varoli körpüsünün damaltı hissəsinin
D) Orta beynin bazal hissəsinin
E) Orta beynin oral nahiyyəsinin damaltı hissəsinin
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 210
34) Onurğa beyni köndələn yarısının zədələnmə sindromu ( Broun-Sekar sindromu) zamanı patolojı ocağa əks olan tərəfdə hansı pozulma qeyd olunur?
A) Dərin hissiyyatın naqil tipli pozulması
B) Periferik iflic
C) Mərkəzi iflic
D) Səthi hissiyyatın naqil tipli pozulması
E) Həm səthi, həm də dərin hissiyyatın pozulması
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94
35) Aşağıda sadalanan strukturlardan hansı orta beynin hissəsi deyil?
A) Blokabənzər sinirinin nüvəsi
B) Qara substansiya
C) Gözün hərəki sinirinin nüvəsi
D) Uzaqlaşdırıcı sinirin nüvəsi
E) Qırmızı nüvə
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 127
36) Mərkəzi sinir sistemində mielin hansı hüceyrələr tərəfindən hasil olunur ?
A) Epindimositlər
B) Şvann hüceyrələri
C) Neyronlar
D) Oliqodendrositlər
E) Astrositlər
Ədəbiyyat: 1..Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 288
2.Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 19
37) Periferik sinir sistemində mielin hansı hüceyrələr tərəfindən hasil olunur ?
A) Şvann hüceyrələri
B) Epindimositlər
C) Astrositlər
D) Oliqodendrositlər
E) Neyronlar
Ədəbiyyat: 1. Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 288
2. Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 19
38) Aşağıda sadalanan kəllə-beyin sinirlərindən hansı hissi sinirlərə aiddir?
A) Dəhliz-eşitmə siniri
B) Əlavə sinir
C) Üz siniri
D) Üçlü sinir
E) Azan siniri
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 182
39) Aşağıda sadalanan kəllə-beyin sinirlərindən hansı hərəki sinirlərə aiddir?
A) Üçlü sinir
B) Dilaltı sinir
C) Dil-udlaq siniri
D) Azan sinir
E) Dəhliz-eşitmə siniri
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 166
40) Dil əzələləri hansı kəllə-beyin siniri ilə innervasiya olunur?
A) Dilaltı sinirlə
B) Üçlü sinirlə
C) Azan sinirilə
D) Sadalanların heç biri ilə
E) Dil-udlaq sinirilə
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 109
41) Aşağıda sadalananlardan hansı bulbar sindrom zamanı qeydə alınmır?
A) Disfoniya
B) Oral avtomatizm refleksləri
C) Disfagiya
D) Dizartriya
E) Dilin atrofiyası
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 175
42) Bazilyar (əsas) arteriya hansı arteriyalara şaxələnir?
A) Sağ və sol ön beyin arteriyalarına
B) Sağ və sol arxa beyin arteriyalarına
C) Sağ və sol orta beyin arteriyalarına
D) Sağ və sol arxa birləşdirici arteriyalara
E) Sağ və sol arxa aşağı beyincik arteriyalarına
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 34
43) Aşağıda sadalanan arteriyalardan hansı beyin yarımkürəsinin əksər hissəsini vaskulərizə edir?
A) Fəqərə arteriyası
B) Bazilyar (əsas) arteriya
C) Orta beyin arteriyası
D) Arxa beyin arteriyası
E) Ön beyin arteriyası
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 37
44) Onurğa beyninin boyun qalınlaşmasına hansı seqmentlər daxildir?
A) C5-C8
B) C1-Th2
C) C5-Th2
D) C1-C8
E) C8-Th2
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 26
45) Onurğa beyninin bel qalınlaşmasına hansı seqmentlər daxildir?
A) L2-L5
B) L1-L5
C) L2-S2
D) L1-S5
E) L1-S1
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 26
46) Ağrı və temperatur hissiyyatının aparıcı yolları onurğa beyninin hansı sütunlarında yerləşir?
A) Ön sütunlarında
B) Ön və arxa sütunlarında
C) Arxa sütunlarında
D) Yan sütunlarında
E) Ön və yan sütunlarında
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 44
47) Onurğa beyni neçə seqmentdən ibarətdir?
A) 33-34
B) 30
C) 41-45
D) 31-32
E) 35-40
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 68
48) Səs telləri hansı sinir tərəfindən innervasiya edilir?
A) Üçlü sinir
B) Əlavə sinir
C) Dil-udlaq siniri
D) Dilaltı sinir
E) Azan sinir
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 112
49) Beyincik beyin kötüyü ilə neçə cüt ayaqcıqlar vasitəsilə əlaqəlidir?
A) 1
B) 5
C) 4
D) 3
E) 2
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 154
50) Ön və arxa spinoserebellyar yollar onurğa beyninin hansı sütunlarında yerləşir?
A) Yan sütunlarında
B) Arxa sütunlarında
C) Ön və yan sütunlarında
D) Arxa və yan sütunlarında
E) Ön sütunlarında
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 112
51) Beyinciyin yuxarı ayaqcıqları onu beyin kötüyünün hansı şöbəsi ilə birləşdirir?
A) Beyin körpüsü ilə
B) Orta beyin və beyin körpüsü ilə
C) Orta beyinlə
D) Uzunsov beyinlə
E) Ara beyinlə
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 111
52) Aşağıda sadalananlardan hansı mərkəzi hərəki neyronun zədələnmə əlamətidir?
A) ENMQ zamanı degenerasiya reaksiyası
B) Fibrillyasiyalar
C) Arefleksiya
D) Əzələ atrofiyası
E) Patoloji reflekslər
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 81
53) Onurğa beyninin C5-D2 səviyyəsində tam köndələn zədələnməsi zamanı aşağıda sadalananlardan hansı qeydə alınır?
A) Tetraplegiya: yuxarı ətrafların mərkəzi iflici və aşağı ətrafların periferik iflici
B) Tetraplegiya: yuxarı ətrafların periferik iflici və aşağı atrafların mərkəzi iflici
C) Spastik tetraplegiya
D) Aşağı süst paraplegiya
E) Yuxarı spastik paraplegiya
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94
54) Onurğa beyninin L2-S2 səviyyəsində tam köndələn zədələnməsi zamanı aşağıda sadalananlardan hansı qeydə alınır?
A) Süst tetraplegiya
B) Aşağı mərkəzi paraplegiya
C) Yuxarı spastik paraplegiya
D) Ətraflarda hərəki pozulmalar yoxdur, aralıq nahiyyəsində hipesteziya qeydə alınır
E) Aşağı süst paraplegiya
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94
55) Onurğa beyninin hansı seqmentlərinin köndələn zədələnməsi zamanı ətraflarda hərəki pozulmalar qeydə alınmır?
A) S3-S5
B) Th3-L1
C) L2-S2
D) C5-Th2
E) C1-C4
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94
56) Onurğa beyninin hansı seqmentlərinin köndələn zədələnməsi aşağı süst parapleqiyanın yaranmasına gətirib çıxarır?
A) D10-D12
B) L2-S2
C) D5-D10
D) S3-S5
E) C5-D2
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94
57) Onurğa beyninin hansı seqmentlərinin köndələn zədələnməsi mərkəzi tetrapleqiyanın yaranmasına gətirib çıxarır?
A) C5-D2
B) D3-L1
C) D5-D10
D) C5-C8
E) C1-C4
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94
58) Onurğa beyninin hansı seqmentlərinin köndələn zədələnməsi zamanı yuxarı ətraflarda periferik iflic, aşağı ətraflarda isə mərkəzi iflic qeydə alınır?
A) C1-C4
B) C5-D2
C) D5-D10
D) D3-L1
E) C1-C2
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94
59) Aşağıda sadalanan sinirlərdən hansının zədələnməsi zamanı ptoz meydana çıxır?
A) Uzaqlaşdırıcı sinirin
B) Blokabənzər sinirin
C) Görmə sinirinin
D) Gözün hərəki sinirinin
E) Üz sinirinin
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 129
60) Mimiki əzələlər kranial sinirlərin hansı cütü ilə innervasiya olunur?
A) 3-cü
B) 6-cı
C) 5-ci
D) 7-ci
E) 10-cu
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 116
61) "Prosopoplegia" nədir?
A) Gözün hərəki əzələlərinin iflici
B) Laringeal əzələlərinin iflici
C) Çeynəmə əzələlərinin iflici
D) Dil əzələlərinin iflici
E) Mimiki əzələlərinin iflici
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 116
62) Aşağıda sadalanan kranial sinirlərin hansı cütləri körpü-beyincik sinirləri qrupuna aiddir?
A) 7-ci, 8-ci
B) 11-ci, 12-ci
C) 9-cu, 10-cu
D) 1-ci, 2-ci
E) 3-cü, 4-cü
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 115
63) Çeynəmə əzələləri hansı sinir tərəfindən innervasiya edilir?
A) Üz siniri
B) Üçlü sinir
C) Əlavə sinir
D) Azan sinir
E) Dilaltı sinir
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 124
64) Kranial sinirlərin hansı cütünün zədələnməsi zamanı çəpgözlük yarana bilir?
A) 7-ci
B) 6-cı
C) 1-ci
D) 10-cu
E) 5-ci
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 127
65) İnternuklear oftalmoplegiya baş beynin hansı strukturunun zədələnməsi əlamətidir?
A) Gözün hərəki sinirinin nüvəsinin
B) Uzaqlaşdırıcı sinirin nüvəsinin
C) Baxışın qabıq mərkəzinin
D) Arxa (medial) boylama dəstənin
E) Varoli körpüsünün baxış mərkəzinin
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-информ, 2004, стр. 202
66) İnternuklear oftalmoplegiyanın qeydə alınması baş beynin hansı nahiyyəsinin zədələnməsindən xəbər verir?
A) Ənsə payının
B) Gicgah payının
C) Alın payının
D) Təpə payının
E) Beyin kötüyünün
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-информ, 2004, стр. 202
67) "Laqoftalm" aşağıda sadalanan sinirlərdən hansının zədələnməsi əlamətidir?
A) Üçlü sinirin
B) Yuxarı boyun simpatik düyününün liflərinin
C) Üz sinirinin
D) Uzaqlaşdırıcı sinirin
E) Gözün hərəki sinirinin
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 117
68) Xarici çəpgözlük hansı sinirin zədələnməsi nəticəsində yaranır?
A) Gözün hərəki sinirinin
B) Yuxarı boyun simpatik düyününün liflərinin
C) Üz sinirinin
D) Blokabənzər sinirin
E) Uzaqlaşdırıcı sinirin
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 129
69) Aşağıda sadalanan sinirlərdən hansının zədələnməsi zamanı daxili çəpgözlük yaranır?
A) Blokabənzər sinirin
B) Üz sinirinin
C) Üçlü sinirin
D) Gözün hərəki sinirinin
E) Uzaqlaşdırıcı sinirin
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 127
70) Aşağıda sadalanan əzələlərdən hansı blokabənzər sinirlə innervasiya olunur?
A) Aşağı çəp əzələ
B) Aşağı düz əzələ
C) Daxili düz əzələ
D) Xarici düz əzələ
E) Yuxarı çəp əzələ
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 127
71) Gözün xarici əzələlərinə aid olan yuxarı çəp əzələ hansı sinirlə innervasiya olunur?
A) Üçlü sinirlə
B) Gözün hərəki siniri ilə
C) Blokabənzər sinirlə
D) Üz siniri ilə
E) Uzaqlaşdırıcı sinirlə
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 127
72) Gözün xarici əzələlərinə aid olan xarici düz əzələ hansı sinirlə innervasiya olunur?
A) Blokabənzər sinirlə
B) Uzaqlaşdırıcı sinirlə
C) Gözün hərəki siniri ilə
D) Üçlü sinirlə
E) Üz siniri ilə
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 127
73) Çeynəmə əzələlərinin atrofiyası aşağıda sadalanan kranial sinirlərdən hansının zədələnməsi nəticəsində yaranır?
A) Üçlü sinirin
B) Uzaqlaşdırıcı sinirin
C) Üz sinirinin
D) Blokabənzər sinirin
E) Gözün hərəki sinirinin
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 130
74) Aşağıda sadalanan əzələlərdən hansı uzaqlaşdırıcı sinirlə innervasiya olunur?
A) Yuxarı çəp əzələ
B) Daxili düz əzələ
C) Aşağı çəp əzələ
D) Xarici düz əzələ
E) Aşağı düz əzələ
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 127
75) "Aleksiya" nədir?
A) Nitqin qazanılmış pozulması
B) Görmə funksiyalarının qaldığı halda oxuma qabiliyyətinin qazanılmış pozulması
C) Yaddaşın qazanılmış pozulması
D) Görmə funksiyalarının qaldığı halda yazma qabiliyyətinin qazanılmış pozulması
E) Hesablama qabiliyyətinin qazanılmış pozulması
Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 323
76) "Aqrafiya" nədir?
A) Görmə funksiyalarının qaldığı halda oxuma qabiliyyətinin qazanılmış pozulması
B) Hesablama qabiliyyətinin qazanılmış pozulması
C) Hərəkət pozulması olmadığı halda yazma qabiliyyətinin pozulması
D) Nitqin qazanılmış pozulması
E) Yaddaşın qazanılmış pozulması
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 288
77) Aleksiya baş beynin hansı nahiyyəsinin zədələnməsi nəticəsində yaranır?
A) Gyrus angularis- qeyri-dominant yarımkürənin
B) Gyrus supramarginalis- qeyri-dominant yarımkürənin
C) Gyrus angularis- dominant yarımkürənin
D) Gyrus centralis posterior- dominant yarımkürənin
E) Gyrus supramarginalis- dominant yarımkürənin
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 288
78) Kortikonuklear trakt daxili kapsulanın hansı nahiyyəsini təşkil edir?
A) Ön budunun arxa 1/3 hissəsini
B) Arxa budunun arxa 2/3 hissəsini
C) Arxa budunun ön 2/3 hissəsini
D) Dizini
E) Arxa budunun arxa 1/3 hissəsini
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 172
79) Qlossoparez kranial sinirlərin hansı cütünün zədələnməsi nəticəsində yaranır?
A) 12-ci
B) 7-ci
C) 5-ci
D) 10-cu
E) 9-cu
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 109
80) Midriaz hansı sinirin zədələnməsi nəticəsində yarana bilər?
A) Gözün hərəki sinirin
B) Blokabənzər sinirin
C) Uzaqlaşdırıcı sinirin
D) Üz sinirinin
E) Yuxarı boyun simpatik düyünü liflərinin
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 129
81) Periferik hərəki neyronlar onurğa beyninin hansı buynuzlarında yerləşir?
A) Arxa
B) Ön
C) Yan
D) Arxa və yan
E) Ön və yan
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 70
82) Tractus corticospinalis lateralis ( çarpazlaşmış piramid traktlar) onurğa beyninin hansı sütunlarında yerləşir?
A) Ön
B) Ön və yan
C) Yan və arxa
D) Arxa
E) Yan
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 75
83) Tractus corticospinalis anterior ( çarpazlaşmamış Türk piramid traktları) onurğa beyninin hansı sütunlarında yerləşir?
A) Arxa və yan
B) Arxa
C) Ön və yan
D) Yan
E) Ön
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 75
84) Aşağıda sadalananlardan hansı simptom gözün hərəki sinirinin zədələnməsi zamanı qeydə alınmır?
A) Ekzoftalm
B) Mioz
C) Xarici çəpgözlük
D) Ptoz
E) Akkomodasiyanın pozulması
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 129
85) Kranial sinirlərinin 12-ci cütünün zədələnməsi nəticəsində hansı simptom yaranır?
A) Disfoniya
B) Dizartriya
C) Prozopoparez
D) Disfagiya
E) Prozopalgiya
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 109
86) Dizartriya kranial sinirlərinin hansı cütünün zədələnməsi nəticəsində yarana bilər?
A) 9-cu
B) 12-ci
C) 7-ci
D) 5-ci
E) 10-cu
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 109
87) Afoniya kranial sinirlərin hansı cütünün ikitərəfli zədələnməsi nəticəsində yarana bilər?
A) 9-cu
B) 7-ci
C) 12-ci
D) 5-ci
E) 10-cu
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр.113
88) Gözün daxili əzələləri ( m. sphincter pupillae et m. ciliaris) hansı sinir tərəfindən innervasiya olunur?
A) Yuxarı boyun simpatik düyününün lifləri
B) Uzaqlaşdırıcı sinir
C) Gözün hərəki siniri
D) Blokabənzər sinir
E) Üz siniri
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 128
89) Piramid yolu (tractus corticospinalis lateralis) neçə neyrondan ibarətdir?
A) 7
B) 4
C) 5
D) 3
E) 1
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 23
90) Daxili kapsulanın ( capsula interna) dizi hansı yollardan təşkil olunub?
A) Tractus frontopontinus
B) Tractus corticonuclearis
C) Tractus corticospinalis anterior
D) Tractus thalamocorticalis
E) Tractus corticospinalis lateralis
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 172
91) Hissi neyronlar onurğa beyninin hansı buynuzlarında yerləşir?
A) Arxa və yan
B) Ön
C) Arxa
D) Ön və yan
E) Yan
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 70
92) Bəbəyi genişləndirən əzələ (m.dilatator pupillae) nə ilə innervasiya olunur?
A) Uzaqlaşdırıcı sinirlə
B) Gözün hərəki siniri ilə
C) Yuxarı boyun simpatik düyününün lifləri ilə
D) Blokabənzər sinirlə
E) Üz siniri ilə
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 73
93) Taktil hissiyyatın aparıcı yolları onurğa beyninin hansı sütunlarında yerləşir?
A) Ancaq yan
B) Ancaq arxa
C) Ön və yan
D) Ancaq ön
E) Yan və arxa
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 40
94) "Hipogeyziya" nədir?
A) Görmənin zəifləməsi
B) Müvazinətsizlik
C) Eşitmənin zəifləməsi
D) Dadbilmə hissiyyatının zəifləməsi
E) Qoxubilmənin zəifləməsi
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 172
95) Dilin arxa 1/3 hissəsindən dadbilmə hissiyyatı hansı sinirlə təmin edilir?
A) Dilaltı sinirlə
B) Dil-udlaq siniri ilə
C) Üçlü sinirlə
D) Azan sinirlə
E) Üz siniri ilə
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 172
96) Aşağıda sadalanan kranial sinirlərdən hansının nüvəsi beyin qabığı ilə yalnız birtərəfli olaraq əlaqəlidir?
A) Üçlü
B) Əlavə
C) Azan
D) Dil-udlaq
E) Dilaltı
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 78
97) Aşağıda sadalananlardan hansı patolojı refleks yuxarı ətraflarda piramid çatışmazlığının əlamətidir?
A) Şeffer refleksi
B) Oppenheym refleksi
C) Yuxarı Hordon refleksi (рефлекс Гордона)
D) Yuxarı Rossolimo refleksi
E) Babinski refleksi
Ədəbiyyat: Sinir sistemi xəstəlikləri / Şirəliyeva R.K. - Bakı: Mütərcim, 2003, səh. 91
98) Aşağıda sadalananlardan nə daxili kapsulun birtərəfli zədələnməsi nəticəsində meydana çıxır?
A) Monoparez
B) Yuxarı paraparez
C) Aşağı paraparez
D) Tetraparez
E) Hemiparez
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 172
99) Onurğa beyninin ön buynuzlarının zədələnməsi nəticəsində aşağıda sadalananlardan nə meydana çıxır?
A) Hiperrefleksiya
B) Patoloji reflekslər
C) Hissi pozulmalar
D) Fibrillyar səyrimələr
E) Spastik əzələ hipertonusu
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 95
100) Onurğa beyninin köndələn yarısının zədələnməsi sindromu necə adlanır?
A) Fleksiq sindromu
B) Şmidt sindromu
C) Broun-Sekar sindromu
D) Avellis sindromu
E) Cekson sindromu
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 77
0 şərh