Nevrologiya 2

101) Üz sinirinin zədələnməsi nəticəsində aşağıda sadalananlardan hansı əlamət meydana çıxmır?
 A) Bell simptomu
 B) Ptoz
 C) Prozopoparez
 D) Laqoftalm
 E) Qaşüstü refleksin enməsi

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 206

102) Aşağıda sadalananlardan hansı Veber alternik sindromunun əlaməti deyil?
 A) Heterolateral mimiki əzələlərinin mərkəzi tipli iflici
 B) Heterolateral tərəfdə Babinski patoloji refleksinin qeydə alınması
 C) Heterolateral hemiplegiya
 D) Homolateral midriaz
 E) Homolateral laqoftalm

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 153

103) Baş beynin hansı nahiyyəsinin zədələnməsi zamanı əkstərəfli hemiplegiya, hemianesteziya və hemianopsiya meydana çıxır?
 A) Görmə qabarının
 B) Mahmız yarığının
 C) Daxili kapsulun
 D) Varoli körpüsünün
 E) Arxa mərkəzi qırışın

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 172

104) Onurğa beyninin arxa buynuzlarının zədələnməsi nəticəsində aşağıda sadalananlardan hansı meydana çıxır?
 A) Seqmentar (dissosiasiyalanmış) tipli hissiyyatın pozulması
 B) Naqil tipli hissiyyatın pozulması
 C) Vegetativ-trofik pozulmalar
 D) Kökcük tipli hissiyyatın pozulması
 E) Əzələ gücünün azalması

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 55

105) Aşağıda sadalananlardan hansı ekstroseptiv hissiyyata aiddir?
 A) Təzyiq hissiyyatı
 B) Əzələ-oynaq hissiyyatı
 C) Vibrasiya hissiyyatı
 D) Çəki hissiyyatı
 E) Taktil hissiyyat

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 48

106) Dərin hissiyyatın aparıcı yolunun 2-ci neyronu harada yerləşir?
 A) Varoli körpüsünün nüvələrində
 B) Uzunsov beynin nüvələrində
 C) Görmə qabarında
 D) Onurğa beyninin arxa buynuzlarında
 E) Onurğa beyninin ön buynuzlarında

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 41

107) Aşağıda sadalananlardan hansı proprioseptiv (dərin) hissiyyata aid deyil?
 A) Temperatur hissiyyatı
 B) Təzyiq hissiyyatı
 C) Əzələ-oynaq hissiyyatı
 D) Çəki hissiyyatı
 E) Vibrasiya hissiyyatı

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 48

108) Səthi hissiyyatın aparıcı yolunun 2-ci neyronu harada yerləşir?
 A) Onurğa beyninin arxa buynuzlarında
 B) Uzunsov beynin nüvələrində
 C) Görmə qabarında
 D) Varoli körpüsünün nüvələrində
 E) Onurğa beyninin ön buynuzlarında

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 45

109) Səthi hissiyatın aparıcı yolunun 1-ci neyronunun cismi harada yerləşir?
 A) Fəqərəarası spinal düyündə
 B) Onurğa beyninin arxa buynuzlarında
 C) Epidermisdə
 D) Onurğa beyninin ön buynuzlarında
 E) Onurğa beyninin yan buynuzlarında

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 45

110) Aşağıda sadalananlardan hansı beyin qabığında eşitmənin proyeksion sahəsidir?
 A) Hippokamp qırışı
 B) Arxa mərkəzi qırış
 C) Heşli qırışları da daxil olmaqla yuxarı gicgah qırışı
 D) Mahmız yarığı
 E) Ön mərkəzi qırış

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 185

111) Aşağıda sadalanan hissiyat növlərindən hansının qabıq proyeksion mərkəzi gicgah payının Heşl qırışlarında yerləşir?
 A) Qoxubilmə qabiliyyətinin
 B) Dadbilmə qabiliyyətinin
 C) Görmənin
 D) Kinestetik hissiyat
 E) Eşitmənin

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 185

112) Subdominant yarımkürənin təpə payı qabığının zədələnməsi zamanı aşağıda sadalananlardan nə meydana çıxır?
 A) Anozoqnoziya
 B) Motor afaziya
 C) Sensor afaziya
 D) Aleksiya
 E) Aqrafiya

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 190

113) Aşağıda sadalananlardan hansı beyinciyin zədələnmə əlaməti deyil?
 A) Dismetriya
 B) Parez
 C) İntension əsmə
 D) Meqaloqrafiya
 E) Nistaqm

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 159

114) Aşağıda sadalananlardan hansı beyinciyin zədələnmə əlamətidir?
 A) Əzələ hipotoniyası
 B) Əzələ atrofiyası
 C) Parez
 D) Hiperrefleksiya
 E) Patoloji reflekslər

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 160

115) Aşağıda sadalananlardan hansı beyinciyin zədələnmə əlaməti deyil?
 A) Əzələ hipotoniyası
 B) Adiadoxokinez
 C) Asinergiya
 D) Bradikineziya
 E) Ataksiya

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 102

116) Səthi hissiyyatın naqil tipli pozulması onurğa beyninin hansı nahiyyəsinin zədələnməsi zamanı meydana çıxır?
 A) Yan sütununun
 B) Ön sütununun
 C) Arxa buynuzunun
 D) Ön buynuzunun
 E) Arxa sütununun

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 65

117) Onurğa beyninin arxa sütununda hansı aparıcı yollar yerləşir?
 A) Səthi hissiyyatın yolu
 B) Çarpazlaşmış (lateral) piramid yol
 C) Dərin hissiyyatın yolları- nazik Qoll və pazabənzər Burdax dəstələri
 D) Retikulospinal yol
 E) Fleksiq və Hovers spinoserebellyar yollar

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 75

118) Dərin hissiyyatın aparıcı yolları onurğa beyninin hansı sütunlarında yerləşir?
 A) Ön və yan
 B) Yalnız arxa
 C) Yalnız ön
 D) Yan və arxa
 E) Yalnız yan

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. -
 16-е изд. - М., 2009, стр. 77

119) Aşağıda sadalananlardan hansı kəllə-beyin sinirlərinin 1-ci cütüdür?
 A) Gözün hərəki siniri
 B) Görmə siniri
 C) Dəhliz-eşitmə siniri
 D) Azan sinir
 E) Qoxu siniri

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 139

120) Onurğa beyninin arxa sütunlarının zədələnməsi üçün aşağıda sadalananlardan hansı simptomun meydana çıxması səciyyəvidir?
 A) Bexterev simptomunun
 B) Lermitt simptomunun
 C) Babinski simptomunun
 D) Kerniq
 E) Hovers simptomunun

Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 135

121) Aşağıda sadalananlardan hansı doğru deyil?
 A) Onurğabeyni mayesi (likvor) beyin mədəciklərində, habelə baş beyni və onurğa beynini əhatə edən subaraxnoidal boşluqda yerləşir
 B) Likvor Majandi və Luşka dəlikləri vasitəsi ilə 4-cü mədəcikdən subaraxnoidal boşluğa daxil olur
 C) Likvor mədəcikarası Monro dəlikləri vasitəsi ilə yan mədəciklərdən üçüncü mədəciyə daxil olur
 D) Onurğabeyni mayesi (likvor) yalnız onurğa beynini əhatə edən subaraxnoidal boşluqda yerləşir, baş beyni əhatə edən subaraxnoidal boşluqda likvor yoxdur
 E) Onurğabeyni mayesi (likvor) baş beyin mədəciklərinin damar kələfləri ilə əmələ gətirilir

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 234

122) Aşağıda sadalananlardan hansı doğrudur?
 A) Normada likvor dördüncü mədəcikdən Silvi beyin sukəməri vasitəsi ilə yan mədəciklərə daxil olur
 B) Likvor Majandi və Luşka dəlikləri vasitəsi ilə dördüncü mədəcikdən subaraxnoidal boşluğa daxil olur
 C) Likvor mədəcikarası Monro dəlikləri vasitəsi ilə yan mədəciklərdən dördüncü mədəciyə daxil olur
 D) Likvor Majandi və Luşka dəlikləri vasitəsi ilə yan mədəciklərdən dördüncü mədəciyə daxil olur
 E) Yan mədəciklər bir-birilə Silvi beyin sukəməri vasitəsi ilə əlaqələnir

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 235

123) Baş beyin və onurğa beyni neçə beyin qişası ilə örtülmüşdür?
 A) 2
 B) 6
 C) 3
 D) 1
 E) 5

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 234

124) Aşağıda sadalananlardan hansı ara beyinə aiddir?
 A) 1-ci mədəcik
 B) 4-cü mədəcik
 C) 2-ci mədəcik
 D) 3-cü mədəcik
 E) Silvi beyin sukəməri

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 214

125) Aşağıda sadalananlardan hansı ara beyinə aid deyil?
 A) Görmə qabarı
 B) Silvi beyin sukəməri
 C) Hipofiz
 D) Hipotalamus
 E) Epifiz

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 201

126) Aşağıda sadalananlardan hansı orta beynə aiddir?
 A) 4-cü mədəcik
 B) Silvi beyin sukəməri
 C) Yan mədəciklər
 D) Epifiz
 E) 3-cü mədəcik

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 201

127) Aşağıda sadalananlardan hansı zədələnərkən kəskin ikigörmə(diplopiya)yaranır?
 A) Silliar şaxələr
 B) Gözün hərəki siniri
 C) Myuller lifləri
 D) Blokabənzər sinir
 E) Uzaqlaşdırıcı sinir

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.237

128) Gözün hərəki sinirinin sıxılmasının ilk simptomları özünü nə ilə biruzə verir?
 A) Baxışı yuxarı yönəldərkən diplopiyanın yaranması ilə
 B) Baxışı aşağı yönəldərkən diplopiyanın yaranması ilə
 C) Bəbəyin daralması ilə
 D) Daxili çəpgözlük ilə
 E) Xarici çəpgözlük ilə

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.239

129) Aşağıda sadalanan xəstəliklərin hansında kəskin ikitərəfli oftalmoplegiya müşahidə olunmur?
 A) Ağır miasteniya zamanı
 B) Sadalananlardan heç biri
 C) Vernike xəstəliyi zamanı
 D) Vərəmli meningit zamanı
 E) Arxa birləşdirici arteriyanın anevrizması zamanı

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.239

130) Medial boylama dəstənin sindromu nəyə işarə edir?
 A) Əsas arteriyanın anevrizmasına
 B) Beyin kötüyünün qliomasına
 C) Orta beynin və ya körpünün zədələnməsinə
 D) Dağınıq skleroza
 E) Şəkərli diabetə

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.239

131) Aşağıda sadalanan alternik sindromlardan hansı orta beynin zədələnməsi nəticəsində meydana çıxır?
 A) Veber sindromu
 B) Avellis sindromu
 C) Şmidt sindromu
 D) Miyyar-Qübler sindromu
 E) Cekson sindromu

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр.153

132) Aşağıda sadalanan alternik sindromlardan hansı uzunsov beynin zədələnməsi nəticəsində meydana çıxır?
 A) Benedikt sindromu
 B) Fovill sindromu
 C) Cekson sindromu
 D) Miyyar-Qübler sindromu
 E) Veber sindromu

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 152

133) Aşağıda sadalanan alternik sindromlardan hansı Varoli körpüsünün zədələnməsi nəticəsində meydana çıxır?
 A) Vallenberq-Zaxarçenko sindromu
 B) Şmidt sindromu
 C) Miyyar-Qübler sindromu
 D) Veber sindromu
 E) Cekson sindromu

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 152

134) Veber alternik sindromu baş beynin hansı nahiyyəsinin zədələnməsi nəticəsində meydana çıxır?
 A) Orta beynin
 B) Beyinciyin
 C) Varoli körpüsünün
 D) Uzunsov beynin
 E) Talamusun

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 153

135) Miyyar-Qübler alternik sindromu baş beynin hansı nahiyyəsinin zədələnməsi nəticəsində meydana çıxır?
 A) Varoli körpüsünün
 B) Talamusun
 C) Uzunsov beynin
 D) Orta beynin
 E) Beyinciyin

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 117

136) Aşağıda sadalananlardan hansı kəllə-beyin sinirlərinin 2-ci cütüdür?
 A) Blokabənzər sinir
 B) Görmə siniri
 C) Qoxu siniri
 D) Üçlü sinir
 E) Gözün hərəki siniri

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 134

137) Aşağıda sadalanan kəllə-beyin sinirləri cütlüklərindən hansının tərkibində ağrı, temperatur və taktil hissiyyatın impulslarını daşıyan liflər yoxdur?
 A) 3-cü
 B) Sadalanan cütlüklərdən heç birinin
 C) 5-ci
 D) 10-cu
 E) 9-cu

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 205

138) Aşağıda sadalanan hansı alternik sindrom zamanı qırmızı nüvənin zədələnməsi ilə əlaqədar ocaqdan əks olan ətraflarda intension tremor qeydə alınır?
 A) Fovill sindromu
 B) Benedikt sindromu
 C) Cekson sindromu
 D) Veber sindromu
 E) Avellis sindromu

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2001, стр. 109

139) Adiadoxokinez nədir?
 A) Göz almalarının konvergensiyasının pozulması
 B) Hərəkət dəyişməsinin pozulması
 C) Tremorun mövcudluğu
 D) Barmaqlarda ardıcıl hərəkətin pozulması
 E) Yerişin pozulması

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.13

140) Hansı kəllə sinirinin zədələnməsi nəticəsində həmin tərəfdə qulaqda hiperakuziya yaranır?
 A) IX
 B) VII
 C) III
 D) V
 E) X

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.13

141) Hansı kəllə sinirinin zədələnməsi nəticəsində dil əzələlərinin bir tərəfində atrofiya və həmin dil əzələlərində qeyri - iradi dartılmalar yaranır?
 A) X
 B) XII
 C) V
 D) VII
 E) IX

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.14

142) Xəstədə ideomotor apraksiya varsa o nəyi bacarmır?
 A) Sadə sxem çəkməyi
 B) Sərbəst danışmağı
 C) Barmaqlarını saymağı
 D) Sadə əmri yerinə yetirməyi
 E) Göstərilən hərəkəti təkrarlamağı

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.14

143) VII sinirinin nevropatiyası olan xəstədə, sol gözünü yummaq istədiyi zaman dodağın sol bucağında qeyri-iradi olaraq dartılmalar əmələ gəlir.Nədən şübhələnmək olar?
 A) Adət etmiş spazmdan
 B) Koordinasiyanın itməsi ilə beyincik pozulmalarından
 C) Üz sinirinin patolojı reqenerasiyasından
 D) Fokal qıcolmalardan
 E) Üçlü sinirin nevralgiyasından

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.15

144) Qocalıqda ağır eşitmənin səbəbi nədir?
 A) Eşitmə sinirinin deqenerasiyası
 B) Orta qulaqda qranulyasion parça
 C) Üzəngi əzələlərinin zəifliyi
 D) Təbil pərdəsini(zarını) gərginləşdirən əzələlərinin zəifliyi
 E) Eşitmə sümüklərinin bağlarının əhəngləşməsi

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.255

145) Onurğa beyin siniri neçə şaxəyə bölünür?
 A) 4
 B) 1
 C) 3
 D) 2
 E) 5

Ədəbiyyat: А.М.Пулатов.Пропедевтика нервных болезней.1979.стр. 28

146) Beyincik neçə nüvədən ibarətdir?
 A) 4
 B) 2
 C) 3
 D) 1
 E) 5

Ədəbiyyat: Топический диагноз в неврологии.Анатомия,физиология,клиника.Петер Дуус.Под научной редаксией проф.Леонида Лихтермана.1997.стр. 183

147) Retikulyar formasiyanın nüvələri harada yerləşir?
 A) Beyin kötüyündə
 B) Beyincikdə
 C) Periferik sinirlərdə
 D) Onurğa beynində
 E) Beyin yarımkürələrində

Ədəbiyyat: А.М.Пулатов.Пропедевтика нервных болезней.1979.стр. 154

148) Aşağıda sadalananlardan hansı ara beyinə aid deyil?
 A) Hipotalamus
 B) Talamus
 C) Dördtəpələr
 D) Metatalamus
 E) Epitalamus

Ədəbiyyat: Топический диагноз в неврологии.Анатомия,физиология,клиника.Петер Дуус.Под научной редаксией проф.Леонида Лихтермана.1997.стр. 200

149) Aşağıda sadalanan ataksiyalardan hansı mövcud deyil?
 A) Beyincik ataksiyası
 B) Ənsə ataksiyası
 C) Alın ataksiyası
 D) Sensetiv ataksiya
 E) Vestibulyar ataksiya

Ədəbiyyat: Неврология.справочник практического врача.Д.Р.Штульман,О.С.Левин.2002год,стр. 222

150) Hiperkinez nədir?
 A) Hissi pozulmadır
 B) Məcburi hərəkətdir
 C) Görmə sahənin pozulmasıdır
 D) Yaddaşın pozulmasıdır
 E) Qabıq pozulmalarıdır

Ədəbiyyat: Неврология.справочник практического врача.Д.Р.Штульман,О.С.Левин.2002год,стр. 126

151) Aşağıda sadalanan aqnoziyalardan hansı mövcud deyil?
 A) Eşitmə
 B) Vestibulyar
 C) Autotopaqnoziya
 D) Taktil
 E) Görmə

Ədəbiyyat: Неврология.справочник практического врача.Д.Р.Штульман,О.С.Левин.2002год,стр. 49

152) Aşağıda sadalanan simptomlardan hansı dartılma simptomuna aid deyil?
 A) Laseq
 B) Matskeviç
 C) Klod
 D) Neri
 E) Vasserman

Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней.Г.А.Акимова.1997.стр. 9

153) Beyinciyin qabığı neçə qatdan ibarətdir?
 A) 5
 B) 2
 C) 3
 D) 6
 E) 7

Ədəbiyyat: Топический диагноз в неврологии.Анатомия,физиология,клиника.Петер Дуус.Под научной редаксией проф.Леонида Лихтермана.1997.стр. 182

154) Aşağıda sadalananlardan hansı ekstrapiramid hiperkinezə aiddir?
 A) Akatiziya
 B) Miokloniya
 C) Tremor
 D) Sadalananlardan hamısı
 E) Atetoz

Ədəbiyyat: Неврология.справочник практического врача.Д.Р.Штульман,О.С.Левин.2002год,стр. 126

155) Anozoqnoziya nə deməkdir?
 A) Nitqin pozulmağıdır
 B) İybilmə hissinin pozulmağıdır
 C) Xəstə olmağını dərk etməməkdir
 D) Bədən hissələrini tanımamaqdır
 E) Görmə sahələrinin pozulmağıdır

Ədəbiyyat: Неврология.справочник практического врача.Д.Р.Штульман,О.С.Левин.2002год,стр. 50

156) Soyuq və isti hissini qeyri adi-ağrılı kimi hiss etmək necə adlanır?
 A) Paresteziya
 B) Disesteziya
 C) Sinesteziya
 D) Termalgiya
 E) Alloxeyriya

Ədəbiyyat: Нервные болезни.Основы топической диагностики.Н.С.Мисюк,А.М.Гурленя.том 1,1984,стр.25

157) Udlaq refleksinin reflektor qövsü aşağıda sadalanan səviyyələrin hansında bitir?
 A) Uzunsov beynin
 B) Daxili kapsulanın
 C) Orta beynin
 D) Varol körpüsünün
 E) Ara beynin

Ədəbiyyat: Нервные болезни.Основы топической диагностики.Н.С.Мисюк,А.М.Гурленя.том 1,1984,стр.25

158) Kimdə qarın refleksləri alınmır?
 A) Çox doğan qadınlarda
 B) Sadalananların hamısında
 C) Qocalarda
 D) Dağınıq sklerozu olan xəstələrdə
 E) Lırt və ya piyli qarın olan insanlarda

Ədəbiyyat: Нервные болезни.Основы топической диагностики.Н.С.Мисюк,А.М.Гурленя.том 1,1984,стр.36

159) Aşağıda sadalananlardan hansı ilə sidiyin qabıq mərkəzinin ikitərəfli zədələnməsi müşahidə edilir?
 A) Paradoksal sidiyin saxlaya bilməməsi
 B) Həqiqi sidiyin saxlaya bilməməsi
 C) Sidik kisəsinin vaxt aşırı qeyriiradi boşalması
 D) Sidiyin ləngiməsi
 E) Sidiyə getmək istəyin tezləşməsi

Ədəbiyyat: Нервные болезни.Основы топической диагностики.Н.С. Мисюк,А.М.Гурленя, 7.том 1,1984,стр.177

160) Aşağıda sadalananlardan hansı ön onurğa beyin sindromuna xas deyil?
 A) Veqetativ pozulmalar
 B) Sadalananlardan heç biri
 C) Dərin hissiyatın pozulması
 D) Səthi hissiyatın pozulması
 E) Hərəki pozulmalar

Ədəbiyyat: Справочник практического врача по неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 287

161) Aşağıda sadalananlardan hansı ekstrapiramid hiperkinezə aid deyil?
 A) Palilaliya(öz sözlərinin təkrarlamaq)
 B) Göz qırpma
 C) Exopraksiya(jestlərin təkrarlanması)
 D) Exolaliya(özgə sözləri təkrarlamaq)
 E) Toxunma(əl vurma)

Ədəbiyyat: Неврология.спрвоч.практич.врача.Д.Р.Штульман,О.С.Левин.2002.стр. 126

162) Aşağıda sadalanan baş beyin nahiyyələrindən hansı yuxu və oyaqlıq dövrünü tənzim edir?
 A) Talamus
 B) Hipotalamus
 C) Retikulyar formasiya
 D) Qabıq və qabıqaltı törəmələr
 E) Sadalananların hamısı

Ədəbiyyat: Регуляция сна.Н.А.Власов, А.М.Вейн, Ю.А.Александровский.1983.стр. 13

163) Aşağıda sadlananlardan hansı Natam Avelis sindromuna xasdır?
 A) Qırtlağın bir tərəfli parezi və yanağın keyləşməsi
 B) Ətraflarda çarpazlaşan hipesteziya
 C) Sadalananların hamısı
 D) Disfoniya
 E) Yumşaq damağın parezi və hıçqırıq

Ədəbiyyat: Вертебро-базиллярные инсульты.И.П.Антонов, Л.С.Гиткина, 1977. стр. 47

164) Aşağıda sadalananlardan hansı Notnaqel simptomokompleksinə xasdır?
 A) Xoreya formalı hiperkinezlərin mövcudluğu
 B) Sadalananların hamısı
 C) Beyincik ataksiyasının mövcudluğu
 D) Eşitmə pozğunluğun mövcudluğu
 E) Gözün hərəki pozulmalarının mövcudluğu

Ədəbiyyat: Вертебро-базиллярные инсульты.И.П.Антонов, Л.С.Гиткина, 1977 стр. 72

165) Aşağıda sadalanan nahiyyələrdən hansı zədələnərkən Notnaqel simptomokompleksi qeydə alınır?
 A) Beyin qabığı
 B) Orta beyin
 C) Varol körpüsü
 D) Sadalananlardan hamısı
 E) Uzunsov beyin

Ədəbiyyat: Вертебро-базиллярные инсульты.И.П.Антонов, Л.С.Гиткина, 1977 стр. 72

166) Aşağıda sadalananlardan hansı əsas arteriyanın okklüziyası üçün xasdır?
 A) Akinetik mutizm
 B) Piramid pozulmaları
 C) Hipertermiya
 D) Huşun pozulması
 E) Sadalananların hamısı

Ədəbiyyat: Вертебро-базиллярные инсульты.И.П.Антонов, Л.С.Гиткина, 1977 стр. 107

167) Aşağıda sadalanan kəllə sinirlərindən hansı zədələnərkən "timsah göz yaşı" sindromu yaranır?
 A) Qoxu sinirinin nevropatiyasında
 B) Üz sinirinin nevropatiyasında
 C) Üçlü sinirin nevropatiyasında
 D) Görmə sinirinin nevropatiyasında
 E) Gözün hərəki sinirinin nevropatiyasında

Ədəbiyyat: Редкие синдромы и заболевания нервной системы.Б.Йорданов, Я.Янков, 1981.стр. 17

168) Mağaralı boşluğda yerləşən daxili yuxu arteriyasının anevrizmasına nə xasdır?
 A) Blokabənzər sinirin zədələnməsi
 B) Üçlü sinirin zədələnməsi
 C) Uzaqlaşdırıcı sinirin zədələnməsi
 D) Gözün hərəki sinirinin zədələnməsi
 E) Sadalananların hamısı

Ədəbiyyat: Редкие синдромы и заболевания нервной системы.Б.Йорданов, Я.Янков, 1981.стр. 20

169) Qlossodiniya nə deməkdir?
 A) Dil əzələlərinin tam iflici
 B) Sadalananlardan heç biri doğru deyil
 C) Dilin şişməsi
 D) Dildə küt və ya yandırıcı ağrı
 E) Dilin atrofiyası

Ədəbiyyat: Неврология.Марко Мументалер.Хейнрих Маттле.под редакцией О.С.Левина.2007.стр. 779

170) Aşağıda sadalananlardan hansı iflicin (əzələ gücünün itməsinin) yaranmasının səbəbi ola bilər?
 A) Yalnız periferik hərəki neyronun zədələnməsi
 B) Hamısı
 C) Yalnız sinir-əzələ sinapsının presinaptik membranın zədələnməsi
 D) Yalnız sinir-əzələ sinapsının postsinaptik membranın zədələnməsi
 E) Yalnız mərkəzi hərəki neyronun zədələnməsi

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 68

171) Dominant yarımkürənin küncvari qırış (gyrus angularis; угловая извилина) zədələnməsi nəticəsində aşağıda sadalananlardan nə meydana çıxır?
 A) Sensor afaziya
 B) Aleksiya
 C) Anozoqnoziya
 D) Motor afaziya
 E) Aqrafiya

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / A.B.Триумфов.-16-е изд.-М.,2009,стр.197

172) Aşağıda sadalananlardan hansı ekstrapiramid hiperkinezə aid deyil?
 A) Tremor
 B) Distoniya
 C) Neyromiotoniya
 D) Miokloniya
 E) Atetoz

Ədəbiyyat: Неврология.справоч.практич.врача.Д.Р.Штульман,О.С.Левин. 2002 стр.126

173) Aşağıda sadalananlardan hansı sadə motor tikə aiddir?
 A) Toxunma (əl vurma)
 B) Exolaliya (özgə sözləri təkrarlamaq)
 C) Palilaliya ( öz sözlərini təkrarlamaq)
 D) Exopraksiya (jestlərin təkrarlanması)
 E) Göz qırpma

Ədəbiyyat: Неврология.справоч.практич.врача.Д.Р.Штульман,О.С.Левин. 2002 стр.138

174) Anozoqnoziya baş beyin qabığının hansı nahiyyəsinin zədələnməsi nəticəsində meydana çıxır?
 A) Dominant yarımkürənin alın payının
 B) Dominant yarımkürənin ənsə payının
 C) Dominant yarımkürənin təpə payının
 D) Dominant yarımkürənin gicgah payının
 E) Subdominant yarımkürənin təpə payının

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / A.B.Триумфов.-16-е изд.-М.,2009,стр.196

175) At quyruğunun (cauda equina) zədələnməsi hansı simptomlarla müşayət olunur?
 A) Aşağı ətrafların spastik iflici və hissiyyatın pozulması
 B) Hərəki pozulmalar olmadan aşağı ətraflarda və anogenital zonada hissi pozulmalar
 C) Aşağı ətrafların periferik iflici və hissiyyatın pozulması
 D) Aşağı ətrafların spastik iflici və aşağı ətraflarda kökcük ağrıları
 E) Hissi pozulmalar olmadan aşağı ətrafların periferik iflici

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 78

Nevrologiyada müayinə üsulları

176) Aşağıda sadalanan reflekslərdən hansı bükücü patolojı pəncə reflekslərinə aiddir?
 A) Rossolimo refleksi
 B) Oppenheym refleksi
 C) Pussep refleksi
 D) Babinski refleksi
 E) Hordon refleksi

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 84

177) Aşağıda sadalanan reflekslərdən hansı oral avtomatizm reflekslərinə aiddir?
 A) Okulosefalik refleks
 B) Çənə refleksi
 C) Udlaq refleksi
 D) Qaşüstü refleks
 E) Xortum refleksi

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 18

178) Aşağıda sadalanan reflekslərdən hansı açıcı patolojı pəncə reflelekslərinə aiddir?
 A) Bexterev-Mendel refleksi
 B) Hordon refleksi
 C) Bexterev-Mari-Fua refleksi
 D) Jukovski-Kornilov refleksi
 E) Rossolimo refleksi

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 84

179) Aşağıda sadalanan metodlardan hansı arxa kəllə çuxurunda yerləşən beyin şişinin aşkara çıxarılması üçün daha çox məlumatvericidir?
 A) Kompyuter tomoqrafiyası
 B) Maqnit-rezonans tomoqrafiyası
 C) Kontrastlı kompyuter tomoqrafiyası
 D) Exo-EQ
 E) EEQ

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 42

180) Aşağıda sadalananlardan hansı meningitin diaqnostikasında həlledici əhəmiyyətə malikdir?
 A) Likvorun müayinəsi
 B) Anamnezdə soyuqdəymə amilinin mövcudluğu
 C) Meningeal sindromun mövcudluğu
 D) Anamnestik məlumat- bədən hərarətinin artması ilə xəstəliyin kəskin şəkildə başlanması
 E) Baş ağrının, qusmanın, psixomotor oyanmanın mövcudluğu

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 307

181) Aşağıda sadalananlardan hansı MRT keçirilməsi üçün əksgöstərişdir?
 A) İmplantasiya edilmiş kardiostimulyatorun mövcudluğu
 B) Hamiləlik
 C) Açıq kəllə-beyin travması
 D) Kəllədaxili hipertenziyanın mövcudluğu
 E) Beyin şişinə qansızma

Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 546

182) Həm uşaqlarda, həm də yaşlı pasientlərdə lyumbal punksiya onurğa sütununun hansı səviyyəsində aparıla bilər?
 A) D12-L1
 B) L3-L4
 C) L2-L3
 D) S1-S2
 E) L1-L2

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 237

183) Uzanılmış vəziyyətdə lyumbal punksiya zamanı likvorun normal təzyiqi nəyə bərabərdir ?
 A) 80-100 mm su st.
 B) 200-280 mm su st.
 C) 250-300 mm su st.
 D) 10-80 mm su st.
 E) 80-200 mm su st.

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 23

184) Aşağıda sadalananlardan hansı lümbal punksiya zamanı alınmış likvorda zülalın normal miqdarının yuxarı həddidir?
 A) 1,5 q/l
 B) 0,45 q/l
 C) 0,2 q/l
 D) 0,1 q/l
 E) 1 q/l

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 24

185) Aşağıda sadalananlardan hansı normoqlikemiya zamanı lümbal punksiyadan alınmış likvorda qlükozanın normal miqdarının aşağı həddididr?
 (1 mq/dL = 1 mq %)
 A) 10 mq/dL
 B) 150 mq/dL
 C) 40 mq/dL
 D) 200 mq/dL
 E) 100 mq/dL

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 307

186) Oftalmolojı Foster-Kennedi sindromu nədən ibarətdir?
 A) Hər iki tərəfdə görmə siniri diskinin atrofiyasından
 B) Hər iki tərəfdə gözdaxili təzyiqin artmasından
 C) Patolojı ocaq tərəfdə görmə siniri diskinin durğunluğu, əks tərəfdə isə görmə siniri diskinin birincili atrofiyasından
 D) Hər iki tərəfdə görmə siniri diskinin durğunluğundan
 E) Patolojı ocaq tərəfdə görmə siniri diskinin birincili atrofiyası, əks tərəfdə isə görmə siniri diskinin durğunluğundan

Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 441

187) Oftalmoskopiya zamanı aşağıda sadalananlardan hansı görmə siniri diskinin fəsadlaşmamış durğunluğunun əlamətidir?
 A) Görmə itiliyinin əhəmiyyətli dərəcədə enməsi
 B) Göz dibində dəyişikliklərin olmaması
 C) Görmə siniri diskinin avazıması
 D) Hiperemiya, görmə siniri diskinin hüdudlarının qeyri-dəqiq olması
 E) Görmə siniri diski arteriyalarının və venalarının daralması

Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 439

188) Aşağıda sadalananlardan hansı meningeal sindromun əlaməti deyil?
 A) Brudzinski simptomu
 B) Kerniq simptomu
 C) Lermitt simptomu
 D) Ənsə əzələlərinin rigidliyi
 E) Bexterev almacıq sümüyü simptomu

Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 170

189) Aşağıda sadalananlardan hansı meningeal sindromun əlamətidir?
 A) Matskeviç simptomu
 B) Laseq simptomu
 C) Vasserman simptomu
 D) Lermitt simptomu
 E) Brudzinski simptomu

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 300

190) Spontan subaraxnoidal qansızma zamanı serebral angiospazmın aşkar olunması və ona dinamik nəzarət məqsədilə aşağıda sadalanan müayinələrdən hansı daha məqsədəuyğundur?
 A) Transkranial doppleroqrafiya
 B) KT-angioqrafiyası
 C) MR-angioqrafiyası
 D) Kranioserebral kompyuter tomoqrafiyası
 E) Reoensefaloqrafiya

Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 364

191) Hepatolentikulyar degenerasiya ( Vilson-Konovalov xəstəliyi) zamanı qanın analizi nəyi aşkara çıxarır?
 A) Seruloplazmin miqdarının artması ilə yanaşı ümumi mis miqdarının enməsini
 B) Seruloplazmin miqdarının azalması ilə yanaşı ümumi mis miqdarının artmasını
 C) Seruloplazmin miqdarının norma çərçivəsində olması ilə yanaşı ümumi mis miqdarının artmasını
 D) Həm seruloplazmin,həm ümumi mis miqdarının artmasını
 E) Həm seruloplazmin, həm ümumi mis miqdarının azalmasını

Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-информ, 2004, стр. 342

192) Aşağıda sadalanan xəstəliklərdən hansı üçün korneal Kayzer-Fleyşer həlqəsi patoqnomonik əlamətdir?
 A) Still-Riçardson-Olşevskinin supranuklear oftalmoplegiyası
 B) Leber xəstəliyi
 C) Olivopontoserebellyar degenerasiya
 D) Hepatolentikulyar degenerasiya (Vilson-Konovalov xəstəliyi)
 E) Hallervorden-Şpats xəstəliyi

Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 448

193) Aşağıda sadalanan müayinə üsullarından hansı dağınıq sklerozun diaqnostikası üçün daha çox məlumatvericidir?
 A) Nativ KT
 B) MRT
 C) Stsintiqrafiya
 D) Kontrastlı KT
 E) Duplex sonoqrafiyası

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 453

194) Aşağıda sadalananlardan beyin kötüyü şişinin aşkara çıxarılması üçün daha çox məlumatverici müayinə üsulu hansıdır?
 A) Maqnit-rezonans tomoqrafiyası
 B) Transkranial doppleroqrafiya
 C) Exoensefaloqrafiya
 D) Kompyuter tomoqrafiyası
 E) Elektroensefaloqrafiya

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 42

195) Aşağıda sadalananlardan hansı kəskin kəllə-beyin travması zamanı ən çox məlumatverici müayinə üsuludur ?
 A) Elektroensefaloqrafiya
 B) Doppleroqrafiya
 C) Kəllənin rentgenoqrafiyası
 D) Maqnit-rezonans tomoqrafiyası
 E) Kompyuter tomoqrafiyası

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 723

196) Aşağıda sadalanan əlamətlərdən hansı meningeal sindroma daxil deyil?
 A) Kerniq simptomu
 B) Nistaqm
 C) Baş ağrısı
 D) Brudzinski simptomu
 E) Fotofobiya

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 299

197) Aşağıda sadalanan baş beyin nahiyyələrindən hansı herpetik ensefalit zamanı daha tez-tez zədələnir?
 A) Beyincik
 B) Gicgah payının medial hissəsi
 C) Təpə payı
 D) Beyin kötüyü
 E) Ənsə payı

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 359

198) Aşağıda sadalananlardan hansı Parkinson xəstəliyinin əlaməti deyil?
 A) İntension tremor
 B) Sakitlik tremoru
 C) Axeyrokinez
 D) Postural dayanıqsızlıq
 E) Əzələ rigidliyi

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 83

199) Aşağıda sadalananlardan hansı Hentinqton xəstəliyi üçün səciyyəvidir?
 A) Epileptik qıcolmalar və tədricən artan demensiya
 B) Qara ciyərin zədələnməsi
 C) Kayzer-Fleyşer korneal həlqəsinin mövcudluğu
 D) Autosom-resessiv tipli irsiyyət
 E) Xoreik diskineziyalar və tədricən artan demensiya

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 129

200) Aşağıda sadalananlardan hansı beyinciyin zədələnmə əlamətlərinə aiddir?
 A) Sakitlik tremoru
 B) Bradikineziya
 C) Əzələ hipertonusu
 D) İntension tremor
 E) Əzələ distoniyası

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 116

0 şərh