Leksika testləri

1. Dilimizin imkanları hesabına yaranmış yeni söz
a) spiker
b)  durum
c) davraniş
d) qaimə
e)  uçuş
2. Dialekt sözlər haqqında səhv fikir
a) daha çox məişətdə işlənir
b) müəyyən ərazidə işlənir və başa düşülür
c) ümumişlək olmayan sözlərdir
d) bədii üslubda işlənir
e) dialekt sözlərində sinonimlik olmur
3.  Neologizmlərlə bağlı səhv fikir
a) neologizm yeni yaranan sözdür
b) neologizm yalnız alınma sözlərdir
c) dilin lüğət tərkibinə daxildirlər
d) bir müddət nitq istinası kimi fəaliyyət göstərirdilər
e) bütün neologizmlər bir müddətdən sonra ümumişlək sözə çevrilə bilməz
4. “Dəyanət, bərəkətli, iradə” sözləri üçün ortaq olmayan xüsusiyyət hansıdır?
a) Dilimizin lüğət fonduna daxildirlər
b) ümumişlək sözlərdir
c) Leksik mənaları var
d) Antonimləri var
e) Alınma sözlərdir
5. “Ağıllı” sözünün leksik təhlilindəki səhvi göstərin:
a) Sinonimi var
b) Milli sözdür
c) Antonimi var
d) Həm leksik, həm qrammatik mənası var
e) Ümumişlək sözdür
6. Biri omonim söz deyil
a) yol
b) daş
c) çat
d) kimi
e) qonaq
7. Məna tayları fel- isim olan omonimi göstərin:
a) mürəkkəb
b) yaş
c) oyun
d) saz
e) qala
8. Bütünlüklə alınma sözlərdən ibarət olan cümləni göstərin:
a) Mən hər ay təzə kitablar alıram
b) Sədaqət insanı həqiqətə aparır
c) Məhəbbət pak, ülvi hissdir
d) Vətənə xəyanət insanın özünə xəyanətidir
e) Bir gün azad yaşamaq qırx il kölə kimi yaşamaqdan yaxşıdır
9. Hansı sözün sinonimi yoxdur?
a) neçə
b) oxşar
c) tabe
d) televizor
e) sorğu
10. Bir-birinin sinonimi düzgün göstərilməyib:
a) naxoş-xəstə
b) kiçik-xırda
c) körpə-uşaq
d) əsəbi- hirsli
e) hədiyyə-bəxşiş
11. Köhnəlmiş sözlərdən birinin müasir qarşılığı düzgün göstərilməyib:
a) damu-cənnət
b) qanı-hanı
c) us- ağıl
d) dərnək-ağıl
e) yazı – çöl
12. Bu sözlərdən biri mətn daxilində termin kimi işləə bilər:
a) gül
b) güc
c) gəl
d) dağ
e) göl
13. Alınma və milli sözlərdən ibarət antonim cütlüyü tapın:
a) ağıllı- dərrakəli
b) gözəl-göyçək
c) qədim – çağdaş
d) mənbə -qaynaq
e) həştad- səksən
14. Altından xətt çəkilmiş sözlərlə bağlı düz fikir hansıdır?
İdarənin  həyətində xeyli adam gözləyirdi.
a) Köhnəlmiş sözlərdir
b) Qrammatik şəkilçili sözlərdir
c) Bir –biri ilə sinonimdir
d) Eyni suala cavab verir
e) Alınma sözlərdir
15. Hansı cümlə alınma sözlə başlanıb, milli mənşəli sözlə bitir?
a) Milli sözlərimiz dilimizdə daha çoxdur
b) İldırım meşəni yandırdı
c) Əsrin üçdə-biri qərinədir
d) Ermənistan işğalçı dövlətdir
e) Aygün ikinci qrupa hazırlaşır
16. Sinonim sözlər cümlədə sintaktik baxımdan nə olur?
a) həmcins üzvlər
b) söz cümlə
c) cümlə üzvlərinin əlavəsi
d) ara söz
e) ümumiləşdirici söz
17. Antonim sözlər bir cümlə daxilində işləndikdə nə yaranır?
a) bənzətmə
b) ironiya
c) rədif
d) bədii təzad
e) intonasiya
18. Alnma sözləri seçin
1. filankəs
2. gülüş
3. bülbül
4. günorta
5. rəsul
6. ertə
7. zaman
19. Dilimizin xüsusiyyətlərinə uyğunlaşmış alınma söz hansıdır?
a) dəftər
b) maşın
c) spiker
d) telefon
e) hesabdar
20. Leksik mənası olmayan söz hansıdır?
a) ötəri
b) mənsiz
c) kötük
d) ötrü
e) qədim
 

17 şərh

ElcinHesenov
burada bəzilərini öyrədədə bilərsiniz
Rene
1 b
2 e
3 b
4 d
5 d
6 e
7 e
8 c
9 d
10 c
11 d
12 b
13 c
14 d
15 d
16 d
17 e
18 1, 4, 5
19 b
20 d

Bəzi sualların düzgünlüyündən tam əmin deyiləm, amma bildiyim kimi cavablandırdım. Düzgün cavabları bilmək istərdim. :)
rezerv
1 b
2 e
3 b ,amma, dil ictimai hadise olaraq daim inkisafdadir,hereketdedir. Buna gore de dilde yeni yaranan sozler-neologizmler bir muddet sonra umumislek sozler sirasina kece biler. Ancaq hamsina aid olub olmadigini deqiq bilmirem. e de ola biler?
4 b
5 d
6 e
7 e
8 deqiq variantim yoxdur.
9 d
10 c tereddut edirem e de ola biler? bexsis hediyye demekdir? Yeni eyni menani ifade edirler?
11 a «Damu»nun muasir qarsiligi cehennemdir.
12 b
13 c
14 d sekilcisiz,yanliz koklerine sual verdikde eyni suala cavab verirler. Sekilci ile birlikde ise adam sozu isimin adliq halinin kim sualina cavab olur. Sz nece sual vermisiz?
15 b
16 a. Mes: uca,hundur,yuksek binalar her terefden gorunurdu. Sinonim olan sozler hemcins sifetlerdir.
17 e
18 1,4,6
19 deqiq bilmirem amma mence c dir. 
20 d.
Bu da menim fikirlerim idi. Rene mende de olan sehvleri aydinlasdirsaniz memnun olaram.
Rene

Mən də sizin kimi öz variantlarımı yazmışam. Ona görə ancaq cavablarımızın uyğun gəlmədiyi variantlara baxıram:)
b-dir, dəyanət, bərəkətli, iradə- bunlar üçü də ümumişlək sözdür, amma dəyanət və iradə sözü isim olduğundan antonimi yoxdur.
11-dən əmin deyiləm, ola bilsin ki, siz haqlısınız.
15- ildırım, ilıq, ilğım- bunlar ahəng qanuna uyğun olmayan, xalis türk sözləridir. Bundan əminəm.
16- həmcins sözlərdir cavabını seçib, səhvən d yazmışam. :)
18- alınma sözlərin bir xüsusiyyəti dər hərfi ilə başlamalıdır, ertə sözü isə məncə türk sözüdür.
19-  məncə spiker səhv cavabdır. sözün əvvəlində iki samitin yan-yana gəlməsi dilimizə uyğun deyil, məncə maşın da səhv cavabdır, 90% dəftərdir cavab :)

Bu qədər, bilmirəm yardımçı ola bildimmi… P.S. Bəxşiş hədiyyə deməkdir.

ayxansevda

düzgün cavablar:

1. b 2. e 3. b 4.d 5.b 6.e 7.e 8.c 9.d  10.c 11.a 12.b 13.c 14.e 15.a 16.a 17.d 18. 1,3,5,7  19.b 20.d 

 

Rene
16 ilə 17-nin cavablarını düz tapıb variantı səhv yazmışam. Amma adam, milli, zaman sözlərinin alınma söz olduğunu bilmirdim. Zamandan yenə şübhələnmək olar, uzanma var bir az.  Gör e heç milli sözümüz özü də milli deyil )) Amma pis nəticə deyildi, buna da şükür ))
ayxansevda

3. neologizmlər təkcə alınma sözlər hesabına yaranmır. dilimizın öz imkanları hesabına da neologizmlər yaranır. məs: durum, dönəm və s. düzgün cavab e variantıdır. elə neologizmlər var ki, ümumişlək olmur, ya termin olaraq qalır, ya da passiv fonda keçir.

5.d variantı səhv sayılmır, çünki ağıllı sözünün leksik mənası — düşüncəli, dərrakəli, qrammatik mənası isə nitq hissəsi kimi sifət olmasıdır. burda səhv b variantıdır, yəni bu söz milli söz deyil, alınmadır.

8. c dir məhəbbət, pak,  ülvi, hiss sözləri alınmadır

10 burada körpə- sifət, uşaq — isimdir. həm də mənada da uyğunluq yoxdur körpə sözü isimləşsə belə mənası 6 aya qədərki uşaq nəzərdə tutulur məs körpə uşaq deyirik, uşaq isə 5-7 yaşlı da ola bilər.

11 damu — cəhənnəm, cənnətin qarşılığı isə uçmaq sözüdür

14 hər ikiniz səhv etmisiniz d variantı deyil. yəni bu sözlərin sualı ayrıdır. adam sözü kim? sualına, idarənin həyətində birləşməsi isə harada? sualına cavab olur. düz fikir budur ki idarə, həyət, adam (adəm) sözləri alınmadır

15. d variantında həm ilk, həm soz sözlər alınmadır, b də isə həm ilk, həm son söz millidir. bildiyimiz kimi fellər, saylar, əvəzliklər milli sözlərimiz hesab edilir. ildirim, ilxı, işartı, işıq kimi sözlər ahəng qanunu pozulsa da, milli sözlərimizdir burda düzgün cvab a-dır

16. sinonimlər cümlədə sintaktik baxımdan həmcins üzvlər hesab edilir. ara söz və xitab ümumiyyətlə üzvlənmirlər. məs:

Dünyadan qovulan kədər, qəm olsun

Qəzəbin, nifrətin bəxti kəm olsun

 17. antonimlərsə bədii təzad yaradır

Dünya deyir mən ikiyəm

Sağımda yaz, solumda qış,

Paltarım , içim qara.

19. spiker  sözündə qoşasamitlilik qaydanı pozur, burada düzgün variant maşın sözüdür, çünki ahəng qanunu var, qoşasamitlilik, qoşasaitliliyə rast gəlinmir və uyğunlaşma hesab etmək olar

köməyim dəydisə çox şad olaram sizə uğurlar! məsləhətim odur ki, (təbii ki, qəbul edirsinizsə) alınma sözlər bəhsini təkrarlayasınız

Rene

Həqiqətən də alınma sözləri təkrarlamağıma ehtiyac var. Azərbaycan dili fənnini axırıncı dəfə 7 il bundan qabaq, universitetə qəbul imtahanına hazırlaşanda, bir də universitetin 1-ci kursunda ötəri keçmişik, o vaxtdan yadımda qalanlar idi.

ayxansevda
onda əhsən müəlliminə də sizə də
Rene
Çox sağ olun :)
rezerv

Cox sag olun. Alinma sozlerimiz haqda umumiyyetle kitablardan melumatb toplamamisam. Ele sinifde menimsediklerim idi. Umumiyyetle derin melumat toplamaga ehdiyyacim var. Alinma sozlerle bagli. Bexsis sozune gore ise ,Rene, tesekkurler. Az dilinden hazirliga getmemisem ele sinifde oyrendiklerim idi. Bu cur testlerin de yerlesdirilmesine cox sevindim. Yene olsa oz serhlerimi yazaram:) 

rezerv
3cu sualin cavabini e varianti ola bileceyini dusunurdum ve  sorusmusam. Siz de duzgun cavabin e varianti oldugunu vurgulamisiz. Ondan evvelki serhinizde ise b variantini qeyd etmisiz. Ola bilsin seflik olub? Bilirsiz sinifde olarken alinma sozlerle bagli sualima muellimden dogru duzgun melumat ala bilmemisdim. İndi muellimler mesgelelere daha cox diqqet ayirirlar. Ola bilsin bezileri istisnaliq teskil etsin. Bu haqda daha aydin ve coxlu bilikleri hansi dersliklerden oyrene bilerem? Mende olan hedef kurslarinda cox az ve yigcam melumat verilib.
ayxansevda
elədir səhv olub 2 şərhimdə düzgün yzmışam yəni e imkan eliyən təqdirdə belə testləri post olaraq çap edərəm işlərimlə bağlı edə bilmirəm kurikulumla və məntiqlə bağlı testlər də çap etmək istəyirəm ki, imtahana hazırlaşanlar faydalansın.
Rene
Məncə yalnış anlaşılma oldu :) Baxın, 3-cü sualda soruşur ki, hansı səhv fikirdir? ayxansevda isə yazıb ki e düzgün cavabdır, yəni orda səhv yoxdur. Neologizm yalnız alınma sözlərdirneologizmlər təkcə alınma sözlər hesabına yaranmır-yəni cavab b-dir.
Rene

Yazım niyə belə əcaib düşdü, anlamadım :(

neologizm yalnız alınma sözlərdirbu səhv cavabdır, çünki ayxansevdanın da dediyi kimi:neologizmlər təkcə alınma sözlər hesabına yaranmır: məs durum, dönəm və s. ayxansevda «e düzgün cavabdır» deməklə, e-də səhvin olmadığını bildirib və bunu izah da edib «elə neologizmlər var ki, ümumişlək olmur, ya termin olaraq qalır, ya da passiv fonda keçir.» 3-cü sualda biz səhv cavabı axtarırıq, düz cavabı yox, odur ki cavab e-dir. Özünüzü də, məni də çaşdırmayın,pls. :)

rezerv
Ayxansevda testlerinizi ne zaman yerlesdirseniz memnuniyyetle islemek isterem. Bilmediklerimizi de oyrenerik. Oyrenmek eyib deyil,bilmemek eyibdir.
Men de mentiqle bagli testler yerlesdirmek isteyirem,amma topik yaratmaq ucun sesimin kifayet etmediyini bildirirler.((