Dünyanı mat edən şahmatçı


Azərbaycan şahmat sahəsində öz adını qızıl hərflərlə yaza bilmiş bir ölkədir.

Vətənimiz onlarla dünya şöhrətli şahmatçılar yetişdirmişdir. Bu şahmatçılardan biri də Vüqar Həşimovdur.

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. Artıq 9 yaşında Azərbaycan çempionu idi. Qatıldığı beynəlxalq yarışların əksərində ikinci yer tutduğundan “gümüş oğlan” ləqəbi qazanmışdır.

Vüqar Həşimov 2009-cu ildə Azərbaycan yığmasının heyətində Serbiyada keçirilmiş Avropa çempionatında qalib gəlir. 2011-ci ildə Vüqar 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən mötəbər Recco-Emiliya turnirinə qatılır və qalibiyyət qazanır. Şahmatçı Azərbaycan yığmasının heyətində dörd dəfə Şahmat Olimpiadasında iştirak etmişdir.

İstedadlı şahmatçı FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında 11-ci yerdə qərarlaşmışdır. FİDE-nin siyahısında Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov dünyanın ən güclü 20 şahmatçısı sırasında yer almışlar.

2012-ci ildə Azərbaycan şahmat üzrə Avropa çempionu oldu, qalibiyyət gətirən şahmatçılarımız Qələbələrini səhhəti səbəbiylə yarışmaya qoşula bilməyən Vüqar Həşimova həsr etmişlər.

Vüqar Həşimov 2013-cü il 11 yanvar tarixində Almaniyanın Heldelberq klinikasında ağır xəstəlikdən vəfat etmişdir. Allah Rəhmət Eləsin!

Materiali feysbukda oxuyaq, inkişaf edək   səhifəsindən götürmüşəm
 

6 şərh

_BUMERANQ_
Qısa ömrünə böyük uğurlar sığdırmağı bacarıb. 

Allah rəhmət etsin.

 
pascal
Son oyununda elə bir «gediş» etdin ki, bütün Azərbaycanı «mat» qoydun. :(
Gözlənilməz və ağır itkidir. Evdən yox, eldən gedən gənc oldu. Allah rəhmət eyləsin! 
 
Someone
Allah rəhmət etsin. Hər zaman belə olub, yaxşı və gərəkli insanlar vaxtsız gedir bu dünyadan…
Deha
Allah rəhmət eləsin...Başqa nə deyək…
istorik_c
Allah rəhmət etsin