Öpüş vasitəsilə hansı infeksiyon xəstəliklərə tutulmaq olar?

Məlum olmuşdur ki,öpüşmək bir o qədərdə təhlükəsiz məşğuliyyət deyil.Sən demə herpesdən başqa öpüş vasitəsilə insan bir çox xəstəliklərə tutula bilər.
İnfeksion mononukleoz
Epşteyn bar virusu.
Bu xəstəlik əsasən gənclərdə rast gəlinir.Tüpürcəklə yayılır.İlk sindromları,baş ağrısı,boğaz ağrısı,üşütmə və halsızlıq olur.
Əgər bu xəstəlik yox edilə bilməzsə,o zaman bu xəstəlik 2-3 həftə sonra boyun və ənsədə şişkinliklərə səbəb olur.Yüksək qızdırma və dəridə qabarçıqlar müşahidə olunur.Bu xəstəliyin simptomları difteriya,badamcıqların iltihablanması,boğazın iltihablanması kimi olan xəstəliklərin simptomlarına oxşayır.
Körpəni bu xəstəlikdən qorumaq üçün,onun yanaqlarından öpülməli,qaşığından,nimçəsindən yemək yeməməli,eyni qabdan su içməməli,və başqa uşaqların ağzına vurduğu oyuncaqları onun əlinə verilməməlidir.




Sitomeqalovirus (SMV) herpes viruslarının ailəsinə mənsubdur. Bu ailə sadə virusları, su çiçəyini törədən virusları (varisella-zoster virusu), infeksion mononukleoz viruslarını (Epşteyn-Bar virusu) birləşdirir. SMV sidikdə, ağız suyunda, ana südündə, qanda, göz yaşında, spermada, uşaqlıq yolu (vagina) möhtəviyyatında və s. aşkar edilir. SMV orqanizmin mayeləri ilə yaxın təmas zamanı keçə bilər. Simptomlar SMV üçün səciyyəvidir:
Zəiflik;
Yüksək hərarət;
Boğazda ağrılar;
Yorğunluq əlaməti;
Limfa vəzilərinin şişkinliyi.
Bu xəstəlik əsasən latent (gizli) şəkildə keçir . İnsan özünün yoluxmasını hiss etmir. Xəstəlik anadan uşağa keçərsə, onun klinikası və fəsadları çox ağır olur. Yoluxmuş döldə mərkəzi sinir sisteminin (MSS) qüsurları inkişaf edir. SMV QİÇS olan xəstələrin ölümünün əsas səbəblərindən biridir.

Bu xəstəliyə hamilə qadınlar tutula bilər.Çünki hamiləlik zamanı ananın immuniteti aşağı düşür.Virus da bu vaxt orqanizmə asanlıqla yol açaraq,dölə düşür.Belə olan halda da uşağın qüsurlu doğulmasının ehtimalı çoxalır.
Bundan qorunmaq üçün,əvvəlcədən analiz vermək yaxşı olar.Əgər bu virus olmasa,onda öpüşün heç bir qorxusu yoxdu.Yox əgər aşkarlanarsa,o zaman həkimin müalicəsini almaq mütləq vacibdi.

Mədənin xora xəstəliyi.
Bu xəstəliyin simptomlarını bəzən bir müddət hiss etmək olmur.Ancaq bəzən yemək yeyən vaxt,ya da yemək yeyəndən 20-30 dəq sonra mədədə kəskin ağrılar olur.
Bu xəstəliyə immuniteti zəif olanlar və disbakteriozdan əziyyət çəkənlər tutula bilər.Bundan qorunmaq üçün,bitaminli qidalardan və immunomodulyatorlardan istifadə etmək lazımdı.

Oxşar məqalələr

0 şərh