Koronavirus xəstəliyi evdə müalicə oluna bilərmi?

Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti Vüqar Məmmədovun sözlərinə görə xəstəliyin birbaşa müalicəsi yoxdur:
“Çünki yeni bir virusdur, hələ öyrənilməyib. Hələ ki, xəstəliyi aşkar edilmiş şəxs digərlərindən təcrid edilməlidir. Karantin rejimi məhz bu səbəbdən tətbiq edilir. Bu zaman xəstənin vəziyyətinə, simptomlarına görə tədbirlər görülür. Məsələn, öskürəyi varsa, burun axırsa bu istiqamətdə dərman verilir və ya tənəffüsdə çətinlik varsa buna görə müalicə tətbiq edilir. Xoşbəxtlikdən xəstələnmiş insanların əksəriyyəti bu xəstəliyi yüngül keçirir. Hətta bəzi xəstələrdə test müsbət çıxır amma simptomları olmur”. Bəs belə xəstələr niyə karantində qalır? Səbəbini isə mütəxəssis belə izah etdi:
“Çünki həmin şəxs başqalarına yoluxdura bilər və hər kəs yüngül keçirmir. Ən ağır keçirənlər yaşlılardır. 65 yaşdan yuxarı insanlara daha çox xəbərlik edilir. Onkoloji, diabet, astma və s xəstələri daha çox ehtiyyatlı olmalıdırlar”.
Koronavirus xəstəliyi evdə müalicə oluna bilərmi?
Vüqar bəy insanlarda qorxu hissinin bu qədər kəskin formada yaradılmasını tənqid etdi:
“Qorxunun özü immuniteti zəiflədir və xəstəlik üçün şərait yaradır. Qrip üçün xüsusi peyvəndlərin işə yaradığı deyilir. Amma bu çarə deyil. Qorunmaq üçün izolyasiya sistemini dəstəkləyirəm. Şəxsi gigiyena qaydalarına diqqət edilməlidir. Əllər tez-tez yuyulmalıdır. İmmunitetinizi gücləndirin”.
Bəs immuniteti necə qorumalı?
Mütəxəssis, gündəlik fəaliyyətlərinizə davam edərək sağlamlığın qeydinə qalmağın mümkünlüyünü dilə gətirdi.
“Yaxşı yatın, qida rasionuna fikir verilməlidir, fiziki aktivliyə diqqət yetirin, çox gözəl yaz havası var. Bol hava qəbul edin. Ən əsası isə psixoloji sağlamlığınızı qoruyun”,- deyə Vüqar bəy nəzərə çatdırdı.
Koronavirus xəstəliyi evdə müalicə oluna bilərmi? Hər kəsi çox maraqlandıran sualı ekspert cavablandırıb:
“Çalışın yoluxmayın. Yoluxsanız da qorxmaq lazım deyil. Müalicəsi evdə mümkündür. Ayrıca otağa keçib qala bilərsinizsə, tənəffüsünüzdə problem yoxdursa, yaşınız çox deyilsə evdə də müalicə oluna bilərsiniz. Səbrlə xəstəliyin sonunu gözləməlisiniz. Bu xəstəliyi ölümlə bərabərləşdirmək lazım deyil. Evdə qalmaqda problem yoxdur. Başqa xəstəlik də ola bilər. Bunu da nəzərdə saxlamaq lazımdır ki, hər belə simptomu yaşayana koronavirusdur demək doğru deyil”.
 
 
Mənbə: 1lady.az

0 şərh