Hepatit C

Hepatit C geniş yayılmış bir xəstəlikdir və Hepatit C virusu (HCV) tərəfindən törədilir. ABŞ əhalisinin ~1,8%-ində (~4 milyon insan) HCV ilə yoluxma qeyd olunur və hər il ~30000 insan daşıyıcıya çevrilir və 8-10 min insan bu xəstəliyin ağırlaşmalarından həyatını dəyişir. Rəsmi statiskaya görə bu gün dünyada 170 milyon insan HCV-yə yoluxmuşdur. HCV bu günə qədər tapılmış altı hepatit viruslarından (A,B,D,E və G) biridir. HCV bu virusların içərisində ən təhükəlisi hesab edilir.
HCV qaraciyərə gizlincə zərbə vura bilən bir virusdur və onunla yoluxan insanların çoxunda ilk zamanlar heç bir şikayət olmur. Təssüf ki, insanlar əsasən HCV ilə yoluxmanı o zaman bilirlər ki, artıq virus qaraciyəri narahatlıq yarada biləcək səviyyədə zədələmiş olur. Bir çox hallarda isə adi profilaktik “check up” (yoxlama) zamanı HCV təyin olunur. Bəzi insanlarda isə yoluxmaya baxmayaraq virus orqnizmin daxili imkanları hesabına məhv edilir və müayinələr zamanı üzə çıxmır.
Zaman keçdikcə Hepatit C virusu tədricən qaraciyər xərcənginə, qaraciyər çatışmazlığına və ya sirroza gətirib çıxara bilər. AİDS xəstəliyini törədən HİV virusundan fərqli olaraq Hepatit C cinsi yolla keçmir. Amma virusa yoluxmuş qanla təmasda olmaq (iynə və ya qan köçürmə vasitəsilə) yoluxma təhlükəsi yaradır.

Qaraciyərin funksiyası

Qaraciyər kifayət qədər həcmli orqan olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir. Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazim gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin paçalanması, bağırsaqlarda yağların paçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir. Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya- özünü bərpa- qabiliyyətinə malik olan orqandır. Hər bir zədə zamanı qaraciyər toxuması onu tezliklə aradan qaldıra və məhv olmuş hepatositləri tezliklə yeniləri ilə əvəzləyə bilir.

Hepatit C: əlamətləri

- Virusa yoluxmuş insanların əksəriyyətində ilkin zamanlar heç bir əlamət olmur. Xəstəliyin ilkin əlamətləri yoluxmadan 7-8 həftə sonra meydana çıxa bilər. Belə hallar az-az rast gəlinir. Yadda saxlayın ki, Hepatit C virusu heç bir əlamət verməsə belə sizin qaraciyərinizi tədricən zədələyir.
- Yoluxmadan uzun bir müddətdən (hətta 10 illiklər) sonra xəstəliyin ilkin əlamətləri aşağıdakılar ola bilər:
- Ümümi zəiflik, yuxuculluq və iştahasızlıq
- Ürəkbulanma və qusma
- Əzələ və oynaq ağrıları
- Qaraciyər nayihəsində gərginlik
- Qaraciyərin daha dərin zədələnmələri zamanı digər şikayətlər də meydana çıxır:
- Davamlı və ya arabir dəri və gözlərin saralması
- Dəridə qaşınma
- Hərarətin yüksəlməsi

Hepatit C: səbəbləri

- 1992-ci ilə qədər qan köçürülən insanlarda daha geniş yayılıb. Çünki bu ilə qədər köçürülən qanın Hepatit C-yə qarşı skrininqi mövcud deyildi
- Təssüf ki, bu gün də qan köçürmə zamanı Hepatit C visusu ilə yoluxma halları mövcuddur. Odur ki, qan köçürmə hallarında qanın Hepatit C-yə qarşı təkrarı müayinəsinə nail olmağı tövsiyyə edirik
- Xəstə insanın istifadə etdiyi şprislə iynənin vurulması virus yoluxmasının əsas yollarından biridir
- Narkotikə aludə olmuş insanlardan birinin digərinin şprisindən istifadə etməsi HCV ilə yoluxma təhlükəsi yaradır
- Çirkli iynə ilə tatu edən insanların az da olsa yoluxma ehtimalı var
- Yenidoğulmuşların bəziləri doğuş zamanı Hepatit C virusunun gəzdiricisi olan anadan yoluxa bilər
- Az –az hallarda Hepatit C cinsi əlaqə zamanıda ötürülə bilər

Hepatit C: risk faktorları

Qan köçürmələri zamanı effektiv qan skrininqinin həyata keçirilməsi Hepatit C ilə yoluxma hallarını azaltsa da müəyyən risk yenə də qalmaqdadır. Bundan əlavə, Sizin aşağıdakı hallarda HCV ilə yolxma riskiniz var:
- Əgər dərman və ya narkotikləri işlənmiş şprislə venadaxili inyeksiya edirsinizsə
- Əgər sizə HCV-yə görə dəqiq yoxlanmamış qan köçürülübsə
- Qanla ehtiyatsız davranan tibb işçisisinizsə
- Tez-tez qan və ya laxtalanma faktorlarının köçürülməsi tələb olunan xəstəlliyiniz varsa (məsələn, hemofiliya)
- Əgər sizə xəstə insanın orqanını köçürüblərsə
- Böyrək çatışmazlığına görə hemodializ alırsınızsa
- Çirkli iynələrlə tatu etdirmisinizsə
- Azacıqda olsa digərlərinin diş fırçalarından, ülgücündən istifadə edirsinizsə
- HCV daşıcısı olan ananın övladısınızsa
- Cinci partnyorunuz Hepatit C daşıyıcısıdırsa

Ağırlaşmalar
- Xroniki hepatit
- Qaciyər sirrozu
- Qaciyər çatışmazlığı
- Hepatoselülar Karsinoma
- Limfomalar
- Böyək xəstəlikləri

Həkimə nə zaman müraciət etməli

- Yuxarıda sadalanan risk faktorlarından biri belə mövcuddursa HCV-yə görə yoxlanmaq üçün həkimə və ya etibar etdiyiniz laboratoriyaya müraciət edin
- Əgər keçmişdə sizə qan köçürülmüşdürsə mütləq qanınızı HCV-yə görə yoxladın
- Əgər sizdə yuxarıda qeyd olunan əlamətlərdən biri və ya bir neçəsi varsa qastroenteroloq və ya hepatoloqa müraciət edin

Hepatit C müayinələri

- Sizə ilk növbədə qanın seroloji analizı təklif ediləcək. Bu müayinə zamanı sizin qanınızda HCV virusunun anticisimlərinin olub-olmaması yoxlanılır (Anti-HCV antibody). Amma yadda saxlayın ki, anticisimlərin tapılması heçdə həmişə virusun olmasına dəlalət etmir. Bir çox hallarda virusun yox olmasına baxmayaraq qanda HCV-yə qarşı anticisimlər tapıla bilir. Odur ki, əgər cavab pozitiv alınıbsa mütləq onun digər daha dəqiq üsul olan PCR vasitəsilə (HCV RNT, Keyfiyyət) təsdiqlənməsi vacibdir.
- Həkimiz müalicə taktikasını müəyyən etmək üçün qanda virusun miqdarını təyin etmək istəyəcək. Qanda virusun miqdarı Real Time PCR deyilən metodla təyin edilir və virus RNT-sinin (HCV RNT, Kəmiyyət) sayılmasına əsaslanır.
- Həkiminiz müalicə taktıkasını dəqiqləşdirmək məqsədilə virusun genotipləşdirilməsini (HCV, Genotip Təyini) də istəyə bilər. HCV-nin altı genotipi vardır və aparılan müalicənin effektivliyi bu genotiplərdən çox aslıdır. 1 və 4-cü genotiplər adətən 12 ay, digərləri isə 6 ay müalicə tələb edirlər.
- Həkiminiz mikroskopik müayinə üçün Qaraciyər Biopsiyasını təklif edə bilər. Bu üsulla xüsusi iynə vasitəsilə qaraciyər toxumasından bir tikə götürülür. Biopsiya qaraciyərin zədələnmə səviyyəsini müəyyən etməyə imkan verir. Bununla yanaşı, biopsiyanın nəticələrinə görə qaraciyərin digər mənşəli (məsələn, alkoqol, dərman və ya autoimmun mənşəli) hepatitlərini inkar etmək olur.
- Həkiminiz aşağıdakı qan müayinələrini təklif edə bilər:
- Qanın ümümi analizi
- Qanın biokimyəvi analizi: ALT, AST, QQT, Bilirubin,
- Yanaşı gedən patologiyalar olarsa digər göstəricilər də istənə bilər
- Qarın boşluğunun Ultrasəs Müayinəsi qaraciyərin vəziyyəti haqqında ilkin məlumatları almaqda dəyərli ola bilər
- Yanaşı gedən patologiyalar olarsa və ya müqayisəli diaqnostikaya ehtiyac yaranarsa digər müayinələr aparıla bilər.

Hepatiti müalicə

HCV virusunun tapılması müalicəyə ehtiyacın olması anlamını vermir. Aşağıdakı hallarda mütləq müalicəni başlamaq lazımdır:
- Qan müayinəsində HCV virusu tapılmışdır və qaraciyər biopsiyası qaraciyərdə ciddi zədələnməni təsdiq edir
- Qaraciyərin funksional vəziyyətinin müayinəsi qaraciyər enzimlərinin (ALT, AST, QQT), xüsusilə də ALT-nin yüksəlməsini təsdiq edirsə
Heç bir şikayəti olmayan və normal göstəricilərə malik HCV daşıyıcıları müalicə qərarını öz həkimləri ilə müzakirə edərək verməlidir. Çünki HCV daşıyıcılarının heç də hər birində qaraciyərin zədələnməsi baş vermir. HCV əleyhinə müalicə nə qədər effektiv olsa da onun əlavə təsirləri də vardır. Bunu nəzərə alaraq, öz həkiminizlə müalicənin aparılıb-aparılmamasını, eləcə də HCV-yə nəzarət yollarını müzakirə edin.
HCV-yə qarşı müalicənin standard qaydası həkimin təyinatı üzrə həftəlik interferon-alfanın inyeksiyası və gündəlik ribavirin adlanan həbin qəbuludur. Bu müalicənin məqsədi sizin qanınızı HCV virusundan təmizləməkdir. Yuxarıda qeyd edildiyi kimi, 1 və 4-cü genotip 12 ay, digərləri isə 6 ay müalicə tələb edilir. Həkiminiz müalicənin effektivliyindən aslı olaraq müalicə müddətini artıra bilər. Müalicənin ikinci hədəfi isə qaraciyərdə gedən degenerativ prosesin qarşısının alınmasıdır.
Aparılan müalicənin effektiv olmaması və qaraciyərin dərin zədələnmələri hallarında qaraciyərin transplantasiyası gündəliyə gəlir. Bu gün dünyanın hər bir yerində transplantasiyanın bu növünə böyük ehtiyac olsa da təbabətin mövcud imkanları bu ehtiyacların ödənməsinə imkan vermir.

Profilaktika
Hepatit A və B əleyhinə vaksinlər olsa da Hepatit C üçün vaksinlər mövcud deyil. Alimlər əmindirlər ki, virusun artımının qarşısını alacaq və ya onu tamamilə məhv edə biləcək dərman maddələri yaratmaq mümkündür. Amma ən yaxşısı bu virusa yoluxmamaqdır. Bunun üçün yuxarıda qeyd olunan risk faktorlarından çəkinməniz yetər.

Ədəbiyyat
1. Chronic Viral Hepatitis. Diagnosis and Therapeutics Series: Clinical Gastroenterology. Shetty, Kirti; Wu, George Y. (Eds.) 2nd ed., 2009
Yeniləyib: Dr.med.Yaqublu Vüqar

Həmçinin bax: Hepatit AHepatit B haqqında

 

0 şərh