Qrip xəstəliyinə yoluxduqda

“Bilmirsən payızdır, yoxsa yay, hava gah isti olur, gah soyuq. Qalın geyinirsən istidən “bişirsən“, nazik geyinirsən xəstələnirsən“. İndi bu ifadələr çoxumuzun dilindən tez-tez eşidilir. Həqiqətən də belədir, necə deyərlər, havanın “damarını tutmaq“ olmur, evdən çıxanda bilmirsən hansı geyimə qərar verəsən. Ancaq hər halda yenə də tədbirli olmaq lazımdır, nazik geyinsək də, əlavə geyimləri özümüzlə götürməliyik ki, iqlim sərtləşəndə peşman olmayaq. Çünki xəstələnmələr, soyuqdəymələr daha çox indiki vaxtlarda, payızdan qışa keçid zamanı müşahidə olunur. Bu dövrün əsas xəstəlikləri isə qrip, zökəm, nəfəs yolları infeksiyalarıdır.
Zökəm asqıraq və öskürək nəticəsində havaya yayılan müxtəlif virusların nəfəs borusuna yoluxması nəticəsində meydana gəlir. Bu xəstəliyin əsas əlamətləri aşağıdakılardır:
- Halsızlıq, başağrısı, azacıq qızdırma, öskürək, gözlərin qızarması, yanğı...
Qrip yoluxucu viruslar vasitəsilə baş verir. Əsasən də uşaqları, qocaları və xəstə insanları daha tez təsir altına alır. Qripə yoluxduqda insanda yüksək hərarət, titrətmə, boğaz-baş-oynaq və əzələ ağrıları, qusma, ishal, şiddətli öskürək, sinədə yanğı müşahidə olunur. Bu xəstəlik zamanı antibiotikdən dərhal istifadə etmək olmaz. Yalnız həkim məsləhət gördükdə antibiotik qəbul etmək olar.
Alt nəfəs yolu infeksiyalarına aid olan kəskin bronxit bronxlarda olan iltihablaşma ilə özünü göstərir. Quru öskürək, halsızlıq, sinə ağrısı bronxitin tipik əlamətlərindəndir. Bronxit daha yüksək hərarətlə müşayiət olunur. Bu zaman antibiotikdən istifadə etməklə kifayətlənmək olmaz. Bronxların qurumaması üçün çoxlu maye qəbul etmək məsləhətdir.
Zökəm bakteriya və ya virusların yol açdığı ağciyər infeksiyasıdır. Yaşından asılı olmayaraq, hər bir insan bu xəstəliyə yoluxa bilər. Qripdən fərqli olaraq, zökəmdə yüksək hərarətin düşməsi bir həftə çəkir. Müalicə zamanı antibiotikdən istifadə etmək lazımdır. Bu xəstəlikdən qurtulmaq təxminən 3 həftə çəkir.

İnfeksiyalara qarşı necə davranmalı?

* Mövsümə uyğun geyinin.
* Təmizliyə və gigiyenik qaydalara riayət edin.
* Bol maye için və qidalanın, istirahət edin.
* Tərkibi C vitamini ilə zəngin olan meyvə-tərəvəz yeyin.
* Asqırarkən istifadə etdiyiniz dəsmaldan təkrar istifadə etməyin.
* İzdihamlı yerlərdən uzaq olun.
* Xəstə insanlarla təmasdan çəkinin.
* Həkimə müraciət edərək, qripə qarşı peyvənd vurdurun.

loading...

0 şərh