Yeni doğulmuş uşaqlarda Fleqmona

Bu xəstəlik ən çox 5-20 günlük uşaqlarda təsadüf edilir. Çox zərif dəriyə, dərialtı qata malik olan yeni dogulmuş uşaqlar cüzi travmaya məruz qaldıqda infeksiya qapısı açılır, qızılı stafilokokklar və başqa mikroblar infeksiya qapısından daxil olaraq dəri və dərialtı toxumaların yayılmış iltihabını-fleqmonanı törədirlər. Yeni dogulmuş uşaqlarda baş verən fleqmonanın böyüklərdə olan fleqmonadan fərqi ondan ibarətdir ki, onlarda nekrozlaşma prosesi iltihab prosesinə nisbətən daha böyük üstünlük təşkil edir. Qısa bir müddət içərisində baş verən nekroz nəticəsində uşagın dəri və dərialtı toxumasında dəyişikliklər əmələ gəlir. Fleqmona ən cox döş qəfəsi, oma sarğı nahiyəsində və boyunda yerləşir.

Fleqmona yüksək temperatur (39°-40°) ilə kəskin şəkildə başlayır. Buna görə də, uşaqda narahatlıq, aglama, yuxusuzluq baş verir, o, anasının döşünü əmməkdən imtina edir. Proses inkişaf etdikcə toksikoz əlamətləri- qusma və ishal başlayır. Fleqmona olan nayihədə ilk dəfə dərinin infiltrasiyası, qızarması görünür. Qızarma getdikcə tündləşir, sonralar isə göyümtül rəngə çalır, dəridə şişkinlik və qabarma olur. Fleqmona inkişaf etdikcə, onun orta hissəsində dərialtı toxumada nekrozlaşma prosesi getdiyi üçün dəri nazikləşir, altında irinli maye toplanır, fluktuasiya təyin olunur. Əgər kəsik aparılarsa ,ya irin, ya da serozla qarışmış duru irin, nekrozlaşmış toxuma qirıntıları xaric olur. Xəstəliyin klinik gedişi mikrobların virulentliyindən, uşagın yaşından asılıdır. Klinikası iki formaya bölünə bilər. a)sadə (toksikozsuz)- bu zaman xəstənin ümumi vəziyyəti qismən yaxşı olur. b) toksikozlu (septik vəziyyət) forma- xəstənin vəziyyəti ağır olub, yerli əlamətlər sürətlə inkişaf edir, hətta birinci günlər ölüm baş verə bilir.

Qanda leykositoz (15-30 000) yaranır. Xəstəliyin kəskin başlanması, yüksək hərarət, hiperemiyalaşan nahiyənin tez böyüməsini və uşagın yaşını nəzərə alaraq d-3 qoyulur. Yeni dogulmuş uşaqda baş verən fleqmonanı başlanğıc dövründə qızılyel ilə qarışdırmaq olar. Xəstəliyin yerləşdiyi nahiyə hərarətin xarakteri və fluktuasiyanın az müddət içərisində baş verməsi prosesin, qızılyel deyil flleqmonanın oldugunu göstərir. Fleqmonanın başlanğıc dövründə fluktuasiyanın əmələ gəlməsini gözləmədən 1,0-1,5 sm aralı olmaqla, fleqmonanın mərkəzindən başlayaraq ta saglam toxuma hüduduna keçən kəsiklər aparmaq lazımdır. Ümumi müalicə uşağın bədən çəkisinə müvafiq aparılır. Fleqmonanın intoksikasiyasını azaltmaq, bədənin müqavimətini artırmaq üçün qan, plazma, 5-10 % -li qlükoza və fizioloji məhlullar yeridilir. Uşağın süd əmməsini də təmin etmək lazımdır. Dəri qüsuru olduqda dəri köçürülməsi məsləhətdir.

Mənbə: Mənim Balam
Müəllif: Həkim-cərrah, Rəfiqə Əliyeva

1 şərh

Someone
Fleqmona xəstəliyinə aid şəkillərə baxmaq çox təsirləndirici və tük ürpədicidir