Parazitəleyhi və göbələkəleyhi dərman vasitələrinin farmakoterapevtik səciyyəsi

Patogen və şərti patogen göbələklər mikoz xəstəliyini yaradır və bu xəstəlik geniş yayılıb. Törədicidən asılı olaraq göbələk əleyhi sahəsi olan dərman preparatları təyin edilir. Dərman seçimində dərman preparatlarının farmakodinamikasının və toksinliyin böyük əhəmiyyəti var.

1. Patogen göbələklərə qarşı dərman maddələri:

a).sistem və dərin mikozlarda (koksidiodomikoz, paraksidiomikoz, gistoplazmoz, blastomikoz)

b).epidermomikozlar (dermatomikozlar)

(lamizil,terbizil, nitrofungin,  kalii yod).

2.Şərti-patogen göbələkər yaradan xəstəliklərdə  istifadə edilən dərman preparatları (Nistatin, levozin, amfiterizin, mikonazol, klotrimazol, dekomin) 

Sistem mikozlarda amfoterisin, mikoderpin işlədilir. Bu dərman maddələri polien antibiotiklərdir. Viruslara, rikketsiyalara, bakteriyalara təsir etmirlər. Fungistatik effektləri ondan ibarətdir ki, göbələklərin hüceyrələrinin membranasını və onun daşıyıcı funksiyasını pozurlar. Göbələklərin divarının əsas lipidi erqosteroldur və dərman maddəsi bu lipidlə birləşir və hüceyrə divarının keçirilmə bacarığı pozulur.(İnsan və bakteriya hüceyrələrində əsas lipid xolesterindir).

Mədə-bağırsaq yolunda amfoterisin preparatı pis sorulur, ona görə vena daxili təyin edirlər. Bədən boşluğuna yeridirlər, ingalyator və yerli. Böyrəklə ifraz edilir. İfraz olunması bir həftə çəkir.

Amfoterisinin yüksək toksinliyi var və burdan kumulyasiya əmələ gəlir. Ciddi yanaşı təsirləri olur.Dispepsik əlamətlər, arterial təzyiqin düşməsi nefrotoksik effektlər, anemiya, hipokaliemiya, neyrotoksik pozuntular, tromboflebit, allergik reaksiyalar. Müalicə apardıqda stasionarda mütamadi (requlyar) qaraciyərin funksiyasını, böyrəyin funksiyasını, qanın tərkibini nəzarətdə saxlamaq məsləhətdir.

Mikonazol- vena daxili, enteral yeridilir.Yerli istifadə edilir.Yanaşı effekti çoxdur.

Ketanozol
- daxili istifadə edilir.Yaxşı sorulur və toxumalara yayılır.Qanın plazması, zülalı ilə yaxşı birləşir. Böyrəklə və ödlə ifraz olunur.  Hepatotoksinliyi ilə xarakterizə olunur.

Dermatomikozların müalicəsində istifdə edilir: Antibiotik qrizeofulvin və bir qrup sintetik preparatlar.

Qrizeifulvin - ayrı göbələk əleyhi antibiotiklərdən  kimyəvi quruluşuna görə seçilir. Bu dərman preparatı nuklein turşularının sintezini əsarət edir. Viruslara, bakteriyalara, sistem mikozları törədən göbələklərə təsir etmir.

Mədə-bağırsaqdan yaxşı sorulur, sonra qanda maksimum konsentrasiyası təyin edilir. Qrizeofulvin lazım olan miqdarda keratin formalaşdıran hüceyrədə yığılır, buna görə də dırnaqlar, dəri və tüklər göbələklərə qarşı davamlı olurlar. Orqanizmdən çox gec ifraz olur (20 saata).

Dermatomikozlarda preparatlarla kombinə olunmuş formada istifadə edirlər. Yerli müalicədə mazlar dimetilsulfansid  ilə bu dərman preparatı birgə istifadədə yaxşı effekt göstərir.

Effektli sintetik preparat terbinafin(lamizil). Bu preparat göbələklərin  hüceyrə divarına  lazım olan erqosterolun sintezini dayandırır. Fungisid təsiri var. Dəridə, dərialtı piy toxumasında, dırnaqda yığılır. Yanaşı təsirləri olur: baş ağrı, dəri səpkisi və s.

Kandidomikozların müalicəsi üçün antibiotik nistatin (fungistatin, mikostatin) göbələklərin hüceyrə membranasının keçirilməsinin pozulmasına fungisid təsir göstərir.

Mədə-bağırsaq aparatında, kandidomikozla  zədələnmədə  nistatini enteral təyin edirlər.Nistatin orqanizm tərəfindən yaxşı qəbul edilir. Toksinliyi zəifdir. Yanaşı təsirdən dispepsik əlamətlər olur.

Kandidomikozun müalicəsində levorin və ya  natrii duzu istifadə edilir. Nistatinin müalicəsi effektli olmadıqda levorin təyin edirlər.

Klotrimazol - gəbələk əleyhi preparatdır. Yerli istifadə olur. Toksinliyi böyükdür, ayrı preparatla istifadə edilmir.

 

Parazitəleyhi- helmint əleyhi preparatlar
İnsanların ən tez-tez yoluxması parazit qurdlarla -bağırsaq qurdları ilə olur. Bu xəstəliklər bioloji xüsusiyyətlərdən və xəstəlik törədicisinin lokalizasiya yerindən asılıdır.

Lokalizasiya çox zaman aydın şəkili olmayan simptomatika ilə keçir və səbəbi qan azlığı, qaraciyərin, ağ ciyərin, gözün, qan damarlarının zədələnməsi qeyd olunur.

Helmintlər əsas lokallaşma yerindən asılı olaraq bağırsaq və bağırsaq kənar helmintozlar olur. Bu törədicilər yumru qurdlar (nematodlar) və yastı qurdlar - lentvari (sestodlar) və sorucular (trematodlar).

Helmintlərin müalicəsi ondan ibarətdir ki,  orqanizmi helmintlərdən  təmizlənsin. Hər bir helmnt əleyhi preparat müəyyən helmintə qarşı aktivdir. Müalicədən əvvəl xəstəliyin törədicisini dəqiq təyin etmək vacibdir.

Bağırsaq helmintozlarında istifadə edilən dərman maddələri

 Bağırsaq nematodozunda - askaridozda əsas preparatlar  mebendazol (vermoks), pirantel pamoat, levamizol (dekaris).

Mebendazol - çox saylı yumru qurdlara qarşı əsarət təsir göstərir.Helmintləri iflic edir və qlükozanın qurdlarla istifadə edilməsini dayandırır.Yumurtaları məhv edir,Bağırsaqdan pis sorulur. Yüksək dozalarda bağırsaqda olan kənar yaşayan helmintlərə qarşı aktiv ola bilər(trixinellyoz, exinokokkoz). Qaraciyərdə tez mübadilə edir.Mübadilə maddələri əsasən  böyrəklə ifraz olunur. Preparat yaxşı təsir edir, yanaşı təsiri az təyin olunur (dispepsiya əlamətləri, baş ağrı, dəri allergik reaksiyalar, qarın nahiyyəsində ağrı).

 Böyük maraq albendazol (zental) dərman preparatı göstərir. Geniş antihelmint təsirə malik olan preparatdır. Bağırsaq nematotozlarının müalicəsində, exinokokkozun, sistiserkozların müalicəsində effektlidir. Helmintozların qlükozanı zəbt etməsini blokada edir və bu qurdların iflicinə gətirir. Yumurtalara məhvedici təsir edir. Bağırsaqdan yaxşı sorulur. Qaraciyərdə metobolik proseslər baş verir. Qısa müddət istifadə etdikdə yanaşı təsirləri az qeyd olunur, ya da heç olmur. Uzun müddətli istifadə (məsələn exinokokkozun müalicəsi 3 ay davam edir) yanaşı təsirlər və ciddi mürəkkəbləşmələr baş verir: qarın nahiyyəsində ağrılar, qusma, dəri səpkiləri.

 Yumru qurdlarla mübarizədə pirantel pamoat yaxşı effekt göstərir. Bu preparat əzələ-sinir keçirilməsini pozur, helmintləri iflic edir. Preparat yaxşı qəbul olunur.

Askaridoz xəstəliyinin müalicəsində levamizol (dekaris) yaxşı effekt göstərir. Preparat helmintləri iflic edir.Helmintlərin mübadiləsini pozur. Bir dəfə qəbul edildikdə 90% helmintləri ləğv edir. Yanaşı effekt göstərmir.

 Askaridozda və enterobiozda piperazin və onun duzları geniş istifadə edilir. İflis edici təsir göstərir. Qurdların bağırsaqla aktib hərəkətini dayandırır və öd yollarına keçməyə imkan vermir. Bağırsaqla ifraz olmağına yaxşı şərait olur. Qurdlar diri vəziyyətdə ifraz olurlar.Bağırsaqda yaxşı sorulurlar. Preparat və onun çevrilmələri böyrəklə yaxşı ifraz olurlar. Piperazinin əsas istifadə olması  - askaridozdu. Enterobiozda yaxşı effekti olur. Piperazin az toksinli preparatdır. Yanaşı təsiri az qeyd olunur və tez keçib gedir.

Bağırsaq sestodozlarda  amihoaxrin, fenasal, prazikvantel adlı dərman preparatları istifadə edilir.

Prazikvantel - geniş antihelmint təsiri olan antihelmint preparatdır.Bağırsaq sestodozlarında çox effektlidir. Helmintlərin kalsi mübadiləsini pozur, və bu əzələ funksiyasını pozur və iflic baş verir. Enteral yeritmədə yaxşı sorulur, yanaşı təsirləri az  qeyd olunur (dispepsiya əlamətləri, baş ağrısı, baş gicəllənməsi).

Fesanal - sestodların oksidləşmə, fosforlaşma prosesini əsarət edir və qurdları iflic edir. Yastı helmintlərin proteolitik fermentlərinin dözümlüyünü azaldır və sestodları məhv edir.

Mədə -bağırsaqdan dərmanın az miqdarı sorulur. Bu dərman bağırsaq sestodlarında istifadə edilir. Bağırsaq sestodları - enli, yastı (yaraqsız) qurdlar əmələ gəlir. Duzlu ishal edici istifadə etdikdə fesanalın effektliyi azalır. Yanaşı təsiri az olur.

 Sestodozları müalicə etmək üçün aminoakrixin istifadə edilir. Sisteserkozların müalicəsində  mübündazol da istifadə etmək olar.

 Bağırsaq  trematodozlarının terapiyasında  prazikvantel, perxloretilen istifadə edilir. Bağırsaqdan az sorulur. Dehelmintizasiyaya hazırlaşanda 1-2 gündən əvvəl hidratlarla zəngin olan qida qəbul etmək lazımdır. Preparat qəbul edəndən 15-30 dəqiqə sonra ishal edən preparatlardan istifadə edirlər.

Bağırsaqdan kənar helmintozların müalicəsi

 Bağırsaqdan kənar nematotozların  ən geniş yayılmışı filyariatozdur.Bu qurdlar limfa sistemi, dərialtı toxumada, gözün toxumasında lokalizə olunur. Ditrazin sulfatın məhvedici təsiri var. Mədə-bağrsaqdan yaxşı sorulur. 3 saata qanın plazmasında maksimal konsentrasiyası olur. Böyrəklə ifraz olunur. Filyariatozların hər bir lokalaşmasında istifadə edilir. Yanaşı təsirlər:  fulyariyaların məhv olunması ilə və onların dağılma məhsulunun ifrazı ilə bağlıdır.

İvermektin də istifadə edilir. Yarımsintetik brləşmədir. Yumru  helmintləri iflic edir.

Bağırsaqdan kənar trematodozları çox helmintlər törədir. Sistosomozlar (qurdlar) qeyd olunur və qan damarları və bəzi orqanların strukturu və funksiyası pozulur: qaraciyər, dalaq, bağırsaq, sidik yolları. Əsas müalicə dərmanı prazikvanteldir. Bu preparat bağırsaq kənar helmintlərin ləğv olunmasında istifadə edilir.

 Qaraciyər trematodozlarında xloksil effektlidir. Daxili təyin edilir, yaxşı qəbul edilir.Qaraciyər nahiyyəsində ağrı, allergik reaksiyalar, helmintlərin məhv edilmiş hissələrindən əmələ gələ bilər.

Fassiolyosun (qaraciyər, öd) müalicəsində bitionolemmetin hidroxlorid istifadə edilir. Dərialtı yeridilir. Yanaşı təsiri: diareya əmələ gəlir.

Bağırsaqdan kənar helmintlərin farmakoterapiyasında çox effektli preparatlar əmələ gəlib.

 

1 şərh

Zeyneb_Ehmedova
Flukanazolda gobelek eleyhine derman vasitəsidir.