Рейтинг
+15.36

infeksion xəstəliklər

29 üzv, 50 topik

Hepatit

Qaraciyərdə əmələ gələn iltihabi reaksiya tibb aləmində hepatitis olaraq tanınır.Hepatitə viruslar,bakteriyalar,müxtəlif dərmanlar uzun müddət spirtli içkilərin qəbulu və s. səbəb ola bilər.Bu zaman qaraciyərdə həssaslıq və iltihab əmələ gəlir.Hepatitin bəzi formalarında ən təhlükəli vəziyyət onun keçici olmasıdır.
Ardı →

Öpüş vasitəsilə hansı infeksiyon xəstəliklərə tutulmaq olar?

Məlum olmuşdur ki,öpüşmək bir o qədərdə təhlükəsiz məşğuliyyət deyil.Sən demə herpesdən başqa öpüş vasitəsilə insan bir çox xəstəliklərə tutula bilər.
İnfeksion mononukleoz
Epşteyn bar virusu.
Bu xəstəlik əsasən gənclərdə rast gəlinir.Tüpürcəklə yayılır.İlk sindromları,baş ağrısı,boğaz ağrısı,üşütmə və halsızlıq olur.

Ardı →

Kampilobakterioz

Kampilobakterioz — intoksikasiya, mədə-bağırsaq pozğunluğu, artralgiya, bəzən sepsis əlamətləri, uşaqlarda bədənin susuzlaşması ilə gedən infeksion xəstəlikdir.
İlk vaxtlar ev heyvanlarında balasalma verən xəstəlik kimi məlum olmuşdur.Törədicisini xəstə adamlardan R.Vinsentəməkdaşları (1947) əldə etmişlər.
Etiologiyası.İnsanda kampilobakteriyaların üç növündən Campylobacter fetus-un fetus, intestinalisjejuni yarım növləri tapılır.İnsan C.jejuni qrupundan C.jejuni, C.coli, C.laridis, az hallarda C.fetus fetus xəstələndirir. Kampilobakterilər (campilo-əyri) — qram (-), 1-2 qamçısı ilə hərəkət edən çubuqvari mikroblardır.O və H antigeninə görə C.jejuni onlarla biovarlara bölünür.Bəzi ştamları enterotoksin ifraz edir.Xüsusi qida mühitlərində yetişirlər.Xarici mühitdə davamlıdır, torpaqda, suda, süddə uzun müddət yaşaya bilirlər.
Ardı →

Psevdomembranoz kolit

Psevdomembranoz kolit (PMK) — antibiotikoterapiya nəticəsində baş verən və qarında ağrı, diareya, yoğun bağırsağın xarakter morfoloji dəyişikliklərilə təzahür edən xəstəlikdir.
Etiologiyası.Törədicisi Clostridium difficile-dir.O, şərti patogen mikroblara aiddir, ekzotoksin ifraz edir.
Epidemiologiyası.PMK əsasən yaşlılar arasında rast gəlinir.Endogen infeksiyalara aid olsa da xəstəlik məişət-təmas yolu ilə yayıla bilər.
Patogenezi.Əksər antibiotiklər bağırsaqda C.difficle-nin çoxalmasına səbəb olur.Lakin fenoksimetil və benzilpenisillinə nisbətən C.difficle-ni ampisillin — 8 dəfə, xinolonlar və klindamisin — 12, sefalosporinlər — 34 dəfə çox artırır.Külli miqdarda mikrob kulturasının ekzotoksini bağırsaq divarından sekresiyanı gücləndirməklə yanaşı tipik morfoloji dəyişikliklər də əmələ gətirir.Fibrinoz iltihab nəticəsində damarların divarı zədələnir, selikli qişa membranla örtülür.
Ardı →

Denge qızdırması

Denge qızdırması (DQ) — yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir.
Xəstəliyin kliniki mənzərəsi Filippində (1954) təsvir edilmişdir.
Etiologiyası.DQ-nin törədicisi abroviruslara aiddir.Onun I, II, III, IV tipləri, RNT-si var, ölçüləri 17-25 nm-dir, xarici mühitdə davamsızdır.
Epidemiologiyası.Təbiətdə virusun rezervuarı meymunlar, dələlər, quşlardır.İnsandan insana Aedes cins ağcaqanadlar keçirir.Xəstəliyin ilk 3 günü ağcaqanad yoluxa bilir.Onlar insan və ya heyvan qanını sorandan 11-14 gün sonra 3 ay ərzində, yəni ömrünün axırına qədər virusu yoluxdurur.Xəstəliyə qarşı orqanizmin həssaslığı yüksəkdir.İmmunitet davamsızdır, virusun tiplərinə görə spesifikdir.
Ardı →

Qarın yatalağı

Qarın yatalağı. A, B paratifləri — bağırsaq infeksiyaları qrupuna aid olan kəskin infeksion xəstəliklər. Xəstəlik tədricən başlayır: xəstə zəifləyir, tez yorulur, baş ağrısı olur. Həftənin axırına yaxın bu hallar artır, temperatur qalxır, yuxu pozulur (gündüz yuxuculuq, gecə yuxusuzluq). Xəstədə bir keylik olur — üzərində mimika olmur, rəngi solğun olur, danışmır, heç bir şeylə maraqlanmır, dili quru, yoğun olub üzərində ərp əmələ gəlir, kənarlarında dişlərin izi görünür, qarın köpür, qaraciyər və dalaq böyüyür. Bəzən şüur tut­qunlaşır, xəstə sayıqlayır, hallüsinasiya əmələ gəlir. Birinci həftənin axırında, yaxud ikinci həftənin əvvəlində açıq çəhrayı səpgilər əmələ gəlir; xəstəlik şiddətləndikdə, bakteriyemiya vaxtı səpgilər «quruyub tökülür», 4-cü həftədə xəstənin vəziyyəti yaxşılaşır.


Ardı →

Skarlatina

Skarlatina — kəskin streptokok xəstəliyidir. Titrətmə, 38-40°C-yə qədər temperaturla başlayır, boğazda ağrı olur, xəstə dəfələrlə qusur; xəstəliyin ilk günləri boyunun və döşün dərisində açıq çəhrayı, xırda nöqtələr şəklində səpgilər əmələ gəlir, sonra səpgilər gövdəyə və ətraflara keçir, dəri büküşlərində çox olur. Yanaqlar qıpqırmızı olur, burunda səpgilər olmur, dodağın və alt çənənin dərisi qızarmış nahiyələrin yanında solğun üçbucaq şəklində olur (Filatov simptomu). Səpgi azacıq qalxıb dəriyə kələ-kötürlük verir. Temperatur qaydaya düşdükdən 2-8-ci gündən etibarən dəri qabıq verməyə başlayır. Boyunda və çənə altındakı limfa düyünləri böyümüş olur və ağrıyır. Dil «moruğa» oxşayır, kataral, follikulyar və ya lakunar tonzillit əmələ gəlir. Xəstələri skarlatina şöbəsinə qoyurlar.
Müalicəsi — antibiotiklər, vitaminlər, bütün bədənə ultrabənövşəyi şüalar vermək. Xəstələrə qulluq etdikdə ağız boşluğunu təmizləmək vacibdir, hər dəfə yemək yeyəndən sonra ağzı yaxalamaq lazımdır, burunu vazelin yağı ilə isladılmış pambıqla selikdən və qartmaqdan təmizləyir, qulaqların təmizliyinə fikir verirlər. Dəri qabıq verdikdə qaşınma olduğu üçün xəstələrin dırnağını dibdən tutmaq lazımdır ki, dırnaq yarası əmələ gəlməsin, bu zaman gigiyenik vannaların faydası olur (xəstəni vannada tək qoymaq olmaz!). Ancaq rezin və plastik kütlədən hazırlanmış oyuncaqlara icazə verilir, çünki bunları da qab-qacaq kimi hər gün qaynatmaq lazımdır. Palataları ancaq yaş üsulla süpürüb silirlər. Palatanın havasını yaxşı dəyişir və kvars lampası asırlar. Tibb bacısı uşağın sidiyinə diqqət yetirməlidir, çünki xəstəlik böyrəklərə ağırlaşma verə bilər.
Müəllif: M.S.Vinoqradova
Mənbə: Tibb bacısının məlumat kitabı
Davamı →

Virus hepatiti

Virus hepatiti — iki müstəqil xəstəlikdən — infeksion hepatit və serum hepatitindən ibarətdir. Törədiciləri — viruslardır. Xəstəlik tədricən başlayır. Əvvəlcə qida ilə zəhərlənməyə və ya kəskin respirator xəstəliklərinə oxşayır. 7-12 gündən sonra sidik tündləşir (pivə rəngində olur), çox keçmədən skleralar, sərt damaq, dilçək və dəri sarılıq gətirir.
Nəcis açıq rəngdə olub boz gilə oxşayır. Qaraciyər böyüyür. Serum hepatitində sarılıq dövrü infeksion dövrdə olduğundan xeyli uzun çəkir. Adətən intoksikasiya açıq-aşkar görünür: xəstə süst, yuxucul olur, iştahadan düşür, ürəyi bulanır, qusur, defekasiya dəyişkən olur. Hepatitin ən təhlükəli ağırlaşması qaraciyər komasıdır ki, bu da, adətən, xəstənin ölümü ilə nəticələnir.
Yüngül formada infeksion və serum hepatitinin kəskin mərhələsində xəstələrin dərman müalicəsinə ehtiyacı olmur. Yüngül pəhriz saxlamaq, yağda qızardılmış, hisə verilmiş, sirkəyə qoyulmuş qidaları, ədviyyatı və spirtli içkiləri pəhrizdən çıxarmaq kifayətdir; sutkada 2-3 l-ə qədər su içmək, meyvə şirələri, morslar tövsiyə edilir; bağırsaqların vaxtlı-vaxtında boşalmasına fikir vermək lazımdır.
Xəstəlik orta dərəcədə olduqda intoksikasiyaya qarşı müalicə aparılır, ağır keçdikdə isə kortikosteroid hormonlar tətbiq edilir.
Hepatitli xəstəyə qulluq etdikdə tibb bacısı əllərini yaxşı yumalı, xəstənin işlətdiyi bütün şeyləri qaynatmalıdır. Tibb bacısı xəstənin yeməyinə və rejiminə xüsusi diqqət yetirməlidir (bütün sarılıq dövründə xəstələr yataq rejimində olurlar).
Xəstədə ürəkbulanma olduqda və gücləndikdə, o, yeməkdən imtina etdikdə, qusduqda, yuxucul, yaxud həyəcanlı olduqda tibb bacısı tez həkimi çağırmalıdır, çünki bu əlamətlər intoksikasiyanın gücləndiyini və qaraciyər çatışmamazlığı ola biləcəyini göstərir. Həkim gələnə qədər tibb bacısı qlükoza məhlulu, hormonal preparatlar, oksigen hazırlamalıdır. Hepatit şöbəsində tibb alətlərinin sterilizasiyasının xüsusi əhəmiyyəti vardır.
Müəllif: M.S.Vinoqradova
Mənbə: Tibb bacısının məlumat kitabı
Davamı →

Vəba xəstəliyi

Vəba — ağır ümumi intoksikasiyası nazik bağırsağın zədələnməsi, su-duz mübadiləsinin pozulması ilə gedən kəskin infeksion xəstəlikdir; çox qorxulu infeksiyalar qrupuna aiddir. Törədicisi — vəba vibrionudur (son vaxtlar Əl-Tor tipi).
Əl-Tor vəbasının xüsusiyyəti keçirilmiş xəstəlikdən sonra uzun müddət vibrongəzdirmə, xəstəliyin silinmiş formaları, Əl-Tor vibrionlarının əlverişsiz amillərinin təsirinə çox davamlı olmasıdır. Vibrion ət, balıq məhsullarında və tərəvəzdə otaq temperaturunda 2-5 gün yaşayır. Vəba ən çox süd, su kəmərinin və açıq su hövzələrinin suyu ilə yayılır. Havanın temperaturu düşdükdə və su mənbələri donduqda belə vəba vibrionları qışdan salamat çıxa bilir.
Vibrionların turşularla son dərəcə həssas olmasının xüsusi əhəmiyyəti vardır, içməli suyu zərərsizləşdirəndə bundan istifadə edilir.


Ardı →

Tetanus

Tetanus — kəskin infeksion xəstəlikdir. Törədicisi — sinir sisteminə çox güclü təsir edən ekzotoksin buraxan sporlu çöpdür. Ümumi və yerli tetanus olur. Ümumi (yayılmış) tetanus ağır keçir və ölüm faizi yüksək olur (40-60%).
Tetanusun klinik mənzərəsi: ümumi intoksikasiya, ağzı açmağı və çeynəməni çətinləşdirən çeynəmə əzələlərinin (trizm) və mimiki əzələlərin qıcolmaları (xəstənin üzündə qəribə sardonik gülüş olur), arxa gövdə əzələlərinin tonik yığılmaları və bunun nəticəsində opistotonus və lordoz əmələ gəlməsi; şiddətli qıcolmalarda xəstə ənsəsini və dabanlarını yatağa dirəyib qıvrılıb qalır, hər cür xarici qıcıq güclü klonik qıcolmalar törədə bilər. Asfiksiyaya (boğulmaya) səbəb olan ağciyər, ürək çatışmamazlığı da döş və qabırğaarası, səs yarığındakı əzələlərin və diafraqmanın qıc olmaları ilə əlaqədardır.


Ardı →