Hepatit

Qaraciyərdə əmələ gələn iltihabi reaksiya tibb aləmində hepatitis olaraq tanınır.Hepatitə viruslar,bakteriyalar,müxtəlif dərmanlar uzun müddət spirtli içkilərin qəbulu və s. səbəb ola bilər.Bu zaman qaraciyərdə həssaslıq və iltihab əmələ gəlir.Hepatitin bəzi formalarında ən təhlükəli vəziyyət onun keçici olmasıdır.

Hepatit B neçə keçir:
  • Qan
  • Məni
  • Vaqinal axıntı
  • Doğuş zamanı anadan dölə keçə bilər.

Cinsi əlaqə zamanı hepatit B ilə xəstə olan bir insanın bədənindən ifraz olunan maye vasitəsilə digərinə,həmçinin sidik kanalı,ağızdakı yaralı və cızıq bölgələrə təması ilə keçə bilər.Bundan başqa tatuaj və pirsinq zamanı alətlərin təmiz olmamasından,diş fırçası və s. vasitəsilə də keçə bilər.Hətta bir həftə qalıb qurumuş qan və tüpürcəkdən də hepatit B xəstəliyinə tutulmaq olar.

hepatit virusu

Hepatit B-nin əlamətləri:
  • Bütün bədəndə həddindən artıq halsızlıq
  • Yüngül qızdırma
  • Baş ağrısı
  • İştah pozğunluğu
  • Bulantı,qusma
  • Qaraciyər bölgəsinin üstündə ağrı və həssaslıq
  • Qəbizlik və ya ishal
  • Əzələlərdə ağrı
  • Dəridə qızartı
  • 5 yaşdan yuxarı olan uşaqların 40%-də sarılıq ola bilər.

Hepatit B  serroz və qaraciyər xərçənginə,qaraciyər çatışmamazlığına,hepatit D-yə səbəb ola biləcək bir xəstəlikdir.

hepatit viruslu qaraciyər

Hepatit B-də risk faktorları:
  • Başqa bir cinsi yolla yoluxan xəstəliyin olması
  • Hepatit B daşıyıcısı olan partnyorun olması
  • Hepatit B-li xəstələrin çəngəl,qaşıq,bıçaq,təraş əşyalarını bərabər istifadə etməsi
  • Damardan dərman qəbulu
  • Həkimlər,tibb bacıları,stomatoloqlar qan və qan analizləri ilə məşğul olan labaratoriya işçiləri
  • Hepatit B xəstəliyinin daha çox yayıldığı ölkələrdə 6 aydan çox yaşamaq (Çin,Afrika və s.)
  • Müxtəlif səbəblərə görə Hepatit B daşıyıcısı olan bir adamla eyni otaqda yaşamaq (yataqxana,həbsxana və s)
  • Homoseksual olma
  • Anada hepatit B virusu ilə infeksiyanın olması yeni doğulmiş körpə üçün çox böyük risk faktorudur.Lakin uşaq doğulan kimi hepatit peyvəndi və hepatit B qoruyucu immunoqlobulin vurulsa xəstəliyə tutulmaz.

Hepatit B-dən əziyyət çəkən xəstələr uzun meddət həkim nəzarəti altında olub müalicə olunmalıdırlar.
 
 

0 şərh