Qıl qurdu

Bu qurd ümumi tualet istifadəsində ailə üzvləri arasında asanlıqla yayılır. Bu səbəbdən müalicəsi ailəliklə aparılmalı, müalicədən sonra yataq dəstləri və alt paltarları qaynadılıb, ütülənməlidir.Yaranma səbəbi daha çox şərti gigiyena qaydalarına riayet edilməməsi, əl yumaq vərdişlərinin olmaması, parazitin yumurtası ilə bulaşmış, yaxşı yuyulmamış meyvə tərəvəz, çirkli su istifadəsidir. Qıl qurdundan autoinvaziya deyilən, uşağın özü özünü yoluxdurması halı görülür.
Belə ki bu parazit zamanı anal dəlik ətrafında qaşınma olur ki, qaşınan uşaq sonra əlini yumadan ağzına apararaq, qurdun yumurtası ilə təkrar yoluxur. Bu hal olmaması üçün uşaqlara gigiyena vərdişlərini ciddi şəkildə aşılamaq lazımdır.
Qıl qurdu
QIL QURDU XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ:
Bu parazitin dişi forması qalın bağırsaqda (düz bağırsaq) yaşadığı üçün gecələr bağırsaqdan çıxaraq anal dəlik ətrafına yumurtalarını qoyur. Bu səbəbdən əsas əlaməti anal dəlik ətrafında qaşınmadır. Əlavə olaraq bu parazit sidik yollarına, qızlarda vaginaya invaziya edərək sidik yolu infeksiyası, vulvovaginit,ciddi qaşınma, perianal dermatitə səbəb ola bilər. Bundan başqa qıl qurdu zamanı uşaqda ümumi narahatlıq, gecələr yuxudan oyanma, ağlama,narahat yataq, yuxu pozğunluğu,gecə yerinə islatma, yuxuda diş qıcama,ağızdan su axma kimi şikayətlər də olur.

QIL QURDU XƏSTƏLİYİNİN DİAQNOSTİKASI:
Bu qurdun diaqnostikası üçün Nəcis ümumi analizi (3 gün aralıqlarla ən az 3 dəfə, 3 gün ard arda Perianal sıyrıntının uşaq yataqdan durmadan götürülüb tədqiq edilməsi və ya qurdun gözlə görülməsi kifayətdir

QIL QURDU XƏSTƏLİYİNİN MÜALİCƏSİ:
Parazit əleyhinə nəzərdə tutulmuş preparatı 1 gün, 2-3 həftə sonra təkrar etməklə müalicə edilir. Müalicə ailəvi aparılmalı, bütün yataq dəstləri qaynadılıb, ütülənməlidir.

QIL QURDU XƏSTƏLİYİNİN PROFİLAKTİKASI
Bütün parazitlərdə olduğu kimi qıl qurdundan qorunmaq üçün də şərti gigiyena qaydalarına əməl etmək, tez-tez əl yumaq vərdişlərinin qazanılması, dırnaq yemək kimi zərərli vərdişlərin tərgidilməsi, meyvə-tərəvəzin yaxşı yuyulmadan istifadə edilməməsi, çirkli su istifadəsindən qaçmaq vacibdir
 
MÜALİCƏSİ:  Xəstə qurd əleyhinə dərmanlar qəbul eləməklə birgə aşağıdakı qaydalara mütləq əməl etməlidir:
 
— dırnaqlarını dibindən tutmalı
— tez-tez əllərini yumalı
— yatanda qurd yumurtaları yatağa tökülməsin deyə kip və uzunayaqlı yataq paltarı geyinməli
— anus nahiyəsinin gigiyenasına diqqət yetirməli
— alt paltarlarını qaynatmalıdır.
 
Bitki tərkibli müalicə:
  • Kök
  • Soğan
  • Sarımsaq
  • Zeytun yağı
  • Sirkə
  • Süd
 
Hazırlanma və istifadə qaydası:  Rəndələnmiş kök, döyülmüş soğanla birlikdə suda qaynadılır. Süzülərək əldə edilən qarışığa sirkə əlavə edilərək qarışdırılır. Hazırlanan bu qarışıqla anus ətrafı, rahatsızlıq, qaşıntı zamanı gündə 2 dəfə yuyulmalıdır. Sarımsaqlar döyülüb əzildikdən sonra süd ilə bişirilir. Süzülərək alınan qarışıqdan yeməkdən sonra və yatmadan öncə bir fincan isidilərək içilir. Rahatsızlıq, qaşıntı zamanı anus ətrafını hər gün 3 saatdan bir sirkəli su ilə yumaq da müsbət təsir göstərir.
 
 
 
 
Mənbə: hekimtap.az
 

0 şərh