Denge qızdırması

Denge qızdırması (DQ) - yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir.
Xəstəliyin kliniki mənzərəsi Filippində (1954) təsvir edilmişdir.
Etiologiyası.DQ-nin törədicisi abroviruslara aiddir.Onun I, II, III, IV tipləri, RNT-si var, ölçüləri 17-25 nm-dir, xarici mühitdə davamsızdır.
Epidemiologiyası.Təbiətdə virusun rezervuarı meymunlar, dələlər, quşlardır.İnsandan insana Aedes cins ağcaqanadlar keçirir.Xəstəliyin ilk 3 günü ağcaqanad yoluxa bilir.Onlar insan və ya heyvan qanını sorandan 11-14 gün sonra 3 ay ərzində, yəni ömrünün axırına qədər virusu yoluxdurur.Xəstəliyə qarşı orqanizmin həssaslığı yüksəkdir.İmmunitet davamsızdır, virusun tiplərinə görə spesifikdir.
Patogenezi və patoloji anatomiyası.Ağcaqanadın dişlədiyi yerdə 3-5 gündən sonra yaranan ilk affektdə virus çoxalır və qana keçir.Virus kiçik damarları zədələyərək endoteli şişkinləşdirir, damarətrafı ödem və mononuklear infiltratlar əmələ gətirir.Qanın laxtalanması da pozulduğundan yayılmış hemorragiya, endo-perikarda, plevra və periton qişalarına, mədə-bağırsağın selikli qişasına, ağır hallarda baş beyinə qan sızır, daxili üzvlərdə degenerativ dəyişiklik yaranır.
Klinikası.Gizli dövr 3-15 gündür.Xəstəlik qəflətən üşütmə, beldə, omalarda, fəqərələrdə ağrı və qızdırma ilə başlayır.Adinamiya, anoreksiya, ürəkbulanma, yuxusuzluqla yanaşı üz hiperemiyalaşır, ödemləşir, sklera kapilyarları genişlənir.Klassik DQ xoş gedişli olub yalnız 1% hallarda komaya keçə bilər.Xarakter əlamətləri kəskin atralgiya, mialgiya, əzələ rigidliyi nəticəsində yerişin pozulmasıdır.Xəstə Dendi quşu kimi dizlərin bükmədən addımlayır.Qızdırma dövrü bradikardiya, hipotenziya, leyko-trombositopeniya, nisbi limfo-monositoz qeyd edilir.Əksər xəstələrdə limfoadenopatiya tapılır.3-cü gün qızdırma düşür, 1-3 gündən sonra yenidən qalxaraq 2-3 gün yüksək qalır.Xarakteri polimorf olan qızılcaya, skarlatinayabənzər və ya urtikar səpgi əmələ gəlir.Bu hal 1-ci, ya 2-ci qızdırma dövrü, ya da daha gec yaranır.Səpgi gövdədən ətraflara doğru yayılır, çox olur, 3-7 gün çəkir, qabıqlama verir.Səpgi olmaya da bilər.
Hemorragik DQ ağır gedişli olsa da, 2-4 gün çəkən başlanğıc dövründə əzələ, sümük və oynaq ağrıları az rast gəlinir.Qızğın dövrün gedişi 4 mərhələyə bölünür:
I mərhələ - qızdırma, ümumi intoksikasiya, manjet yerində qansızma, trombositopeniya və qanın qatılaşması.
II mərhələ - spontan qanaxmalar (dəridən, diş ətindən, mədə-bağırsaqdan), qanın qatılaşması və trombositopeniya artır.
III mərhələ - sirkulyator pozğunluqlar, oyanıqlıq.
IV mərhələ - dərin şok, sistolik təzyiqin sıfıra düşməsi, hemokonsentrasiya və kəskin trombositopeniya.
III və IV mərhələlər DQ-nin şok sindromu adlanır.
Qızğın dövr 4-5 gün çəkir.Qan qusma, koma, şok, yayılmış sianoz və qıcolmalar pis proqnozun göstəriciləridir.
Hemorragik DQ ilə uşaqlar çox xəstələnir və letallıq 50%-ə çatır.
Diaqnoz.İkidalğalı qızdırma, ağrı, səpgi və epidemioloji anamnez DQ-nin kliniki diaqnozuna kömək edir.Qoşa zərdabda HATRKBR anticisimləri aşkar edilir, birincili infeksiyada JgM diaqnozu dəqiqləşdirir.
Müalicəsi.Patogenetikdir.Şok əleyhinə terapiya lazımdır.KSH effektsizdir.
Profilaktikası.Ağcaqanadlardan qorunmaq və dezinseksiya tədbirlərindən ibarətdir.

Müəllif: Ələsgər Vəliyev

Kitab: İnfeksion xəstəliklər

Erkən differensial diaqnozu, müalicəsi

 

0 şərh