İKT-dəyişən və dəyişdirən amil

Güman edirəm yüksək texnologiyalar əsri adlandırılan ХХI əsrdə postsənaye ölkələrinin iqtisadiyyat və infrastrukturunun səviyyəsinin universal ölçüsünün informasiya-kommunikasiya texnologiyaları (İKT) olmasını xatırlatmağa ehtiyac yoxdur. Bu amil hökumətin ardıcıl siyasəti nəticəsində telekommunikasiya, teleradio yayımı, internet-infrastruktur və ümumilikdə İKT sektorunda böyük uğurların əldə edildiyi Azərbaycan üçün də artıq uzun illərdir əhəmiyyət kəsb edir. Hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə İKT sektorunu tənzimləyən ilk qanunlar qəbul edilib, mobil rabitənin təşəkkülü üçün əlverişli şərait yaradılıb, ilkin internet-infrastruktur və s. formalaşdılırıb. 2003-cü ildə qəbul edilən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” yaxın illər üçün fəaliyyətin başlıca məqsədi olan informasiya cəmiyyətinə keçidi müəyyən etdi. Ötən onillik ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İKT sektorunun inkişafına müqayisəedilməz əhəmiyyət verib və dinamik inkişafına zəmin yaradıb. Çoxlu sayda dövlət proqramları və qanunlar qəbul edilib.

Mərhələli şəkildə həyata keçirilən “Elektron Azərbaycan” Dövlət Proqramı Milli Strategiyanın istiqamət və vəzifələrinə uyğun olan çoxlu tədbirlərin görülməsinə imkan verib. Əlamətdar haldır ki, bəzi istiqamətlər üzrə ölkəmiz artıq çoxdandır keçmiş postsovet məkanında lider mövqelər tutur. Məsələn, hələ 2008-ci ildə biz MDB-də ilk olaraq ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılmasına nail ola bilmişik, üç il sonra isə ölkədəki bütün mövcud ATS-lərin rəqəmli texnologiyaya keçidi başa çatıb, eləcə də vahid yeddirəqəmli nömrələmə sistemi tətbiq edilib. Azərbaycan 4G mobil rabitə texnologiyasını tətbiq edən dövlətlər arasında Avropada doqquzuncu, dünyada isə 37-ci yeri tutur. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “İnformasiya cəmiyyətinin ölçülməsi-2012” adlı hesabatına əsasən, ölkəmiz İKT-nin inkişaf indeksi (ITDI) üzrə beş pillə irəliləyərək 155 dünya dövləti arasında 68-ci yeri tutub. BTİ-nin hesabatında Azərbaycan həmçinin son 5-7 il ərzində sahədə daha çox uğurlar qazanan on dünya dövləti qrupuna daxil edilib.

Yuxarıda qeyd oluna uğurlara əsaslanaraq və ölkədə İT iqtisadiyyatının inkişaf imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib.

Bu yaxınlarda təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas məqsədi yaxın 8-10 ildə ölkənin ümumi daxili məhsul həcminin ikiqat artırılmasıdır. Buna qeyri-neft sektorunun, o cümlədən İKT sahəsinin inkişaf etdirilməsi sayəsində nail olmaq nəzərdə tutulur. Lakin bu məqsədə çatmaq tələb olunan müddətdə İKT bazarının həcminin 4-4,5 dəfə artırılmasını nəzərdə tutur. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə İKT sektorunda gəlir 1,7 milyard dollar təşkil edirdisə, 2020-ci ilə bu göstərici 8 milyard dollara çatmalıdır. Bu məqsədlər üçün təkcə dövlət xətti ilə 3,6 milyard dollar məbləğində investisiyaların yatırılması planlaşdırılır, eyni həcmli qoyuluşları beynəlxalq investorlar daxil olmaqla özəl sektor təmin etməlidir. Beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin inkişaf perspektivlərinə çox nikbin yanaşırlar. Onların proqnozlarına əsasən, sahə islahatlarının davam etdirilməsi və xüsusilə potensial investorlar üçün imtiyazlı şəraitin yaradılması 2025-ci ilə İKT sahəsinin gəlirlər səviyyəsini ölkə ÜDM-nin 10 faizinədək çatdırmağa imkan verəcək. Bu isə dünyanın inkişaf etmiş ölkələrində sahə üzrə nəzərdə tutulan gəlir səviyyəsi ilə uyğun gəlir.

Bütün bu qeyd edilənlərdən belə bir nəticə çıxartmaq olar ki,Azərbaycan Respublikası İKT ili üçün çox böyük perspektivlərə malikdir.Hansı ki ,bunlara ən bariz nümunə olaraq   son zamanlar Respublikanın bir çox regionlarında fəaliyyət göstərməyə başlaya ASAN XİDMƏT-i yaxud E-GOVERNMENT yəni Elektron Hökumət(e-hökumət) nəzərdə tutulur.İndi isə DƏYİŞƏN VƏ İNKİŞAF edən dünyamızda yeni bir xidmət növünü azacıq izah edək.

Elektron hökumət ideyasının əsasını dövlət haqqında cəmiyyətin əsas tələbatını effektiv şəkildə təmin etməyə xidmət göstərən təsisat kimi təsəvvürün formalaşması təşkil edir. İnternet, bir çox alimlərin fikrincə, həm vətəndaşların tələblərinə xidmət sürətində, həm də həyata keçirilən tranzaksiyaların qiymətində dövlət maşınının effektivliyini radikal şəkildə artırmağa icazə verir. V. İ. Drojjinovun tərifinə müvafiq olaraq «elektron hakimiyətinin mahiyyəti xidmətlərin göstərilməsi üzrə modellərin təkmilləşdirilməsi və hakimiyyət orqanları ilə dövlət idarələrinin fəaliyyətinin effektivliyinin artırılması üçün virtual məkanın istifadəsindən ibarətdir».Elektron hökumət ideyalarının həyata keçirilməsinin ilk bəhrələri geniş ictimai dairələrdə müasir nüfuzlu demokratiyanın «elektron demokratiya» sisteminə təkamülü «elektron hökumətin» tətbiqinin yekun nəticəsi olması haqqında təsəvvürləri yaratmışdır.

elektron hokumet

«Elektron demokratiya» termini ilə işarə olunan təzahürün müxtəlifliyi onun şərhi ilə bağlı müxtəlif variantları və müxtəlif yanaşma üsullarının nümayəndələri arasında canlı mübahisə doğurmuşdur. Ən ümumi anlamda müəyyən olunan «elektron demokratiyanın» tərifi «demokratik proseslərin informasiya və kommunikasiyanın geniş vüsət alması, vətəndaşların maraqlarının birləşdirilməsi və qərarların qəbul olunması (müşavirə və səsvermə yolu ilə) kimi vacib funksiyalarının yerinə yetirilməsi üçün kompüterlərin və kompüter şəbəkələrinin istifadə olunduğu» bir anlamda əhəmiyyət kəsb edir.

Elektron demokratiya konsepsiyasının nəzəri əsasları bir sıra məşhur alimlər tərəfindən işlənib hazırlanmışdır. İnformasiya texnologiyalarının və informasiyadan müasir istifadə etikasının əsasında iştirak demokratiyanın formalaşması haqqında ideyanı formalaşdıran İ.Məsud məşhur alimlərdən biri hesab olunur. İ.Məsuda müvafiq olaraq informasiya və biliklərin kütləvi istehsalı insanların requlyativ fəaliyyətinin rolunu gücləndirir və bunun da gedişatında ictimai inkişaf prosesində zəruri olan və insanları, əşyaları və simvolik obyektləri birləşdirən sosial rabitə müəyyən olunur və nəzarət edilir. Bu zaman həm kommunikasiya fəaliyyətinin, həm də sosial idarəetmənin əhəmiyyəti artır. Əgər sənaye cəmiyyətində nüfuzlu demokratiya daha proqressiv idarəetmə formasıdırsa, o zaman informasiya cəmiyyətində iştirak demokratiya daha proqressiv idarəetmə forması hesab olunur. İ. Masudun yazdığı kimi: «Bu vətəndaşların iştirakı siyasəti olub, bu siyasətin həyata keçirilməsi zamanı idarəetmə vətəndaşların özləri tərəfindən həyata keçirilir».

Beləliklə, yeni tipli vətəndaş cəmiyyəti formalaşır və bu cəmiyyətdə də insanın haqları şəxsi sirrə radikal şəkildə transformasiya olunur. İ.Məsudun fikrincə, yaxın gələcəkdə «fərdi məlumatlara malik faylların maksimal dərəcədə açıq-aşkar şəkil aldıqları» hallar mümkün ola bilər: bu bütün insanlara bir-birinin fərdi fayllarından müştərək şəkildə istifadə etməyə icazə verir».elektron government

Indi isə e-hökumətin bir sıra prinsip və önəmlərini qeyd edək:

”Elektron hökumət”in əsas fəaliyyət prinsipləri:

  • Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;
  • İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
  • İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
  • Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.  

“Elektron hökumət”in əhəmiyyəti:

  • Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;
  • Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
  • İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetrilmə prosedurlarının sadələşdirilməsi;
  • Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;
  • İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması;
  • İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.

“Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

Nəticə:
Son olaraq onu qeyd etmək istərdim ki,əgər cəmiyyətdə mövcud olan bütün vasitə və avadanlıqlardan  doğru istiqamət üzrə istifadə olunarsa onda müasir dövrümüzdə cəmiyyətimizdə yaranmış olan bir çox texnoloji  və s   problemləri həll etmək mümkün olar.

Müəllif: Mahmudova Tacirə İlham qızı

ƏLAVƏ QEYD:

“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamına uyğun olaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının ərazisində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və ondan istifadə, elektron hökumətin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2013-cü il.

prezident İlham Eliyev

 

0 şərh