Elektron Hörümçək

Respublikamızda müasir İT-nin yeni və analitik təsviri

İnformasiya texnologiyaları haqda qanunvericilik və onun analizi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İT sahəsi ilə əlaqədar və onun inkişafına yönəlmiş qərar və sərəncamları, o cümlədən 2013-2015-ci illərin İKT ili elan edilməsindən sonra da İT sahəsiylə bağlı qanunvericilikdə edilən müəyyən dəyişiklik və yeniliklər bu sahənin inkişafının respublikamızçün nə qədər önəmli olduğunu göstərir.Bu sahəylə bağlı qanunvericilikdə edilən dəyişikliklərin və yeniliklərin böyük əksəriyyəti onun üçün həyata keçirilib ki, vətəndaşlar ‘’Vahid Pəncərə‘’ adı altında yaradılmış və fəaliyyət göstərən saytlardan istifadə etsin mövcud suallarını və problemlərini bu dövlət saytlarına daxil olmaqla həll edə bilsinlər.Lakin bu haqda danışarkən onu da qeyd etmək istəyirəm ki, ‘’İnformasiya azadlığı haqda Azərbaycan Respublikasının qanunvericiliyi ‘’nin bir sıra bəndlərində qeyd olunanlar vətəndaşların istədikləri məlumatı yaxud da suallarının cavablarını vaxtında ala bilmələrinə müəyyən qədər mane olur.Məs:Yuxarıda adını çəkdiyim qanunun 21-ci maddəsinin 21.1 bəndində göstərilmişdir ki,vətəndaşların online müraciət əsasındakı sorğularına ən tez və gec halda 15 gün müddətində cavab verilməlidir.

Qanunun bu maddəsinə əsasən əgər hər hansı bir şəxsin verdiyi sualın cavabını dərhal tapmaq mümkün olmazsa ya da ki, sorğuya cavab verməyə məsul şəxslər bu məsələylə(problemlə) bağlı rəhbər orqanlarla məsləhətləşməli və cavab verməkçün (düzgün cavab verə bilməkçün) müəyyən bir vaxta ehtiyacları olarsa onda lap 15-ci gün də bu sorğuya cavab göndərəcəklər.Hansı ki ,sorğu göndərən şəxs bu müddət ərzində cavab almadığının şahidi olur ki, bu da ona hər nə səbəbdən olursa – olsun xoş getmir.Nəticədə vətəndaş mövcud məsələylə bağlı digər dövlət qurumlarına ya da onların saytlarına,e – ünvanlarına müraciət edir ki,bu da əvvəlcədən vacibliyini qeyd etdiyim ‘’Vahid Pəncərə’’ prinsipinin qorunub saxlanmasına imkan vermir.Bu halla bağlı dövlət saytları çox vaxt sorğuçuya işin uzadılması ,həmin şəxsə o dövrdəki iş prosesinin sıxlığı ucbatından cavab verməyin mümkün olmadığını bildirməlidirlər.

Dövlət İT ehtiyatları ilə tanışlıq ,təhlil və təkliflər

Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixili 89 nömrəli qərarı ilə təsdiq edilmişdir və informasiya ehtiyatlarının bazasının formalaşdırılması,istifadəsi və mühafizəsi ilə bağlı məsələlərin həllinə həmçinin onların dövlət qeydiyyatına alınması işinə həsr edilmişdir.İnformasiya ehtiyatlarının reyestri zamanı informasiya ehtiyatlarının təhlükəsizliyini artırmış və onun hakerlərdən daha da müdafiə olunmuş bir hala gətirmişdir.Bu sahə üzrə tez-tez monitorinqlərin keçirilməsi,yekun hesabatların hazırlanması və son statisikanın müəyyənləşdirilməsi də vacib məsələlərdən biridir...Lakin bu hissədə mənim e-gov.az saytıyla bağlı vurğulamaq istədiyim fikir bir qədər fərqlidir.Yəni ki,saytda istifadəçi adı və parol alıb hansı bir xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçmək uzun başa gəlir.Məs:Bir müddət əvvəl 1-ci mərhələsini başa vurduğumuz yarışmanın səsvermə mərhələsi üçün portala daxil olmaq istədikdə qeydiyyat prosesi çox çətinliklə başa gəldi.Demək istəyirəm ki ,şəxsən mənim ailə üzvlərim və mənə yaxın olan şəxslər online şəkildə qeydiyyatdan keçib portala daxil olmaqçün ən az 3 kriteriya olmaqla 5 şərti ödəməli idilər hansı ki,bu kriteriyalar da az insanda olurdu(sürücülük vəsiqəsi,xarici pasport,ev telefonu öz adına ,əl telefonu,sosial sığorta şəhadətnaməsi).Ən azından onlar özləri mənə görə online səs vermək istədikdə bu prosesin nə qədər qarışıq olduğunu və bacarmayıb saytı dərhal tərk etdiklərini dedilər.Mən bu misalı ona çəkmək istədim ki,e-gov.az kimi dövlət əhəmiyyətli bir saytdan qeydiyyatdan keçməyin ən azından mənim əhatəmdə olan insanlarçün çətin gəldiyini biləsiniz.Hansı ki,bu cür qeydiyyat əvəzinə sadəcə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodu ilə daxil olmaq olsaydı bu həm o şəxslərçün, həm də mənim kimi tələbələr üçün asan olardı.
elektron hökümət sisteminin istismara buraxılması

Və yaxud adi bir vətəndaş olaraq e-gov.az ya da başqa bir dövlət saytında girərkən burada fəaliyyətinə elə dövlət tərəfindən rəvac verilmiş yeni bir xidmət olaraq ELECTRON VOTİNG xidmətini görmək istərdim.Hər 5 ildən bir keçirilən prezident seçkilərində yaxud da Milli Məclisə deputat seçiləndə vətəndaşlar öz səslərini ənənəvi olaraq taxta ya da plastik qutulara deyil,artıq online şəkildə bir dəfə səsverə bilmək şərtilə E-SƏS xidmətindən yararlanaraq verə bilərdilər.Belə halda hər bir şəxs şəxsiyyətini təsdiq edən sənədin lazımi informasiyalarını saytda tələb olunan xanalara daxil etməklə və ya hansı vətəndaşın E-İMZA sertifikatı varsa ondan istifadə etməklə bu səsvermədə iştirak edə bilər .Nəticə etibarilə hər 5 ildən bir keçirilən seçkilər ərəfəsində seçki məntəqələrinin yaradılmasına, orda çalışan şəxslərin müraciət edən vətəndaşlara düzgün məlumat verə bilmələri üzrə maarifləndirilmələrinə ,o cümlədən seçkilər qabağı yaradılmış olan plokat və digər reklam vasitələrinə də əlavə olaraq həm pul,həm də ki, vaxt ayırmağa ehtiyac qalmazdı...

müasirlik vs keçmişin standartı?

Portal üzərində fəaliyyət göstərməyən qurumlar, səbəblərinin araşdırılması və fəaliyyət göstərməyini istədiyim qurumlar barədə təkliflər

Əslində e-gov.az dövlət saytında bir çox xidmətlər və qurumlar fəaliyyət göstərir.Bu cür xidmətlərin göstərilməsində ən önəmli cəhətlərdən biri də ondan ibarətdir ki,vətəndaşlar heç bir korrupsiya(rüşvət) halı ilə qarşılaşmadan öz problemlərini bu saytın online müraciət xidmətindən istifadə edərək həll edə bilərlər. Bu cür xidmətlər vətədaşlara imkan vermir ki,onlar hansısa bir nazirliyin və ya dövlət qurumunun qarşısında növbə gözləsinlər.Nəticədə qısa müddət ərzində portaldan istifadə edib öz sualları ilə müraciət edən hər bir şəxs öz sualına cavab tapa bilir.Məhz buna görə də son illər bu saytdan vətəndaşların istifadə həcmi artmış və əgər qeydə alınmış statistika ilə göstərsək,onda son 1 ildə vətəndaşların ən çox istifadə etdikləri xidmətlərə:

Ədliyyə Nazirliyi-Adın mənası(672 nəfər);Rabitə və İnformasiya Nazirliyi -Cari danışıqlar üzrə borc(613 nəfər);Dövlət Sosial Müdafiə Fondu –Sığorta olunanlar tərəfindən informasiyanın əldə edilməsi(600 nəfər);DİN-Pinə görə fərdi məlumatın axtarışı (427 nəfər);Təhsil Nazirliyi-Diplom haqqında məlumat(356); göstərmək olar.Portalın istifadəçi aktiviliyinə gəlincə isə mən onu əlavə eliyərdim ki,portalda istifadəçilərin sayı fəaliyyət göstərən xidmətlərin keyfiyyət və asan əldə edilmələrindən asılı olaraq dəyişir...

Lakin mənim burda ifadə etmək istədiyim məsələ yenə də başqadır. Yəni ki ,E-GOV.AZ kimi xidmətləri bol dövlət saytları varkən və vahid pəncərə prinsipinə əməl edərək fəaliyyət göstərərkən bir çox vətəndaşlar informasiyasızlıqdan ya da digər səbəblərdən (vərdiş etdikləri asanlıq ucbatından) hələ də JEK lərdən(MİS lərdən) istifadə edir ,möcvud problemlərinin həlli üçün onlara müraciət edirlər...Belə halda vətəndaşlar həm kommunal xidmətlərini ödəmək üçün MİSlərə(Mənzil İstismar Sahələri), həm də bələdiyyələrə üz tutur və istifadə etdikləri məişət-kommunal xidmətlərçün pul ödəyirlər(lift pulu, su pulu, kanalizasiya pulu və s -bələdiyyələrə; qaz pulu, ev pulu, su pulu, işıq pulu və s — Jeklərə ).Əslində vətəndaşın hər 2 dövlət qurumuna ödədiyi pul ortaq olsa da ödənişi istənilən birinə edə bilərlər.Bu isə vətəndaşların vahid bir dövlət orqanına müraciət edərək öz xidmət haqlarını ödəmələri prinsipinə çox uzaqdır.Yəni ki,bu mövzuda bələdiyyə idarələrinin önəmi daha da irəli çəkilməli və onlara dövlət tərəfindən hərtərəfli yardım göstərilməlidir. JEKlərə(MİSlərə) gəldikdə isə onların fəaliyyətinə daha çox seçkilər ərəfəsində ehtiyac olur ki,bu da əslində onların fəaliyyətinin məhdud olduğunu bildirir.(Ərazi üzrə əhalinin siyahısının hazırlanması və səsvericilərin dəqiq sayının göstərilməsi ).Ona görə də burda mənim demək istədiyim odur ki,MİSlər kimi qurumlara dövlət maliyyə yardımı ayırmaq əvəzinə Vahid Pəncərə prinsipi əsasında onlarda və digər dövlət qurumlarında fəaliyyət göstərən bütün xidmətləri tam rəsmi şəkildə bələdiyyə orqanlarına həvalə etsin və yerdə qalan qurumları da ləğv etsin.Eyni zamanda Prezident yanında bütün bu adını çəkdiyim məişət-kommunal və s xidmətləri özündə birləşdirən bələdiyyələr üzərində vahid nəzarəti həyata keçirən ŞURA yaradılsın və bu’’ Bələdiyyələrin fəaliyyətinə Nəzarət Şurası’’ da bələdiyyələri həm maddi cəhətdən, həm ali təhsilli ,ixtisaslı kadrlar baxımından təmin etsin və xidmətləri çərçivəsində hər birinin özünə məxsus olan saytlarını yaratmaqla onlarda fəaliyyət göstərən xidmətləri vətəndaşlara get-gedə elektron şəkildə göstərməyə başlasınlar.Məhz bu baxımdan da insanları həm asan yolla öz ehtiyaclarını ödəyə biləcəklərinə inandırmış olarlar,o cümlədən 2013-2015-ci İKT illəri çərçivəsində bu sahədə Vahid mərkəzdən idarə etmə qanununu tətbiq etməklə daha da çox uğur qazanmış ola bilərlər…

Kadr hazırlığı və cari potensial

Ümumiyyətlə İT sahəsində ixtisaslı kadrlar hazırlanması prosesini bir az da təkmilləşdirmək nəticə etibarilə bu sahədə yüksək nəticələr əldə etməyə imkan verir.Nəzərə alsaq ki,hal-hazırda əksər İT sahəsində mövcud olan şirkətlər işəgötürərkən elə şəxslərə üstünlük verirlər ki,onlar təkcə bir sahə üzrə deyil bir neçə sahə üzrə kompüter biliklərinə yiyələnmiş olsunlar.Bir neçə proqram təminatı haqda məlumatlı olub başqalarına nisbətən daha da bacarıqlı olan insanlar vakansiyalar üzrə də ən çox axtarılan şəxslər olurlar.Amma hər kəs İT sahəsində ali təhsilə malik və yüksək səviyyədə təcrübə keçmiş olmadığından kompaniya və şirkətlər bəzən sırf kompüter kursları keçməklə və kompüterdə işləməyi bacaran şəxsləri bura cəlb edir və onlara həəqiqətən də yüksək maaş təklif edirlər(800-1000-1500 və s).Halbuki IT sahəsi üzrə hazırlıq hələ orta məktəbdən başlanardısa, onda sonrakı dövrlərdə gənc kadrlarçün hər hansı bir kompüter proqramı ilə işləmək – onun öhdəsindən gəlmək də çətin olmazdı.O cümlədən bu sahə üzrə ixtisaslı kadrların hazırlanması üçün dövlət ,elm-təhsil,İT sektoru arasında daimi bir əməkdaşlıq yaradılmalıdır.Belə halda həmin müəssisələrdə bir sıra xüsusiyyətlər özünü göstərməlidir:

  • İT profilli ali təhsil müəssisələrində İT ixtisaslarının strukturlarının aşkarlanması həmçinin cari təhsil standartlarının və tədris proqramlarının əmək bazarının tələblərinə nə dərəcədə uyğun olması-bu halda müaqiysə və uyğunluq prinsipinə əsasən mövcud çatışmazlıqlar aşkara çıxarıla bilir ;
  • İT üzrə təhsilin keyfiyyətinin artırılması və yeniləşməsi üçün əmək bazarının dəyişməsini və strukturunu nəzərə alan ,o cümlədən işəgötürənlərin tələblərini nəzərə alan təzə peşə standartlarının işlənib hazırlanması -bu bənddə isə hər bir İT profilli müəssisə və ya şirkət üçün gərəkli bazis əsasında təhsil alan ,o cümlədən bazar dəyişməsinə onun konikturasına ayaq uydura biləcək kadrlar yetişə bilər ;
  • İT profilli laboratoriyalardan yaxud İT üzrə ixtisaslaşmış şirkətlərdən təcrübəli mütəxəssisləri dəvət edərək onların iş təcrübələri barədə gənc kadrlara məlumat verilməsinin təşkili-yəni ki, təcrübə mübadiləsi nəticəsində daha çox müvəffəqiyyət əldə edilə bilər;
  • Və ya İT institutları nəzdində gənc nəslin yetişdirilməsi yaxud da ixtisas artırmanın həyata keçirilməsi üçün yeni elmi-tədris mərkəzlərinin ,kurslarının yaradılması və müntəzəm şəkildə bu kimi mərkəzlərdə seminarların, tədbir və layihələrin realizasiyası-bu kimi mərkəzlərin yaradılması və onlara daimi dövlət maliyyə dəstəyi və nəzarəti olarsa bu kimi mərkəzlərdən uğurlu nəticələr əldə etmək olar;

Yuxarıda qeyd etdiyim prinsip və xüsusiyyətlər yaxın illərdə özünü doğruldarsa, onda İT sahəsi üzrə ixtisaslı kadrların hazırlırlığında böyük irəliləyiş müşahidə olunar.

Beynəlxalq müqayisə və inkişafa doğru

Son zamanlar Respublikamızda önəmi daha da artan bu sahənin inkişafı istiqamətində görülən bütün bu tədbirlər dünya standartlarına əsəslanmış şəkildə onların prinsip və xüsusiyyətlərini rəhbər tutaraq həyata keçirilir.İKT ili çərçivəsində və ondan bir müddət əvvəl də İT sektorunda bir sıra yeniliklər tətbiq olunmuş və bunlara primitiv misallar olaraq-Bir müddət əvvəl Respublikamızda pullu olaraq fəaliyyətə başlayan BBTV,KaTV,ConnectTV,AiləTV və s kimi özəl şirkətlərin TV xidmətlərini göstərə bilərik yaxud da artıq uzun müddətdir ki, mobil telefonların və kompüterlərin internetə daxil olma və digər bununla bağlı xidmətlərdən istifadə etmə sahəsində böyük imkanlar yaradan 3G və hətta 4G standartlarından da istifadə olunur .

TV-operatorların servisləri populyarlaşır

Bu mövzuyla bağlı ən bariz nümunə isə hələ 7 ay bundan əvvəl İnformasiya ilinə özəl olaraq kosmosa buraxılan və ilk telekommunikasiya peyki olan ‘’ Azerspace-1’’ peykimizi göstərə bilərik ki, 07.02.13 (Ad günümdə :)) tarixindən etibarən dünya səmasına buraxılmış və ABŞ-ın ORBİTAL SCİENCES CORPORATİON və Fransanın ARİANESPACE şirkətləri ilə müqavilələr imzalanaraq layihəsi reallaşdırılmışdır.

Azerspace-Azərbaycanın ilk süni peyki

İT üzrə dünya təcrübəsinə əsaslanaraq bir sıra konspektləşdirilmiş prinsiplər mövcuddur ki,onlardan bəziləri digər sahələrdə də istifadə edilir(MARKETİNG kimi).Adı çəkilənlərə misal olaraq-Beynəlxalq Keyfiyyət Akademiyası(İAQ),Kalite Sistem Qrupu(Türkiyə),Avropa Keyfiyyət Təşkilatı(EQO),Asiya Keyfiyyət Şəbəkəsi (ANQ),Beynəlxalq Bençmarketinq Şəbəkəsi və s göstərmək olar.

Nəticə

Son olaraq onu deyə bilərəm ki,hər nə qədər də bu mövzuyla bağlı yuxarıdakı yarımbaşlıqlarda öz təkliflərim və qeyd etdiyim çatışmazlıqlar olsa da yaxın bir neçə ildə içində mənim təkliflərim də olmaqla mövcud xidmətlərin yeniləşmiş daha da inkişaf etmiş və genişlənmiş şəklini görəcəyimə inanıram.Həmçinin Respublikamızın get-gedə böyük əksəriyyəti elektronlaşmış xidmətlərlə təchiz olunan bir cəmiyyətə çevriləcəyinə də ümid edirəm… ya da ən azından mən belə olmağını arzulayıram ..və inkişaf etmiş Avropa ölkələri tək eyni inkişaf səviyyəsində olmaq və hətta daha da yüksək bir səviyyədə qərarlaşmağımızı zamanla diləyirəm… Ona görə də hələlik bir şey deyə bilərəm..

… AMİN!

Müəllifin digər yazısı: İKT-dəyişən və dəyişdirən amil

Müəllif: Mahmudova Tacirə İlham  qızı

0 şərh