“WhatsApp”-dan yeni visual xidmət

whatsappSmart telefonlarda ən çox üstünlük verilən ünsiyyət proqramı hesab edilən WhatsApp istifadəçilərinə yeni xidmətlər təklif etməyə hazırlaşır. Artıq mobile telefonunuzda bu proqramın köməyi ilə visual ünsiyyət yarada biləcəksiniz. Pulsuz məktublaşma, şəkil, video faylları göndərmə kimi imkanlar təklif edən WhatsApp artıq istifadəçilərinə səsli danışma və danışıqları qeyd etmə kimi xidmətlər göstərməyə başlayıb. Uzun müddətdir səbirsizliklə gözlənilən səsli danışma funksiyasının proqramın yenilənməsi ilə istifadəçilərə təqdim edilməsi gözlənilir.

Bildiyimiz kimi WhatsApp əvvəllər yalnız isitifadəçilər  arasında internet vasitəsilə pulsuz məktublaşma xidməti təklif edən bir proqram olsada, artıq Blackberry, iPhone, Windows Phone ve Nokia kimi smart telefonuna sahib olan müştərilər bu proqram vasitəsilə, 3G və ya WiFi Internet bağlantısı yolu ilə bir-birlərinə şəkil, video çəkiliş, səsli və yazılı məktub göndərə bilirlər. Proqramla eyni adı daşıyan şirkət Yahoo!-nun keçmiş işçiləri olan Biran Acton və Jan Koum tərəfindən 2009-cu ildə ABŞ-nın Kaliforniya statının Santa Clara şəhərində yaradılmışdır.

Əvvəllər proqram istifadəçilərinin sayı şirkət tərəfindən gizli saxlanılırdı. Lakin məşhur amerikalı analitik Benedict Evansın qiymətləndirməsinə görə  2012-ci ilin oktyabr ayında istifadəçi sayı 100 milyonu ötmüşdü. Qısa zaman müddətində məşhurlaşan proqramın istifadəsi 2012-ci ilin avqust ayından 2013-cü ilin yanvar ayına qədər  75% miqdarında artaraq 2012-ci il ərzində ümumilikdə 500% artıma çatmışdır. Həmin müddətdə istifadəçi sayı 500 milyona çatmışdır. Apple mağazasında bu proqram 121 ölkədə ən çox yüklənən proqram sayılır. Google Play mağazasında isə proqram qısa müddət ərzində 100 milyondan çox istifadəçi tərəfindən yüklənmişdir.

Proqram 2014-cü ildə Facebook tərəfindən 4 milyarda ABŞ dolları nəğd pul, 12 milyard ABŞ dolları dəyərində hissə (səhm) sənədi və 3 miylard ABŞ dolları dəyərində məhdudlaşdırılmış hissə sənədi qarşılığında alınmışdır.

Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Aks halda halallıq vermirəm

0 şərh