Virusların yaradılması və yayılması

Virus proqramlar 3 məqsədlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Asembler proqram dilində yazılır. Kompüter virusları orbitə yetişdi. Hər gün 10-15 yeni növ virus meydana çıxır. Virusların miqdarı həndəsi silsilə üzrə artır. Bunu statistika və real həyat təsdiq edir. 1990-cı ildə təxminən 500 virus, 1992-ci ildə - 3 000, 1994-cü ildə - 5 000, 1996 – 9 000, 1999 – 30 000, 2001 – 50 000, 2004-cü ildə 112 000-dən çox virus məlum idi.
flash-card virusuKompüter viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki, proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər. Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatı kömək edə bilər. Hətta müxtəlif mutasiya generatorları mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusdan onun köməyi ilə mürəkkəb virus yaratmaq olar.

 

Virusların yayılması

Şəbəkə və kommunikasiya texnologiyalarında hər bir yenilik virusların yaradılması və yayılması üçün yeni imkanlar, yollar açır. Yaxın vaxtlara kimi viruslar disketlər və digər daşıyıcılar vasitəsi ilə yayılırdı, İnternet viruslar üçün geniş magistral açdı. Kompüter virusları İnternetdə bioloji virusların real dünyada yayıdmasından daha sürətlə yayılır. 2003-cü ildə Slammer "soxulcanı" 10 dəqiqə ərzində 75 min kompüter yoluxdurmuşdu.1999-cu ildə ilk dəfə dünya miqyasında virus epidemiyası yaranmışdı. Melissa virusu on minlərlə kompüteri yoluxdurmuş və 80 milyon dollar ziyan vurmuşdu. Bu insidentdən sonra dünyada antivirus proqramlara böyük tələb yarandı. 2000-ci ilin mayında Melissanın rekordunu bir neçə saat ərzində milyonlarla kompüteri yoluxdurmuş I Love You! virusu təzələdi.
Kaspersky antivirusuPraktik olaraq virusla "yoluxdurmaq" mümkün olmayan fayl növü qalmamışdır. Artıq mobil telefonları və proqram təminatından istifadə edən dizər qurğuları yoluxduran viruslar da sürətlə yayılır.Virus müəllifləri təkcə texnoloci zəifliklərdən deyil, "psixoloci" zəifliklərdən də istifadə edirlər. Tədqiqatlar göstərmişdir ki, Anna Kournikova, Sean Connery, Julia Roberts, Elvis Presley Lives, Explicit Hot Porn kimi viruslardan əziyyət çəkmiş hər beşinci İnternet istifadəçisi edilmiş xəbərdarlıqlara baxmayaraq həmin adlı qoşma faylları açmışdılar.
Köhnədən ən məşhur virus bulaşma yolu, bir kompüterdən digərinə “disket” ilə fayl atmaq idi. Hal-hazırda isə, kompüter şəbəkələrinin olduqca sıx istifadə edilməsi, hər kəsə açıq fayl arxivləri və internet üzərindəki məşhur qarşılıqlı təsirli mühitlər (IRC, ICQ, Veb kimi) viruslu proqramların yayılması üçün olduqca uyğun mühitlərdir. Ayrıca, e-mail yoluyla gələn proqramların idarəsiz işlədilməsi də bir başqa potensial təhlükə olaraq qarşımızdadır.

 

2 şərh

təpəgöz
Virus iki yolla daha çox yayılır: fleşkadan və depositfiles kimi fayl arxivlərindən.
ilham
inanmadığın saytlardan heç vaxt fayl yükləmə.deostitfilesdan isə rar yükləmə.