Kompüter necə işləyir

Kompüter” dedikdə, ilk növbədə, masanın üzərinə qoyulan, yaxud çantada daşına bilən kompüterlər yada düşür. Ona görə ki, bu kompüterlərdən məktəblərdə, iş yerlərində və əksər evlərdə var. Ovuca yerləşən kompüterləri də başqalarında, yaxud televi zorda görmək olar.
Bəs bunlardan fərqli görünən kompüterlərə rast gəlmisinizmi? Kompüterin ölçüsünün böyüklüyü onun daha güclü olması deməkdirmi? Kompüter
Şəkildə göstərilənlər kompüterlərin yalnız bir növüdür. Onlar fərdi kompüter adlanır. Bu kompüterlərdən daha böyük və daha güclüləri də var.
Fərdi kompüter evdə, yaxud müəssisələrdə bir nəfərin istifadəsi üçündür. Çox zaman kompüter dedikdə fərdi kompüter nəzərdə tutulur.
Fərdi kompüterləri ölçülərinə və im kanlarına görə bir neçə növə ayırırlar.
Fərdi kompüterlər
Masaüstü kompüterlər fərdi kompüterlərin ən geniş yayılmış növüdür. Onlar, əsasən, sistem bloku, monitor, klaviatura və siçandan ibarət olur. Adından da göründüyü kimi, masaüstü kompüterlərin ölçüləri elədir ki, onları masa üzərində quraşdırmaq olur.
Noutbukların, yaxud dizüstü kompüterlərin ölçüləri masaüstü kompüterlərə nisbətən kiçik olsa da, imkanları, demək olar ki, eynidir. Kiçik və yüngül olduqlarından onları rahat daşımaq mümkündür. Noutbuklar elektrik şəbəkəsi ilə yanaşı, batareya ilə də işləyə bilir.
Planşet kompüterin ekranında barmaqla, yaxud stilus adlanan xüsusi qələmlə işləmək olur. Planşet kompüterlərdə klaviatura və siçandan istifadə etməmək də olar. Ona görə də bəzi işlərdə bu kompüterlər daha əlverişli olur. Son zamanlar çox populyar olan iPad (ay-pəd) də planşet kompüterlərə aiddir.
Ovuciçi kompüterlər ölçülərinə görə planşet kompüterlərdən kiçik olur.
Cibə yerləşdiyindən onlara cib kompüterləri də deyirlər. Planşetlərdə olduğu kimi, bu kompüterlərdə də öz qələmi ilə işləmək olur.


Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 5 Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün İnformatika fənni üzrə Dərslik

0 şərh