İş masası

Evdə hər birimizin, yəqin ki, iş masamız var. Orada dərslərimizi hazırlayır, yazı yazır, şəkil çəkir və başqa işlərimizi yerinə yetiririk. Bu işləri görmək üçün masanın üzərində hazırda lazım olan, yaxud tez-tez istifadə etdiyimiz ləvazimatı yerləşdiririk. Masanın gözlərin də isə iş üçün lazımlı digər sənədlər və alətlər saxlanılır.
Nə üçün bütün sənədləri və alətləri masanın üzərində saxlamırsınız? Masanın gözlərin də onları hansı qaydada yerləş dirirsiniz? iş masası
 
Kompüter işə salındıqdan sonra onunla işləmək üçün ekrana çıxan görüntü də İş masası adlanır. Kompüterin iş masasında kiçik şəkillər yerləşdirilib. Belə kiçik şəkillərə simgələr deyilir. Hər bir simgə müəyyən obyektə bağlı olur. Tez-tez istifadə olunan proqram və sənədlərin simgələri iş masasına yerləşdirilir.
İş masasının lap aşağısında Tapşırıqlar zolağı yerləşir. Tapşırıqlar zolağının sağ tərəfində bildirişlər sahəsi var. Həmin sahənin sağ ucunda saat və klaviatura indikatorunu görmək olar.
Siçanla işləyərkən ekranda hərəkət edən kiçik ox () siçanın göstəricisi adlanır. Göstərici siçanın bütün hərəkətlərini ekranda əks etdirir. Siçanın sol düyməsinin basılmasına çıqqıltı deyilir. Siçanın düyməsini çıqqıldatmaqla ekranda hər hansı obyekti seçdirmək olar.
Çıqqıltını ikiqat çıqqıltı ilə qarışdırmayın! İkiqat (qoşa) çıqqıltı siçanın sol düyməsinin iki dəfə cəld ardıcıl basılıb-buraxılmasına deyilir. Nəyisə (proqramı, sənədi) açmaq üçün ikiqat çıqqıltıdan istifadə olunur.
İş masasının fonunu – üzərində simgələr yerləşən şəkli dəyişmək olar. Bu zaman simgələrin yeri dəyişmir.


Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 5 Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün İnformatika fənni üzrə Dərslik

0 şərh