Kompüterə qoşulan avadanlıqlar

Adətən personal komputerlər 3 hissədən ibarətdir: Sistem bloku. Monitor və ya displey. Klaviatura.
Komputerlər iki variantla istehsal olunur-portativ (stolüstü) və noutbuk (dizüstü).Noutbuk leptop da adlandırılır.Sistem blokunda elektron sxemlər,qida qurğusu,diskovodlar,hard-disk və s. qurğular yerləşir.Komputerin əsas elemenlərindən biri də yaddaşdır.Bunlardan biri də operativ yaddaşdırO bu adı ona görə alıb ki,o elə cəld işləyir ki,belə halda prosessor praktik olaraq yaddaşdan oxunma və yaddaşa yazma vaxtı gözləmir.Operativ yaddaşa RAM (Random Access Memory) da deyirlər.Tez işləyən komputerlərdə RAM-a girişi sürətləndirmək üçün xüsusi keş-yaddaşdan (cache) istifadə olunur.Keş-yaddaş mikroprosessor və RAM arasında yerləşir və RAM-ın tez-tez istifadə olunan hissələrinin kopiyalarını özündə saxlayır.Kiçik daxili keş-yaddaşdan da istifadə olunur ki,buna da 2-ci dərəcəli keş-yaddaş (L2 Cache) deyilir.Komputerdə həmçinin daimi yaddaş da vardır.Verilən əmrlər onda asılı olur və demək olar ki,bunlar dəyişdirilə bilməz.Belə yaddaş ROM (Read only Memory) adlanır.Komputerin daimi yaddaşında komputerin qurğularının yoxlanılması üçün proqramlar,əməliyyat sisteminin yüklənməsinin initializasiyası üçün proqramlar,komputerin qurğularına xidmətin əsas funksiyalarını yerinə yetirən proqramlar qorunur.Belə proqramların böyük hissəsi daxil-xaric qurğuları ilə əlaqədardır.
Daimi yaddaşın bu hissəsini BIOS (Basic İnput Output System) adlandırılar.BIOS fleş (flash)-yaddaş əsasında qurulur.BIOS komputerlərin konfiqurasiyası proqramının daxilində olur.Adı RAM və BIOS ilə bərabər komputerdə komputerin konfiqurasiya parametrlərinin qorunması üçün kiçik yaddaş hissəsi də vardır ki,bu da CMOS adlanır.Komputerlərin yaddaş növlərindən biri də video-yaddaşdır.Bu yaddaş təsvirlərin saxlanılması məqsədilə istifadə edilir.Komputerdə hər qurğu üçün onları idarə edən elektron sxem vardır.Bu sxem və ya adaptor adlanır.Bütün kontrollerlər (adaptorlar) mikroprosesspr və operativ yaddaşla birgə verilənlərin ötürülməsi üçün sistem magistralı üzərindən hərəkət edir.Bu magistrallar şin adlanır.Komputerin elektron sxemləri bir neçə moduldan-elektron platadan ibarətdir.Komputerin əsas platası sistem və ya ana plata adlanır.Ana platada əsas mikroprosessor,operativ yaddaş,keş-yaddaş,şinlər və BIOS yerləşir.Bundan əlavə kontrollerlər (video-kart,hard disk kontrolleri,disket kontrolleri,portlar) da burada yerləşir.Belə kontrollerlər ana plataya inteqrasiya olunmuş adlanır.Komputerdə bəzən müxtəlif kontrollerlər naborundan da istifadə olunur.Komputerlərin əksəriyyətində ana platada bir neçə giriş yerləri-slotlar olur.Buraya əlavə qurğuların qoşulması üçün kontrollerlər-kontrollerlər platası daxil olan elektron platalar qoşulur.Kontroller ana platanın slotuna taxılarkən şinə qoşuıur.Kontrollerlərin bir növü də giriş-çıxış kontrollerləri adlanır.Bunlara giriş-çıxış kontroller portları deyilir.Giriş-çıxış portları aşağıdakı növlərdə olur:
  • Paralel portlar (LPT1-LPT4):25 yuvalı portdur.Adətən printerlərin taxılması üçündür.
  • Ardıcıl portlar (COM1-COM3):9 və ya 25 ucluqlu portdur.Adətən maus,modem və s.qurğular qoşulur.
  • Oyun portu:15 yuvalı portdur.Buraya coystik qoşulur.Bu port hər komputerdə olmur.
  • USB portları:bu portlara hər bir qurğu qoşula bilər.USB şin kabeli və girişi telefon girişinə oxşayır.

0 şərh