Əməliyyat sistemləri

Ms-Dos əməliyyat sistemiDOS -  sözü ingiliscə Disk Operating System olub Azərbaycan dilinə tərcüməsi "Disk əməliyyat sistemi" deməkdir. DOS komputerlər üçün nəzərdə tutulmuş kiçik və sadə bir əməliyyat sistemi növü olub,əsas vəzifəsi disket və sabit disk kimi saxlama mühitlərinin idarə edilməsidir.Komputerlərin digər funksiyaları:qrafika,səs,yazma,şəbəkədə gəzinmə,yaddaşa nəzarət,çoxlu istifadəçi və çoxlu iş xüsusiyyətləri DOS tərəfindən yerinə yetirilə bilir.DOS sistemləri 90-cı illərin ortalarına qədər demək olar ki,hər personal komputerdə öz vəzifəsini yerinə yetirmişdir.Bu gün computer dünyasının çox sahəsində qrafik əməliyyat sistemlərindən istifadə olunsa da,DOS sadə və kiçik olmaq üstünlüyü ilə müxtəlif əmrlər və nəzarət etmə sistemlərində öz həyatına davam etməkdədir.DOS-un tarixi komputerlərin tarixi ilə başlayır.DOS-da qrafik bir istifadəçi pəncərəsi olmadığından hər bir əməliyyat əmrlərlə və az sayda olan parametrlərlə həyata keçirilir.Bu da onun bu günlərdə unudulmasına gətirib çıxarır.

Windows əməliyyat sistemi
Windows - Maykrosoft şirkətinin personal komputerlər və serversistemləri üçün Windows NT-nin kernel sistemi üzərində qurulmuş olan 6-cı əsas distributividir.Windows XP 25 oktyabr 2001-ci il tarixində satışa təqdim edilmişdir.XP adı ingilis sözü olan "experience" sözündən gəlir və Azərbaycan dilində mənası "təcrübə" deməkdir.Windows XP hal-hazırda dünyada ən çox istifadə edilən əməliyyat sistemidir.Windows XP əvvəlki distributivlərindən fərqli olaraq tamamilə 32 bitlik Windows NT və Windows 2000 kernel sistemi üzərində qurulmuşdur.Onu da qeyd etmək lazımdır ki,Windows əməliyyat sisteminin əvvəlki versiyaları aşağıdakılardır:

  • Windows 1.0
  • Windows 2.0
  • Windows 3.0
  • Windows 95
  • Windows 98
  • Windows NT
Bu kernel system 16 və 32 bitlik tətbiqləri işlədə bilir və göy ekran səhvlərini azaldır.Windows əməliyyat sistemi ailəsinin Cairo,Nashville,Neptune,Odyssey kimi versiyaları satışa çıxarılmayaraq ləğv edilmişdir.Maykrosoft şirkəti Windows XP-in satışını 30 iyun 2008-ci il tarixindən etibarən dayandırmışdır:amma bəzi mini noutbuklarda hələ də qurulu olaraq XP gəlməkdədir.Windows XP Service Pack 2-nin də satışı 2010-cu ildə bitmişdir.Windows XP Service Pack 3 isə 2014-cü ilə qədər satılacaqdır.


Macintosh əməliyyat sistemi Apple kompüterlərində istifadə olunurMacintosh -  qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır.Mac personal komputerlər istehsal edən Apple Computer İnc. şirkətinin bir məhsulu olan əməliyyat sistemidir.Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır.Onu da qeyd edək ki,Apple şirkəti siçan və qrafik interfeysdən ilk dəfə istifadə edən şirkətlərdəndir.Macintosh-dan əvvəl Apple şirkətinin Lisa,Apple II,Apple III kimi sistemləri olsada 1986-cı ildə onların fəaliyyəti dayandırılmışdır və bütün məhsullar Macintosh adı altında toplanmışdır.Macintosh-un PowerPC arxitekturasını istifadə etdiyi 1994-2005-ci illəri arası onu x86 sinifli komputerlərdən ayıran ən məşhur xüsusiyyəti RİSC (Reduced İnstruction Set Computer) olmuşdur.Macintosh seriyalı komputerlər Apple şirkətinin öz məhsulu olan Mac OS əməliyyat sistemindən istifadə edirlər.Mac OS əməliyyat sistemi öz aralarında Mac OS Classic və Mac OS X deyə iki qrupa ayrılırlar.İki əməliyyat sistemi də bir-birindən tamamilə ayrı işləyirlər.Onu da qeyd edək ki,2009-cu ilin avqust ayında Mac OS X əməliyyat sisteminin ən son versiyası olan Snow Leopard satışa təqdim edilmişdir.Bununla da Apple şirkətinin istehsalı olan komputerlərdə sürət və performans dəfələrlə artmışdır.Apple şirkətinin istehsalı olan personal komputerlərə Maykrosoft və İntel şirkətinin istehsalı olan avadanlıqlar və ya proqram sistemləri yükləmək mümkün deyildir.


UNİXUNİX - 1969-cu ildə Ken Tompson və Denis Riçi tərəfindən Bell Laboratori- yalarında yaradılmış olan çox istifadəçili və çox vəzifəli quruluşu dəstəkləyən bir əməliyyat sistemidir.UNİX törəməli əməliyyat sistemləri çox prosessorlu bahalı komputerlərdən bir prosessorlu sadə ev komputerlərinə qədər bir çox cihaz üzərində işləyə bilən test edilmişsistemlərdir.Lakin,xüsusilə strukturu ilə çox prosessorlu serverlərdə adətən standart halına gəlmişdir.UNİX-in əsası 1965-ci ildə MİT,AT&T Bell Labs və GE-nin birlikdə yaratdıqları MULTİCS (Multiplexed Operating and Computing System) layihəsi ilə atılmışdır.MULTİCS layihəsinin əsas hədəfi çox istifadəçili komputer sistemlərinə icazə verərək eyni vaxtlı məlumat paylaşmasını təmin edə bilməkdi.1969-c ildə layihə qarışıq bir şəkil almağa başlamış və AT&T Bell Labs layihədən çəkilmişdir.Bell şirkətində araşdırmaçı olaraq işləyən Ken Tompson MULTİCS proqramını stimulyasiya edən bir fayl sistemini kodlamaqla UNİX-in ilk distributivi olan UNİCS-i (Uniplexed Operating and Computing) meydana çıxardı.Bu versiya Assembler ilə yazılmışdı.1973-cü ildə Ken Tompson C dilinin yaradıcısı olan Denis Riçi ilə birlikdə əməliyyat sisteminin kernel sistemini C dili ilə təkrar kodlayaraq UNİX 5.0 versiyasını yaratdılar.Beləliklə də,UNİX C dilinin sayəsində müxtəlif avadanlıqlara uyğun olaraq təkrar dəyişdirilə bilən kodlardan ibarət bir əməliyyat sisteminə çevrilmişdir


Linux əməliyyat sisteminin loqosu pinqvindirLinux - UNİX-ə texniki mənada bənzəyən redaktə qabiliyyətli müstəqil bir əməliyyat sistemidir.Kernelin kodları GNU Ümumi Cəmiyyət Lisenziyası çərçivəsində müstəqil olaraq dəyişdirilə istifadə edilə bilər.Linux hər hansı bir komputer sistemində problemsiz işləmə qabiliyyətinə malikdir. Çox geniş bir təchizat dəstəyinə malik olan Linux netbuk,noutbuk,server komputerləri,is stansiyaları,ağıllı telefon,stolüstü komputerlər kimi hər bir platformada tam bir uyğunlaşma içərisində işləmək qabiliyyətinə malikdir.Linux adətən server və iş stansiyalarında istifadə olunsa da onu şəxsi komputerlərdə də istifadə edənlər çoxluq təşkil edir.Təbii ki,bu halda redaktə edilən kodların və azad proqram anlayışının təsiri böyükdür.Windows XP və Mac OS sistemlərinə nəzərən daha rahat bir struktura malik olan Linux xüsusilə server satışlarında rəqibləri ilə müqayisədə daha üstündür.Mint,Ubuntu,openSUSE,Pardus,Mandriva kimi son versiyaları ilə Linux əməliyyat sisteminin istifadəçi faizi gündən-günə artmaqdadır.

Palm OSPalm OS - Garnet OS kimi də tanınan Palm mobil əməliyyat sistemi 1996-cı ildə PDA-lar üçün Palm İnc şirkəti tərəfindən istehsal edilməyə başlanılmışdır.Palm OS əllə toxunula bilən (touchscreen) qrafik istifadəçi interfeysi ilə asan istifadə olunması üçün istehsal edilmişdir.Bu,şəxsi məlumatların idarə edilməsi üçün əsas proqramlar dəsti ilə təmin edilir.Palm əməliyyat sisteminin son versiyaları smartfonlarda istifadə üçün nəzərdə tutulmuşdur.2007-ci ildə Palm əməliyyat sistemi ticarət markası aldıqdan sonra Garnet OS deyə yenidən adlandırıldı.Garnet OS sisteminin varisi olan ACCESS 2009-cu ildən Access Linux Platform deyə tanınmağa başladı və gələcəkdə istehsal olunacaq cihazlar üçün Palm Os ilə Web OS sistemləri arasında keçidlər etməyə başladı.Palm OS rəsmi olaraq Cef Hokinsin rəhbərliyi altında Palm Computing şirkəti tərəfindən istehsal olunur.Palm Computing şirkəti sonralar 3Com-a çevrilən US Robotics Corp tərəfindən Palm İnc-ə çevrildi.
 

2 şərh

MCahandar
Halhazırda Windows 7 Windows XP-ni keçib…
azadmamedov90
Ama yenede XP daha ustundur- Bunlardan daha ustunu ise LINUXdr