İnformasiya sistemləri

İnformasiya sistemləri-informatika elminin ən mühüm anlayışlarından biri də informasiyadır. Bu anlayış latın sözü olub baş vermiş hadisə və ya fakt haqqında məlumat mənasını verir. İnformasiya dedikdə toplanma, qeydiyyat, saxlanma və s. obyekti ola bilən faydalı məlumatlar toplusu başa düşülür. İnformasiya anlayışının ən mühüm alt anlayışlarından biri də informasiya sistemləridir.biz informasiya əsrində yaşayırıqKompüterlərin və digər əlaqə vasitələrinin istifadə olunmasına əsaslanan yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı olaraq bu anlayış (informasiya sistemi anlayışı) geniş istifadə olunur. Ümumi halda sistem anlayışı qoyulmuş məqsədə çatmaq üçün vahid bir tam kimi fəaliyyət göstərən, qarşılıqlı əlaqədə olan elementlər kompleksini özündə birləşdirir. Sistemin struktur, element funksiyası və elementin və sistemin özünün girişi və çıxışı kimi komponentləri var. Bundan başqa hər bir sistemin alt sistemə bölünmək imkanı da var. Bu xüsusiyyəti onun analizini, yaradılamsını və istifadəsini asanlaşdırır.

İnformasiya sistemləri tətbiq sahəsinə aid informasiyaların toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir. Bu sistem müxtəlif istifadəçilərin müəyyən mövzu sahəsi çərçivəsində informasiyaya olan tələbatının ödəyir. Onun yaranmasının səbəbi də budur. İnsanlarının tələbatlarının ödənilməsində iki cəhəti nəzərə almaq lazımdır. Birincisi tətbiq sahəsinin sərhədlərinin təyin olunması və informasiya modelinin tam əhatəli və dəqiq əks etdirilməsi, ikicisi istifadəçilərin sorğularına tam və dəqiq cavab verə bilən informasiya sisteminin yaradılmasıdır. Birinci halda baxılan tətbiq sahəsi çərçivəsində informasiya sisteminin istifadəçiləri lazımi informasiyayla təmin edilməli, ikinci halda isə sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli şəkildə cavab verilməlidir.Bu sistem həm ayrılıqda, həm də hər hansı avtomatlaşdırılmış sistemin tərkibində layihə edilə bilər. Birinci halda o, informasiya-sorğu sistemi kimi, əsasən, ayrı-ayrı şəxslərin və ya kollektivlərin informasiya tələblərini ödəmək üçün istifadə olunur. İkinci halda isə informasiya sistemi istifadəçilərə informasiya-arayış xidməti göstərməklə yanaşı, həmdə avtomatlaşdırılmış sistemin informasiya təminatı alt sistemi rolunu oynayır.İnformasiya sistemləri konkret hər hansı bir obyekt üçün yaradılır. İnformasiya sistemləri bir çox cəhətlərinə görə qruplaşdırılır.Avtomatlaşdırma dərəcəsinə görə informasiya sistemləri əllə işləyən (mexaniki), avtomatlaşdırılmış və avtomatik olmaqla üç qrupa bölünür. Mexaniki olduqda bütün əməliyyatlar insanlar tərəfindən, avtomatlaşdırılmış olduqda yarısı insan, yarısı EHM-lər tərəfindən, avtomatik olduqda isə texniki vasitələrin köməyi ilə avtomatik olaraq yerinə yetirilir.İnformasiya sistemlərini tətbiq sahəsinə görə də təsnifləşdirirlər. Bu cəhətinə görə informasiya sistemləri bir neçə sinifə bölünür: elmi tədqiqatlar, avtomatlaşdırılmış layihələndirmə, texnoloji proseslərin idarı olunması, təşkilati idarəetmə və s.Tətbiq sahəsindən asılı olmayaraq bütün informasiya sistemləri eyni komponent toplusundan ibarətdir. Bunlar funksional komponentlər, verilənlərin emalı sistemi komponenti və təşkilati komponentlərdir. Bu komponentlərin hər biri informasiya sisteminin ayrı-ayrı tapşırıqlarını (idarəetmə funksiyasını, verilənlərin emalının tipik əməllərinin reallaşdırılmasını, inforamasiya üzərində müxtəli əməllər və s.) yerinə yetirir.İnformasiya sistemi idarəetmə funksiyasını reallaşdırılmasına xidmət edir. Bunun üçün o, müxtəlif ranglı işçiləri idarə olunacaq obyekt haqqında inforamsiya ilə təmin edir, toplayır, çevirir,ötürür və emal edir.Bütün deyilənləri ümumiləşdirərək informasiya sisteminə aşağıdakı tərifi vermək olar."İnformasiya sistemi idarəetmə funksiyasını reallaşdırmaq məqsədi üçün müxtəlif rütbəli istifadəçiləri (işçiləri) idarə olunan informasiya ilə təmin edən, toplayan, ötürən və emal edən kommunikasiya sistemidir".

0 şərh