Рейтинг
+49.35

İnformatika

49 üzv, 89 topik

Telekonfrans

İnternetin geniş yayılmış kommunikasiya xidmətlərindən biri də telekonfrans rabitəsidir. Telekonfrans şəbəkə istifadəçiləri arasında müəyyən mövzu üzrə mütəşəkkil informasiya mübadiləsidir. Elm və texnikanın müxtəlif sahələrə geniş inteqrasiyasını nəzərdə tutan müasir dövrümüzdə bu telekommunikasiya ünsiyyət növü xüsusilə aktualdır. Telekonfranslar üçün nə coğrafi, nə də dil sərhədləri var. Telekonfransda mühüm rolu aparıcı oynayır. İştirakçıların dəvət edilməsi, ünsiyyət dilinin seçilməsi, müzakirələrin idarəolunması və onlara yekun vurulması kimi təşkilati işlər aparıcıya həvalə edilir. Konfrans iştirakçılarının tərkibinə və sayına, eləcə də onun müddətinə heç bir məhdudiyyət qoyulmur, müzakirələr yarım il də çəkə bilər.
Davamı →

İnformasiya modellərinin təqdimolunması

Bizi əhatə edən aləmdə çox sadə kimi hesab edilən obyektlər də, əslində, çox mürəkkəbdir. Hər hansı obyekti, hadisəni, yaxud prosesi başa düşmək üçün bəzən onun sadələşdirilmiş variantından — modelindən istifadə etmək lazım gəlir. “Model” termini latın dilindəki “modulus” sözündən alınıb və “örnək, nümunə” anlamını verir.
Model obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdimolunma formasıdır. Modelin yaradılması prosesi modelləşdirmə adlanır. Modeli yaradılan obyektin özünə orijinal, yaxud prototip deyilir.
Davamı →

Kriptoqrafiya

Haker hücumlarının əsas məqsədi təkcə kompüterdə olan informasiyanın məhv edilməsi deyil, həm də onların icazəsiz “ələ keçirilməsidir”. Əgər bunun qarşısını texniki vasitələrin köməyi ilə almaq mümkün olmursa, onda şifrləmə sistemindən istifadə edilir. Şifrləmə üsulları ilə kriptoqrafiya məşğul olur. “Kriptoqrafiya” iki yunan sözündən (kρυπτóς — gizli + γράφω — yazıram) ibarət olub “gizli yazı” mənasını verir.
Kriptoqrafiyadan istifadə haqqında ilk məlumatlar Qədim Misir (m.ö. 1900-cü il), Qədim Mesopotamiya (m.ö. 1500-cü il) dövrünə aiddir. IX əsrin ortalarınadək dünyada məlumatların şifrlənməsi üçün ən geniş yayılmış üsul təkəlifba şifri idi. Bu üsulda kodlaşdırılan mətnin hər bir hərfinə qarşı birqiymətli olaraq hansısa şifrlənmiş hərf qoyulur.
Davamı →

İnformasiya və informatika

İnformasiya latın dilindəki «informatio» sözündən olub “məlumat, ifadə, izah” deməkdir. Bu termin informatikada ilkin olduğundan ona tərif verilmir.
Praktikada, əsasən, “informasiya” əvəzinə “verilənlər” və ya “bilik” sözlərindən istifadə olunur. Buna səbəb həmin terminlər arasında çox incə fərqin olmasıdır. İnformasiyanı saxlamaq və başqa insanlara ötürmək üçün onları hər hansı bir dildə ifadə etmək (məsələn: nəql etmək, yazmaq, şəklini çəkmək və s.) lazımdır. Yalnız bundan sonra onları saxlamaq, emal etmək, ötürmək olar, həm də bu işlərin öhdəsindən kompüter də gələ bilər. Hər hansı bir formada qeyd edilmiş (kodlaşdırılmış) informasiyanı elmi ədəbiyyatda verilənlər adlandırırlar; nəzərdə tutulur ki, kompüter onlar üzərində hansısa əməliyyatlar apara bilir, ancaq onların mənasını anlamır.
Davamı →

Səs informasiyasının kodlaşdırılması

Kompüterlər, eləcə də müasir elektron qurğuların əksəriyyəti (foto və videokameralar, mobil telefonlar və s.) rәqәmsal qurğulardır. Çünki kompüterdə saxlanılan və emal olunan hər şey ədədlərdir (rəqəmlərdir).
Kəsilməz dəyişilən fiziki kəmiyyətlər haqqında danışarkən analoq terminindən istifadə olunur. Məsələn, danışıq zamanı ağızın yaratdığı səs dalğaları analoq təbiətlidir. Bu dalğaları mikrofon elektrik siqnalına çevirə bilər. Bu elektrik siqnalı da analoqdur.
Kompüter rəqəmsal qurğu olduğundan onun analoq qurğularla işləyə bilməsi üçün bir çeviricinin olması vacibdir.
Davamı →

Qrafik informasiyanın kodlaşdırılması

Təqdimolunma formasından (rastr və ya vektor) asılı olmayaraq, qrafik informasiya kompüterin ekranında rastr formatında kodlaşdırılır. Bu zaman hər bir görüntü rəngli nöqtələrdən – piksellərdən təşkil edilmiş düzbucaqlı cədvəldən ibarət olur. Hər bir nöqtənin rəngi və parlaqlığı ədədlə ifadə olunur ki, bu da qrafik informasiyanı təqdim etmək üçün ikilik koddan istifadə etməyə imkan verir.
Görüntünün bir pikselinin rəngini kodlaşdırmaq üçün istifadə olunan bitlərin miqdarına rәng dәrinliyi deyilir. Bildiyiniz kimi, 1 bitlə 2 rəngi (21), 2 bitlə 4 rəngi (22), 4 bitlə 16 rəngi (24), 8 bitlə 256 rəngi (28) kodlaşdırmaq mümkündür.
Davamı →

Vektor qrafikası

Kompüterdə qrafik informasiyanın təqdim olunması üçün iki yanaşmadan istifadə olunur. Onlardan birinin – rastr qrafikasının mahiyyəti və onun çatışmazlıqları ilə ötən dərsdə tanış oldunuz. Rastr qrafikasında olan problemləri həll etmək üçün ikinci yanaşmadan – vektor qrafikasından istifadə olunur. Şəkil, sxem, çertyoj kimi rəsmlərdə obyektlərin konturlarını yüksək dəqiqliklə və aydın göstərmək lazım olduqda vektor görüntülərin üstünlüyü üzə çıxır.
Davamı →

Rastr qrafikası

Ekranda görüntünün eyni ölçülü çox kiçik nöqtələrdən – piksellәrdәn formalaşdığını bilirsiniz. Ekranda görüntünü əmələ gətirən nöqtələrin düzbucaqlı şəbəkəsi rastr adlanır. (“Rastr” termini latın dilindəki “rastrum” sözündəndir və “dırmıq” deməkdir.) Hesablama texnikası vasitəsilə yaradılan və kompüterin yaddaşında ekranın piksellərinə uyğun olan bitlər yığını şəklində saxlanılan görüntüyə isə rastr qrafikası deyilir.
Ekranda nöqtələr birləşərək bütöv bir şəkil əmələ gətirsə də, rastr görüntünü çox böyütdükdə o, kiçik xanalardan təşkil olunmuş mozaikaya (tora) bənzəyir. Rastrın hər bir nöqtəsi iki parametrlə xarakterizə olunur: ekrandakı mövqeyi ilə və əgər monitor rənglidirsə rəngi ilə, ağ-qaradırsa, parlaqlıq dərəcəsi ilə.
Rastr görüntülər yaratmaq və onlar üzərində əməliyyatlar aparmaq üçün çoxlu sayda proqramlar mövcuddur.
Davamı →

İdarəetmə paneli

Bəziləri elə düşünür ki, əməliyyat sisteminin köklənmələrinin dəyişdirilməsi təcrübəli istifadəçilərin işidir və yeni, təcrübəsiz işçilər bununla məşğul olmasalar yaxşıdır. Ancaq praktikada, əslində, hər şey başqa cürdür, çünki bir çox hallarda elementar (məsələn: kompüteri şəbəkəyə qoşmaq kimi) kökləmələr etmədən keçinmək, sadəcə, mümkün deyil. Windows əməliyyat sistemini və onun elementlərini kökləmək üçün Control Panel (İdarəetmə paneli) adlandırılan xüsusi vasitə vardır.
Əməliyyat sisteminin müxtəlif komponentlərini kökləmək üçün İdarəetmə panelində çoxlu sayda simgələr vardır. İstifadənin rahatlığı məqsədilə Windows 7 əməliyyat sistemində onlar 8 qrupda birləşdirilib:
Davamı →

“WhatsApp”-dan yeni visual xidmət

whatsappSmart telefonlarda ən çox üstünlük verilən ünsiyyət proqramı hesab edilən WhatsApp istifadəçilərinə yeni xidmətlər təklif etməyə hazırlaşır. Artıq mobile telefonunuzda bu proqramın köməyi ilə visual ünsiyyət yarada biləcəksiniz. Pulsuz məktublaşma, şəkil, video faylları göndərmə kimi imkanlar təklif edən WhatsApp artıq istifadəçilərinə səsli danışma və danışıqları qeyd etmə kimi xidmətlər göstərməyə başlayıb. Uzun müddətdir səbirsizliklə gözlənilən səsli danışma funksiyasının proqramın yenilənməsi ilə istifadəçilərə təqdim edilməsi gözlənilir.

Bildiyimiz kimi WhatsApp əvvəllər yalnız isitifadəçilər  arasında internet vasitəsilə pulsuz məktublaşma xidməti təklif edən bir proqram olsada, artıq Blackberry, iPhone, Windows Phone ve Nokia kimi smart telefonuna sahib olan müştərilər bu proqram vasitəsilə, 3G və ya WiFi Internet bağlantısı yolu ilə bir-birlərinə şəkil, video çəkiliş, səsli və yazılı məktub göndərə bilirlər. Proqramla eyni adı daşıyan şirkət Yahoo!-nun keçmiş işçiləri olan Biran Acton və Jan Koum tərəfindən 2009-cu ildə ABŞ-nın Kaliforniya statının Santa Clara şəhərində yaradılmışdır.


Ardı →