Рейтинг
+49.35

İnformatika

49 üzv, 89 topik

Proqram təminatı

Kompüterin hər hansı bir işi yerinə yetirməsi üçün aparat təminatı ilə yanaşı,ona göstərişlər toplusu, yəni proqramlar lazımdır. Klaviaturada kla vişin basılmasına,siçanın hərəkətinə, başqa kompüterdən informasiyanın alınmasına və digər hərəkətlərə kompüterin necə reaksiya verməsini məhz proqramlar müəyyən edir. Ekrana gö rün tünün çıxarılmasını, sənədin printerdə çap olunması üçün hazırlanmasını, kom püterdə musiqinin səsləndirilməsini proqramlar həyata keçirir.
Ardı →

Ethernet

Ethernet Earth(yer kürəsi)+Net(tor, şəbəkə) sözlərinin birləşməsindəndir. Ethernet texnologiyası 1973-cü ildə Bob Metcalfe tərəfindən yaradılmışdır və DEC, İntel, Xerox firmaları(DİX birliyi kimi tanınır) tərəfindən işlənilib hazırlanmışdır. Metkalf əvvəl Alto Aloha Network adlanan sistemin adını 1973-cü ildə «Ethernet» adlandırdı. Bununla o texnologiyanın sadəcə Alto kompüterlərində deyil, bütün kompüterlərdə çalışa biləcəyini vurğulamaq istəyirdi. Metkalf-ın texnologiyası bütün sistemlərlə məlumat bitlərini göndərə bilirdi və bütün siustemlərnən işləyə bildiyi üçün nəticədə «Ethernet» yaranmış oldu.
Ardı →

OSI modelinin layları

Lay 1: Fiziki lay ( İngiliscə: Physical layer)

Fiziki lay kompüterlər arasında məlumatın kabel üzərindən fiziki şəkildə ötürülməsi üçün yaradılmışdır. Məlumatı ötürən tərəfdəki fiziki lay məlumatı rəqəmsal (1 və 0) formadan elektrik siqnallarına çevirib kabelə yerləşdirir və qəbul edən tərəf də fiziki lay vasitəsi ilə kabeldən oxuduğu siqnalları təkrar rəqəmsal formaya çevirir. Yəni məlumat kompüterdə olarkən ikili say sistemi üzrə kodlaşdırılmış olur. Bu lay məlumatın ikili say sistemindən siqnal formasına çevirilərək ötürülməsində əsas rol oynayır. Əgər hər iki tərəf eyni forma ötürmə sürətindən və ya tezliyindən istifadə etməzsə, məlumatı ötürmək mümkün olmayacaqdır. Məsələn, bir tərəf +5 volt və 2 millisaniyə tezliyində elektrik siqnalı göndərirsə, qəbul edən tərəf eyni parametrlərdə olmalıdır.
Ardı →

OSI modeli

OSİ modeli kompüter şəbəkələri sisteminin fiziki təchizatından tutmuş ta proqram təminatına kimi işləmə prinsipini izah edir. Bir kompüterdən digərinə məlumat göndəriləndə baş verən proseslər standartlaşdırılmış formada bütün kompüterlərdə eyni ardıcıllıqla aparılır. OSİ modeli şəbəkəni öyrənmək üçün ən mühüm bölmələrdəndir. Buna səbəb şəbəkələrin yaranması tarixi ilə bağlıdır. Kompüter şəbəkələrinin ilk yarandığı vaxtlardan, fərqli firmalar özlərinə məxsus texnologiyalarla şəbəkə sistemləri yaradır və satırdılar. Bu firmaların istehsal etdiyi şəbəkə kartları və texnologiyası öz kartlarından başqa şəbəkə kartlarını və texnologiyalarını tanımırdılar.
Ardı →

Linux əməliyyat sistemi

Linux, çox populyar, sərbəst paylanan və Microsoft Windows-a güclü bir alternativ təşkil edən əməliyyat sistemidir.


Linux nüvəsinin (kernel) yaradıcısı, Linus Torvalds, 28 Dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.


Ardı →

Microsoft .NET Framework nədir?

.NET Framework, Microsoft tərəfindən inkişaf etdirilən, açıq İnternet protokolları və standartları üzərinə qurulmuş bütöv bir «tətbiq» inkişaf etdirmə platformasıdır. Daha əvvəl Sun Microsystems tərəfindən inkişaf etdirilmiş olan Java Platformasına əhəmiyyətli bənzərliklər göstərməkdədir.

Buradakı tətbiq anlayışının əhatəsı çox genişdir. Bir masaüstü tətbiqindən bir veb skaner tətbiqinə qədər hər şey bu platforma içində düşünülmüşdür və dəstəklənilmişdir. Bu tətbiqlərin bir-birləriylə və inkişaf etdirildiyi mühit fərqinə varmadan dünyadakı bütün tətbiqlərlə ünsiyyəti üçün asanca veb xidmətləri yaradılmasına imkan verilmişdir. Bu platforma, əməliyyat sistemindən və təchizatdan daha üst səviyyədə daşına bilər olaraq hazırlanmışdır.
Ardı →

Virus proqramları

Virus-proqrama özbaşına qoşula bilən, öz surətini fayllara,sistem sahəsinə, şəbəkələrə və s, yayan və kompüterin normal işini pozan xüsusi proqramdır. Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. «Kompüter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi.
Ardı →

İnformatika nədir?

İnformatikanın predmeti və vəzifələri

İnformatika
– verişənlərin yaradılması, saxlanılması, əks etdirilməsi, canlandırılması, emalı və ötürülməsi qaydalarını hesablama texnikasının vasitələri ilə sistemləşdirən, həmçinin bu vasitələrin və onların idarə etdiyi metodların fəaliyyət prinsiplərini sistemləşdirən bir elmdir. Bu tərifdən görünür ki, informatika texnologiyaya çox yaxındır. Ona görə də onun predmetini çox vaxt informasiya texnologiyaları adlandırırlar.
Texnologiya (yunan sözü techne — məharət, ustalıq, bacarıq, peşə, sənət, vərdiş, sənətkarlıq, qabiliyyət və yunan sözü logos — söz, fikir, qərar, hökm, öyrənmə, nəzəriyyə, elm sözlərinin birləşməsindən yaradılmışdır) – məhsulun istehsalı prosesində istifadə olunan xammalın, materialın və ya yarımfabrikatın formasını, xassələrini, vəziyyətini dəyişdirmək, emal etmək, hazırlamaq metodlarının yığınıdır, məcmusudur.
Maddi texnologiyaların əsas komponentləri bunlardır: xammalın və materialın hazırlanması, maddi məhsulun istehsalı, istehlakçılara istehsal olunmuş məhsulun satışı.
Ardı →

Verilənlər bazası və Access haqda elementar biliklər

Verilənlər bazası müəyyən əlamətlərinə görə əlaqələndirilmiş, struktur formasında məlumatlar toplusudur.
İdarəetmə sistemləri verilənlər bazalarını tərtib və emal edən sistemlərdir. Sistemlər üç qrupa bölünür:


  1. Relyasion
  2. Şəbəkə
  3. İerarxik

Relation tipli bazalarda verilənlər 2 ölçülü cədvəl şəklində tərtib olunur. Daha mürəkkəb quruluşa malik olan məlumat toplusu şəbəkə və ierarxik sistemlərlə idarə olunur.


Ardı →