Рейтинг
+49.35

İnformatika

49 üzv, 89 topik

Cədvəl informasiya modeli

İnformasiyanı təqdim etməyin çox əlverişli formalarından biri cədvəldir… Cədvəl sətir və sütunlardan ibarətdir, onların kəsişməsi isə xana əmələ gətirir. Xanalarda istənilən informasiya, o cümlədən ədəd, mətn və şəkil ola bilər.
Verilənlərin cədvəl şəklinə salınması informasiyanın nizamlanması üsullarından biridir. Cədvəllər verilənləri əyani şəkildə göstərir, onlar arasındakı əlaqəni görməyə imkan verir.

Davamı →

İnformasiya mədəniyyəti

İnformasiya cəmiyyətinə keçidlə əlaqədar olaraq insanın ümumi mədəniyyətinə daha bir kateqoriya — informasiya mədəniyyəti də əlavə edilir. İnformasiya mədəniyyəti informasiya ilə məqsədyönlü işlənilməsi və onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter texnologiyasından, çağdaş texniki vasitə və metodlardan istifadə edilməsi bacarığının olmasını nəzərdə tutur. Başqa sözlə, insanın informasiya mədəniyyətinin əsas göstəriciləri bunlardır:
Davamı →

Veb-proqramlaşdırma nədir

Bildiyiniz kimi, İnternetin çoxsaylı xidmətləri var və onlardan ən məşhuru WWW (World Wide Web — “Dünya hörümçək toru”) xidmətidir. Bu xidməti hipermətnə əsaslanan paylanmış informasiya sistemi kimi təyin etmək olar; burada «paylanmış» sözü onu bildirir ki, veb-brauzerinizin əks etdirdiyi verilənlər qonşu kompüterdən də götürülə bilər, dünyanın o biri başındakı serverdə də yerləşə bilər; məsələn, bir serverdə yerləşdirilmiş veb-səhifədə tamamilə başqa serverdə saxlanılan qrafik faylın dəqiq ünvanını göstərməklə ona istinad vermək olar və həmin qrafik görüntü verilmiş veb-səhifədə əks etdirilə bilər.
WWW-da informasiya veb-səhifələr şəklində təqdim edilir. Veb-səhifədə adi mətn və ya hipermətn, eləcə də istənilən başqa növ verilənlər, o cümlədən qrafika, musiqi və ya video ola bilər. Bundan başqa, veb-səhifədə onun yerləşdiyi serverdə və ya İnternetdəki hər hansı serverdə saxlanılan başqa veb-səhifələrə istinadlar yerləşdirilə bilər.
Davamı →

Fotoqrafiya və kompüter

Kompüterin, elektron-rəqəmsal texnologiyaların meydana gəlməsi çəkiliş və fotoşəkillərin emalı imkanlarını genişləndirdi. Lakin iş zamanı kompüter proqramlarının tətbiqi nəinki texnoloji bacarıq, həm də onun bədii imkanlarının dərk olunmasını tələb edir. Yeni texnologiya təsvirin alınmasını yüngülləşdirir, onun keyfiyyətini yüksəldir. O, eyni zamanda fotoqrafiya sənətinin məğzinə incəsənət və informasiya növü olaraq yeni tərzdə baxmağa vadar edir.
Kompüter fotoqrafiyanın sonsuz sayda emal imkanlarına meydan açır. Korrektə-redaktə düzəlişlərindən başqa, şəklin üslubu da dəyişdirilə bilər.
Davamı →

İstifadəçi hesabları və ailə təhlükəsizliyi

Windows çoxistifadəçili əməliyyat sistemi olduğundan, təbii ki, istifadəçiləri bir-birindən ayırmaq üçün onların hər birinin sistemdə ayrıca qeydiyyat yazısı — istifadəçi hesabı (user account) olmalıdır. İstifadəçi öz hesabı ilə sistemə daxil olduqda əməliyyat sisteminin interfeysi həmin istifadəçiyə məxsus görünüş alır. Hər bir istifadəçiyə uyğun Windows-un iş masası, baş menyusu açılır və yalnız onun üçün quraşdırılmış proqramlar, yaradılmış fayllar əlçatan olur. Qeydiyyatdan keçmiş istifadəçi başqa istifadəçilərin yaratdıqları fayllara baxa bilmir.
Davamı →

Elektron təhsil

Müasir dünyanın görünməmiş bir sürətlə dəyişməsi biliklərin daha çevik və ucuz ötürülməsi üsullarının tətbiq olunmasını tələb edir. Günümüzün bu kəskin probleminin həllini mümkün edən vasitələrdən biri elektron təhsil, yaxud e-təhsildir. Bundan öncəki təhsil sistemlərində kompüterlər tədrisin daha yaxşı, daha səmərəli aparılması üçün yardımçı bir vasitə idi. Ancaq sürətli İnternet şəbəkəsinin meydana çıxması “müstəqil öyrənmə” və “ömürboyu öyrənmə” anlayışlarını ortaya çıxardı.
E-təhsil İnternet, yaxud intranet şəbəkəsi vasitəsilə şəxsin müstəqil öyrənməsi ilə gerçəkləşən, biliyin əldə olunmasında zaman və məkan hüdudlarını tanımayan, ömürboyu öyrənməyə imkan verən bir təhsil sistemidir.
Davamı →

Telekonfrans

İnternetin geniş yayılmış kommunikasiya xidmətlərindən biri də telekonfrans rabitəsidir. Telekonfrans şəbəkə istifadəçiləri arasında müəyyən mövzu üzrə mütəşəkkil informasiya mübadiləsidir. Elm və texnikanın müxtəlif sahələrə geniş inteqrasiyasını nəzərdə tutan müasir dövrümüzdə bu telekommunikasiya ünsiyyət növü xüsusilə aktualdır. Telekonfranslar üçün nə coğrafi, nə də dil sərhədləri var. Telekonfransda mühüm rolu aparıcı oynayır. İştirakçıların dəvət edilməsi, ünsiyyət dilinin seçilməsi, müzakirələrin idarəolunması və onlara yekun vurulması kimi təşkilati işlər aparıcıya həvalə edilir. Konfrans iştirakçılarının tərkibinə və sayına, eləcə də onun müddətinə heç bir məhdudiyyət qoyulmur, müzakirələr yarım il də çəkə bilər.
Davamı →

Elektron hökumət

Elektron hökumət (və ya elektron dövlət) dedikdə informasiyanın elektron emal, ötürmə və yayılma vasitələri əsasında dövlət idarəetməsinin təşkili, hakimiyyətin bütün qollarındakı dövlət orqanlarının xidmətlərinin elektron vasitələrlə vətəndaşların bütün kateqoriyalarına (pensiyaçılara, fəhlələrə, iş adamlarına, dövlət qulluqçularına və b.) təqdim olunması, həmin vasitələrlə vətəndaşların dövlət orqanlarının işi haqqında məlumatlandırılması nəzərdə tutulur.
Bəzi ölkələrdə (o cümlədən Azərbaycanda) bu anlayış faktik olaraq hakimiyyətin vətəndaş cəmiyyəti ilə elektron mühitdə qarşılıqlı əlaqəsi kimi başa düşülür. Qərb ölkələrində (ilk növbədə, ABŞ və Böyük Britaniyada) isə ona, ümumiyyətlə, dövlətin fəaliyyətinin effektivliyini yüksəltməyə yönəlmiş konsepsiya kimi baxılır.
Davamı →

İnformasiya modellərinin təqdimolunması

Bizi əhatə edən aləmdə çox sadə kimi hesab edilən obyektlər də, əslində, çox mürəkkəbdir. Hər hansı obyekti, hadisəni, yaxud prosesi başa düşmək üçün bəzən onun sadələşdirilmiş variantından — modelindən istifadə etmək lazım gəlir. “Model” termini latın dilindəki “modulus” sözündən alınıb və “örnək, nümunə” anlamını verir.
Model obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdimolunma formasıdır. Modelin yaradılması prosesi modelləşdirmə adlanır. Modeli yaradılan obyektin özünə orijinal, yaxud prototip deyilir.
Davamı →

Kriptoqrafiya

Haker hücumlarının əsas məqsədi təkcə kompüterdə olan informasiyanın məhv edilməsi deyil, həm də onların icazəsiz “ələ keçirilməsidir”. Əgər bunun qarşısını texniki vasitələrin köməyi ilə almaq mümkün olmursa, onda şifrləmə sistemindən istifadə edilir. Şifrləmə üsulları ilə kriptoqrafiya məşğul olur. “Kriptoqrafiya” iki yunan sözündən (kρυπτóς — gizli + γράφω — yazıram) ibarət olub “gizli yazı” mənasını verir.
Kriptoqrafiyadan istifadə haqqında ilk məlumatlar Qədim Misir (m.ö. 1900-cü il), Qədim Mesopotamiya (m.ö. 1500-cü il) dövrünə aiddir. IX əsrin ortalarınadək dünyada məlumatların şifrlənməsi üçün ən geniş yayılmış üsul təkəlifba şifri idi. Bu üsulda kodlaşdırılan mətnin hər bir hərfinə qarşı birqiymətli olaraq hansısa şifrlənmiş hərf qoyulur.
Davamı →