Əməliyyat sistemi
Əməliyyat sisteminin köməyilə istifadəçi-kompüter dialoqu yaranır, əməli və daimi yaddaş qurğuları iş prosesinə qoşulur, kompüter idarə edilir və istənilən proqram işə düşür. Beləliklə, ƏS-nin əsas funksiyası kompüterlərin ehtiyatlarının ( fiziki ehtiyatlar (mikroprosessor, monitor, disklər) və məntiqi ehtiyatlar (proqramlar, fayllar və s.)) və hesablama sistemləri proseslərinin idarə olunmasıdır. Əməliyyatlar sistemlərinə PC DOS, OS/2,MS DOS, UNİX, Windows-u göstərmək olar.
ƏS-ləri yerinə yetirdikləri funksiyalarına görə üç qrupa bölünürlər:
- birməsələli (bir istifadəçidən ibarət) ƏS;
- çoxməsələli (çox istifadəçidən ibarət) ƏS;
- Şəbəkə əməliyyatlar sistemləri.
Ardı →