Рейтинг
+49.35

İnformatika

49 üzv, 63 topik

İnformatikanın tarixi

Ən qədim say aləti kimi eramızdan 30 min il əvvəl istifadə edilmiş (Çexiyada tapılmış) “vestonis sümükləri” hesab edilir. Eramızın V və VI əsrində qədim Romada istifadə edilən abak da ilk say alətlərindən hesab edilir. Qədim Çində VI əsrdə istifadə olunan suan-pan (hesablama lövhəsi), XV –XVI əsrlərdəYaponiyada isə soroban adlandırılmış alətlər də qədim say alətləri hesab edilirlər.
Qədim Babil, Misir, sonralar isə Yunanıstanda ədədləri göstərmək üçün müəyyən işarələrdən istifadə etməyə başlayırlar. Amma ədədlərin yazılışı o qədər də mükəm­məl deyildi, onlardan istifadə edərək əməliyyat aparmaq yalnız xüsusi savada malik adamlara nəsib idi.


Ardı →

İnformasiya sistemləri

İnformasiya sistemləri-informatika elminin ən mühüm anlayışlarından biri də informasiyadır. Bu anlayış latın sözü olub baş vermiş hadisə və ya fakt haqqında məlumat mənasını verir. İnformasiya dedikdə toplanma, qeydiyyat, saxlanma və s. obyekti ola bilən faydalı məlumatlar toplusu başa düşülür. İnformasiya anlayışının ən mühüm alt anlayışlarından biri də informasiya sistemləridir.
Ardı →

Əməliyyat sistemləri

Ms-Dos əməliyyat sistemiDOS —  sözü ingiliscə Disk Operating System olub Azərbaycan dilinə tərcüməsi «Disk əməliyyat sistemi» deməkdir. DOS komputerlər üçün nəzərdə tutulmuş kiçik və sadə bir əməliyyat sistemi növü olub,əsas vəzifəsi disket və sabit disk kimi saxlama mühitlərinin idarə edilməsidir.Komputerlərin digər funksiyaları:qrafika,səs,yazma,şəbəkədə gəzinmə,yaddaşa nəzarət,çoxlu istifadəçi və çoxlu iş xüsusiyyətləri DOS tərəfindən yerinə yetirilə bilir.DOS sistemləri 90-cı illərin ortalarına qədər demək olar ki,hər personal komputerdə öz vəzifəsini yerinə yetirmişdir.Bu gün computer dünyasının çox sahəsində qrafik əməliyyat sistemlərindən istifadə olunsa da,DOS sadə və kiçik olmaq üstünlüyü ilə müxtəlif əmrlər və nəzarət etmə sistemlərində öz həyatına davam etməkdədir.DOS-un tarixi komputerlərin tarixi ilə başlayır.DOS-da qrafik bir istifadəçi pəncərəsi olmadığından hər bir əməliyyat əmrlərlə və az sayda olan parametrlərlə həyata keçirilir.Bu da onun bu günlərdə unudulmasına gətirib çıxarır.
Ardı →

Kompüterə qoşulan avadanlıqlar

Adətən personal komputerlər 3 hissədən ibarətdir: Sistem bloku. Monitor və ya displey. Klaviatura.
Komputerlər iki variantla istehsal olunur-portativ (stolüstü) və noutbuk (dizüstü).Noutbuk leptop da adlandırılır.Sistem blokunda elektron sxemlər,qida qurğusu,diskovodlar,hard-disk və s. qurğular yerləşir.Komputerin əsas elemenlərindən biri də yaddaşdır.Bunlardan biri də operativ yaddaşdır
Ardı →

Personal komputerlər

1948-ci ildə elektron lampaların yerinə tranzistorlardan istifadə olunmağa başladı. 50-ci illərin ortalarında tranzistorlardan ibarət komputerlər istifadə olunurdu.Tranzistorlardan istifadə komputerlərin ölçülərinin də balacalaşmasına gətirib çıxardı. 1965-ci ildə Digital Equipment firması tərəfindən indiki soyuducuların ölçüsündə və qiyməti 20000 dollar olan birinci mini komputer PDP-8 yaradıldı.
Ardı →

Komputerlərin yaranma tarixi

Komputer sözü ingilis sözü olub-«computer» hesablayıcı deməkdir.Minlərlə il bundan əvvəlcə hesablama üçün çubuqlardan, daşlardan istifadə olunurdu.1500 il bundan əvvəl abak meydana gəlmişdir. 1642-ci ildə B.Paskal vurma əməlini yerinə yetirən mexanik qurğu kəşf etdi.1673-cü ildə V.Leybnits dörd arifmetik əməli yerinə yetirən arifmometr adlanan cihaz hazırladı.Bunlarla bərabər hesabdar adlanan ixtisas da meydana gəldi.Hesabdar arifmometrlə işləyərək cəld və dəqiq ayrıca ardıcıllıqla instruksiyanı yerinə yetirirdi.Belə ardıcıllıq proqram adlanırdırılmağa başlandı.
Ardı →

Qısayol düymələr

Microsoft Word (Wordpad) proqramında funksional qısayol düymələri


  • CTRL+A – Bütün yazıları qeyd etmək

  • CTRL+B – Qeyd olunmuş yazını qalınlaşdırır

  • CTRL+C — Surətin çıxarılması

  • CTRL+D – Font altmenyusunu açır

  • CTRL+E – Yazını səhifənin mərkəzinə çekir

  • CTRL+F – Sənəddə lazım olan söz və ya simvolun axtarılması

  • CTRL+G – Sənəddə keçid

Ardı →

Hakerlər (Xakerlər)

Haker (ingiliscə hacker,rusca хакер) proqramlaşdırmanı çox gözəl bilən, komyuterlər üçün yeni proqramlar yaradan və ya onları dəyişdirən, kompyuter texnologiyaların təhlükəsiz fəaliyyətini təmin edə bilən insanlara deyilir. Hakerlər həmçinin o şəxslərdir ki, onlar məişət texnologiyalarına məsələn, radioqəbuledicilərə, printerlərə və ya çiləyici sistemlərə müdaxilə edirlər ki, onların fəaliyyətində maksimum rahatlıq əldə etmək mümkün olsun.


Ardı →

Linux əməliyyat sistemi

Linux, çox populyar, sərbəst paylanan və Microsoft Windows-a güclü bir alternativ təşkil edən əməliyyat sistemidir.


Linux nüvəsinin (kernel) yaradıcısı, Linus Torvalds, 28 Dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.


Ardı →

Microsoft .NET Framework nədir?

.NET Framework, Microsoft tərəfindən inkişaf etdirilən, açıq İnternet protokolları və standartları üzərinə qurulmuş bütöv bir «tətbiq» inkişaf etdirmə platformasıdır. Daha əvvəl Sun Microsystems tərəfindən inkişaf etdirilmiş olan Java Platformasına əhəmiyyətli bənzərliklər göstərməkdədir.

Buradakı tətbiq anlayışının əhatəsı çox genişdir. Bir masaüstü tətbiqindən bir veb skaner tətbiqinə qədər hər şey bu platforma içində düşünülmüşdür və dəstəklənilmişdir. Bu tətbiqlərin bir-birləriylə və inkişaf etdirildiyi mühit fərqinə varmadan dünyadakı bütün tətbiqlərlə ünsiyyəti üçün asanca veb xidmətləri yaradılmasına imkan verilmişdir. Bu platforma, əməliyyat sistemindən və təchizatdan daha üst səviyyədə daşına bilər olaraq hazırlanmışdır.
Ardı →