Рейтинг
+49.35

İnformatika

48 üzv, 85 topik

İnformasiya sistemləri və texnologiyaları

İstənilən məsələdə qarşıya çıxan problemlərin təhlil edilməsində, qərarın qəbul edilməsində, əməliyyatlara nəzarətdə, yəni məhsulun yaranmasında və xidmətində informasiya lazımdır. İnformasiya termini latınca informatio -izah etmə, aydınlaşdırma, başa salma, hər hansı faktı, hadisəni, əlaməti ifadə etməkdir. Bu ümumi elmi anlayış olub, adamlar arasında məlumatlar mübadiləsi, qurğular, adamlar, canlı və cansızlar arasında siqnalların mubadiləsini özündə birləşdirir. 

İnformasiya — adam, əşya, fakt, hadisə, əlamətə təsnif olunma formasından asılı olmayaraq proseslər haqqında məlumatdır. Bu termin altında idarəetmə məsələsinin həlli üçün məlumatların anlaşılması və işlənməsi başa düşülür. Məlumatlar təşkilatda və ondan kənarda baş verən hadisələri özündə əks etdirir.


Ardı →

Bioinformatika

Bioinformatika 2 texnoloji inqilabın — biotexnologiyanın və informasiya texnologiyasının yaradılması və sürətli inkişafının, onların elmi nailiyyətlərinin birgə tətbiqinin nəticəsi kimi formalaşmış və hazırda da bu yönümdə inkişaf edən elmlərarası yeni elmi fəaliyyət sahəsidir. «Bioinformatika» məfhumu elmi ədəbiyyatda yalnız 1991-ci ildən başlayaraq işlədilsə də, bu elmin formalaşma dövrü təxminən son 50 ili əhatə edir. Geniş mənada bioinformatika dedikdə, kompyuter texnologiyalarını və riyazi metodları tətbiq etməklə bioloji məlumatların toplanmasi, sistemləşdirilməsi, saxlanılması və ötürülməsi, analizi və interpretasiyası üzrə fundamental və tətbiqi yönümlü tədqiqatlar sahəsi başa düşülür. Dar mənada isə bioinformatika genetik məlumatın təşkili, ekspressiyası və təkamülü ilə bağlı tədqiqat sahəsi kimi başa düşülür. Yalnız 1998-ci ildə elmi ictimaiyyət tərəfindən ayrıca elm kimi qəbul olunmuş bioinformatika qısa müddət ərzində elmi tədqiqatlara yardımçı bir sahədən müasir biologiyanın aparıcı qollarından birinə çevrilmişdir.


Ardı →

"QWERTY" necə yaranıb?

Yəqin ki, kompyuterə yaxşı bələd olanlar söhbətin nədən getdiyini başa düşdülər. Belə ki, «QWERTY» kompyuterin klaviaturasında yazı klavişlərinin birinci sırasında duran ilk 6 hərfin birləşməsindən əmələ gələn addır.


Klaviaturada hərflərin niyə məhz belə ardıcıllıqla düzülməsinin səbəbi isə ola bilsin çoxlarına bəlli deyil.


Ona görə də məlumat verək ki, «QWERTY» düzülüşü, ilk dəfə, vaxtı ilə yazarların çox sevimlisi olan mexaniki yazı maşınının klaviaturasında qurulmuş və bu tərtibatın meydana çıxmasının maraqlı tarixçəsi vardır.


Ardı →

OSI modelinin layları

Lay 1: Fiziki lay ( İngiliscə: Physical layer)

Fiziki lay kompüterlər arasında məlumatın kabel üzərindən fiziki şəkildə ötürülməsi üçün yaradılmışdır. Məlumatı ötürən tərəfdəki fiziki lay məlumatı rəqəmsal (1 və 0) formadan elektrik siqnallarına çevirib kabelə yerləşdirir və qəbul edən tərəf də fiziki lay vasitəsi ilə kabeldən oxuduğu siqnalları təkrar rəqəmsal formaya çevirir. Yəni məlumat kompüterdə olarkən ikili say sistemi üzrə kodlaşdırılmış olur. Bu lay məlumatın ikili say sistemindən siqnal formasına çevirilərək ötürülməsində əsas rol oynayır. Əgər hər iki tərəf eyni forma ötürmə sürətindən və ya tezliyindən istifadə etməzsə, məlumatı ötürmək mümkün olmayacaqdır. Məsələn, bir tərəf +5 volt və 2 millisaniyə tezliyində elektrik siqnalı göndərirsə, qəbul edən tərəf eyni parametrlərdə olmalıdır.
Ardı →

OSI modeli

OSİ modeli kompüter şəbəkələri sisteminin fiziki təchizatından tutmuş ta proqram təminatına kimi işləmə prinsipini izah edir. Bir kompüterdən digərinə məlumat göndəriləndə baş verən proseslər standartlaşdırılmış formada bütün kompüterlərdə eyni ardıcıllıqla aparılır. OSİ modeli şəbəkəni öyrənmək üçün ən mühüm bölmələrdəndir. Buna səbəb şəbəkələrin yaranması tarixi ilə bağlıdır. Kompüter şəbəkələrinin ilk yarandığı vaxtlardan, fərqli firmalar özlərinə məxsus texnologiyalarla şəbəkə sistemləri yaradır və satırdılar. Bu firmaların istehsal etdiyi şəbəkə kartları və texnologiyası öz kartlarından başqa şəbəkə kartlarını və texnologiyalarını tanımırdılar.
Ardı →

İnformasiya cəmiyyətinin 100 əsas anlayışı (81-100)

81. Şəbəkə yaratma


Maraqlar üzrə informasiyanın könüllü və bəzən də pulsuz mübadiləsinə əsaslanan elektron cəmiyyətlərin yaradılması prosesi.


82. Şəbəkə


İstifadəçilərə informasiya mübadiləsi, bir-biri ilə əlaqə saxlama və lazımi informasiyaya müraciət imkanı verən kompüterlər və digər müvafiq qurğuların kombinasiyasıdır.



Ardı →

İnformasiya cəmiyyətinin 100 əsas anlayışı (61-80)

61. Kommunikasiya


Rabitə, informasiya mübadiləsi, rabitə vasitəsi, informasiya vasitəsi, eləcə də kontakt, ünsiyyət, kimi mənalarda işlədilir.


62. Kompüterləşmə


Kompüterlərin tətbiqi nəticəsində insan fəaliyyətinin müxtəlif sahələrində informasiya proseslərinin və texnologiyalarının avtomatlaşdırılmasının təmin edilməsi.



Ardı →

İnformasiya cəmiyyətinin 100 əsas anlayışı (41-60)

41. İnformasiya cəmiyyəti
İnformasiya və biliklərin cəmiyyətin həyatın­dakı rolunun yüksəlməsi, infokommuni­kasiyanın, informasiya məhsullarının və xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payının artması, qlobal informasiya məkanının yaratmaqla insanlar arasında effektiv informasiya mübadiləsini, onların dünya informasiya resurslarına çıxışını, informasiya məhsul­larına və xidmətlərinə olan sosial və şəxsi tələbatlarını ödənməsini təmin edən müasir sivilizasiyasının inkişafının bir pilləsidir.
42. İnformasiya silahı
İnformasiya infrastrukturunun funksiya və xidmətlərini, və ya onun ayrı-ayrı elementlərini müvəqqəti və ya tamamilə sıradan çıxarılmasına yönəlmiş xüsusi (fiziki, informasiya, proqram, radioelektron və s.) metod və vasitələrin məcmusudur.
43. İnformasiya məkanı
1. Elektron şəbəkələrdən istifadə edərkən meydana gələn bütöv bir elektron informasiya məkanı.
2. İnformasiya kommunikasiyalarının aparıcı rol oynadığı müasir ictimai həyatın sahələri. Bu mənada informasiya məkanı anlayışı informasiya mühiti anlayışı ilə eyniləşir.


Ardı →