İKT-dəyişən və dəyişdirən amil
Güman edirəm yüksək texnologiyalar əsri adlandırılan ХХI əsrdə postsənaye ölkələrinin iqtisadiyyat və infrastrukturunun səviyyəsinin universal ölçüsünün informasiya-kommunikasiya texnologiyaları (İKT) olmasını xatırlatmağa ehtiyac yoxdur. Bu amil hökumətin ardıcıl siyasəti nəticəsində telekommunikasiya, teleradio yayımı, internet-infrastruktur və ümumilikdə İKT sektorunda böyük uğurların əldə edildiyi Azərbaycan üçün də artıq uzun illərdir əhəmiyyət kəsb edir. Hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə İKT sektorunu tənzimləyən ilk qanunlar qəbul edilib, mobil rabitənin təşəkkülü üçün əlverişli şərait yaradılıb, ilkin internet-infrastruktur və s. formalaşdılırıb. 2003-cü ildə qəbul edilən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” yaxın illər üçün fəaliyyətin başlıca məqsədi olan informasiya cəmiyyətinə keçidi müəyyən etdi. Ötən onillik ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İKT sektorunun inkişafına müqayisəedilməz əhəmiyyət verib və dinamik inkişafına zəmin yaradıb. Çoxlu sayda dövlət proqramları və qanunlar qəbul edilib.
Ardı →