Рейтинг
+49.35

İnformatika

49 üzv, 89 topik

Verilənlər bazası

Verilənlər bazası (VB),(en:Data Base, DB) – kompüterin daimi yaddaşında müxtəlif tiplı (mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s.) verilənlərin saxlanması üçün istifadə edilən xüsusi strukturlaşdırılmış yerdir.


Verilənlər bazası, informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir,tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir.


Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:


Ardı →

Virus proqramları

Virus-proqrama özbaşına qoşula bilən, öz surətini fayllara,sistem sahəsinə, şəbəkələrə və s, yayan və kompüterin normal işini pozan xüsusi proqramdır. Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. «Kompüter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi.
Ardı →

Proqramlaşdırma dilləri

Dilini bilmədiyimiz insana nəyi isə başa salmaq üçün ya jestlərdən, ya da onun başa düşdüyü dildəki sözlərdən istifadə edirik. Kompüterin mərkəzi qurğusu olan prosessorun da öz dili var.
Maşın dili.
Kompüterin bilavasitə “başa düşdüyü” yeganə dil – sadəcə, ədədlər yığınından ibarət olan maşın dilidir [machine language]. Ədədlərlə işlədiyindən prosessor üçün komandaları kodlaşdırmaq, məsələn, ədədlərlə ifadə etmək lazımdır. Tutaq ki, 1 – toplamanı, 2 – vurmanı, 3 – bölməni (yaxud uyğun olaraq 01, 02, 03) və s. bildirir. Müəyyən əməliyyatı yerinə yetirmək üçün proses sora komandalardan əlavə verilənlər də lazımdır. Sadəlik üçün, tutaq ki, hər hansı uydurma prosessorun komandasının ümumi şəkli belədir:
Ardı →

Microsoft Office Word 2003 üçün köməkçi proqram.

Bu proqram Word 2003-də işləyərkən azərbaycanca yazdığımız mətndə səhv sözləri qırmızı dalğalı xəttlə göstərir (əgər bu baş vermirsə, o zaman Сервис-Параметры-Правописание-автоматически проверять орфографию qeyd edin). Düzgün variantı isə səhv sözün üzərində sağ düymə ilə açdığımız kontekst menyusundan seçib səhvimizi düzəldə bilərik. İngilis və rus dili üçün yoxlamadan fərqli olaraq bu proqram cümlənin qrammatik səhvlərini göstərə bilmir. Buna baxmayaraq çox kömək edir. Ümidvaram, bu proqramdan yararlanacaqsınız. Beləliklə də, saytda səhv sözlü məqalələrə daha az rast gələcəyik. ))


Azeri Orfo adlı proqramı buradan yükləyə bilərsiniz.


Davamı →

Klaviaturada QWERTY və COLEMAN düzülüşü

İlk çap maşını 1867-ci ilin sentyabrında amerikalı Kristofer Şoulz tərəfindən ixtira edilmişdir. Bu çap maşınının klaviaturası latın hərfləri əlifba sırası ilə düzülmüşdü. Məsələn: yuxarıda ilk cərgədə hərflər belə düzülüşdə idi: A, B, C, D, E, F, G....


Ardı →

İnformasiya sistemləri

İnformasiya sistemləri-informatika elminin ən mühüm anlayışlarından biri də informasiyadır. Bu anlayış latın sözü olub baş vermiş hadisə və ya fakt haqqında məlumat mənasını verir. İnformasiya dedikdə toplanma, qeydiyyat, saxlanma və s. obyekti ola bilən faydalı məlumatlar toplusu başa düşülür. İnformasiya anlayışının ən mühüm alt anlayışlarından biri də informasiya sistemləridir.
Ardı →

Linux əməliyyat sistemi

Linux, çox populyar, sərbəst paylanan və Microsoft Windows-a güclü bir alternativ təşkil edən əməliyyat sistemidir.


Linux nüvəsinin (kernel) yaradıcısı, Linus Torvalds, 28 Dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.


Ardı →

Qrafik şəkil formatları

Qrafik şəkillər çox vaxt GIF, JPEG, PNG, BMP formatlarında saxlanılır.


  • GIF (Graphics Interchange Format)-qrafik mübadilə formatı. (.gif);

  • JPEG (Joint Photographic Experts Group)-birləşmiş fotoekspertlar qrupu formatı. (.jpg);

  • PNG (Portable Network Grapic)-portativ şəbəkə qrafiki. (.png) ;

  • BMP təsviri formatını isə istifadə etməzdən əvvəl baza formatına çevirmək lazımdır. (.bmp)

Ardı →