Рейтинг
+49.35

İnformatika

49 üzv, 89 topik

İnformasiya texnologiyaları

  • Informatika fənninin predmeti
  • Informasiya nəzəriyyəsi
  • Informasiya texnologiyaları
  • Informasiya ölçü vahidləri
İnformatika fənni informasiyanın toplanması, saxlanması, işlənməsi (emalı), ötürülməsi və bu proseslərdə istifadə edilən kompüterlər və digər qurğuları öyrənir.
Ardı →

Personal komputerlər

1948-ci ildə elektron lampaların yerinə tranzistorlardan istifadə olunmağa başladı. 50-ci illərin ortalarında tranzistorlardan ibarət komputerlər istifadə olunurdu.Tranzistorlardan istifadə komputerlərin ölçülərinin də balacalaşmasına gətirib çıxardı. 1965-ci ildə Digital Equipment firması tərəfindən indiki soyuducuların ölçüsündə və qiyməti 20000 dollar olan birinci mini komputer PDP-8 yaradıldı.
Ardı →

Komputerlərin yaranma tarixi

Komputer sözü ingilis sözü olub-«computer» hesablayıcı deməkdir.Minlərlə il bundan əvvəlcə hesablama üçün çubuqlardan, daşlardan istifadə olunurdu.1500 il bundan əvvəl abak meydana gəlmişdir. 1642-ci ildə B.Paskal vurma əməlini yerinə yetirən mexanik qurğu kəşf etdi.1673-cü ildə V.Leybnits dörd arifmetik əməli yerinə yetirən arifmometr adlanan cihaz hazırladı.Bunlarla bərabər hesabdar adlanan ixtisas da meydana gəldi.Hesabdar arifmometrlə işləyərək cəld və dəqiq ayrıca ardıcıllıqla instruksiyanı yerinə yetirirdi.Belə ardıcıllıq proqram adlanırdırılmağa başlandı.
Ardı →

Kompüter texnikasının tətbiq sahələri

İlk elektron hesablama maşınları təxminən 60 il bundan öncə meydana çıxıb. Ötən dövr ərzində kompüterlərin və onlar üçün proqramların istehsalı texnologiyası böyük inkişaf yolu keçib. Şübhəsiz, kompüterlər bütövlükdə yaşadığımız cəmiyyəti dəyişdirib. Maliyyə, kargüzarlıq, sənaye, elm, səhiyyə, təhsil və başqa sahələri bu gün kompüterlərsiz təsəvvür etmək qeyri-mümkündür. İndi informasiyanın emal olunduğu hər yerdə kompüterlərdən istifadə olunur.
Ardı →

Cəmiyyətin informasiyalaşdırılması və informatika tarixi

Bəşəriyyət yarandığı gündən əvvəlcə maddələrə, sonra enerjiyə və nəhayət, informasiyaya sahib olmaq uğrunda çarpışmışdır. Sivilizasiyanın ilk dövrlərində insana elementar bilik və bacarıqlar kifayət edirdisə, informasiyanın tədricən çoxalması nəti cəsində insan şəxsi biliklərinin az olmasını hiss etməyə başladı. İnformasiyanı düzgün emal etmək və lazımi qərarlar qəbul etmək üçün insandan malik olduğu bilik və təcrübələri ümumiləşdirmək tələb olunurdu. Ona görə də o, müxtəlif qurğular düzəltməyə başladı. İnformasiyanın emalı üçün nəzərdə tutulan üsul və vasitələr meydana gəldi və onlar cəmiyyətdə ciddi dəyişikliklərə – informasiya inqilablarına gətirib çıxardı.
Ardı →

Proqram təminatı

Kompüterin hər hansı bir işi yerinə yetirməsi üçün aparat təminatı ilə yanaşı,ona göstərişlər toplusu, yəni proqramlar lazımdır. Klaviaturada kla vişin basılmasına,siçanın hərəkətinə, başqa kompüterdən informasiyanın alınmasına və digər hərəkətlərə kompüterin necə reaksiya verməsini məhz proqramlar müəyyən edir. Ekrana gö rün tünün çıxarılmasını, sənədin printerdə çap olunması üçün hazırlanmasını, kom püterdə musiqinin səsləndirilməsini proqramlar həyata keçirir.
Ardı →

Verilənlər bazası və Access haqda elementar biliklər

Verilənlər bazası müəyyən əlamətlərinə görə əlaqələndirilmiş, struktur formasında məlumatlar toplusudur.
İdarəetmə sistemləri verilənlər bazalarını tərtib və emal edən sistemlərdir. Sistemlər üç qrupa bölünür:


  1. Relyasion
  2. Şəbəkə
  3. İerarxik

Relation tipli bazalarda verilənlər 2 ölçülü cədvəl şəklində tərtib olunur. Daha mürəkkəb quruluşa malik olan məlumat toplusu şəbəkə və ierarxik sistemlərlə idarə olunur.


Ardı →

Kompüterin qurğuları

Kompüter və istifadəçi arasında interfeys. Kompüterlə ünsiyyət müasir dövrdə dialoq rejimində həyata keçirilir. Dialoq komanda və proqramların köməyi ilə yaradılır. Müəyyən əməliyyatı yerinə yetirmək üçün kompüterim başa düşdüyü dildə ona verilən göstəriş komandadır. Proqram komandaların müəyyən şəkildə toplusudur.
Birinci nəsildən başlayaraq indiyə qədər bütün kompüterlər bir-birindən nə qədər fərqlənsələr də, hamısı Fon Neymanın verdiyi klassik sxem əsasında işləyir. Kompüterin ümumi quruluşu:
  1. Hesabi-məntiqi qurğu-xüsusi elektron sxem — çip (cheap) hesab və məntiqi əməliyyatları aparmaq üçündür

  2. İdarəedici qurğu — çip olub kompüteri idarə etmək, proqramları yerinə yetirmək, qurğulara müraciət etmək və s. üçündür. Buna bəzən kompüterin beyni də deyilir.

  3. Operativ Yaddaş — kompüterin elə bir hissəsidir ki, bütün daxil edilənlər üzərində əməliyyatlar məhz orada keçirilir. Buna daxili yaddaş da deyilir.

  4. Xarici qurğular — informasiyanı kompüterə daxil etmək və uzun müddət yadda saxlamaq üçündür. Buna xarici yaddaş da deyilir.

Ardı →

İnformatika fənninə giriş

İnformatika məlumatın EHM(Elektron hesablama maşınları) vasitəsi ilə qəbul, emal və ötürülməsini öyrənən elmdir.
Məlumat ətraf mühitdə gördüklərimiz, eşitdiklərimiz, hiss etdiklərimizdir və ya ətraf mühitdə topladığımız biliklər toplusudur. Məlumat nəyi əhatə edir: musiqi, idman, siyasət, iqtisadiyyat və s. Məlumat hansı şəkildə təsvir olunur: səs, video, qrafika, cədvəl, mətn, ədəd və s. Ən əhəmiyyətli ədədi şəkildə informasiyadır. İxtiyari məlumat üzərində 3 növ əməliyyat aparılır:


Ardı →