Artikl

 Azərbaycan dilindən fərqli olaraq, ingilis dilində artikl adlı qrammatik forma mövcuddur. Artikl əsasən ismin əlamətidir. Artiklın iki növü vardır:
1. Qeyri-müəyyənlik artiklı → a/an
“a/an”
yalnız təkdə olan sayıla bilən və sifətlə təyin edilən mücərrəd isimlərlə işlədilir. Dilimizdə əsasən “bir/hər hansı bir” mənalarında fərz edilə bilər:  
a + samit → a book, a pen və s.  
an + sait → an apple, an egg və s.
2. Müəyyənlik artiklıthe
“the” sayıla bilən, sayıla bilməyən, tək, cəm, xüsusi isimlərlə işlədilə bilir. Dilimizdə daha çox “o” işarə əvəzliyi kimi fərz edilə biliər.
  1. Nəsə haqqında ilk dəfə danışdıqda a/an işlədilir. İlk məlumatdan sonra, həmin isim haqqında olan digər cümlələrdə the işlədilir:
    My father bought a magazine and a newspaper yesterday. The magazine was very interesting, but the newspaper was boring.
    My father bought a magazine and a newspaper yesterday. → Jurnal və qəzet haqqında ilk dəfə məlumat verilir
    The magazine was very interesting, but the newspaper was boring. → Artıq bizə məlumdur ki, söhbət dünən alınmış jurnal və qəzetdən gedir.
  2. Fikirimizdə tutduğumuz əşya müəyyəndirsə the artiklı, qeyri-müəyyəndirsə a/an artiklı işlədirik:
    It is very hot. Can you open a window → Söhbət otaqdakı hər-hansı bir pəncərədən gedir. → pəncərə məlum deyil
    It is very hot. Can you open the window nearest the door → Söhbət yalnız qapının yanındakı pəncərədən gedir. → pəncərə məlumdur
  3. Aşağıdakı hallarda a/an artiklı işlədilir:
  • Sənət, peşə və ixtisas haqqında məlumat verdikdə: I am a teacher.   My brother is a doctor.
  • Şəxs və ya əşyanı təsvir etdikdə:  The sun is a star.   Tim is a seventeen years old boyShe is a very beautiful girl.
  • Ölçü, məbləğ, çəki, məsafə, vaxtı təyin etdikdə:  once a month, 5 manats a kilo, 90 kms an hour, five days in a week...
  • Hundred/thousand/million/billion saylarının qarşısında işlədilə bilər: a hundred, a thousand və s.
  • “To have” feli digər mənalarda işlənərək yaratdığı birləşmələrdə:  to have a rest, to have a bath, to have talk...
    İstisna: “to have+breakfast/lunch/dinner/supper”birləşmələri bu qaydaya tabe deyil: • I am having dinner now.  • I am having a dinner now
    İstisna:
    “to have+breakfast/lunch/dinner/supr” birləşmələri bu qaydaya tabe deyil: • I am having dinner now.  • I am having a dinner now
  1. Aşağıdakı hallarda the artiklı işlədilir:
  • Dünyada tək olması ilə fərqlənən isimlərin qarşısında:
    the Sun, the Moon, the capital, the earth, the nature, the universe, the cosmos, the world, the atmosphere, the sky, the horizon, the equator...
    İstisna-1:
    Əgər belə isimlərin qarşısında təyinedici söz olarsa, o zaman a/an artiklının işlədilməsi də mümkündür: • A bright sun rises above the sea.
    İstisna-2:
    the Sun/the Moon/the Earth istisna olmaqla digər planetlər artiklsız işlədilir.
  • Vəziyyətdən asılı olaraq məlum isimlərin qarşısında the artiklı işlədilir. Məsələn, əgər biz hər hansı bir otağı sözlə təsvir etsək the floor (döşəmə), the ceiling (tavan), the light (işıq), the door (qapı) və s. kimi sözlərin qarşısında the artiklı işlənəcəkdir, çünki hər bir otaqda yalnız bir tavan və ya döşəmə vardır:   It was a new house.    The roof was red, the door was brown.
  • Radio/ difference/ following/ whole/ same sözlərinin qarşısında həmişə the artiklı işlədilir:                                
    I have read the whole book.   I do not like to listen to the radio.
    Diqqət et:
    Radio sözünün qarşısında the artiklının işlədilməsinə baxmayaraq television sözünün qarşısında the artiklı işlədilmir: I watch television everyday. I watch the television everyday.
    Diqqət et:
    Radio sözünün qarşısında the artiklının işlədilməsinə baxmayaraq television sözünün qarşısında the artiklı işlədilmir: I watch television everyday. I watch the television everyday.
 
 

0 şərh