Artiklın işlənməsi

Sıra saylarının qarşısında the artiklı işlədilir: the first, the second...
Qeyd: “at + sıra sayı” kombinasiyasında the artiklı işlədilmir: • At first I did not like her, but in the end we became good friends. (İlkin olaraq mən onu xoşlamırdım, amma sonda biz dost olduq.)
in + the + morning/afternoon/evening  • Where do you go in the evening?   (Sən axşamlar hara gedirsən?)
Müəyyən sosial qrupu və ya sinifi ifadə edən isimlərin qarşısında: the aristocracy, the nobility, the bourgeoisie, the intelligentsia, the public, the proletariat, the peasantry, the common people…
Adi dərəcədə olan sifətlərin qarşısında the artiklının işlədilməsi onların cəmlənməsini, yəni substantivləşməsini bildirir:
rich — varlı                 
the rich — varlılar
strong — güclü          
the strong — güclülər...
Üstünlük dərəcəsində olan sifətlərin qarşısında:  • He is the strongest boy in our class.  (O sinifdə ən güclü oğlandır.)
Dillər language sözü ilə işlədildikdə onların qarşısında the artiklı işlədilə bilər:   • I learn English./I learn the English language.
Bir qayda olaraq ad, soyad və ləqəblərin qarşısında artikl işlədilmir. Lakin aşağıdakı hallarda onların qarşısında the artiklı işlədilə bilər:
      • Əgər onlar Past Participle (Keçmiş zaman feli-sifəti) forması  ilə təyin  edilərsə:  • The phoned Fuad is my friend. (Zəng edən Fuad mənim dostumdur.)

      • Əgər onların qarşısında peşə, sənət mənalarını ifadə edən söz işlədilərsə: • the engineer Aliev – Mühəndis Əliyev

      • Cəm halında olan ad və soyadların qarşısında qarşısında the artiklı işlədilir: the Adams/ the Asgarzadehs..
 
Mehmanxana/restoran/teatr/kinoteatr/muzey/qalareya/qəzet/təşkilat  və digər bina adlarının qarşısında the artiklı işlədilir:
    The Hilton Hotel             The Anadolu Restaurant
    The British Museum      The White House...
Diqqət et: Əgər bunlar insan adları ilə təyin edilərsə onların qaşısında the artiklı işlədilmir:         McDonalds                       the McDonalds
Heydar Aliev Palace        the Heydar Aliev Palace  
 
Məhşur tarixi abidə, dövr və tikililərin qarşısında the artiklı işlədilir:
  • The May of 1918
  • The Tower of Mardakan
  • The Tower of London…
 
 Coğrafi cəhətlərin qarşısında the artiklı işlədilir:
  • the north – şimal
  • the south – cənub
  • the west   – qərb
  • the east    – şərq
  • the north-east/ the south-west...
İstisna-1: northen/ southen/western/ eastern sözləri istisnalıq təşkil edir:   Southern      The Southen    north-eastern     the  north-eastern
İstisna-2: Əgər coğrafi cəhətlər yer, məkan bildirərsə və qitə, ölkə, ərazi ilə təyin edilərsə the artiklı işlədilmir: North Asia       The North Asia       He came from East.      He came from the East.
 Aşağıdakı hallarda coğrafi adların qarşısında the artiklı işlədilir:   
  • Qütb adlarının qarşısında:  the North Pole – Şimal Qütbü;   the South Pole – Cənub Qütbü;   the Arctic – Arktika
  • Coğrafi region adlarının qarşısında:  the Far East – Uzaq Şərq;   the Near East – Yaxın Şərq
  • Okean, dəniz, kanal, kanal, göl, çay adlarının qarşısında: the Atlantic Ocean, the Pacific Ocean, the North Sea, the Baltic Sea, the Strait of Magellan, the Bosporus, the Panama Canal,  the Suez Canal, the Mississippi, the Thames, the Neva, the Baikal, the Ontario...
  • Ada qruplarının qarşısında:   the British Isles, the Azores...
  • Dağ silsilələrinin qarşısında: the Alps, the Rockies, the Andes..
  • Səhra adlarının qarşısında:    the Karakum, the Sahara...

0 şərh