Рейтинг
+1.13

Beynəlxalq hüquq

11 üzv, 39 topik

Beynəlxalq cinayət hüququ

Dövlətdaxili hüquq qaydasını cinayətkər əməllərdən qorumaq məqsədi daşıyan milli cinayət hüququ kimi, beynəlxalq cinayət hüququ da beynəlxalq hüququn müxtəlif sahələrinin xüsusilə təhlükəli pozuntularına, bir neçə dövlətin və yaxud bütün beynəlxalq birliyin mənafeyinə toxunan cinayət əməllərinə qarşı mübarizə məqsədi daşıyır: məsələn, beynəlxalq dəniz hüququnda (dəniz quldurluğu), beynəlxalq hava hüququnda (hava gəmilərinin qaçırılması, mülki aviasiyanın təhlükəsizliyinə qarşı digər cinayətlər), diplomatiya hüququnda (diplomatik müdafiəsi olan şəxslər əleyhinə cinayətlər), beynəlxalq iqtisadi və maliyyə hüququnda (pul nişanələrinin saxtalaşdırılması) və s.
Beynəlxalq cinayət hüququ beynəlxalq hüququn yeni sahəsidir. Lakin ayrı-ayrı normalar artıq XIX əsrdə yaranmağa başlamışdır. Beynəlxalq cinayət məcəlləsinin ilk layihəsi hələ 1832-ci ildə ortaya çıxmışdı, lakin o zaman söhbət, əsas etibarilə, narkotik maddələrlə alver, qul alveri və s. kimi cinayətlərdən gedirdi.


Ardı →

Beynəlxalq humanitar hüquq

Beynəlxalq humanitar hüquq – silahlı münaqişələr zamaın tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
“Beynəlxalq humanitar hüquq” görkəmli alim Jan Pikte tərifindən beynəlxalq- hüquqi leksikona daxil edilmiş nisbətən yeni termindir. Beynəlxalq hüququn bu mühüm sahəsi müxtəlif cür adlandırılır: silahlı münaqişələr dövründətətbiq edilən hüquq; müharibə hüququ (jus in bello); silahlı münaqişələr hüququ; müharibə qanun və adələtli və s.
Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist mövqedən çıxış edərək, artıq başlamış müharibəni, — onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq, — müəyyən normativ çərçivəyə salmağa can atır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:
1. Kombatant olmayanları, yəni mülki şəxsləri  və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan “Cenevrə hüququ” həyata keçirir. “Cenevrə hüququ” termini, əsas etibarilə, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür.


Ardı →

Beynəlxalq insan hüquqları

İstənilən fərd məhz insan varlığı olduğuna görə doğulduğu andan müəyyən ayrılmaz hüquqlara malikdir və dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik olmadan bu hüquqları qanunvericilikdə və praktikada təmil etməlidir. Əsas etibarilə, suveren və müstəqil dövlətlər arasında münasibətləri tənzimləmək missiyasını yerinə yetirən beynəlxalq hüquqda fərdlərin əsas hüquq və azadlıqlarını nizamlayan normaların inkişaf etməsi çox böyü əhəmiyyət kəsb edir. Bu normaların məcmusu beynəlxalq insan hüquqları hüququnu (international human riqhts law)təşkil edir.
İnsan hüquqlarının beynəlxalq-hüquqi müstəviyə çıxmasından danışarkən bir məqamı xüsusilə vurğulamaq lazımdır: heç bir mövcud beynəlxalq müqavilə bilavəsitə fərdlərə hüquq və azadlıqlar vermir. İnsan hüquqları sahəsindəki müqavilələrdə işlədilən “hər kəsin… hüququ vardır” konstruksiyaı birbaşa fərdlərə deyil, dövlətlərə ünvanlanmışdır. Dövlət müqavilənin iştirakçısı olan digər dövlətlər qarşısında öz üzərinə öhdəlik götürür ki, müəyyən hüquq və azadlıqları yurisdiksiyası çərəivəsində hər bir şəxsə təmin etsin. Belə bir sual ortaya çıxa bilər: əgər hər bir dövlətdə əsas insan hüquları təsbit olunursa, onda beynəlxalq-hüquqi tənzimləməyə nə ehtiyac vardır? Beynəlxalq hüququn bu sahədə rolunu biz aşağıdakılarda görürük:
a) insan hüquqlarının təbii xarakter daşımasını və dövlətin qanunvericiliyindən kənarda və ondan asılı olmayaraq mövcud olmasını bəyan etmək;
b) insan hüquqlarının müdafiəsi məsələsinin dövlətin daxili işi olmadığını bəyan etmək; c
) dövlətlər üçün ümumi standartlar müəyyən etmək (əsas insan hüquq və azadlıqlarının “kataloqunu” müəyyən etmək);
ç) dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmələri üzərində nəzarət mexanizmləri müəyyən etmək.


Ardı →

Beynəlxalq ümumi hüquq və beynəlxalq xüsusi hüquq

Bəzən beynəlxalq  hüquq anlamı geniş mənada işlədilir və iki müstəqil normativ komleks və elm sahəsi olan beynəlxalq ümumi hüquq (public international law) və beynəlxalq xüsusi hüquq ( private international law) buraya daxil edilir. Beynəlxalq ümumi hüquq dedikdə, yuxarıda anlayışını və təbiətini şərh etdiyimiz dövlətlərarasıhüquq başa düşülür. Əslində bu terminə beynəlxalq praktikada, demək olar ki, rast gəlinmir və o, əsasən elmi tədqiqatlarda və tədris prosesində beynəlxalq xüsusi hüquqdan fərqləndirilmək üçün istifadə olunur; onun əvəzinə hamı üçün anlaşıqlı olan “beynəlxalq hüquq” termini işlədilir. Beynəlxalq xüsusi hüquqa gəldikdə isə, o, qeyri-dövlət xarakterli beynəlxalq münasibətləri, yəni hər şeydən əvvəl əcnəbi fiziki və ya hüquqi şəxsin iştirak etdiyi mülki-hüquqi və ona yaxın olan münasibətləri nizama salan normalar sistemi kimi başa düşülür. Beynəlxalq hüquqla (beynəlxalq ümumi hüquqla) beynəlxalq xüsusi hüquq arasında sıx əlaqə mövcuddur.


Ardı →

Beynəlxalq kosmos hüququ haqqında

Beynəlxalq kosmos hüququ səma cisimləri də daxil olmaqla, kosmik məkanın hüquqi rejimini müəyyən edən və kosmik fəaliyyətin iştirakçılarının hüquq və vəzifələrini tənzimləyən beynəlxalq hüququn norma və prinsiplərinin məcmusudur.
Kosmik fəaliyyət prosesində (kosmik obyektlərin buraxılmasında subyektlər arasındakı, praktiki məqsədlər üçün kosmos texnikasından istifadə prosesindəki hüquq münasibətləri) beynəlxalq münasibətlərin tənzimlənməsi beynəlxalq kosmos hüququnun predmetini təşkil edir.
Beynəlxalq kosmos hüququ, əsas etibarilə, beynəlxalq müqavilələrə söykənir. Bu sahədə əsas beynəlxalq müqavilələr Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsidir (kosmos üzrə Müqavilə).
Davamı →

Beynəlxalq müqavilələr

Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində ilk belə məcəllələşdirilmiş akt Müqavilələr haqqında Havana Konvensiyası olmuşdur; 1928-ci ildə bağlanmış bu Konvensiyasiya yalnız Latın Amerikası ölkələri arasında qüvvədə olmuşdur.


Ardı →

Beynəlxalq hüququn xüsusiyyətləri

     Təbii ki, obyektiv mənada hüquqa xas olan əlamətlər beynəlxalq hüquq normaları üçün də səciyyəvidir. Ən əsası, bu normalar da müvafiq subyeklər üçün hüquqi ümumməcburi xarakter daşıyır və onların yerinə yetirilməsi müəyyən sanksiya ilə təmin edilir. Lakin beynəlxalq hüquq onu dövlətdaxili (milli) hüquqdan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Bu xüsusiyyələr, hər şeydən öncə, beynəlxalq hüququn mövcud olduğu və faliyyət göstərdiyi dövlətlərarası mühitlə və suveren, formal baxımdan bir-birindən asılı olmayan dövlətlərin olması ilə əlaqədardır. Birincisi, fiziki və hüquqi şəxslər və dövlət orqanları arasıdakı münasibətləri nizama salan dövlətdaxili hüquqdan fərqli olaraq, beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri (beynəlxalq təşkilatlar və s.) arasıda yaranan münasibətləri nizama salır.


Ardı →

Beynəlxalq hüquq anlayışı

Ümumi hüquq nəzəriyyəsindən bizə məlumdur ki, hər bir cəmiyyətin normal   fəalliyəti üçün hüququn, hüquqi nizamasalmanın mövcudluğu obyektiv, zəruri bir haldır, başqa sözlə desək, cəmiyyət olan yerdəhüquq da olmalıdır.Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, əgər belə demək mümkünsə, dünya dövlətlərinin ailəsi kimi təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki, bu cəmiyyətin özündə də hüquqa obyektiv ehtiyac vardır. Bu hüquq beynəlxalq hüquq adlanır. Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir. O, məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq üçün yaranmışdır. Beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlər sisteminin, demək olar ki, hər bir aspektini əhatə edir. Bu normalar vasitəsilə dənizdən hava, məkanından bə kosmik fəzadan istifadə olunması, beynəlxalq telekommunikasiyalar, poçt xidmətləri, mal və sərnişinlərin hava vasitəsilə daşınması və pul köçürülməsi nizama salınır;


Ardı →

Beynəlxalq müqavilə

Beynəlxalq müqavilə beyəlxalq hüququn əsas mənbələrindən biri olub, iki və ya daha artıq dövlət (və ya beynəlxalq hüququn digər subyekti) arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələr müəyyən edən razılaşma kimi başa düşülür.
      Beynəlxalq müqavilələrin xüsusiyyətləri, onlarin bağlanması və xitam ollunması qaydası haqqında irəlidə ətraflı bəhs ediləcəkdir. Aşağıda isə beynəlxalq müqavilə beynəlxalq hüququn əsas mənbəyi kimi qısaca şərh edilir.
      Beynəlxalq müqavilələr vasitəsilə dövlətlər və habelə beynəlxalq hüququn digər subyektləri, məsələn, beynəlxalq təşkilatlar öz aralarında ortaya çıxan müxtəlif xarakterli məsələləri həll edirlər. İndiki dövrdə beynəlxalq münasibətlərin elə sahəsini göstərmək olmaz ki, orada beynəlxalq sazişlər mövcud olmasın.
Davamı →

Əhali

Əhali dedikdə, bu və ya digər dövlətin ərazisində yaşayan və həmin dövlətin yurisdiksiyasına tabe olan fərdlərin məcmusubaşa düşülür.
Yuxarıda göstərmişdik ki, daimi əhali dövlətin həlledici meyarlarından biridir. Dövlətin əhalisi həmin dövlətin vətəndaşlarından (o cümlədən,eyni zamanda başqa bir dövlətin vətəndaşlığına da malik olan şəxslər- ikili vətəndaşlar), əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ibarətdir.
Əhalinin hüquqi vəziyyəti, əsas etibarilə, dövlətin milli qanunvericiliyi ilə müəyyən olunur. Müxtəlif ölkələrdə bu, ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən, burada bərqərar olmuş siyasi rejimdən və digər amillərdən asılı olaraq müxtəlif olur. Bundan əlavə, hər bir dövlət qanunvericilik qaydasında öz vətədaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün fərqli hüquqi rejim müəyyən edir. Bununla belə, əhalinin, onun ayrı-ayrı kateqoriyalarının hüquqi vəziyyəyi ilə bağlı bir çox məsələlər artıq dövlətin müstəsna yurisdiksiyasındn k\nara çıxmiş, beynəlxalq hüququn predmetinə çerilişdir. Dövlətin öz vətəndaşları və əcnəbilər üçün hansı hüquqları və hansı həcmdə tanımasına, hansı hüquqi rejim müəyyən etməsinə beynəlxalq hüquq biganə qala bilməz. Məsələn, biz aşağıda görəcəyik ki,vətəndaşlıq dövlətdaxili hüququn (konstitusiya hüququnun)
mühüm bir institutu olmaqla yanaşı, eyni zamanda beynəlxalq-hüquqi institut da sayıla bilər.
Davamı →