TOEFL-un üstünlükləri

TOEFL – İngilis dilinin Xarici dil kimi imtahan edilməsi, ingilis dili imkanlarının səviyyəsinin yoxlanılması üçün ən ideal test imtahanıdır.
Nə vaxt ki, siz xaricdə təhsil almaq, karyeranız üçün yeni imkanlar əldə etmək istəyirsiniz, o zaman xarici universitetin tələbnaməsini bilməlisiniz, bu qəbul edilmə üçün çox vacibdir.

Əgər siz ana dili ingilis dili olan və ya sadəcə dərslərin bu dildə keçirildiyi universitetdə təhsil almaq istəyirsinizsə, o zaman ingilis dili imkanlarınızın kifayət qədər güclü olduğunu TOEFL kimi imtahanda sübut etməlisiniz, çünki yalnız dil imkanları güclü olduqda rəqabətdə iştirak etmək və fikirləri paylaşmaq mümkündür.

Bu imtahanda iştirak etməklə bağlı sizdə naməlum fikirlər qalıbsa, o zaman onun aşağıda göstərilən üstünlükləri fikirlərinizə aydınlıq gətirər: TOEFL nəticələri ən çox qəbul edilən nəticələrdir Bu test imtahanı dil imkanlarını qiymətləndirilməsinin ən yaxşı üsulu hesab olunur.

TOEFL nəticələri digər imtahanlardan fərqli olaraq xarici unuversitetə qəbul zamanı seçimdə və sizin həmin universitetdə müvəffəqiyyətli olub-olmamanızın müəyyənləşdirilməsində rahatlıq yaradır. Daha çox imkanın əldə edilməsi 130-dan çox ölkə və 7500-dən artıq universitet TOEFL nəticələrinə əsasən seçim aparır. Bu da o deməkdir ki, bu imtahandan keçənlərin qəbul edilmə imkanları daha çoxdur.

Hətta, ən yaxşı 10 universitetlərin yerləşdiyi Birləşmiş Krallıq, Avstraliya və ABŞ universitetlərinə seçilmək üçün TOEFL imtahanından keçmək tələb olunur. Bu test imtahanı hər il 30-dan 40dəfəyə kimi keçirilir, hansi kı, bu imtahanı daha çox avantajlı edir. Akademik qabiliyyətlərin qiymətləndirilməsi TOEFL tamamilə akademik səviyyədə keçirilən ingilis dilli imtahandır.

Bu imtahanda sizdən mətni ucadan oxumaq, mühazirəyə qulaq asmaq və verilən suallara cavab vermək tələb olunur. Suallara cavab yazılı formada göstərilməlidir. Bütün bunlar hamısı birlikdə sizin akademik imkanlarınızın yoxlanılması üçün həyata keçirilir. TOEFL imtahanının beynəlxalq arenada çox nüfuzu vardır və 100% akademik dəqiqliyə görə ən öndə duran universitetlər tərəfindən tanınır. Odur ki, düşünməyin! Bu imtahana hazırlaşın və gələcək karyeranızda ciddi dəyişiklik yaradın!
 

3 şərh

azadmamedov90
Bəs necə hazırlaşmalı, heç olmazsa bunu da yazardız)
Türkəl
Ola bilər yaxın gələcəkdə mən yazım. Amma təcili sualın olarsa şəxsi şəkildə istədiyin vaxt müraciət edə bilərsən.
azadmamedov90
Hə, Ətraflı yazı olsa yaxşı olardı. toefl score neçədi sizdə?