Uşaqlara iki dilin eyni anda öyrədilməsi

Yəqin ki,bəzən sizdə sual yaranır ki: «Görəsən mənim övladım xarici dili necə öyrənəcək? „və ya “görəsən o,balaca yaşında eyni zamanda iki dil öyrənə bilərmi?»
Bu suallar valideynlərdən başqa,müəllimləri və alimləri də çoxdandır ki, maraqlandırır.
Bu suallarla bağlı bəzi məsləhətlər Sizə də maraqlı olacaqdır.
Uşaqların öz dillərini inkişaf etdirməsi üçün, nələrə ehtiyacları var?

Uşaqlar eyni zamanda fərqli dilləri rahatlıqla öyrənə bilərlər
Əgər övladınız iki fərqli dilli böyüyürsə(məsələn,evdə ana dili,uşaq baxçasında, məktəbdə ingilis və ya alman və ya rus dili), bu onun üçün gələcəkdə böyük şansdır.
Tədqiqatlar göstərir ki, valideynləri tərəfindən dəstəkləndiyi zaman uşaqlar eyni zamanda, iki və ya üç dili rahatlıqla mənimsəyə bilirlər.
Əsasən balaca uşaqlar üçün ailə üzvləri arasındakı danışıqların dəqiq qaydada aparılması çox vacibdir.

Uşaq baxçası övladınız üçün bir şansdır
Uşaq baxçasında övladınız,gələcəkdə məktəb çağı üçün çox vacib olan dil inkişafına sahib olur.Bu səbəbdən övladınızın 3 yaşından etibarən uşaq baxçasında getməsi ona böyük bir dəstək ola bilər
Uşaq baxçasında tərbiyəçilər müxtəlif dil öyrədən oyunlar,mahnılar,şerlər və kitablar vasitəsilə uşaqlarda ana dili və xarici dili mənimsəmə alışqanlıqlarını inkişaf etdirilər.

övladınızla hansı dildə danışırsınız?
Bəzən valideynlər övladlarına xarici dil öyrənsinlər deyə özlərinin bildiyi şəkildə onlarla xarici dildə danışmağa səy göstərirlər.Bu yanlışdır.
Ən yaxşısı valideynin bildiyi və rahat danışdığı dildə ,yəni ana dilində danışması daha məqsədə uyğundur.Çünki,bu dildə valideyn bütün sözləri bilir və cümlələri rahatlıqla qura bilir.
Beləliklə,övladınız dil üçün lazım olan əsas təmələ sahib olur.Əgər övladınıza ikinci bir dili öyrətmək məqsədiniz varsa, bunun üçün xüsusi tərbiyəçilərin köməyindən faydalanmalısınız.

övladınızın dilinin inkişafı üçün nə edə bilərsiniz?
Bir uşaqla dil məşqi etmək mümkün deyil.Dil uşaqlarda davamlı danışaraq və dinləyərək inkişaf edər.Belə ki,kitablardakı rəsmlərə baxdığı zaman,ya da uşağın xoşuna gəldiyi insanlarla yemək masası arxasında danışdığı zaman dil bilgisi artar.Gündəlik söhbətlər uşaq üçün çox vacibdir.Hər gün gördüyünüz hadisələrdən onunla danışın.övladınızın sizə verdiyi suallar və bəzi hadisələri sizə danışması sevindirici hal olmalıdır.Danışaraq uşaq öz fikirlərini sərbəst başa salmağı öyrənir.Uşaqlar səhv etməkdən çəkinmədikləri zaman daha yaxşı öyrənirlər.Hərdən,onlar yeni sözlər icad edib dil ilə oynayırlar.Bu çox səmərəli oyundur və dil inkişafına kömək edir.Bir kəlməni doğru ifadə etmədiyi zaman övladınızın səhvini düzəltməyə tələsməyin.Onların səhvlərini tez-tez düzəltdiyinizdə ,onlar gələcəkdə sizlə danışmaqdan çəkinərlər.Bunu tədricən etmək lazımdır.
Bir kitabı yüksək səslə oxumaq,nağıl və hekayələr danışmaq,rəsmlərə bərabər baxmaq,şer danışmaq və mahnı oxumaq dil tədrisində əvəzedilməzdir.
 

0 şərh