Avropanın ən təhsilli şəhərləri hansılardır?

Eurostat (Avropa statistika agentliyi) Avropanın təhsil baxımından ixtisaslaşmış şəhər və hissələrinin siyahısını təqdim edib. Analitiklər hesablama zamanı Avropanın hər bir əyalətində, regionunda, qəsəbəsində əhalinin (25 yaşdan 64 yaşa qədər) necə faizinin ali təhsilə sahib olmasını araşdırmışlar.

Avropanın ən təhsilli şəhərləri və qəsəbələri aşağıdakılardır:
Madrid Cəmiyyəti (Comunidad de Madrid) – əhalinin 46,9%-ni ali təhsilli vətəndaşlar təşkil edir. Bu rayon İspaniyanın 17 muxtar cəmiyyətini birləşdirir və paytaxtı Madriddədir.

Basklar ölkəsi (Pais Vasco), 47,8%. İspaniyanın şimalında muxtar cəmiyyət. Memarlıq və dizayn mərkəzi Bilbaodur.

Hovedstaden, Danimarka, 48,5%. Danimarkanın ən şərqi inzibati rayonu. Ölkənin ən sıx məskunlaşmış şəhəri Kopenhagendir.

Stokholm, İsveç, 48,7%.

Zürih, İsveçrə, 50,4%.

Şərqi Şotlandiya, 50,5%. Dünyanın ən prestijli universitetləri bu regionda cəmlənib. Bundan əlavə, Şotlandiyanın işgüzar mərkəzi olan Edinburq məhz buradadır.

Helsinki, Finlandiya, 51,3%.

Oxfordshire, Berkshire, Buckinghamshire, 51,7%. Bu üç əyalət Britaniyanin ən zəngin şəhərətrafı regionu hesab edilir. Dünyanın ən prestijli universitetlərindən biri Oxfordshire-də yerləşir.

Şimal-Şərqi Şotlandiya, 52,2%.

Londonun qərbi və şimal-qərbi hissəsi, 53,2%. Burada yerləşən Riçmond şəhərində varlı şəxslərin çoxlu sayda evləri ilə qarşılaşmaq mümkündür.

Oslo və Akersxus, 53,5%.



Brabant wallon, Belçika 54,1%. Belçikanın ən varlı regionlarından biridir.

Londonun cənub hissəsi, 55,2%.

Londonun şərq hissəsi 58,3%.

Londonun aşağı hissəsi (qərbi hissə), 69,7%.
 

0 şərh