İntellektual suallar və cavabları / Xəmsə və Brain-ring oyunu suallarına nümunələr


Mənim ağ şəhərim

  1. Oryol və Xarkov kimi şəhərlərin daxil olduğu Belqorod quberniyasının mərkəzi 1727-1779-cu illərdə məhz bu şəhər olmuşdur. Belqorod
  2. XIII-XIV əsrlərdə yaşadığı güman edilən bu şəxsin məzarı Ağşəhərdə (Akşehir) yerləşir.Molla Nəsrəddin
  3. Bəzi mülahizələrə görə adı kelt dilindən “ağ şəhər” kimi tərcümə olunan Vindobona şəhəri bizə məhz bu adla tanışdır. Vyana
  4. Şimali Afrikada yerləşən məhz bu şəhərin adı ispan dilindən “ağ ev” kimi tərcümə olunur. Kasablanka
  5. Bu şəhər öz tarixini e.ə. III əsrdə keltlərin Sava və Dunay çaylarının qovuşduğu yerdə yaratdıqları Sinqidunum adlı ərazidən götürür. Belqrad

“Kürən” mövzu

  1. Məşhur “Kürənlər ittifaqı”nın sirrini məhz bu xəfiyyə açmışdı. Şerlok Holms
  2. X əsrin sonlarında Qrenlandiyanın cənub və qərb sahillərinin, Disko adasının, Deyvis boğazının kəşfi məhz bu norman dənizçisinin adıyla bağlıdır. Kürən Erik
  3. Futbol haqqında anlayışı belə olmayan, lakin futbol ulduzuna çevrilmək istəyən Səid Kürənoğolu adlı gənc Əziz Nesinin məhz bu əsərinin baş qəhrəmanıdır. “Futbol kralı”
  4. Müasir sirk və estrada sənətində məhz bu 2 “rəngli” təlxək ənənəvi kloun cütlüyünü əmələ gətirirlər. Ağ və kürən
  5. XX əsrdə qırılma, ətraf mühitin korlanması və koyotlarla hibridləşmə nəticəsində canavarlar fəsiləsinin bu növü fəsilənin ən nadir nümayəndəsinə çevrilmişdir. Kürən canavar

Qızıl balıq

  1. Ekliptikanın Cənub qütbü bu bürcdə yerləşir. Qızıl balıq
  2. “Qızıl balıq” ləqəbli Yana Kloçkova idmanın bu növü ilə məşğul olur. Üzgüçülük
  3. Qızıl balıq cinslərindən biri bu astronomik cihazın adı ilə üst-üstə düşür. Teleskop
  4. Arzuları yerinə yetirmək iqtidarında olan qızıl balıqla insanın qarşılaşması mövzusuna ilk dəfə onların əsərlərində rast gəlinir.Qrimm qardaşları
  5. Varşavada doğulmuş Şmul Qelbfits İngiltərədə öz adını Semuel Qoldfişə dəyişsə də, yalnız ABŞ-a yollandıqdan sonra kino sənayesinin görkəmli nümayəndələrindən biri olur.Semuel Qoldvin

Klodlar

  1. “Kikboksçu” və “Universal əsgər” filmlərindən hamımıza yaxşı tanış olan bu belçikalı aktyor, daha çox döyüş janrında filmlərə çəkimişdir. Jan Klod Van Damme
  2. 1999-cu ildə çəkilmiş filmdə Tomas Kraun rolunu ifa edən Pirs Brosnan bu rəssamın rəsmlərinin böyük pərəstişkarı olan, varlı, lakin soyğunçu bir şəxsin obrazını yaradır. Klod Mone
  3. Bu rejissorun “Kişi və Qadın” filmi 2 nominasiyada Oskara layiq görülmüşdü. Klod Leluş
  4. Musiqidə impressionizmin banisi məhz bu bəstəkar hesab olunur. Klod Debüssi
  5. Bu fransalı etnoqraf və sosioloq ibtidai təfəkkür nəzəriyyəsinin yaradıcısıdır. Klod Levi-Stros

Həştərxandan gələn gəmi

  1. Dərinlik gəmisi olan batiskafın ilk modeli bu isveçrəli alim tərəfindən hazırlanmışdır.Ogüst Pikkar
  2. Ordubad rayonunda yerləşən bu dağda eramızdan əvvələ aid olan qayaüstü rəsmlər aşkar edilmişdir. Gəmiqaya
  3. Stiven Spilberqin çəkdiyi bu film qaradərili qulları Amerikaya aparan gəmi və oradakı qiyamdan bəhs edir. “Amistad”
  4. İkinci Dünya müharibəsini başa çatdıran Yaponiyanın təslim aktı məhz bu gəmidə imzalanmışdı. “Missuri”
  5. Vikinqlərin istifadə etdiyi əjdahabaşlı gəmilər məhz bu cür adlanırdı.Drakkar

Biz mehriban ailəyik

  1. 1924- cü ildə yaradılmış FİDE-nin, yəni, Beynəlxalq Şahmat Federasiyasının şüarı məhz belə səslənir. “Biz hamımız bir ailəyik”
  2. Simpsonlar ailəsinin bu üzvü seriyaların birində Azərbaycanı təmsil etmişdi. Liza Simpson
  3. Orta əsrlərdə İtaliyanın siyasi həyatında mühüm rol oynamış bu ispan əsilli ailə zəhər hazırlanmasında yerli italyan zəhərli göbələklərinin ekstraktlarından istifadə edirdi. Borcia
  4. Bu fransız bankir ailəsi XIX əsrin sonlarında Bakı neftinin xaricə satılması üçün “Xəzər Qara dəniz şirkəti”ni yaratmışdır. Rotşild
  5. Troyalıları Troya atının şəhər üçün bədbəxtliyə səbəb olacağına inandırmağa çalışan bu şəxsi və onun oğullarını cəzalandırmaq məqsədilə Afina dəniz ilanları göndərir. Laokoon

Ağ atlı oğlan

  1. Baş qəhrəmanı 12-13 yaşlı Murad olan bu filmi aktyor və rejissor Həsən Əblucun xatirəsinə həsr edilmişdir. “Ağ atlı oğlan”
  2. “Uayt Hors” (“Ağ at”) adlı şotland kompaniyası məhz bu içkini istehsal edir. Viski
  3. Ağ rəngdən qorxma xəstəliyi leykofobiyadan əziyyət çəkdiyindən bu sərkərdənin tövlələrində bir qayda olaraq ağ at görmək olmazdı. Napoleon Bonapart
  4. İngilislər dənizdə rast gəlinən məhz bu hadisəni “ağ atlar” (“white horses”) adlandırırlar. Köpüklü dalğalar
  5. 1961-ci ildə yazılmış “”Ağ at” villası” romanının müəllifi məhz bu qadın yazıçı idi. Aqata Kristi

Ölüm sevinməsin qoy

  1. Avropada XIV əsrin ortalarında yayılan və sonrakı dövrlərdə də bir neçə dəfə təkrarlanan taun epidemiyası məhz bu adı daşıyır. “Qara ölüm”
  2. İlk dəfə 1916-cı ildə Bakıda tamaşaya qoyulan bu komediyanı N.Nərimanov “ideyası inqilablı bir əsər” adlandırırdı.“Ölülər”
  3. Bu ingilis yazıçısının ən yaxşı əsərlərindən biri 1937-ci ildə qələmə alınmış “Nildə ölüm” romanıdır. Aqata Kristi
  4. “Qədim Misirin bibliyası” adlandırılan bu ədəbi abidə tarixdə ilk illüstrasiyalı kitab sayılır. “Ölülər kitabı”
  5. Ölmə prosesinin dinamika və mexanizmini, ölümün səbəb və əlamətlərini, xəstənin ölümqabağı əziyyətlərini yüngülləşdirmək problemlərini öyrənən tibb sahəsi məhz belə adlanır. Tanatologiya

Yeni zelandiyalılar

  1. Sərkərdə Maksimus roluna görə “Oskar” mükafatı almış bu aktyor əslən Yeni Zelandiyadandır. Rassel Krou
  2. Hələ sağlığında ikən bu alpinistin portreti Yeni Zelandiyanın 5 dollarlıq əskinasının üzərində təsvir olunmuşdu. Edmund Hillari
  3. 100 dollarlıq Yeni Zelandiya əskinasının üzərində isə bu Nobel mükafatı laureatının portretini görmək olar. Ernest Rezerford
  4. Fernando Alonsonun 2003-cü ildə qələbəsinə qədər bu yeni zelandiyalı Formula 1-də qələbə qazanan ən gənc pilot idi. Brüs Maklaren
  5. Yeni Zelandiyanın ən tanınmış yazıçısı bu qadındır.Ketrin Mensfild

Simvolik mövzu

  1. 1982-ci ildə Skott Falman bu simvolu yaradarkən cəmi 2 hissi — sevinc və kədəri verə bilmişdi.smayl (emotikon)
  2. Hər il bu şəhərdə karnaval vaxtı şəhərin simvolik açarı kral Momoya verilir. Rio de Janeyro
  3. Ədəbiyyat və incəsənətdə fərdiyyətçiliyi və mistisizmi ifadə edən bu cərəyan XIX əsrin sonlarında meydana gəlmişdir. Simvolizm
  4. Harvard Universitetinin dini simvolika üzrə professoru Robert Lenqdon obrazını məhz bu şəxs öz kitablarında yaratmışdır.Den Braun
  5. Morze əlifbasına görə məhz bu durğu işarəsi 6 nöqtə ilə ifadə olunur. nöqtə

“Boz” mövzu

  1. Öz patronu kardinal Rişelyönün kölgəsində qalmağa üstünlük verən Fransua Le Kler dü Tramble və ya Jozef ata tarixdə ilk belə şəxs sayılır. Boz kardinal
  2. Məhz bu dini ordenin üzvlərini geyindikləri əbanın rənginə müvafiq olaraq “boz monaxlar” adlandırırlar.Fransiskanlar
  3. Ənənəvi olaraq ən yaxşı danışan quş hesab olunan və kral tutuquşusu adlandırılan bu canlının digər adı boz tutuquşudur. Jako
  4. Siyasi ədəbiyyatda güc mövqeyindən diplomatik vasitə kimi istifadə edilən hərbi gəmilər məhz belə adlanır.“Boz diplomatlar”
  5. Məhz bu ingilis yazıçısı ədəbi fəaliyyətə “Bozun oçerkləri” adlı kitabla başlamışdır. Çarlz Dikkens

Bayquşlar

  1. Atributlarından biri bayquş olan məhz bu ilahəni  Homer “bayquşgözlü” adlandırırdı. Afina
  2. Kanadalı həkimlərin fikrincə, məhz bu yazıçının yaratdığı bayquş obrazı disleksiyadan – yazmaq və oxumağı öyrənməyin çətin olduğu psixi pozğunluqdan əziyyət çəkirdi. Alan Miln
  3. Məhz bu ədəbi qəhrəmanın bayquşu Hedviq adlanır.Harri Potter
  4. 1978-ci ildə Maqsud İbrahimbəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmış bu filmin quruluşçu rejissoru Şamil Mahmudbəyov olmuşdur. “Bayquş gələndə”
  5. Təbiət və canlılar haqqında bir sıra kitabların müəllifi olan Kanada yazıçısı Corc Stensfeld Belani məhz bu təxəllüslə yazırdı. Boz Bayquş (Grey Owl)

Yanvar

  1. Yanvar ayı öz adını Numa Pompilinin dövründə məhz bu allahın şərəfinə almışdı. Yanus
  2. Əsası 1565-ci il yanvarın 1-də Eştasiu de Sa tərəfindən qoyulmuş bu şəhər 1960-cı ilədək Braziliyanın paytaxtı olmuşdu. Rio-de-Janeyro
  3. Hər il 31 dekabr – 4 yanvar aralığında aksiya qiymətlərinin yüksəlməsi fenomeni Santa Klaus rallisi və ya məhz belə adlanır. Yanvar effekti
  4. Məhz bu xalq yanvarı “leden”, yəni buz ayı adlandırır. Çexlər
  5. Neapolda hər il bu müqəddəsin qanının “canlanaraq” maye halına keçməsi kimi qəribə fenomen müşahidə edilir. Yanuari

Uçdu göylərə

  1. O sahəyə gübrə səpən təyyarəni ilk əvvəl simurq quşu, dah sonra isə cin hesab etmişdi. Xan
  1. XVII əsrdə yaşamış bu fransız dramaturqu və şairi aya uçuşun 7 üsulunu qeyd etmişdi. Sirano de Berjerak
  2. Kubanın Ali milli Playya-Xiron ordeninə layiq görülən ilk şəxs məhz bu rusiyalı kosmonavt olmuşdur. Yuri Qaqarin
  3. Bu almaniyalı mühəndis öz konstruksiyasına əsasən düzəldilmiş motorsuz uçan aparat — planerdə 2000 dəfədən çox uçuş həyata keçirmiş və elə uçuşlarından birində qəzaya uğrayaraq ölmüşdür. Otto Liliental
  4. Bu fotoqraf 1858-ci ildə aerostatdan istifadə edərək tarixdə ilk dəfə aerofotoçəkiliş aparmışdır. Nadar (Feliks Turnaşon)


Qoy həmişə günəş olsun

  1. Şabran, Gədəbəy, Kəlbəcər, Saatlı və Şamaxıda bu adda kəndlər,  Bakıda isə bu adda qəsəbə var. Günəşli
  2. Bəzi Avropa dillərində həftənin bu gününün adı günəşlə bağlıdır. Bazar
  3. 1928-ci ildə Bakıda məhz bu şairin «Günəşi içənlərin türküsü» adlı ilk şerlər kitabı çapdan çıxmışdır.Nazim Hikmət
  4. Onlar 200 min km eninə uzana bilir və orta hesabla 10-20 sutka müşahidə olunurlar. Günəş ləkələri
  5. Günəşin birbaşa şüalanmasından günəş vannaları vasitəsilə müalicə və profilaktika üçün istifadə bu terminlə ifadə olunur. Helioterapiya

 

 

0 şərh