Gənclik mahnısı

Gənclik — həyatın ən coşan anları,
Gülər üzlə qarşıla, gülərüz insanları.
Həyatda çox şey çəkir bizi sınağa,
Qiymət verir bizə başdan ayağa.

Gənclik — həyatın ən böyük dərsi,
Hər kəsin öz yaşamaq tərzi.
Kaş hər uşağa məktəb vaxtından,
Verilsin böyük, kiçik dərsi.

Kimin ürəyincə tələbə həyatı
Rep-musiqi olub gənclər ədəbiyyatı
Tələbənin qiymət almağı üçün
Ya gərək pulu çox olsun, ya da kitabı.

Gün gələr yenə cavan olmaq istərik
Hər xoş günümüzü salarıq yada
Çox şeyi təzədən eləmək istərik
Hələ ki gəncik, gəlin həzz alaq.
Azərbaycanın aktiv gəncləri
Nəqarət:
Gənclik, zaman bizimdir
Ləzzət alırıq hər bir andan
Gənclik, həyat şirindir
Doymuruq onun dadından
Gənclik, verin səs!
Uzaqdan bizi eşitsin hər kəs
Gənclik, elə bilmə təksən,
Gəl bizə qoşul, çünki gəncsən

Ətraf necə də rəngarəngdir,
Hər günü maraqla, vururuq başa.
Ürəyimiz — təmiz, geniş, nəhəngdir,
Belə ürəklə də yaşa və yaşa!
flashmob edən Azərbaycan gəncləri
Dostdan, tanışdan gündə min zəng
Kim bizimlədir, kim isə qürbətdə.
Fərqi yox ətrafda olan mühitdən,
Bu gün şəhərdəyik, sabahsa kənddə.

Gəncliyi, uşaq evində keçən,
Fikirləşmə ki həyatda təksən.
Danış və gül, çünki çətin gün keçər
Gəl bizə qoşul çunki gəncsən.

Gəncimiz var ki, dünyaya səs salıb
Başqa ölkədə bayrağı qaldırıb,
Düşmən üzərində qələbə çalıb-əhsən!
Halal olsun sənə, çünki gəncsən!

Nəqarət:
Gənclik zaman bizimdir
Ləzzət alırıq hər bir andan
Gənclik həyat şirindir
Doymuruq onun dadından
Gənclik verin səs
Uzaqdan bizi eşitsin hər kəs
Gənclik, elə bilmə təksən,
Gəl bizə qoşul, çünki gəncsən

Gənclik — hər kəsin keçdiyi yol,
Çalış hər zaman gənclərə dəstək ol.
Ləzzət alırıq hər bir andan,
Doymuruq onun dadından.

0 şərh