Zehni fəaliyyəti gücləndirən qida məhsulları

Rusiya Tibb Elmləri Akademiyasının Qidalanma institutunun alimləri müxtəlif qidaların beyin fəaliyyətinə təsirini öyrənərək maraqlı nəticəyə gəlmişlər. Məlum olmuşdur ki, beyin hüceyrələrinin fəaliyyətini ən adi qida məhsullarının köməyi ilə stimulə etmək olar. Əsas məsələ hansı məhsulun tərkibində nədən nə qədər olduğunu bilməkdir.
İnsan beyni mürəkkəb mexanizmdir və onun normal fəaliyyəti üçün sinir hüceyrələri (100 milyarddan artıqdır) çoxlu miqdarda enerji almalıdır.
Məlumdur ki, beyin qəbul edilən qidadan alınan enerjinin 20%-ni mənimsəyir. Ona görə də elə qidalar seçib yemək lazımdır ki, onlardan alınan enerji orqanizm üçün kifayət etsin.
Görəsən bu keyfiyyətlər yediyimiz hansı qida məhsullarında var?

  • Kök – maddələr mübadiləsini stimulə edilir. Yaddaşı möhkəmləndirir, öyrənilmiş materiallırın mənimsənilməsinə və yadda saxlanmasına kömək edir. Tələbə və məktəblilərin imtahandan əvvəl sürtgəcdən keçirilmiş kökə bitki yağı qatıb yeməsi məsləhətdir.
  • Ananas – yaradıcı peşə ilə məşğul olan insanlar üçün vacibdir. Yaddaşda irihəcmli mətnlər və notlar saxlanması probleminə yardım edir. Onun tərkibində olan C vitamini tez bir zamanda fikirləri səfərbər etməyə kömək edir. Eyni zamanda onun kalorisi azdır.
  • Avakado – tərkibində çoxlu miqdarda yağ turşuları olduğundan qısa müddətli yaddaş üçün yaxşı mənbədir.
  • Baş soğan – zehni yorğunluğu və psixi əzginliyi aradan qaldırır. Həmçinin qanı durulaşdırır, beynin oksigenlə təminatını asanlaşdırır.
  • Qoz - sinir sistemini möhkəmləndirir, baş beynin fəaliyyətini stimulə edir. Məsuliyyətli məruzələr, çıxışlar, konsertlərə hazırlaşanlar qoz yeməyi unutmasınlar.
  • Xırda dəniz xərçəngləri – beyni yağ turşuları ilə təchiz edir ki, onlar da diqqəti möhkəmləndirirlər. Gün ərzində 100 qram yemək kifayətdir. Lakin nəzərə almaq lazımdır ki, onlara yalnız kulinar işləmədən sonra duz tökmək olar.
  • Əncir – tərkibindəki maddələrə görə aspirinə yaxındır, yəni beyni təmizləyir, beynin yeni ideyalara olan həssaslığını artırır. Əncirin tərkibində olan efir yağları qanı durulaşdırır, beyni oksigenlə yaxşı təchiz edir. Ona görə də yaradıcı işlə məşğul olanlara əncir yemək məsləhət görülür.
  • Zirə – tərkibində olan efir yağları sinir sistemini stimulə edir. Cirə çayı içmək məsləhətdir: 1 stəkan suya 2 çay qaşıq quru kütlə əlavə edilərək dəmlənilir.
  • Kələm – qalxanvari vəzinin aktivliyini azaldır, sinir sistemini sakitləşdirir.
  • Limon – informasiyaların qəbulunu asanlaşdırır, tərkibindəki C vitamininin yüksək dozası iş qabiliyyətini artırır.
  • Qaragilə – baş beynin qan dövranını yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir.
  • İstiot – tərkibində C vitamini və kalium var. Onların çatışmazlığı zamanı yaddaş pozğunluğu, yorğunluq, əllərin və ayaqların soyuması, axşamlar isə qıcolmalar baş verir. Yuxu səthi olur, soyuqdəymə hallarına tez-tez rast gəlinir. Bağırsaq fəaliyyəti pisləşir, dəri qaşınır, yaralar gec sağalır, döyənəklər əmələ gəlir. Bütün bunlara qarşı gündə 2-3 dəfə qırmızı istiot yemək məsləhətdir.
  • Qinqko biloba - bir çox müsbət təsirləri ilə bərabər beynə kifayət qədər oksigen və qidalı maddələr daxil olmasını təmin edir, sinir hüceyrələrinin qocalmasının qarşısını alır. Ondan hazırlanmış preparatlar (qinqko, tanakan) əksgöstərişsiz və əlavə təsirsiz təbii tənzimləyicilərdir.
    Bitkinin qəbulundan 3 həftə sonra onun müsbət effekti hiss olunmağa başlayır. Yaşı 60-ı ötmüş insanlara ildə 3 dəfə 3 həftəlik kursla onu qəbul etmək məsləhətdir.
  • Balığın tərkibi fosfor, yod, kalium ilə zəngindir ki, bunlar da sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.

Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti

0 şərh