Dama oyunu

Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beəliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayarq udmaq olar.Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır.

Dama oyununun tarixi

Dama oyunu 10-11-ci əsrlərdə cənubi Fransada yaranmışdır. Dama taxtası o dövrdə məlum olan şaxmat oyunundan götürülür. Oyun qaydaları Kvirkata (fransızca Alquerque)mənsubdur. İlk vaxtlarda dama daşalarına şaxmatda olduğu kimi «ferze» deyilirdi. O vaxtlarda dama yalnız bir xana irəliləyə bilərdi. Yenilik ondan ibarət idi ki, daş rəqibin üzərindən atlanıb onu götürə bilərdi. Bu oyun əvvəllər «Firges» adlanırdı.
Şaxmatla oxşarlığı ondan ibarət idi ki, dama oyunçusu hər verilmiş imkandan istifadə edərək rəqibini vurmaq məcburiyyətində deyil. 1535-ci ildən sonra bu məcburiyyətə çevrilir. Əgər bir oyunçu ona verilən imkanı buraxırdırsa onun daşı cərimə kimi taxtadan kənara "üfürülürdü" və ya götürülürdü.
Ferzlərin «dama» adlandırılması ilə oyunun da adı dəyişdirilərək dama olur.

Oyun qaydaları

dama oyunu (shashki)Dama oyunu kvadrat formalı üzərində ağ və qara xanalar olan taxta üzərində oynalınır.Bir çox ölkələrdə dama taxtası 8x8 ölüçsündə olur. Bu şaxmat taxtasına uyğundur. Ancaq damada xanalar başqa cür nişanlanır. Beynəlxalq aləmdə 10x10 ölçülü taxtadan istifadə edilir.

Bütün oyun daşları yastı şəkilli silindrik formaya malikdirlər.Ağ rəngli daşlar bir tərəf, qara rəngli daşlar isə digər tərəf üçün nəzrəd tutulmuşdur. Daşlar taxta və ya süni materialdan hazırlanır. 8x8 ölçülü taxtada hər oyunçunu 12 daşı olur, 10x10 ölçülü taxtada isə hər oyunçuya 20 daş düşür. Oyun yalnız qara xanalarda aparılır.Daşlar dioqonal istiqamətdə irəliyə gedişlər edirlər. Əgər qabağa çıxan rəqib daşının arxasındakı xana boşdursa onda onun üzərindən atlamaqla irəliyə hərkət etmək olur. Üzərindən atılan bütün rəqib daşalarını götürmək olur.

Əgər oyunçu rəqibin sonuncu cərgəsinə çatarsa, onun bu daşı «Damaya» çevrilir. Bunun üçün o iki daşı üst-üstə qoyur. Damaya çevrilmiş daş oyun xətti üzrə istənilən istiqamətdə və addımla hərəkət edə bilir. Ancaq dama rəqib daşının üzərindən atıldıqda o mütləq həmin daşın arxasında dayanmalıdır.Adi daşlarda olduğu kimi dama da bir neçə rəqib daşlarlnı ardıcıl olaraq atlaya bilər. Bu həm irəli, həm də geriyə istiqamətdə baş verir.

Həmçinin bax: Şahmat oyunu

 
 

0 şərh